Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5381/2021 11.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 12.05.2020-ci il tarixli **********185700 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 12.05.2020-ci il tarixli **********185700 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə İddiaçı 2019-cu il üçün gəlir vergisi üzrə 2906,33 (iki min doqquz yüz altı manat, otuz üç qəpik) manat vergi borcu hesablanmışdır. Cavabdehin qəbul etdiyi 12.05.2020-ci il tarixli **********185700 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə razılaşmayan iddiaçı həmin qərardan inzibati qaydada şikayət vermiş, şikayətə AR İN Dövlət Vergi Xidməti tərəfindən baxılmış və “İnzibati şikayətin təmin edilməməsi haqqında” 03.03.2021-ci il tarixli **********469500 saylı qərar ilə iddiaçının şikayəti təmin edilməmişdir. Cavabdeh tərəfindən qəbul edilən 12.05.2020-ci il tarixli **********185700 saylı qərar qanunvericilik normalarını kobud şəkildə pozulması ilə müşayiət olunduğundan iddiaçı hesab edir ki, həmin qərar məhkəmə qaydasında ləğv edilməlidir. Cavabdeh orqan öz qərarını belə əsaslandırmışdır ki, kameral vergi yoxlaması zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən iddiaçı tərəfindən 20 759,50 manat məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 11 950,00 dollar məbləğində xarici valyuta əldə edilməsi və pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. İddiaçı 11.09.2006-cı il tarixində fərdi sahibkar kimi vergi uçotuna alınmış, ona ********** saylı VÖEN verilmiş və o, sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. İddiaçının fərdi sahibkar kimi fəaliyyəti onun müraciətinə əsasən dayandırılmışdır. İddiaçının fəaliyyəti yalnız 31.03.2020-ci il tarixində bərpa edilmişdir. İddiaçı 2009-2013-cü illər arası Qazaxıstan Respublikası Aktau şəhərində işləmiş, Qazaxıstanda olan iş fəaliyyəti əmək kitabçasında qeyd olunmuşdur. İddiaçı bu illərdə mütəmadi olaraq iki aydan bir Azərbaycana gəlmiş və hər gəlişində 3000-5000 ABŞ dolları arası vəsait gətirmiş, gömrükdə bəyan edilməsinə ehtiyac olmadığı üçün bu vəsaitlərin gömrük vəsiqəsi olmamışdır. İddiaçının 22.08.2011-ci ildə Azərbaycana gətirdiyi 12900 ABŞ dolları nağd vəsait AV36598 saylı gömrük vəsiqəsində öz əksini tapmışdır. Həmçinin iddiaçı AN - İN ******* saylı 17.07.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakı 50000 manata satıb nağd pul vəsaiti əldə etmişdir. Həmçinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) direktoru və təsisçisidir və onun qeyd edilən MMC-də direktor kimi əmək haqqı 300 manat təşkil etmişdir. Beləliklə, göründüyü kimi iddiaçının 11.03.2020-ci il tarixdə apardığı 10 200 ABŞ dolları və 1 750 avro məbləğində valyuta mübadiləsində pul vəsaitinin mənbəyi yuxarıda qeyd edilənlər olmuşdur və onun hər hansı qanundan kənar fəaliyyəti və vergidən yayınma halı olmamışdır. Bütün qeyd edilən sənədlər sübut kimi vergi orqanına təqdim edilmiş, lakin qərardan verilmiş inzibati şikayətin araşdırılması zamanı bu sənədlər düzgün qiymətləndirilməmiş və qanunsuz olan hazırkı mübahisəli qərar ləğv edilməmişdir. Buna görə də iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlardan da göründüyü kimi iddiaçının pul vəsaitinin mənbəyi onun ********** saylı VÖEN-lə bağlı sahibkarlıq fəaliyyətindən əldə olunmamışdır. Bu səbəblərə görə iddiaçı hesab edir ki, cavabdehin 12.05.2020-ci il tarixli **********185700 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı qanunaziddir və məhkəmə qaydasında ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı öz ərizəsində sadələşdirilmiş vergi ödəyicisi olduğunu, uzun müddət fəaliyyət göstərmədiyindən müraciətinə əsasən VÖEN-ni dayandırdığını, 31.03.2020-ci il tarixdə fəaliyyətini bərpa etdiyini, 11.03.2020-ci il tarixdə 10200 ABŞ dolları və 1 750 avro məbləğində valyuta mübadiləsi əməliyyatı aparılmış pul vəsaitinin mənbəyinin ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 17.07.2013-cü il tarixdə 50000,00 manata satılması, o cümlədən Qazaxıstan Respublikasında qeyri-rezident vergi ödəyicisi kimi fəaliyyət göstərdiyindən 22.08.2011-ci il tarixli AV seriyalı 36598 nömrəli gömrük vəsiqəsinə əsasən Azərbaycan Respublikasına 12900 ABŞ dolları məbləğində valyuta sərvətləri gətirməsi ilə bağlı olduğunu qeyd etmişdir. İşin halları ilə əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən vergi ödəyicisi 20759,50 manat məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 11 950,00 dollar məbləğində xarici valyuta əldə etmiş və pul vəsaitinin mənbəyi barədə sənədləri təqdim etmədiyinə görə vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" 28.04.2020-ci il tarixli **********407300 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və 2019-cu il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və müvafiq dövr üzrə bəyannamələr təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin gəlir vergisi üzrə 2906,33 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə 12.05.2020-ci il tarixli **********185700 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar göndərilmişdir. Eyni zamanda iddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 22.07.2020-ci, 12.08.2020-ci və 04.12.2020-ci il tarixlərdə müraciət etmiş və həmin müraciətlərə Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsində baxılmışdır. Müraciətlərin ətraflı araşdırılması məqsədilə iddiaçıya 03.02.2021-ci il tarixli **********004700 nömrəli “Sənədlərin təqdim edilməsi barədə” məktub göndərilərək, şikayətin təmin edilməsinə əsas verən bütün faktiki və hüquqi hallar barədə təsdiqedici sənədləri inzibati araşdırmaya təqdim edilməsi bildirilmiş, iddiaçı tərəfindən sözügedən sənədlərin vergi orqanına təqdim edilməsi təmin edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin 11.09.2006-cı il tarixdən 31.03.2020-ci il tarixədək dövriyyəsi olmamış, lakin 02.04.2018-ci il tarixdən 31.07.2018-ci il tarixədək "xxxx" MMC-dən (VÖEN **********) icarə və kommunal xidmətlərə görə 1011,00 manat (ƏDV daxil) elektron qaimə-faktura əldə edilmiş, rəsmi olaraq 02.02.2015-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq aylıq 300,00 manat əmək haqqı müəyyən edilməklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) rəhbəri kimi çalışmışdır. Həmçinin bildirilir ki, iddiaçının təsisçisi və rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01.01.2015 - 31.12.2019-cu il müddətində dövriyyəsi 309 506,80 manat, xərcləri (vergi, icarə, əmək haqqı xərcləri, sosial sığorta xərcləri, elektron vergi hesab-faktura və elektron qaimə-faktura ilə müəyyən edilmiş xərclər) 210 889,36 manat olmuş, tərəfindən gömrük dəyəri 440 439,99 manat (ƏDV daxil) idxal əməliyyatları aparılmışdır. Nəticədə, işin faktiki və hüquqi halları ilə bağlı araşdırmaya təqdim edilmiş təsdiqedici sənədlərin vəsaitin mənbəyini təsdiq etmədiyi, müvafiq təsdiqedici sənədlərə əsasən əldə edilmiş gəlirlərin tarixi ilə ABŞ dollarına konvertasiya edilmiş məbləğin tarixi arasında uzun müddət olduğu və əlavə gəlirlər müəyyən edilən hallar aşkarlandığından vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmiş və 03.03.2021ci il tarixli **********469500 nömrəli qərarla Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 12.05.2020ci il tarixli **********185700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qüvvədə saxlanılmışdır. Yuxanda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq iddiaçının iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar çıxarmağınız sizdən xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Vergi ödəyicisinin uçota alınması haqqında ********** nömrəli şəhadətnaməyə əsasən İddiaçı 11.09.2006-cı il tarixdə vergi ödəyicisi kimi vergi uçotuna alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən 28.02.2014-cü il tarixli **********284700 nömrəli çıxarışda göstərilmişdir ki, qurumun adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, qeydiyyata alındığı tarix: 28.02.2014, dövlət qeydiyyatı № (VÖEN) **********, təşkilatihüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət, maliyyə ili: 1 yanvar-31 dekabr, hüquqi ünvanı: AZ1147, ünvan 2əmsilçi: İddiaçıdur. İş materiallarına əlavə edilmiş AN-İ № ******* nömrəli 17.07.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, 13.05.2008-ci il tarixdə verilmiş çıxarış əsasında ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 32 saylı evin 11 saylı mənzilini alıcı X1 50.000 (əlli min) manata satdı, alıcı isə həmin qiymətə aldı. İddia ərizəsinə əlavə edilmiş 22.08.2011-ci il tarixli AV 36598 nömrəli gömrük vəsiqəsinin surətinə əsasən İddiaçı tərəfindən Azərbaycan Respublikasına 12.900 (on iki min doqquz yüz) ABŞ dolları məbləğində valyuta sərvəti gətirilmişdir. İş materaillarında olan Vergilər Nazirliyinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 28.04.2020-ci il tarixdə İddiaçı ünvanladığı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubda bildirilmişdir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanının Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Eyni zamanda bildirilir ki, Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinin müddəalarına əsasən vergi orqanının vergi ödəyicisində olan maliyyə sənədlərini, mühasibatlıq kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq hüququ vardır. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri satışdankənar gəlirlər sayılır. Bildirlir ki, aparılmış araşdırma zamanı tərəfinizdən 20759,5 manat ekvivalentində 11950 ABŞ dollarının mübadiləsinin aparılmasına baxmayaraq, həmin gəlirin yaranma mənbələri barədə təsdiqedici sənədlərin, həmçinin müvafiq dövr üzrə bəyannamənin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində aşağıdakı sənədlərin təqdim olunması tələb olunur: sənədlər: 1. cari gəlir vergisi, ətraflı izahat məktubu, 3. araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyiniz digər sənədlər. Bildirilir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının sizin vergi öhdəliklərinizi venidən hesablamaq hüququ vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 12.05.2020-ci il tarixli **********185700 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarına əsasən 2019cu il üçün gəlir vergisi üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 2.906,33 manat məbləği təşkil edir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsinin İddiaçı ünvanladığı “Sənədlərin təqdim edilməsi barədə” məktubda bildirilmişdir ki, kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra - Dövlət Vergi Xidməti) daxil olmuş 22.07.2020-ci il tarixli (AVİS qeydiyyatı: 12.08.2020-ci il tarixli **********129500 nömrəli) müraciətinizə Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsində baxılır. Kameral vergi yoxlaması zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən tərəfinizdən 20 759,50 manat məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 11 950,00 dollar məbləğində xarici valyuta əldə edilməsi və pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək, sizə 28.04.2020-ci il tarixli **********407300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmişdir. Yaranmış uyğunsuzluq əsasında Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu il üçün 2 906,33 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 12.05.2020-ci il tarixli **********185700 nömrəli qərar qəbul olunmuşdur. Müraciətiniz üzrə inzibati araşdırma ilə əlaqədar tərəfinizdən həyata keçirilmiş əməliyyatlara dair məlumatların təqdim edilməsinə zərurət yaranmışdır. Müraciətlərdə qaldırılmış məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların), vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədləri (olduğu halda: alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin) tərkibi, alınmış malların müvafiq təsərrüfat obyektində saxlanılması barədə məlumatları, icarə, alqı-satqı müqavilələrini, nəzarət kassa aparatından həmin dövrə aid “Z” və dövrü hesabatları, idxal-ixrac əməliyyatları barədə sənədləri, kassa mədaxil-məxaric sənədlərini, bank hesabından çıxarışı, müqavilələr, üzləşmə aktı, qaiməfakturaları, xərc sənədləri və nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədlər və s., o cümlədən satısdankənar gəlirlər - bu halda konvertasiya olunmuş nağd pul vəsaitin əldə olunma mənbəyini təsdiq edən kassa-mədaxil orderi, kassa kitabından çıxarış, kassa məxaric orderi) 22.09.2020-ci il tarixədək Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması baş idarəsinə təqdim edilməsi sizə bildirilir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin İddiaçı ünvanladığı “Sənədlərin təqdim edilməsi barədə” məktubda bildirilmişdir ki, kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra - Dövlət Vergi Xidməti) daxil olmuş 04.12.2020-ci il tarixli (AVİS qeydiyyatı: 04.12.2020-ci il tarixli **********338900 nömrəli) müraciətinizə Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsində baxılır. Kameral vergi yoxlaması zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən tərəfinizdən 20 759,50 manat məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 11 950,00 dollar məbləğində xarici valyuta əldə edilməsi və pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək, sizə 28.04.2020-ci il tarixli **********407300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Yaranmış uyğunsuzluq əsasında Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu il üçün 2 906,33 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12.05.2020-ci il tarixli **********185700 nömrəli qərar qəbul olunmuşdur. Müraciətiniz üzrə inzibati araşdırma ilə əlaqədar tərəfinizdən həyata keçirilmiş əməliyyatlara dair məlumatların təqdim edilməsinə zərurət yaranmışdır. Müraciətlərdə qaldırılmış məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların), vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədlərin (olduğu halda: alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin) tərkibi, alınmış malların müvafiq təsərrüfat obyektində saxlanılması barədə məlumatları, icarə, alqı-satqı müqavilələrini, nəzarət kassa aparatından həmin dövrə aid “Z” və dövrü hesabatları, idxal-ixrac əməliyyatları barədə sənədləri, kassa mədaxil-məxaric sənədlərini, bank hesabından çıxarışı, müqavilələr, üzləşmə aktı, qaiməfakturaları, xərc sənədləri və nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədlər və s., o cümlədən satışdankənar gəlirlər - bu halda konvertasiya olunmuş nağd pul vəsaitin əldə olunma mənbəyini təsdiq edən kassa-mədaxil orderi, kassa kitabından çıxarış, kassa məxaric orderı) qanunvericilikdə nəzərdə tutulmuş qaydada surətlərini onlayn kargüzarlıq vasitəsilə elektron qaydada 10.02.2021-ci il tarixədək inzibati araşdırmaya təqdim edilməsi sizə tövsiyə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 03.03.2021-ci il tarixli, **********469500 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə 04.12.2020-ci il tarixli inzibati şikayətinin təmin edilməməsi və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12.05.2020-ci il tarixli **********185700 nömrəli qərarının qüvvədə saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 22.04.2021-ci il tarixli, **********291900 nömrəli məktubda bildirilmişdir ki, vergi ödəyicisinin fəaliyyəti haqqında arayışın verilməsi ilə bağlı müraciətinizə Bakı şəhəri X4 üzrə Baş İdarəsində baxılmışdır. Bildirilir ki, 22.04.2021-ci il tarixə olan uçot baza məlumatlarına əsasən İddiaçı vergi ödəyicisi kimi 11.09.2006-cı il tarixdə uçota alınması, fəaliyyətinin 18.06.2007-ci il tarixdən 15.06.2012-ci il tarixədək və 05.06.2017-ci il tarixdən 12.06.2022-ci il tarixədək dayandırılması, həmçinin 18.03.2020-ci il tarixdə "Fiziki şəxsin fəaliyyətinin bərpası" ərizəsinə əsasən fəaliyyətinin bərpa edilməsi barədə məlumat aşkar edilmişdir. Hal-hazırda fəaliyyətiniz aktiv vəziyyətdədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 05.05.2021-ci il tarixli, **********922900 nömrəli 27.04.2021-ci il tarixli, **********530100 nömrəli müraciətə baxılması barədə məktubda bildirilmişdir ki, sizin vergi mükəlləfiyyəti ilə bağlı müraciətinizə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsində baxılmışdır. Bildirilir ki, uçot-baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) 29.04.2021-ci il tarixə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) və sadələşdirilmiş verginin ödəyicisi olduğu müəyyən edilmişdir. Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin internet saytına, Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı 11.09.2006-cı il tarixdən vergi ödəyicisi kimi uçota alınmışdır. Vergi orqanının keçirdiyi kameral vergi yoxlaması zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən iddiaçı tərəfindən 20 759,50 manat məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 11 950,00 dollar məbləğində xarici valyuta əldə edildiyi müəyyən olunmuş, pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək, 28.04.2020-ci il tarixli **********407300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmişdir. Qeyd edilən uyğunsuzluq əsasında Bakı şəhəri X4 üzrə Baş İdarəsi Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsaslanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 12.05.2020ci il tarixli **********185700 nömrəli qərarla 2019-cu il üçün 2 906,33 manat gəlir vergisi hesablanmışdır. İddiaçı vergi orqanının həmin qərarından inzibati şikayət vermiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 03.03.2021-ci il tarixli, **********469500 nömrəli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı Bakı şəhəri X4 üzrə Baş İdarəsinin onun barəsində qəbul etdiyi 12.05.2020-ci il tarixli **********185700 nömrəli qərarının ləğvini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 12.05.2020-ci il tarixli qərarından yuxarı inzibati orqana şikayət vermiş, yuxarı inziabti orqanın inzibati şikayətin təmin edilməməsi barədə 03.03.2021-ci il tarixli qərarından sonra 01.04.2021-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının vergi orqanının qərarından yuxarı vergi orqanına inzibati şikayət verdiyini və həmin şikayətə cavab verilənədək iddiaçının inzibati icraatın nəticəsini gözlədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı şikayətinə dair vergi orqanının 03.03.2021-ci il tarixli qərarını aldıqdan sonra 01.04.2021-ci il tarixdə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Eyni Məcəllənin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Eyni Məcəllənin 96.1-ci maddəsinə görə rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Eyni Məcəllənin 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Həmin Məcəllənin 97.2-ci maddəsinə əsasən qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir. Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən gəlirlərə aiddir: 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 101.3-cü maddəsinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. İşin hallarından müəyyən olunur ki, iddiaçı sadələşdirilmiş vergi ödəyicisi kimi 11.09.2006-cı il tarixdə uçota alınmış, fəaliyyəti 18.06.2007-ci il tarixdən 15.06.2012-ci il tarixədək və 05.06.2017-ci il tarixdən 12.06.2022-ci il tarixədək dayandırılmış, 18.03.2020ci il tarixdə "Fiziki şəxsin fəaliyyətinin bərpası" ərizəsinə əsasən bərpa edilmişdir. İddiaçı 11.03.2020-ci il tarixdə 10 200 ABŞ dolları və 1 750 avro məbləğində valyuta mübadiləsi əməliyyatı aparmış, vergi orqanın tələbi əsasında pul vəsaitinin mənbəyinin ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 17.07.2013-cü il tarixdə 50 000,00 manata satılması, o cümlədən Qazaxıstan Respublikasında qeyri-rezident vergi ödəyicisi kimi fəaliyyət göstərdiyi, 22.08.2011-ci il tarixli AV seriyalı 36598 nömrəli gömrük vəsiqəsinə əsasən Azərbaycan Respublikasına 12900 ABŞ dolları məbləğində valyuta sərvətləri gətirdiyi ilə əlaqələndirmiş, bununla bağlı müvafiq təsdiqedici sənədləri vergi orqanına təqdim etmişdir. Vergi orqanı isə təqdim edilmiş sənədləri pul vəsaitinin mənbəyini təsdiq edən sənədlər kimi qəbul etməmiş və həmçinin müvafiq dövr üzrə bəyannamənin təqdim edilməməsini vergidən yayınma halı kimi qiymətləndirərək nəticədə iddiaçıya əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablamışdır. Belə ki, vergi orqanının mövqeyinə görə iddiaçının təqdim etdiyi müvafiq təsdiqedici sənədlərə əsasən əldə edilmiş gəlirlərin tarixi ilə ABŞ dollarına konvertasiya edilmiş məbləğin tarixi arasında uzun müddət keçmişdir. Eyni zamanda iddiaçının əlavə gəlirləri olan hallar müəyyən edilməmişdir. Vergi orqanının araşdırmasına görə iddiaçı sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərmiş, 11.09.2006-cı il tarixdən 31.03.2020-ci il tarixədək dövriyyəsi olmamış, 02.04.2018-ci il tarixdən 31.07.2018-ci il tarixədək "xxxx" MMC-dən (VÖEN **********) icarə və kommunal xidmətlərə görə 1011,00 manat (ƏDV daxil) elektron qaimə-faktura əldə etmiş, “Sara Rich" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) rəhbəri kimi işləmiş və aylıq əmək haqqı 300,00 manat olmuşdur. İddiaçının rəhbəri və təsisçisi olduğu "xxxx" MMC-nin (VÖEN **********), 01.01.2015-cı ildən 31.12.2019-cu ilə kimi dövriyyəsi 309 506,80 manat, xərcləri (vergi, icarə, əmək haqqı xərcləri, sosial sığorta xərcləri, elektron vergi hesab-faktura və elektron qaimə-faktura ilə müəyyən edilmiş xərclər) 210 889,36 manat olmaqla, gömrük dəyəri 440 439,99 manat (ƏDV daxil) idxal əməliyyatlarını aparmış, beləliklə cəmiyyətin xərclərinin gəlirdən çox olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, konvertasiya olunmuş vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras və s.), pensiya, digər gəlir), konvertasiya olunmuş vəsaitinin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib-edilməməsi, aylıq gəlirin növü (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras və s.), pensiya, digər gəlir), miqdarı, aylıq gəlirdən vergilərin ödənilməsi və ya tutulması qaydası işin faktiki hallarından asılı olaraq digər zəruri məlumatlar araşdırılmalı və konkret hallar ilə bağlı təsdiqedici sənədlər əldə edilməlidir. Qeyd edilən sənədləri təqdim etmək vergi ödəyicisindən tələb olunduğu kimi vergi orqanından da təqdim olunmuş sənədləri araşdırmaq, həmin sənədlərin konvertasiya olunmuş vəsaitin mənbəyini təsdiq etmədiyini və vergidən yayınma halını yəqin etdiyi halda bu halı sübut etmək üçün zəruri məlumat və sənədləri bilavasitə əldə etmək tələb olunur. Hazırkı iş üzrə vergi orqanı konvertasiya olunmuş vəsaitin mənbəyi ilə bağlı iddiaçının təqdim etdiyi sənədlərlə razılaşmasa da bunun əksini sübut edən hər hansı mötəbər hala istinad etməmiş, müvafiq sənədləri təqdim edə bilməmişdir. Vergi orqanı yalnız iddiaçının təqdim etdiyi sənədlərlə əldə edilmiş gəlirin tarixi ilə konvertasiya tarixinin arasında uzun müddət keçdiyininə istinad etsə də iddiaçının bəyan etdiyi vəsaitin mənbəyini şübhə altına alacaq dəlil, məsələn daşınmaz əmlakın alqı-satqısından əldə edilmiş vəsaitin bu müddət ərzində əldən çıxarılması (başqa bir daşınmaz əmlak, yaxud rəsmi reyestrdə qeydiyyata alınmalı olan daşınar əmlak əldə edilib-edilməməsi və s.) ilə bağlı sübut təqdim etməmişdir. Vergi orqanının istinad etdiyi iddiaçının rəhbəri və təsisçisi olduğu MMC-də aylıq əmək haqqısının 300 manat olması, MMC-nin 01.01.2015-cı ildən 31.12.2019-cu ilə kimi xərclərinin gəlirdən çox olması iddiaçının bəyan etdiyi vəsaitin mənbəyini təkzib etməyə kifayət deyildir. Vergi orqanının sistemdən çıxarılmış "xxxx" MMC-dən (VÖEN **********) icarə və kommunal xidmətlərə görə elektron qaimə-faktura əldə edilməsi ilə bağlı təqdim etdiyi sənəd isə iddiaçı barəsində vergi tutulan dövriyyənin həcminə və məzmununa aid sənədlərin tərkibini ehtiva etmir. Halbuki, vergi qanunvericiliyi vergi orqanına vergi ödəyicisinin əldə etdiyi gəlirin məbləği, sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir olub-olmamasını, həmin gəlirin əldə olunmasına əsas verən əməliyyatlara dair müvafiq təsdiqedici sənədləri müəyyən etmək və əldə etmək üçün geniş hüquqi imkanlar nəzərdə tutmuşdur. O cümlədən Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən vergi orqanının vergi yoxlaması keçirildikdə, vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilmə imkanı təsbit olunmuşdur. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd edilən normalar vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. “İnzibati icraat haqqında” Qanunun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. -47.2-ci maddəsinə görə maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi inzibati orqan işin faktiki hallarından və inzibati icraatın gedişində toplanmış sübutlardan çıxış etməli, eləcə də mübahisəyə inzibati icraat haqqında hüquq normalarını və ya maddi hüquq normalarını tətbiq etməklə aydın şəkildə əsaslandırdığı inzibati akt qəbul etməlidir. Belə ki, məhkəmə inzibati aktın çıxarılmasının zəruriliyini inzibati orqanın əvəzinə əsaslandırmaq vəzifəsi daşımır, əksinə inzibati orqanın gətirdiyi əsasların qanuniliyini və əsaslılığını yoxlayaraq inzibati orqanlar üzərində məhkəmə nəzarətini həyata keçirmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Həmin Məcəllənin 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 12.05.2020-ci il tarixli **********185700 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 12.05.2020-ci il tarixli **********185700 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv olunsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5381/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5381/2021
11.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver