Məhkəmə qərarları › İş №2-1(112)-5381/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5381/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5381/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı1, üçüncü şəxs X4 iştirakları ilə, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı1 cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatlarının bərpa olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı1 cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə (bundan Səbail RPİ) qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanına qeydiyyatlarının bərpa olunmasını xahiş etmişlər. İddiaçının əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 15 yanvar 1965-ci ildən hazırki vaxtadək Bakı şəhəri Kiçik Qala küçəsi, ev 112 ünvanında qeydiyyatda olmaqla, ömürlük və daimi yaşayış yerləridir. İddiaçı1 1992-ci ildə işdən azad olmuş, işi Bakı şəhərində tapmadığı üçün Rusiya Federasiyasına ailəsi ilə birlikdə işləməyə getmişlər, 1998-ci ildə isə qayıdıb ünvan 2 ünvanında olan öz mənzilinə gəldikdə, onları evə buraxmamışlar. Onlara məlum olmuşdur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 fevral 2011-ci il tarixli, 2(009)-2323/2011 saylı qətnaməsi ilə onun və ailə üzvlərinin Bakı şəhəri Kiçik Qala küçəsi, ev 112 ünvanına qeydiyyatları ləğv olunmuşdur, X1 Rayon Məhkəməsinə bildirmişdir ki, onlar heç vaxt Bakı şəhəri Kiçik Qala küçəsi, ev 112 ünvanında yaşamayıblar onları tanımır, onları qanunsuz qeydiyyata salıblar. Onlar da Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş 16 sentyabr 2015-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülkü Kollegiyasında işə baxılıb. 16 sentyabr 2015-ci ildə 2-(103)- 5255/2015 nömrəli qətrnaməsi ilə Bakı şəhər Səbail Rayon Məhkməsinin 08 fevral 2011-ci il tairixi qətnaməsi ləğv edilmişdir. Bakı şəhəri Dövlət Notariusu tərəfindən verilmiş 16 sentyabr 2009-cu il tarixli etibarnamə və İçəri şəhər X18 Qoruğu İdarəsindən verilən forma № 2 arayışından Bakı şəhəri Kiçik Qala küçəsi, ev 112 ünvanının onların daimi yaşayış evi olması sübut olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan və üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı2, İddiaçı4 və İddiaçı1 iddianı müdafiə edərək və ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 ünvan 4 ünvanı ilə bağlı mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədinin olmasını və uzun müddət gedən məhkəmə prosseslərini nəzərə alaraq iddia tələbinin təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1970-ci ildə Şamaxı rayonunda doğulmuş İddiaçı2 ünvan 5 ünvanında qeydiyyatdadır. AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1973-cü ildə Şamaxı rayonunda doğulmuş İddiaçı3 Şamaxı rayonu, Şamaxı şəhəri, Azərbaycan küçəsi, ev 04-də qeydiyyatdadır. AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1978-ci ildə Şamaxı şəhərində doğulmuş İddiaçı4 ünvan 6 ünvanında qeydiyyatdadır. AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1978-ci ildə Şamaxı şəhərində doğulmuş İddiaçı5 ünvan 7 ünvanında qeydiyyatdadır. AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1938-ci ildə Şamaxı şəhərində doğulmuş İddiaçı1 ünvan 6 ünvanında qeydiyyatdadır. Məhkəmə qətnamələrindən müəyyən olunur ki: Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 08 fevral 2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2, X2 və İddiaçı4 Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi, 112 saylı evə olan qeydiyyatlarının ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)- 5255/2015 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2, X7 və İddiaçı4 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 08 fevral 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı X3 cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı2, X7 və İddiaçı4 və maraqlı şəxs Səbail RPİ-yə qarşı yaşayış sahəsinəqeydiyyatın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli, 2(103)-5255/2015 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2015-ci il tarixli, 2(103)-5255/2015 saylı qətnaməsinin icrasına dönüş edilməsi barədə cavabdeh İddiaçı1 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-2843/16 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 10 fevral 2016-cı il tarixli, 2(103)-5255/15 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-6940/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2008-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-2164/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı2 ünvan 9 ünvanında, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı3 ünvan 10 ünvanında, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı4 ünvan 6 ünvanında, xx.xx.1938-ci il təvəllüdlü İddiaçı1 ünvan 11 ünvanında, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı5 ünvan 12 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-21235/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubuna əlavə edilmiş; -Nəsimi Rayon Məhkəməsinin 2-1709 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə X5, Səkinə xanım Şahbaz qızının, Pikə xanım Anifa qızının və X21 ölüm faktları, mərhumlarla X9 arasında qohumluq münasibəti və X9 tərəfindən mərhumlardan miraz qalmış Bakı şəhəri Kiçik qala küçəsi, 112 saylı evin vərəsə kimi qəbul edilməsi faktlarının müəyyən edilməsi qət edilmişdir. - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2008-ci il tarixli Şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 vərəsəsi X8r. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* saylı Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Kiçik Qala küçəsi, ev 112 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2008-ci il tarixdə tam mülkiyyət hüququ ilə X4 adına qeydiyyata alınmışdır. İddiaçı1 hazırki iddia tələbinə əsasən verilmiş cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli, 47/2-S-27357 saylı cavab məktubunda göstərilmişdir ki, onun və ailə üzvləri olan İddiaçı3, İddiaçı2, İddiaçı5 və İddiaçı4 ünvan 13 ünvanına qeydiyyata alınması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadıqları ünvana, mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və ya icarə müqaviləsi, eləcə də qanunvericilkdə nəzərdə tutulan digər sənədləri təqdim etməklə qeydiyyat həyata keçirilə bilər. Qeyd olunan sənədləri təqdim edilmədiyi halda məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ: Məhkəmə iddiaçıların və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qanunun (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu) yuxarıda şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmaq istədikləri ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2008-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. Buna görə də hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə və işin faktiki hallarına uyğun hesab edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏVİ HİSSƏ İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar