Məhkəmə qərarları › İş №2-1(112)-5383/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5383/2021

31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5383/2021 31.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri İdarəsi 3-cü şəxs qismində göstərilməklə “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddia ərizələri üzrə iqtisadi işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. İddiaçı 23.08.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsi ilə iddiadan imtina haqqında ərizə təqdim edərək, bildirmişdir ki, mübahisə üzrə cavabdeh qurum xeyrinə əlverişli inzibati akt qəbul edib və hal-hazırda mübahisəyə səbəb olan hal aradan qaldırılmışdır. Bu səbəbdən iddiadan imtina etdiyini bildirərək məhkəməyə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və iddiaçı iddiadan imtina etdiyindən, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-ci maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Bakı şəhər Cavabdehə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri İdarəsi 3-cü şəxs qismində göstərilməklə “yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi” tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar