Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5382/2022 11.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır,ixtisası müəllim, Ali Hərbi Akademiyada müəllim işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının hesabına hasarın sökülməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən iddiaçının fərdi yaşayış evindən mərkəzi yola paralel olan köməkçi yola iddiaçının giriş-çıxış yolunun təmin olunması və iddiaçının fərdi yaşayış evi ilə köməkçi yol arasındakı iddiaçının evinin qarşısındakı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən tikilmiş hasarın sökülməsinin iddiaçının öz hesabına həyata keçirilməsinə maneələrin törədilməməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, İddiaçı ünvan 2 ünvanda yaşamış və həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır.İddiaçının həmin ünvandakı torpaq sahəsində 35 kv.m. sahəsi olan iki otaqlı evi vardır. 2008-ci ildə qeyd edilən ərazidə mərkəzi yolun abadlaşdırılması ilə əlaqədar yolun kənarı hasara alınmağa başlanmış və hasarın kənarında olan evlərə giriş-çıxış yeri qoyulmuşdur. Yol boyu bütün fərdi yaşayış evlərinə yola çıxış qapısı verilsə də iddiaçının yaşadığı yerə giriş-çıxış qapısı verilməmişdir. Əksinə yol kənarında olan əsas hissədən içəridə, təxminən 10 metr məsafədə daha bir hasar tikilmiş və bununla də iddiaçının evinə giriş-çıxış yolu bağlanmışdır, evinin qarşısında olan həyətyanı sahəsi də ondan alınmışdır. İddiaçı evinin üç tərəfi qonşulardır, yalnız bir tərəfi yola çıxır. Evə giriş üçün gərək hər hansı qonşunun icazəsini almaqla həyəti keçərək hasarı nərdivan qoymaqla aşasan və ya evə yeganə giriş havadan helikopterlə mümkün ola bilər.Faktiki olaraq iddiaçı öz evindən istifadə edə bilmir.Bu barədə İddiaçı dəfələrlə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə, həmçinin digər aidiyyəti qurum və təşkilatlara müraciət etsə də bu məsələ bu günə kimi həll edilməmişdir. Son dəfə Suraxanı rayon İcra Hakimiyyətinə 20.10.201-ci ildə edilən yazılı müraciət isə cavabdehin Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmiş və oradan isə xx.xx.2021-ci ildə cavab verilərək ümumi formada bildirilmişdir ki, giriş-çıxış yolunun açılması mümkün deyildir. İddiaçı hesab edir ki, iddiaçının fərdi yaşayış evi ilə köməkçi yol arasındakı iddiaçının evinin qarşısındakı hasarın sökülməsi və bununla da iddiaçının evindən ümumi yola giriş-çıxışı mümkündür. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının atası X1 mübahisəli məsələ ilə bağlı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə etdiyi müraciətə müvafiq qaydada baxılaraq mübahisə predmeti olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) X3 iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərə аlаrаq, iddia tələbinə etirazı nəzərdən keçirərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hesab edir ki, iddiaçının iddiа tələbi əsaslıdır. İddiaçı iddia ərizəsinə cavabdehin Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli imtina məktubunu, fotoşəkilləri, doğum haqqında şəhadətnamələrin surətlərini, şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Məhkəmə qeyd edilən sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, azyaşlı övladları vardır, ünvan 1 ünvanda qeydiyyatdadır, yaşadığı evin qarşısında cavabdeh tərəfindən hasar inşa edildikdən sonra yaşadığı evə giriş-çıxış mümkün olmadığı üçün cavabdehə müraciət edərək giriş çıxışının bərpa edilməsinin təmin edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə iddiaçının iddisı ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər, 60cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Həmin Məcəllənin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. İşin faktiki hallarına əsasən İddiaçı daimi yaşayış yeri olan tikilinin və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri olmasa da tikili iddiaçının yaşayış yeridir, iddiaçı həmin tikilini ailəsi ilə birlikdə yaşamaq üçün inşa etmiş, orada yaşamışdır, həmin tikilinin inşa edilməsi dövlət orqanları, o cümlədən cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilməmiş, habelə tikilinin sökülməsi ilə bağlı heç bir dövlət orqanı tərəfindən məhkəməyə müraciət edilməmişdir, belə olan halda dövlət orqanları iddiaçının iddia ərizəsində qeyd etdiyi evin iddiaçının yaşayış yeri olmaqla sahibliyində olmasını qəbul etmişlər. Məhkəmə yerində baxış keçirən zaman müəyyən etmişdir ki, İddiaçı iddia ərizəsində göstərilən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən yaşayış evi üç tərəflərdən qonşuların hasarı ilə əhatə olunmuşdur, bir tərəfi isə yaşayış evi tikildikdən sonra cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin inşa etdiyi hasar ilə əhatə olunmuşdur və sonuncu hasar inşa edildikdən sonra iddiaçı sahib kimi öz yşayış yeri olan evindən istifadə etmək imkanını itirmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti qeyd edilən hasarın sökülərək iddiaçının Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti evinə giriş çıxışın bərpa edilməsinin təmin edilməsindən imtina etsə də həmin imtinanın səbəblərini nə iddiaçıya, nə də məhkəməyə bildirməmişdir, eyni zamanda iddiaçının evinə giriş-çıxışı məhdudlaşdıran hasarın inşa edilməsi məqsədi, təyinatı barədə cavabdeh tərəfindən məhkəməyə məlumat verilməmişdir, məhkəmə də habelə yerində baxış zamanı həmin hasar vasitəsilə hər hansı bir obyektin əhatə edildiyini və ya hasar vasitəsilə qorunmalı ərazinin mühafizə edildiyini müşahidə etməmişdir. İddiaçı eyni zamanda iddia ərizəsində onun qonşuluğunda yerləşən yaşayış evlərindən giriş-çıxışa cavabdeh tərəfindən şərait yaradılmasını, lakin ona münasibətdə bunun təmin edilməməsini göstərmiş, cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti isə bu məsələ ilə bağlı ümumiyyətlə münasibətini bildirməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətdir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Həmin Qanunun 11.1-ci maddəsinə əasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qnunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qonşularına ümumi yola giriş-çıxış verilməsi təmin olunduğu halda iddiaçının yaşayış yeri olan, sahibliyində olan evinin qarşısında məqsədi və təyinatl müəyyən edilməmiş hasarı inşa etməklə iddiaçının evində yaşamaq hüququnu məhdudlaşdırmaqla cavabdehin hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda istinad edilən müddəalarına uyğun olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.3-cü bəndinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. Аzərbaycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının iddiası təmin edilməli, ünvan 1 ünvanında yerləşən İddiaçı fərdi yaşayış evindən mərkəzi yola paralel olan köməkçi yola İddiaçı giriş-çıxış yolunun təmin olunması və İddiaçı fərdi yaşayış evi ilə köməkçi yol arasındakı İddiaçı evinin qarşısındakı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən tikilmiş hasarın sökülməsinin İddiaçı öz hesabına həyata keçirilməsinə maneələrin törədilməməsi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflrər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən İddiaçı fərdi yaşayış evindən mərkəzi yola paralel olan köməkçi yola İddiaçı giriş-çıxış yolunun təmin olunması və İddiaçı fərdi yaşayış evi ilə köməkçi yol arasındakı İddiaçı evinin qarşısındakı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən tikilmiş hasarın sökülməsinin İddiaçı öz hesabına həyata keçirilməsinə maneələrin törədilməməsi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-5382/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5382/2022
11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver