Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5395/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X6 üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı 3-cü şəxs qismində Daxili İşlər Nazirliyi cəlb edilməklə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” AR Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, ******* nömrəli qərarın ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın qəbul edilməsi cavabdehə həvalə edilməsi barədə” iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” AR Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, ******* nömrəli qərarın ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın qəbul edilməsi cavabdehə həvalə edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuşdur. X1 1940-ci ildə Qusar rayonunda, anası X5, xx.xx.1954-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası vəfat etmiş, anası isə ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı Bakı şəhəri, 257 nömrəli məktəbi bitirmişdir. 16 yaşı tamam olanda Naxçıvan MR-nın Şərur rayonunda keçmiş SSRİ pasportu almışdır. Həmin pasportla 2002ci ilə qədər Bakı şəhərində fəaliyyət göstərmişdir. 2002-ci ildə Rusiya Federasiyasına getmişdir. Rusiya Federasiyasında həbs edilmiş və xx.xx.2004-cü ildən xx.xx.2005-ci il qədər həbsdə saxlanılmışdır. xx.xx.2009-cu il tarixli X4 şəhər məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2012-ci ilin oktyabr ayında isə AR Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində 2013-cü ilin yanvar ayından isə 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir.xx.xx.2019-cu il tarixdən cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin almaq üçün müvafiq qurumlara müraciət etsədə, AR Miqrasiya Xidmətinə müraciət etmək tövsiyyə olunmuşdur. AR Miqrasiya Xidməti isə iddiaçı barədə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli qərar qəbul etmişdir. İddiaçı bununla razı deyil. Belə ki, Azərbaycan Respublikasında doğulmuşdur, orta məktəbə Bakı şəhərində getmişdir, valideynləri Azərbaycan Respublikası vətəndaşlarıdır, özü Azərbaycan Respublikasının vətəndaşı kimi ekstradisiya edilmişdir. Məhkəmə qərarlarında Azərbaycan Respublikası vətəndaşı olduğu göstərilir. Bütün bunlara baxmayaraq vətəndaşlıq mənsubiyyəti tanınmır, şəxsiyyət vəsiqəsini ala bilmir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə təqdim etdiyi etirazda göstərmişdir ki, R.Ə. Əlicanov vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı AR DİN xx.xx.2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinə sorğu ilə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeytdiyyatda olmadığı müəyyən edilərək onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə12.02. 2019-cu il tarixdə ******* nömrəli qərar qəbul edilmişdir. DMX iddiaçı ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, onun Azərbaycan Respublikasında pasport qeydiyyatında olması barədə məlumat yoxdur. İddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək- 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı və yə Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olduğu halda Azərbaycan Respublikası vətəndaşı sayıla bilərdi. Cavabdeh iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli qərarına əsasən, xx xxxxxx 1977-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. Qərarın 3-cü bəndinə əsasən qərardan onun hüquqi mindiyi gündən 30 gün müddətində inzibati və ya məhkmə qaydasında şıkayət verilə bilər. İddiaçı iddia ərizəsindən göründüyü kimi iddia tələbi cavabdehin xx xxxxxx 2019-cu tarixli, ******* nömrəli qərarın ləğv edilməsi (mübahisələndirmə haqqında iddia) və AR vətəndaşlığı mənsubiyyətinin tanınması haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi (məcburetmə haqqındaiddia ) tələblərdən ibarətdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia)... Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 33.1.-cü maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2.-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsindən aydın olur ki, iddiaçı cavabdehin qərarından 2019-cu ildən məlumatlı idi. Lakin məhkəməyə qərarın ləğv edilməsi ilə bağlı iddia ilə xx xxxx 2020-ci ildə müraciət etmişdir. Bununla da, iddiaçı İddiaçı tərəfindən cavabdehin xx xxxxxx 2019-cu tarixli, ******* nömrəli qərarın mübahisələndirilməsi üçün və həmin məsələ üzrə yeni inzibati aktın qəbul edilməsinə məcbur edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddət buraxılmış, həmin müddətin bərpa edilməsi üçün iddiaçının göstərdiyi səbəblər üzrlü sayılmamışdır. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” AR Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, ******* nömrəli qərarın ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın qəbul edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” AR Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, ******* nömrəli qərarın ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın qəbul edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5395/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5395/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver