Məhkəmə qərarları › İş №2-1(112)-5386/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5386/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5386/2020 09.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Firmasına qarşı sənədlərin götürülməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh Firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan (01.04.2017-31.03.2020 (illik bəyannamələr üzrə 01.01.2017-ci il tarixdən) ilkin mühasibat sənədləri, mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), yük gömrük bəyannamələri, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, əmək haqqı hesablama cədvəlləri, əmək müqavilələri, icarə müqavilələri, göstərilən kommunal xidmətləri təsdiq edən siyahıların və müqavilərin surətləri, torpağın ayrılması və tikintinin aparılması barədə müvafiq sərəncam, eskiz və işçi layihələr, beton sınaq nəticələri, nəqliyyat, qaz, su, işıq və digər xərc sənədləri, nağd dövriyyələrin və ödənişlərin açıqlaması ilə birlikdə kassa əməliyyatları və nağd vəsaitlərin hərəkəti (kassa mədaxil, məxaric orderləri və digər ilkin sənədlər) barədə elektron və kağız formatda məlumat, hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə birlikdə bank əməliyyatları (bank çıxarışları, ödəniş tapşırıqları və digər ilkin sənədlər), xarici bank hesablarından Azərbaycanla bağlı aparılmış əməliyyatlar barədə kağız və elektron formatda məlumat, alıcılar üzrə (satılmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları, satıcılar üzrə (alınmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları, yoxlamanın əvvəlinə və sonuna məbləğ göstərilməklə debitorların və kreditorların kağız və elektron formatda siyahısı, alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti, tarixi göstərilməklə (anbarın hərəkəti) siyahısı, əsas vəsaitlərin hərəkəti cədvəli (ilkin qalıq, dövriyyə və son qalıq göstərilməklə), rezident və qeyri-rezident şəxslər tərəfindən görülmüş iş və göstərilmiş xidmətlər üzrə müqavilələr, təhvil-təslim aktları, forma -2, invoyslar, ödəniş sənədləri və sair ilkin sənədlərin surətləri, banklarda və ya kredit təşkilatlarında qüvvədə olan əmanətləri və cəlb etdiyi resurslar (kreditlər) barədə məlumat cədvəli və digər ilkin sənədlər, baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirlər üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı və yoxlamanın keçirilməsi üçün tələb olunan digər ilkin sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, invoyslar və s) barədə məlumat, proqram təminatında aparılmış əməliyyatların tam elektronformatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatın təyinatı və digər hallar göstərilməklə), tenderlərdə iştirak barədə sənədlər, istifadə edilən (edilmiş) obyektlərə aid müqavilələr və vergilərin hesablanması üçün digər zəruri olan sənədlərin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 21.05.2020-ci il tarixli, **********200067 nömrəli qərarı ilə Cavabdeh firmasına (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: 01.04.2017- 31.03.2020) təyin edilmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada 22.05.2020-ci il tarixli, **********200195 nömrəli Tələbnamə təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı tələb edilən sənədlər yoxlamanı keçirən Baş İdarənin vəzifəli şəxslərinə təqdim edilməsindən imtina edildiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Qeyd edilən sənədlərin təqdim edilməsindən imtina olunmasına dair “Sənədlərin təqdim edilməsindən imtina barədə” 19.06.2020-ci il tarixli akt tərtib edilmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında 19.06.2020-ci il tarixli, **********137454 nömrəli Qərar çıxarılmışdır. Qeyd edilən qərarlara əsasən tələb olunan sənədlərin Baş İdarənin vəzifəli şəxslərinə təqdim edilməsindən imtina edildiyi üçün “Sənədlərin təqdim edilməsindən imtina barədə” 29.06.2020-ci il tarixli akt tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********200067 nömrəli, 21.05.2020-ci il tarixli qərardan görünür ki, həmin qərara əsasən Cavabdeh Firması üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə vergi dövrləri (Aprel 2017 - Mart 2020) üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. - KY ********* nömrəli, 21.05.2020-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışından görünür ki, 01.04.2017-01.04.2020ci il tarixi əhatə edən dövrlər üzrə 22.05.2020-10.07.2020-ci il tarixlərdə Cavabdeh Firmasında növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qeydə alınmışdır. - Vergi yoxlanılmasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********200195 №-li, 22.05.2020-ci il tarixli tələbnamədən görünür ki, Cavabdeh (VÖEN **********) səyyar (kameral) vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq, aşağıdakı zəruri sənədləri təqdim etməyi tələb edilmişdir: Yoxlama ilə əhatə edilən dövr üzrə 01.04.2017-01.04.2020 (illik bəyannamələr üzrə 01.01.2017-ci il tarixdən) ilkin mühasibat sənədləri, mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqtsatqı müqavilələri (alqı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), yük gömrük bəyannamələri, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, əmək haqqı hesablama cədvəlləri, əmək müqavilələri, icarə müqavilələri, göstərilən kommunal xidmətləri təsdiq edən siyahıların və müqavilələrin surətləri, torpağın ayrılması və tikintinin aparılması barədə müvafiq sərəncam, eskiz və işçi layihələr, beton sınaq nəticələri, nəqliyyat, qaz, su, işıq və digər xərc sənədləri, nağd dövriyyələrin və ödənişlərin açıqlaması ilə birlikdə kassa əməliyyatları və nağd vəsaitlərin hərəkəti (kassa mədaxil, məxaric orderləri və digər ilkin sənədlər) barədə elektron və kağız formatda məlumat, hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə birlikdə bank əməliyyatları (bank çıxarışları, ödəniş tapşırıqları və digər ilkin sənədlər), xarici bank hesablarından Azərbaycanla bağlı aparılmış əməliyyatlar barədə kağız və elektron formatda məlumat, alıcılar üzrə (satılmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları, satıcılar üzrə (alınmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları, yoxlamanın əvvəlinə və sonuna məbləğ göstərilməklə debitorların və kreditorların kağız və elektron formatda siyahısı, alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti, tarixi göstərilməklə (anbarın hərəkəti) siyahısı, əsas vəsaitlərin hərəkəti cədvəli (ilkin qalıq, dövriyyə və son qalıq göstərilməklə), rezident və qeyri-rezident şəxslər tərəfindən görülmüş iş və göstərilmiş xidmətlər üzrə müqavilələr, təhvil-təslim aktları, forma -2, invoyslar, ödəniş sənədləri və sair ilkin sənədlərin surətləri, banklarda və ya kredit təşkilatlarında qüvvədə olan əmanətləri və cəlb eldiyi resurslar (kreditlər) barədə məlumat cədvəli və digər ilkin sənədlər, baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirlər üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı və yoxlamanın keçirilməsi üçün tələb olunan digər ilkin sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, invoyslar və s) barədə məlumat, proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatın təyinatı və digər hallar göstərilməklə), tenderlərdə iştirak barədə sənədlər, istifadə edilən (edilmiş) obyektlərə aid müqavilələr və vergilərin hesablanması üçün digər zəruri olan sənədlər. Tələb olunan sənədlərin surətləri "xxxx" sözləri yazılmaqla, Müəssisənin möhürü və rəhbər şəxslərin imzası ilə təsdiq olunmuş formada təqdim edilməlidir. - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Təmir-tikinti sahəsi üzrə şöbəsinin 19.06.2020-ci il tarixli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Təmir-tikinti sahəsi üzrə şöbəsinin dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X2 və "xxxx" Firmasının (VÖEN **********) direktoru X3 tərəfindən tərtib edilmiş sənədlərin təqdim olunmasından imtina barədə aktdan görünür ki, "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" 21.05.2020-ci il tarixli, **********200067 nömrəli Qərara əsasən "xxxx" Firmasında keçirilən səyyar vergi yoxlaması zamanı "Vergi yoxlamasının keçirilməsi üçün zəruri oian sənədlərin təqdim olunması haqqında" 22.05.2020-ci il tarixli, **********200195 nömrəli Tələbnaməyə əsasən vergilərin hesablanması üçün zəruri olan Azərbaycan dilinə tərcümə olunmuş və təsdiq edilmiş sənədlər tələb olunmuş, lakin Tələbnamədə qeyd olunan sənədlər yoxlamaya təqdim edilməmişdir. "xxxx" Firmasının direktoru X3 aktı imzalanmaqdan imtina etmişdir. - Sənədlərin və nümünə kimi əşyaların götürülməsi haqqında **********37454 №-li, 19.06.2020-ci il tarixli qərardan görünür ki, yoxlama ilə əhatə edilən dövr üzrə 01.04.2017- 01.04.2020 (illik bəyannamələr üzrə 01.01.2017-ci il tarixdən) ilkin mühasibat sənədləri, mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqt-satqı müqavilələri (alqısatqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), yük gömrük bəyannamələri, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, əmək haqqı hesablama cədvəlləri, əmək müqavilələri, icarə müqavilələri, göstərilən kommunal xidmətləri təsdiq edən siyahıların və müqavilələrin surətləri, torpağın ayrılması və tikintinin aparılması barədə müvafiq sərəncam, eskiz və işçi layihələr, beton sınaq nəticələri, nəqliyyat, qaz, su, işıq və digər xərc sənədləri, nağd dövriyyələrin və ödənişlərin açıqlaması ilə birlikdə kassa əməliyyatları və nağd vəsaitlərin hərəkəti (kassa mədaxil, məxaric orderləri və digər ilkin sənədlər) barədə elektron və kağız formatda məlumat, hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə birlikdə bank əməliyyatları (bank çıxarışları, ödəniş tapşırıqları və digər ilkin sənədlər), xarici bank hesablarından Azərbaycanla bağlı aparılmış əməliyyatlar barədə kağız və elektron formatda məlumat, alıcılar üzrə (satılmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları, satıcılar üzrə (alınmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları, yoxlamanın əvvəlinə və sonuna məbləğ göstərilməklə debitorların və kreditorların kağız və elektron formatda siyahısı, alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti, tarixi göstərilməklə (anbarın hərəkəti) siyahısı, əsas vəsaitlərin hərəkəti cədvəli (ilkin qalıq, dövriyyə və son qalıq göstərilməklə), rezident və qeyri-rezident şəxslər tərəfindən görülmüş iş və göstərilmiş xidmətlər üzrə müqavilələr, təhvil-təslim aktları, forma -2, invoyslar, ödəniş sənədləri və sair ilkin sənədlərin surətləri, banklarda və ya kredit təşkilatlarında qüvvədə olan əmanətləri və cəlb eldiyi resurslar (kreditlər) barədə məlumat cədvəli və digər ilkin sənədlər, baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirlər üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı və yoxlamanın keçirilməsi üçün tələb olunan digər ilkin sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, invoyslar və s) barədə məlumat, proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatın təyinatı və digər hallar göstərilməklə), tenderlərdə iştirak barədə sənədlər, istifadə edilən (edilmiş) obyektlərə aid müqavilələr və vergilərin hesablanması üçün digər zəruri olan sənədlər. Tələb olunan sənədlərin surətləri "xxxx" sözləri yazılmaqla, Müəssisənin möhürü və rəhbər şəxslərin imzası ilə təsdiq olunmuş formada təqdim edilməlidir. - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Təmir-tikinti sahəsi üzrə şöbəsinin 29.06.2020-ci il tarixli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Təmir-tikinti sahəsi üzrə şöbəsinin dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X2 və "xxxx" Firmasının (VÖEN **********) direktoru X3 tərəfindən tərtib edilmiş sənədlərin təqdim olunmasından imtina barədə aktdan görünür ki, "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" 21.05.2020-ci il tarixli, **********200067 nömrəli Qərara əsasən "xxxx" Firmasında keçirilən səyyar vergi yoxlaması zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 19.06.2020-ci il tarixli **********137454 saylı Qərarı vergi ödəyicisinə təqdim olunmuş, lakin vergi ödəyicisi tərəfindən heç bir sənəd təqdim edilmədiyindən vergilərin hesablanması üçün zəruri olan sənədlərin götürülməsi mümkün olmadı. "xxxx" Firmasının direktoru X3 aktı imzalanmaqdan imtina etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qəbul edilmiş 21.05.2020-ci il tarixli qərarla Cavabdeh Firması üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə vergi dövrləri (Aprel 2017 - Mart 2020) üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, cavabdehə Vergi Məcəlləsinin tələblərinə uyğun tələbnamə təqdim edərək zəruri sənədlərin yoxlayıcıya təqdim edilməsi tələb olunmuş, cavabdeh isə tələb olunan sənədləri təqdim etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. - 43.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinin 42ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. - 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh Firmasının iddiaçının qanuni tələblərinə əməl etməməsi əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Firmasından səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan (01.04.2017-31.03.2020 (illik bəyannamələr üzrə 01.01.2017-ci il tarixdən) ilkin mühasibat sənədləri, mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), yük gömrük bəyannamələri, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, əmək haqqı hesablama cədvəlləri, əmək müqavilələri, icarə müqavilələri, göstərilən kommunal xidmətləri təsdiq edən siyahıların və müqavilərin surətləri, torpağın ayrılması və tikintinin aparılması barədə müvafiq sərəncam, eskiz və işçi layihələr, beton sınaq nəticələri, nəqliyyat, qaz, su, işıq və digər xərc sənədləri, nağd dövriyyələrin və ödənişlərin açıqlaması ilə birlikdə kassa əməliyyatları və nağd vəsaitlərin hərəkəti (kassa mədaxil, məxaric orderləri və digər ilkin sənədlər) barədə elektron və kağız formatda məlumat, hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə birlikdə bank əməliyyatları (bank çıxarışları, ödəniş tapşırıqları və digər ilkin sənədlər), xarici bank hesablarından Azərbaycanla bağlı aparılmış əməliyyatlar barədə kağız və elektron formatda məlumat, alıcılar üzrə (satılmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları, satıcılar üzrə (alınmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları, yoxlamanın əvvəlinə və sonuna məbləğ göstərilməklə debitorların və kreditorların kağız və elektron formatda siyahısı, alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti, tarixi göstərilməklə (anbarın hərəkəti) siyahısı, əsas vəsaitlərin hərəkəti cədvəli (ilkin qalıq, dövriyyə və son qalıq göstərilməklə), rezident və qeyri-rezident şəxslər tərəfindən görülmüş iş və göstərilmiş xidmətlər üzrə müqavilələr, təhvil-təslim aktları, forma -2, invoyslar, ödəniş sənədləri və sair ilkin sənədlərin surətləri, banklarda və ya kredit təşkilatlarında qüvvədə olan əmanətləri və cəlb etdiyi resurslar (kreditlər) barədə məlumat cədvəli və digər ilkin sənədlər, baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirlər üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı və yoxlamanın keçirilməsi üçün tələb olunan digər ilkin sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, invoyslar və s) barədə məlumat, proqram təminatında aparılmış əməliyyatların tam elektronformatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatın təyinatı və digər hallar göstərilməklə), tenderlərdə iştirak barədə sənədlər, istifadə edilən (edilmiş) obyektlərə aid müqavilələr və vergilərin hesablanması üçün digər zəruri olan sənədlər götürülsün. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar