Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5390/2021 16.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh ASC-nə qarşı “sənədlərin götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səyyar vergi yoxlamasının keçirilməsi üçün yuxarıda adları çəkilən sənədlərin Cavabdeh ASC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək səyyar vergi yoxlamasının keçirilməsi üçün sənədlərin (əgər müvafiqdirsə vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər;Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar;Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti;Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti. ;Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda);Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu;İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumatjpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti;Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı;Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti;Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər;Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda);Dəyəri 10 000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri;Dəyəri 2 000 manatdan yuxarı olan bütün sığorta polisləri;Qeydiyyatda olan bütün NKA üzrə Z- hesabatları; Mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları;Görülmüş işləri təsdiq edən təhvil-təslim aktları və forma №2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; Aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (01.08.2017-ci il tarixdən 31,07.2020-ci il tarixədək) elektron surəti;2.1 Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda);2.2 Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda);2.3 Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda)2.4 Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə);2.5 Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal- material hərəkəti barədə məlumat (excel faylda);2.6 Siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti;2.7 Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait, qeyri-maddi aktivlərin reyestri (excel faylda);2.8 Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri;2.9 Fiziki şəxsdə çalışmış Xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri;2.10 Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri.2.11 Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı;2.12 Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda);2.13 Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda);2.14 Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin) Cavabdeh ASC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən Cavabdeh ASC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın həyata keçirilməsi üçün inzibati orqan tərəfindən müəssisənin elektron poçt ünvanına tələbnamə göndərilmiş, lakin yoxlama ilə əhatə edilən dövr üzrə imzalanmış və möhürlənmiş kağız daşıyıcalarda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş zəruri sənədlət təqdim olunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəmənin sərəncamı icra edilməyərək yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir; -42.3-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər; -43.1-ci maddəsinə əsasən, sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir; -43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Vergi qanunvericiliyində “sənədlərin götürülməsi” hüququ geniş mənada ifadə olunmuşdur ki, bu hüquq vergi orqanın səlahiyyətlərinə aid edilmişdir. Belə ki, səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyəcisi tərəfindən təqdim olunan sənədlərin öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərlə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi tərəfindən VM-ə müvafiq olaraq ona təqdim edilmiş sənədləri vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə götürülməsini həyata keçirir. Nəzərə alınmalıdır ki, səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti zamanı yoxlama üçün zəruri olan sənədləri vergi ödəyicisindən VM ilə müəyyən edilmiş qaydada tələb etmək vergi orqanının hüququdur. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 17.02.2021-ci il tarixli qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması təyin edilmiş, Vergi Məcəlləsinin 42-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” tələbnamə təqdim edilmişdir. Bundan sonra iddiaçı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar qəbul etmiş və həmin qərarda cavabdehdən 01.01.2014-cü il tarixdən 31.12.2020-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməli olması göstərilmişdir. Cavabdeh tələb edilən sənədləri vergi orqanına qismən təqdim etdiyindən iddiaçı tərəfindən 18.03.2021-ci il tarixdə “Sənədlərin qismən təqdim olunması barədə” akt tərtib edilmiş, cavabdehin direktoru X3 həmin aktı imzalanmışdır. Göründüyü kimi vergi ödəyicisi olan cavabdeh vergi orqanının tələbini icra etməyərək qanunla nəzərdə tutulmuş qaydada zəruri olan sənədləri vermədiyindən, həmin sənədlərin götürülməsi ilə bağlı vergi orqanının hərəkətləri, o cümlədən, hazırkı məzmunda iddia ilə məhkəməyə müraciəti Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olmuşdur. Yoxlama dövrünə aid olan və iddiaçı tərəfindən tələb olunan sənədlərin bir hissəsi cavabdeh vergi ödəyicisi tərəfindən təqdim edilmişdir ki, bu hal ümumiyyətlə hazırki iddia üzrə mübahisə predmetini təşkil etməmişdir. Zəruri olan digər sənədlərin vergi orqanına təqdim olunması isə öz təsdiqi tapmamışdır. Əlavə olaraq məhkəmə bildirir ki, “Sənədlərin qismən təqdim olunması barədə” akt cavabdeh vergi ödəyicisinin səlahiyyətli şəxsi tərəfindən imzalanmışdır ki, bu hal kommersiya qurumların dövlət reyestrinə daxil olmuş məlumatlarda öz əksini tapır. Belə ki, kommersiya qurumların dövlət reyestrinə daxil edilmiş məlumatlardan (https://www.etaxes.gov.az) məlum olur ki, Cavabdeh ASC-nin (VÖEN:**********) qanuni təmsilçisi X2r. Göründüyü kimi, sözügedən akt müəssisənin qanuni təmsilçisi tərəfindən imzaladıqda, o, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin əhatə dairəsindən məlumatlı olmuşdur. Zəruri vurğulanmalı hal odur ki, Cavabdeh ASC-yə məhkəmə iclasları barədə lazımı qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyərək iddiaya dair münasibətini, həmçinin aktda olan imzanı mübahisələndirməmişdir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Səyyar vergi yoxlamasının keçirilməsi üçün sənədlərin (əgər müvafiqdirsə vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər;Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar;Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti;Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti. ;Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda);Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu;İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumatjpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti;Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı;Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti;Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər;Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda);Dəyəri 10 000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri;Dəyəri 2 000 manatdan yuxarı olan bütün sığorta polisləri;Qeydiyyatda olan bütün NKA üzrə Z- hesabatları;Mənzillərin, qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları;Görülmüş işləri təsdiq edən təhvil-təslim aktları və forma №2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; Aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (01.08.2017-ci il tarixdən 31,07.2020-ci il tarixədək) elektron surəti;2.1 Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda);2.2 Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda);2.3 Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda)2.4 Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə);2.5 Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal- material hərəkəti barədə məlumat (excel faylda);2.6 Siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti;2.7 Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait, qeyri-maddi aktivlərin reyestri (excel faylda);2.8 Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri;2.9 Fiziki şəxsdə çalışmış Xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri;2.10 Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri.2.11 Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı;2.12 Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda);2.13 Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda);2.14 Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunması Cavabdeh ASC-yə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5390/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5390/2021
16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver