Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5386/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ömürlük (müddətsiz) 2-ci qrup əlillik dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissənin tərkibində 1992-ci ilin iyun ayında könüllü olaraq xidmətə qəbul olmuşdur. 1992-ci ilin sentyabr ayında döyüşdə aldığı ağır xəsarətlə əlaqədar ordudan təxris olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən 1995-ci il tarixli qərara əsasən kəllə beyin travmasının qalıq əlamətləri diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar travma aldığı qərara alınmış və bundan sonra ona 2-ci qrup əlilik dərəcəsi verilmişdir. O həmin travmaları Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində döyüşən ordunun tərkibində xidmət edərkən almışdır. 1998-ci ildə ona TSEK-in qərarına əsasən ömürlük (müddətsiz) əlillik təyin edilmişdir. Lakin nədənsə əsasız olaraq xx.xx.2022-ci il tarixdə ehtiyac olmadığı halda yenidən komissiya keçirilərək ona təyin olunmuş əlillik dərəcəsi əsassız olaraq ləğv edilmişdir. Halbuki, xx.xx.2019-cu il tarixdə ona təyin edilmiş əlillik dərəcəsi təsdiq edilmiş və bununla bağlı sosial arayış da verilmişdir. Bundan iki il sonra isə həmin diaqnozun ləğv edildiyini qeyd etmişlər halbuki, bu qanunsuz və əsassızdır. Ona xəstə ola-ola əlilliyə görə verilən pensiya da kəsilmişdir. İddiaçı bildirmişdir ki, onun əlillik pensiyası 2022-ci il tarixdən kəsilmişdir. Belə ki, o 600 manat pensiya, 400 manat Prezident təqaüdü, 15 manat isə uşaqlara görə pensiya alırdı. Həmin əlillik pensiyasının da təmin olunaraq ona verilməsini istəyir. Lakin onun pensiyası kəsilib. Dəfələrlə həmin xəstəliklə bağlı müayinə və mülaicə olmuşdur. Hətta 2016-cı il tarixə kimi Rusiya Federasiyasında müalicə almışdır. Hazırda şəkər xəstəlyindən də əziyyət çəkir. Ürəyində, böyrəklərində xəstəlik var. Görmə qabiliyyəti zəifləyib ki, bu da həmin travmanın təsirindəndir. Bundan başqa sol qulağı da zəif eşidir. Cavabdeh məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “diaqnozun mətni: Diaqnoz öz təsdiqini tapmaması - səbəb: diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. (ESDAS: **********9). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, R. Dursunova Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 110 nömrəli Xəstəlik haqqında Arayış verilmişdir. Həmin arayışda “Qapalı kəllə-beyin travması, kontuziva” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda olan ağrılardan, başağrısı, başgicəllənmə, əsəbilikdən şikayətlənmiş, 10 ildir ki, insulin tələbli şəkərli diabet xəstəsi olduğunu ifadə etmişdir. Obyektiv baxış zamanı 12 cüt kranial sinirlər patologiyasız, reflekslər normal çağırılmış, Rombərqdə dayanıqlı, serebellar testləri düzgün icra etmiş, ətraflarda iflic, parez aşkar edilməmişdir. Psixi statusunda əlillik təyinatına əsas verən aktiv psixoproduktiv əlamətlər və davranış pozuntusu aşkar edilməmişdir” və tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinəyə xərəkdə gətirilmiş və 110 nömrəli otaqda müayinə edilmişdir. Müayinəyə simulyativ xarakterli gözləri yumulu şəkildə, aqressiv daxil olmuş, başgicəllənməsi və başağrısından şikayətlənmişdir. Psixi statusu: bələdliliyi qorunmuş, tənqidi tam saxlanılmış, klinikası canlı olmuş, yaddaş qavrama pozuntusu qeyd edilməmiş, intellektual mnestik sferası yaşam tərzinə uyğun olmuş. Hal-hazırda psixopatoloji əlamətlər izlənilməmişdir. Qəbul etdiyi medikamentoz preparatları adlandıra bilməmişdir. Qəbul etdiyi psixiatrik müalicələri təsdiqləyən tibbi sənəd təqdim etməmişdir. Nevroloji statusu: kəllə beyin sinirləri normal, hərəki sferada yuxarı və aşağı ətraflarda refleksləri canlı və bərabər çağrılmış, xəstə ağrını bəhanə edib sol əlini qaldırmaqdan imtina etsə də, yuxarı və aşağı ətraflarda əzələlərdə atrofiya, kontraktura, hərəki məhdudluq qeyd edilməmişdir. Aqqravasiya etmiş, yeriməkdən imtina etmiş, səbəbsiz yerə qışqırmışdır. Təqdim etdiyi xx.xx.2022-ci il tarixli EMG müayinəsinin nəticəsi “Xronik, assimetrik, qazanılmış, aksonal, motor-sensor polinevropatiyanın leyhinədir” kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 370 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmişdir, (təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Sağ yuxarı təpə payında kortikosubkortikal proyeksiyada ~ 9 mm ölçülü T2, Flair hiperintens-fokal işemik xarakterli ocaq qeyd olunur. Mezensefalon sağ tərəfində qliotikanqiopatik ocaq qeyd olunur. Sağ gicgah payında paraventrikulyar və hər iki alın-təpə paylarında para-periventrikullyar T2, Flair hiperintens-qliozis, mikroanqiopatiya ocaqları qeyd olunur. Yan mədəciklər bir qədər genişlənmişdir. Beyin şırımları əsasən gicgah-təpə paylarında olmaqla dərinləşmiş, Silvi yarıqlarının qenişliyi və subaraxnoidal sahənin artmışdır-kortikal atrofiyaya, ensefalopatiyaya xarakter. Sol maxillvar sinusda mukozal qalınlaşma qeyd olunur- xroniki maxillyar sinusit əlaməti” kimi qeyd edilmişdir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023xx.xx.2023-cü il tarixli çıxarışında diaqnoz “Sol orta beyin arteriyası hövzəsində insult. Keçirilmiş kəllə-beyin travmasından sonrakı postravmatik ensefalopativa. Xroniki postravmatik başlanğıc qıcolmalar. Diabetik polinevropativa, sol yuxarı monoparez. Şəkərli diabet, tip 2, ağır forma. ÜİX. Stenokardivanın digər formaları. Essensial hipertoniya, İİ dərəcə. Diabetik nevropatiya. Üzvi mənşəli şəxsiyyət dəyişikliyi. Davranış pozulması, intihara cəhd fikirləri ilə” kimi müəyyənləşdirilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-5386/2023 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək İddiaçı müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması kimi icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin “İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də, müraciəti təmin edilməmişdir. İşdə olan Mərkəzi Hərbi Həkim Komissiyasının mart 1995-ci il tarixli 11 nömrəli qərarının surətinə əsasən müəyyən edilir ki, 1970-ci il təvəllüdlü İddiaçı “qapalı kəllə-beyin travması, kontuziya” xəsarətini Azərbaycan Respublikasının müsafiəsi zamanı almışdır. O, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Cəbrayıl rayon xəstəxanasında, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Saatlı rayon xəstəxanasında müalicə almışdır. İş materiallarında olan sənədlərə əsasən: İddiaçı əlillik vəziyətinə xx.xx.1998-ci il tarixdə baxılmış və “səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar, diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri, meyar: İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın ...” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik verilmişdir. İddiaçı əlillik vəziyəti 501 №-li qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarı üzrə edilmiş müraciət əsasında xx.xx.2019-cu il tarixdə müayinə edilmiş, diaqnozun mətni “S06.3 baş beynin ocaqlı travması, keçirilmiş kəllə beyin travmasının, beyin əzilməsinin davamlı qalıqları...” kimi göstərilmiş, reabilitasiya vasitəsi olaraq avtomobilin verilməsindən imtina edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyətinə dair göndərişə xx.xx.2022-ci il tarixdə baxılmış və “xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - başın travmaları => S06 - kəllədaxili travma => S06.8 - digər kəllədaxili travmalar, diaqnozun mətni: keçirilmiş qapalı kəlləbeyin travmasınm qalıq əlamətləri” diaqnozu üzrə iddiaçıya əlillik təyin edilməsindən tam reabilitasiya olunması əsası ilə imtina edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyətinə xx.xx.2023-cü il tarixdə müayinə edilməklə baxılmış və “kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travmasının davamlı qalıqları, beynin əzilməsi” diaqnozu üzrə diaqnoz əlillik əlaməti təyin etmir əsası ilə iddiaçıya imtina cavabı verilmişdir. xx.xx.2023-cü il tarixli (forma nömrəsi: B00114385NFL) göndəriş əsasında iddiaçıya münasibətdə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 21 noyabr 2023-cü il tarixli 3-17-4/3-3-18815/2023 nömrəli Qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. (ESDAS: **********9). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 110 nömrəli Xəstəlik haqqında Arayış verilmişdir. Həmin arayışda “Qapalı kəllə-beyin travması, kontuziya” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qərarda qeyd edilmişdir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş və tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinəyə xərəkdə gətirilmiş və 110 nömrəli otaqda müayinə edilmişdir. Müayinəyə simulyativ xarakterli gözləri yumulu şəkildə, aqressiv daxil olmuş, başgicəllənməsi və başağrısından şikayətlənmişdir... Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroioji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5386/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmə qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 4239 nömrəli məktubu ilə göndərilmiş İddiaçı haqqında olan xx.xx.2024-cü il tarixli 2376 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, ...İddiaçı üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu (F07) aşkar olunur. Bunu anamnestik məlumatlar və təqdim olunmuş tibbi sənədlər – Azərbaycan Respublikasının müdafiəsi zamanı 1992-ci ildə “Qapalı kəllə-beyin travması, kontuziya” alması, 12.08-xx.xx.1992-ci il tarixlərdə Cəbrayıl Xəstəxanasında və 15.08xx.xx.1992-ci il tarixlərdə Saatlı Rayon Xəstəxanasında müalicə olunması, sonralar travmanın nevroloji və psixi pozuntuların (fəsadların) kəskinləşməsi ilə əlaqədar stasionar müalicə alması, Saatlı Rayon Mərkəzi Xəstəxanası PHŞ poliklinika şöbəsində “Keçirilmiş kəllə-beyin travmasından sonrakı vəziyyət, beyin əzilməsi, sol yuxarı ətrafın parezi, hissiyyat pozğunluqları, şəkərli diabet İİ tip (İ Qarabağ müharibəsi zamanı alınmış QKBT şəxsiyyət pozuntusu, depressiv daxilolmalar koqnitiv funksiyaların enməsi ilə F07.0) diaqnozu ilə dispanser qeydiyyatda olması, Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə müayinə olunarkən “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, epileptik tutmalar) F07.0” diaqnozunun təyin olunması, tibbi sənədlərdə intihar cəhdləri barədə məlumat verilməsi, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri, təfəkkürün tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhvali-ruhiyyəsinin enməsi, qıcıqlara qarşı həssaslığın yüksəlməsi, affektiv reaksiyalara meylli olması, söhbət prosesində tez yorulması, diqqətini cəmləşdirməkdə çətinlik çəkməsi, koqnitiv funksiyaların zəifləməsi və sair sübut edir. İddiaçı üzvi (keçirilmiş kəllə-beyin tavması nəticəsində) şəxsiyyət pozuntusu aşkar olunur. İddiaçı qeyd olunan “üzvi şəxsiyyət pozuntusu”nun strukturuna depressiv və koqnitiv pozuntular, emosional labillik daxildir. Beləliklə, İddiaçı qoyulmuş diaqnozları düzgün hesab oluna bilər. Yuxarıda sadalanan əlamətlər, həmçinin şəxsiyyət pozuntusu keçirilmiş kəllə-beyin tavmasının fəsadları və ağırlaşmaları kimi qiymətləndirilir. Qeyd olunmuş diaqnozlu pozuntuların keçirilmiş kəllə beyin travması ilə səbəbli əlaqəsi vardır. Diaqnozların əlilliyin meyarlarına uyğun olub-olmamasının müəyyən edilməsi məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid deyil. İddiaçı qeyd olunan psixi pozuntunun effektiv müalicə nəticəsində əlamətlərinin müəyyən dərəcədə azalması ehtimalı olsa da, tam sağalma ehtimalı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 26 dekabr tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimatın 2.2-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik” səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində “üzvi mənşəli şəxsiyyət pozuntusu” F07 diaqnozu öz əksini tapmaqdadır. Eyni zamanda müəyyən edilmişdir ki, Meyraların 7.6.2-ci bəndində öz əksini tapmış “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular” F06.7 diaqnozu iddiaçıya münasibətdə rəsmiləşdirilmiş göndərişdə öz əksini tapmaqdadır. İşin faktiki hallarını iş materialları ilə qarşılıqlı şəkildə təhlil edən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Qeyd edilməlidir ki, əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın fəaliyyəti diskresion səlahiyyətlər çərçivəsində həyata keçirilməkdədir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion səlahiyyətlərin təsir dairəsinə düşən qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh əlilliyin təyin edilməsindən imtinasını diaqnozun əyani müayinə zamanı öz təsdiqini tapmaması və nəticə etibarı ilə əlillik əlaməti təyin etməməsi ilə əsaslandırmışdır. Məhkəmə araşdırması və iş üzrə təyin edilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, İddiaçı üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu (F07) aşkar olunur. İddiaçı qeyd olunan “üzvi şəxsiyyət pozuntusu”nun strukturuna depressiv və koqnitiv pozuntular, emosional labillik daxildir. Beləliklə, İddiaçı qoyulmuş diaqnozları düzgün hesab oluna bilər. Yuxarıda sadalanan əlamətlər, həmçinin şəxsiyyət pozuntusu keçirilmiş kəllə-beyin tavmasının fəsadları və ağırlaşmaları kimi qiymətləndirilir. Qeyd olunmuş diaqnozlu pozuntuların keçirilmiş kəllə beyin travması ilə səbəbli əlaqəsi vardır. Ekspert rəyində bildirilmişdir ki, iddiaçıda qeyd olunan psixi pozuntunun effektiv müalicə nəticəsində əlamətlərinin müəyyən dərəcədə azalması ehtimalı olsa da, tam sağalma ehtimalı yoxdur. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə qüvvədə olan hərbi həkim komissiyasının qərarı mövcuddur ki, ona münasibətdə həmin qərar əsasında xx.xx.1998-ci il tarixdən müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmiş və xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. Lakin cavabdeh tərəfindən diaqnozun düzgün olması, iddiaçının əvvəllər də eyni diaqnoz əsasında əlil olmasını nəzərə almadan, qərarda iddiaçıda olan xəstəliklərin əyani müayinə zamanı öz təsdiqini tapmasını əsaslandırmadan müvafiq imtina qərarı qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, qanunla və qaydalara əsasən müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması cavabdeh tərəfindən aparılan icraat çərçivəsində mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi). İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, iddia iddiaçı tərəfindən irəli sürülən tələb həcmində təmin olunmalı, cavabdehin üzərinə xx.xx.1970-ci il tarixdə doğulmuş İddiaçı xx.xx.2023-cü il tarixli B00114385NFL nömrəli göndəriş əsasında iddiaçıda müşahidə olunan F07.0 və F06.7 XBT kodlu diaqnozlar əsasında müddəti və faizi müəyyən edilməklə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi qoyulmalıdır. Belə ki, hazırkı vəziyyətdə iddiaçıya münasibətdə əlilliyin səbəbinin müəyyən edilməsinə nəzərən hərbi həkim komissiyasının qərarı mövcuddur, iddiaçının ona əlilliyin təyin edilməsini tələb etdiyi diqanoz öz təsdiqini tapır və Meyarlarda mövcuddur. Onun ağırlaşmalarına uyğun əlilliyin dərəcəsinin və müddətinin müəyyən edilməsi isə cavabdehin diskresion səlahiyyətlərinə aiddir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, işə iddia tələbi çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli B00114385NFL nömrəli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3.
Məhkəmə qərarları › İş №2-1(112)-5386/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5386/2024
29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver