Məhkəmə qərarları › İş №2-1(112)-539/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-539/2024

15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-539/2024 15.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 65 yaşı tamam olduğu, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1957-ci il tarixdə Əli- Bayramlıda doğulmuşdur. O, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər (02 il 13 gün) Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (04 il 10 ay 06 gün) “Avtomobil və avtomobil təsərrüfatı” ixtisası üzrə Azərbaycan Politexnik İnstututunda təhsil almışdır. Əmək kitabçasının surətindən göründüyü kimi, İddiaçı müxtəlif müəssisələrdə işləmişdir ki, onun işlədiyi dövr aşağıdakı illəri əhatə edir: xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək mexanik; (02 il 03 ay 29 gün) xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək mühəndis; (10 gün) -xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək rəis; (02 il 11 ay 10 gün) -xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək müdir; (01 il 09 ay 16 gün) -xx.xx.1993-cü il tarixdən xx.xx.1998ci il tarixədək "Mübariz” kiçik müəssisəsininn direktoru; (05 il 26 gün) -xx.xx.1998-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" firmasının direktor müavini vəzifəsində. (xx.xx.2006-cı il tarixə 07 il 03 ay 05 gün) Ümumilikdə xx.xx.2006-cı il tarixədək iş stajı 27 il 01 ay 25 gün təşkil edir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək ona 65 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixli, **********2 №-li məktubla müraciətdə qeyd edilənlərin icrasından imtina etmiş və imtina üçün üç əsas gətirmişdir: xx.xx.2006-cı il tarixədək iş stajının 25 ildən az olması; xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Mübariz" kiçik müəssisəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasında işlədiyi müddət ilə bağlı müəssisələrə dair sənədlərin (əmək haqqı cədvəllərinin) olmaması; xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması. Hesab edirəm ki, cavabdeh inzibati orqanın imtinası əsaslı deyil. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı əmək kitabçasının, diplomunun və hərbi biletinin surətlərinə əsasən (xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 14 il 8 ay 29 gün sosial sığorta stajına malik olduğundan, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından imtina məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" kiçik müəssisəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasında olan əmək fəaliyyətinin araşdırılması zərurəti yaranmışdır. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixdən xx.xx.1998ci il tarixədək "xxxx" kiçik müəssisəsinin və xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasının arxiv sənədləri mühafizə olunması üçün arxivə təhvil verilmədiyi aşkar edilmiş və həmin dövrlər ərzində əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bundan başqa iddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1993-cü ildə "xxxx" kiçik müəssisəsində işə qəbul olması barədə qeyd olsa da, işəqəbul əmrinə baxdıqda təqvim ilinin sonlarında (avqust ayında) 1 №-li əmrlə qeydə alınması onun mötəbərliyini şübhə altına alır. Həmçinin iddiaçının əmək kitabçasında xx.xx.1998-ci il tarixdə işəqəbul əmri təqvim ilinin sonlarında (sentyabr ayında) 3 №-li əmrlə qeyd olunmuş, bundan başqa onun xx.xx.2009-cu il tarixdə işdən azad olması barədə qeydin latın qrafikalı əlifba ilə və Azerbaycan dilində yazılmasına baxmayaraq 1 fevral 1999-cu il tarixdə qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad olunmuş, və əmr tarixi və nömrəsi qeyd olunmamışdır. İddiaçının əmək kitabçasında xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasında işlədiyi qeyd olunsa da, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işləməsi barədə fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosisal sığorta haqqı qeydə alınmamışdır. "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair" təlimatın 61-ci bəndinə əsasən, sərəncam təşkilat rəhbəri tərəfindən imzalanır və müvafiq kitabda təqvim ili çərçivəsində xronoloji ardıcıllıqla qeydə alınır. Həmin kitab üzrə verilən qeyd nömrəsi sərəncamın nömrəsi hesab olunur. Əmrlər təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır. (Təlimat-maddə 66) “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Mübahisəli müddətlər üzrə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı" haqqında Qanunun “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun “Pensiyaların ödənilməsi üçün vəsait” adlanan 10-cu maddəsinə görə isə bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Respublika Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsait aşağıdakılardan əmələ gəlir: mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmaları. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1,1.0.2,1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyqun deyildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əməkhaqqı -müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya ayhg məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Göründüyü kimi, İddiaçı tələb olunan (25 il) sosial sığorta stajına, eyni zamanda tələb oiunan pensiya kapitalına malik olmadığından, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanlardan da aydın olduğu kimi iddiaçı X3 iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1988-ci il tarixli əmək kitabçasından görünür ki, “Baksənticarətnəqliyyat” İANB 2701 №-li avtokolonda 169/ş.h saylı xx.xx.1985ci il tarixli əmrə əsasən avtomexanik təyin olunmuşdur. xx.xx.1988-ci il tarixdə 13/ş-h saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən arosənayenin “elektromexanikləşdirmə” trestinə köçürülməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.1988-ci il tarixdə 5-k saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən “Baksənayeticarətsənaye” İAHB-nin 2701 №-li avtokolonundan köçürülməsi qaydası ilə normativaraşdırma stansiyasına böyük mühəndis vəzifəsinə təyin olunmuşdur. xx.xx.1988-ci il tarixdə 91-k saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən Sumqayıt SATB-nın rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında köçürüldüyünə görə işdən azad edilmişdir. xx.xx.1988-ci il tarixdə 192şh saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən Sumqayıt İANB-də m.o İTŞ-nin rəisi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1989-cu il tarixdə 04 ş/h saylı xx.xx.1989-cu il tarixli əmrə əsasən Sumqayıt İANB-nin əsasında “Yüksərnişin” İANB-nin yaradılmasına görə İTŞ-nin rəisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1991-ci il tarixdə 103 saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən Xırdalan ŞANM-nə köçürüldüyü üçün işdən azad olunmuşdur. xx.xx.1991-ci il tarixdə şh 1/142 saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən Xırdalan ŞANM-yə müdir təyin edilmişdir. xx.xx.1989cu il tarixdə 283 saylı xx.xx.1989-cu il tarixli əmrə əsasən Yük-Sərnişin LNİB-də “X2” günü münasibəti ilə təşəkkür elan olunmuşdur. xx.xx.1990-cı il tarixdə 219 saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən “X2” günü münasibəti ilə təşəkkür elan olunmuşdur. xx.xx.1993-cü il tarixdə 88 saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən Azərbaycan Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1993-cü il tarixdə 01 saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən ştat cədvəlinə əsasən "xxxx" Kiçik Müəssisəsinə direktor vəzifəsinə təyin olunmuşdur. xx.xx.1998-ci il tarixdə Azərbaycan Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1998-ci il tarixdə 03 saylı xx.xx.1998-ci il tarixli əmrə əsasən ştat cədvəlinə əsasən "xxxx" Firmasına direktor müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2009cu il tarixdə 07 saylı xx.xx.2009-cu il tarixli əmrə əsasən Azərbaycan Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********2 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim edilən əmək kitabçasının, diplomunun və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr və xx.xx.1980-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək əyani təhsil aldığı illər nəzərə alınmaqla) 14 il 8 ay 29 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək "xxxx" kiçik müəssisəsində və xx.xx.1998-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" firmasında olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. "xxxx" kiçik müəssisəsinin və "xxxx" firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından əmək haqqı alıb-almadığınızı müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək (xx.xx.2017-ci il tarixindən dondurulmuş VÖEN hesabının aktivləşəcəyi tarixədək) 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün Azərbaycan Beynəlxalq Bankın Sabunçu filialına müraciət etmək tövsiyə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-3702/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati işlə əlaqədar İddiaçı cavabdeh DSMF Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işlə əlaqədar "xxxx" kiçik müəssisəsinin və "xxxx" firmasının özəlləşdirilməsinin həyata keçirilib-keçirilməməsi, ləğv edilib-edilməməsi, hüquqi varisinin mövcud olubolmaması, ümumiyyətlə həmin müəssisə barədə məlumatların, özəlləşdirilməsi həyata keçirilmişdirsə özəlləşdirmə materialının (emissiya prospekti və s.) təsdiqedici sənədlərlə birlikdə təqdim edilməsi ilə bağlı müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində "xxxx" kiçik müəssisəsi və "Kəmərli” firması barədə hər-hansı məlumat yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-16-5/2-11-2626/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin arxivində "xxxx" kiçik müəssisəsi və "xxxx" firmasına aid sənədlər aşkar edilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-4/2-590/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" Kiçik müəssisəsinin və "xxxx" firmasının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-34/2-635/01-3/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində "xxxx" kiçik müəssisəsi adı ilə 6 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 1-i xx.xx.1996 - xx.xx.1999-cu il tarixlərində qeydiyyatda olmuş, 3-ü xx.xx.1996 - 01,08.1996-cı il tarixləri ərzində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən halhazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamış, 2-si isə müvafiq olaraq 19 iyun və 14 iyul 1996-cı il tarixlərindən qeydiyyatdadırlar. "xxxx" firması 22 may 1997-ci il tarixində Azərbaycan Respublikasının statistik vahidləri dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statislika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Statistik vahidlərin dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Gələcəkdə maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək xahiş olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********183000 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, reyestrdə "xxxx" kiçik müəssisəsi və "xxxx" firması adlı bir neçə fərqli kommersiya hüquqi şəxs aşkar edilmişdir. Belə ki, hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikası üzrə dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsləri barədə məlumatı özündə əks etdirir. Odur ki, müraciətin cavablandırılması məqsədilə müvafiq vergi orqanına göndərilməsi üçün sözügedən hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) vermək xahiş edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 74357 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1993-xx.xx.1998-ci il tarixlərində və "xxxx" Firmasının xx.xx.1998-xx.xx.2006-cı il tarixlərində fəaliyyəti ilə bağlı məlumatın araşdırılması Abşeron rayon Dövlət Arxivinin səlahiyyəti xaricindədir. Sözügedən müəssisələrin arxiv sənədləri Abşeron rayon XDS İK-nın qərarları arasında araşdırıla bilər, lakin Abşeron rayon XDS İK-nın 1991-ci ilədək olan müvafiq sənədləri arxiyə təhvil verilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-34/2-2873/01-3/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" kiçik müəssisəsinə və "xxxx" firmasına (direktor: M.M.Quliyev) dair məlumat Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2023-cü il 31 mart tarixli, 3-34/2-635/01-3/2023 nömrəli məktubu ilə verilmişdir. Müvafiq məktubda "Mübariz” kiçik müəssisəsi kimi adı çəkilən statistik vahidlərdən hər hansı birinin direktorunun İddiaçı, direktor müavininin isə V.B.Barhudarov olması ilə bağlı Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində hər hansı məlumat mövcud deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********126800 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, reyestrdə "xxxx" Kiçik Müəssisəsi və "xxxx" Firması adlı bir neçə fərqli kommersiya hüquqi şəxsi aşkar edilmişdir. Belə ki, hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikası üzrə dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsləri barədə məlumatı özündə əks etdirir. Odur ki, müraciətin cavablandırılması məqsədilə müvafiq vergi orqanına göndərilməsi üçün sözügedən hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) vermək xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********42200 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1993cü il tarixdə, 2484 nömrə ilə və "xxxx" Firmasının xx.xx.1994-cü il tarixdə 18963 nömrə ilə dövlət qeydiyyatından keçmələri barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxslər adından VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. Məhkəmə iddiaçının iddia tələbində 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixi əvəzinə xx.xx.1957-ci il doğum tarixinin qeyd edilməsini texniki yazı səhvi hesab edir, və nəzərə alır ki, iddiaçının hüquqi marağı, iddia tələbində qeyd edildiyini kimi, hüququnun yarandığı 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. İddiaçının xx.xx.1988-ci il tarixli əmək kitabçasında qeyd edilmiş xx.xx.1985xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1993-cü il tarixlərdə olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla cavabdeh qurum tərəfindən ona (xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 14 il 8 ay (faktiki olaraq 7 ay) 29 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Mübahisəli sosial sığorta stajı iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək (5 il 26 gün) "xxxx" kiçik müəssisəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.2009-cu il tarixədək (xx.xx.2006-ci il tarixədək 07 il 03 ay 04 gün) "xxxx" firmasında işlədiyi əmək fəaliyyəti dövrüdür. Cavabdeh həmin dövrün nəzərə alınmamasını iddiaçının əmək kitabçasının qeyd olunmuş xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" kiçik müəssisəsinin və xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasının arxiv sənədləri mühafizə olunması üçün arxivə təhvil verilməməsi, həmin dövrlər ərzində əmək haqqı alıbalmadığını müəyyənləşdirmək mümkün olmaması, iddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1993-cü ildə "xxxx" kiçik müəssisəsində işə qəbul olması barədə qeyd olsa da, işəqəbul əmrinə baxdıqda təqvim ilinin sonlarında (avqust ayında) 1 №-li əmrlə qeydə alınmasının onun mötəbərliyini şübhə altına alması, iddiaçının əmək kitabçasında xx.xx.1998-ci il tarixdə işə qəbul əmri təqvim ilinin sonlarında (sentyabr ayında) 3 №-li əmrlə qeyd olunması, onun xx.xx.2009-cu il tarixdə işdən azad olması barədə qeydin latın qrafikalı əlifba ilə və Azerbaycan dilində yazılmasına baxmayaraq 1 fevral 1999-cu il tarixdə qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad olunmas, və əmr tarixi və nömrəsi qeyd olunmaması, əmək kitabçasında xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasında işlədiyi qeyd olunsa da, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işləməsi barədə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması ilə izah edir. Bu səbəbdən sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********42200 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1993-cü il tarixdə, 2484 nömrə ilə və "xxxx" Firmasının xx.xx.1994-cü il tarixdə 18963 nömrə ilə dövlət qeydiyyatından keçmələri barədə məlumat mövcuddur. İddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" kiçik müəssisəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasında olan iş dövrü onun əmək kitabçasında olan müvafiq qeydlərlə təsdiqini tapır, həmin dövrdə qeyd edilən müəssisələr mövcud olmuş, fəaliyyət göstərmişlər. Odur ki, müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi və cavabdeh tərəfindən qeyd edilən digər dəlillər, o cümlədən mərkəzləşdirilmiş X1 Pensiya altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonra pensiya kapitalının qeydə alınmaması xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrdə (12 il 4 ay) də iddiaçı ilə həmin müəssisələr arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixə ən azı 25 il sığorta stajı var (26 il 11 ay 29 gün). Odur ki, məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Odur ki, məhkəmə qeyd edir ki, inzibati orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə (“qanunun analogiyası” tətbiq edilməklə) əsasən pensiyanın təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Nəticə etibarilə, iddiaçının yaşa görə pensiyanın təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X4 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə 2017-ci il 10 mart tarixli Azərbaycan Respublikasının Qanunu (1 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmış, həmçinin yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2022-ci il tarixdə yaranmışdır. İddiaçı cavabdeh quruma 2022-ci il tarixdə müraciət etmişdir. Belə ki, cavabdeh qurum tərəifnən iddiçıya xx.xx.2022-ci il tarixli cavab məktubu göndərilmişdir. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir. İddai təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. xx.xx.2021-ci il tarixdən sonrakı dövrdə kişilər üçün pensiya yaşı 65-dir. İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1957-ci ildə doğulduğu üçün hüquqi marağına uyğun olaraq, ona 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar