Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5393/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kəmalə Həsənovanın hərəkətlərinin qanunsuz hesab edilməsi; hazırki icra işi ilə əlaqədar icra məmuru tərəfindən qəbul edilmiş qərarların ləğv edilərək, icra işinin dayandırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2-(103)92/2018 saylı, 18.05.2018-ci il tarixli qətnaməsinə əsasən ondan, iddiaçı "Bank VTB"xxxx" ASC-nin xeyrinə 110705-1-5513/2 saylı, 25.10.2013-cü il tarixli "Kommersiya Krediti Müqaviləsi" üzrə 174313, 09 ABŞ dolları məbləğində əsas borc, 45997,99 ABŞ dolları məbləğində faiz və 6141,00 ABŞ dolları məbləğində cərimə, cəmi 226.452,08 ABŞ dolları, 110705-1-5513 /3 saylı, 28.10.2014-cü il tarixli "Kommersiya Krediti Müqaviləsi" üzrə 80000.00 ABŞ dolları məbləğində əsas borc, 20857,78 ABŞ dolları məbləğində faiz və 2237,50 ABŞ dolları məbləğində cərimə, cəmi 103095,28 ABŞ dolları, hər iki müqavilə üzrə cəmi 329547,36 ABŞ dolları pul vəsaitinin Azərbaycan manatına məzənnəsi ilə borcun, iddia verilərkən ödənilmiş 30 manat və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun tutulması, tutmanın "Bank VTB"xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş., Abşeron rayonu, Pirəkeşkül kəndində 0.04785 ha torpaq sahəsində yerləşən 43 nömrəli 2 girişli, 451,24 kv.m ümumi, 240,14 kv.m əsas, 211.1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (yeməkxanaya) ilkin satış qiyməti 250000 (iki yüz əlli min ) manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində istifadədə olan 0.1372 ha torpaq sahəsində yerləşən 13 B nömrəli, 9 mərtəbəli binanın 3-cü girişində 8-ci mərtəbəsində yerləşən 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 52 nömrəli mənzilə-ilkin satış qiyməti 68300 (altmış səkkiz min üç yüz) manat məbləğində müəyyən edilməklə ödənilməsi və göstərilən əmlakların açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin "Bank VTB"xxxx" ASC-nə ödənilməsi, göstərilən daşınmaz əmlakların məcburi boşaldılması barədə qətnamə qəbul edilmişdir. Mövcud qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hal-hazırda qətnamə üzrə göstərilən daşınmaz əmlaklar hərrac yolu ilə satılması üçün hərraca çıxarılmış, Xətai rayonunda yerləşən 3 otaqlı mənzil hərrac yolu ilə satılmadığından tələbkara təklif edilmişdir. O, Xırdalan şəhərində yeni hündür mərtəbəli yaşyış evlərinin tikintisi ilə məşğul olur və hal-hazırda 10-larla mənzili satışa çıxarmışdır. Həmin mənzillərdən əldə olunan vəsaiti kredit borcuna yönəltməyi planlaşdırır. Bundan əlavə təxminən 50000-60000 manat məbləğində pul vəsaitini də yaxın vaxtlarda kredit borcuna ödəyəcəkdir. Lakin icra məmuru onun bu təklifləriylə razılaşmır. İcra məmuru hər şeydən öncə qətnamə üzrə göstrərilən kredit borcunun 7%-ni məcburi ödəniş üçün ödənilməsini tələb edir. "Hərracın keçirilməsinin dayandırılması və nəticələrinin ləğv edilməsi barədə" iddia ərizəsi ilə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir, iddia ərizəsinin surətini icra məmuruna təqdim etsə də, o, bunu nəzərə almamışdır. Eyni zamanda hərracın keçirilməsinin müvəqqəti dayandırılması barədə müvəqqəti xarakterli məktubun verilməsi barədə rəsmi qaydada icra məmuruna müraciət etsə də, heç bir nəticə olmamışdır. Hesab edir ki, icra məmurunun bu hərəkət və hərəkətsizliyi ilə "İcra haqqında" Azərbaycan Respublikası Qanununun və digər qanunvericiliyin normalarını kobud şəkildə pozur. Ona görə də icra məmurunun hərəkətlərindən şikayət edərək, icra hərəkətlərinin dayandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası 29 aprel 2021-ci il tarixə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-93/2017 saylı 26 oktyabr 2017-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı tərəflər arasında bağlanılmış 110705-1-5513 saylı, 12.02.2013-cü il tarixli “Baş kredit razılaşması”nın 110705-1-5513/2 saylı, 25.10.2013-cü il tarixli "Kommersiya krediti müqaviləsi"nin və 110705-1-5513/3 saylı, 28.10.2014-cü il tarixli “Kommersiya krediti müqaviləsinin ləğv edilməsi, cavabdehdən 110705-1-5513/2 saylı, 25.10.2013-cü il tarixli "Kommersiya krediti müqaviləsi" üzrə 175 050.39 ABŞ dolları məbləğində əsas borc, 45 997.99 ABŞ dolları məbləğində faiz və 6 141.00 ABŞ dolları məbləğində cərimə, cəmi 227 189.38 ABŞ dolları, 110705-1-5513/3 saylı, 28.10.2014-cü il tarixli 'Kommersiya krediti müqaviləsi” üzrə 80.000.00 ABŞ dolları məbləğində əsas borc, 20 901.46 ABŞ dollan məbləğində faiz və 2 237.50 ABŞ dolları məbləğində cərimə, cəmi 103 138.96 ABŞ dollan, hər iki müqavilə üzrə cəmi 330 328.34 ABŞ dolları pul məbləğinin azərbaycan manatına məzənnəsi ilə borcun, iddia verilərkən ödənilmiş 30 manat və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka əmlaklarına yönəldilməsi və ipoteka əmlakının boşaldılması tələbinə dair mülki işə baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-92/2018 saylı 18 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli, 2-2(82)- 93/2017 saylı qətnaməsinin qismən - tutmanın ipoteka ilə yüklü edilmiş əmlakların ilkin satış qiymətinin dəyişdirilməsi, cavabdeh İddiaçı 25 oktyabr 2013-cü il tarixli 110705-1-5513/2 saylı kredit müqaviləsi üzrə 175.050.39 ABŞ dolları məbləğində əsas borc, 45.997.99 ABŞ dolları məbləğində faiz borcu, 614.1 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 221.662.48 ABŞ dolları (iki yüz iyirmi bir min altı yüz altmış iki ABŞ dolları 48 sent), 28.10.2014-cü il tarixli, 110705-1-5513/3 saylı kredit müqaviləsi üzrə 80.000 ABŞ dollan məbləğində əsas borc, 20.901.46 ABŞ dollan məbləğində faiz borcu, 223.75 ABŞ dollan məbləğində cərimə, cəmi 101 125.21 ABŞ dolları (yüz bir min yüz iyirmi beş ABŞ dolları,21 segj^əbləğində pul vəsaitinin (azərbaycan manatına məzənnəsi ilə), iddia verilərkən ödənilmiş 30 manat və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə Bank qarşısında yüklü edilmiş Abşeron rayonu, Pirəşeşkül kəndində 04785 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 2 girişli, 451.24 kv. metr ümumi, 240.14 kv. metr əsas, 211, 1 kv. metr köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binasına, ilkin satış satış qiyməti 250.000 AZN müəyyən edilməklə, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində, istifadədə olan 0,1372 ha torpaq sahəsində yerləşən BBV nömrəli, 9 mərtəbəli binanın 3cü girişində, 8-ci mərtəbədə yerləşən 38,6 kv. metr yaşayış sahəsində ibarət 3 otaqlı 52 nömrəli mənzilə, ilkin satış qiyməti 96.000 AZN müəyyən edilməklə daşınmaz əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracda satılaraq əldə olunan pul vəsaitindən “Bank VTB “xxxx” ASC-yə olan borcun ödənilməsi qət edilmiş və qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə iddiaçının hazırkı tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatı-iqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1 -ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxlında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 19.07.2019-cu il tarixli Sərəncamı ilə İnzibati-İqtisadi məhkəmələr ləğv edilərək, inzibati və kommersiya məhkəmələri yaradılmışdır. “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə əsasən Kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5393/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5393/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver