Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5397/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsinə qarşı “nikah haqqında şəhadətnamədə dəyişiklik edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə mərhum həyat yoldaşının soyadının “Hacəliyev”, adının “İsfəndiyar”, ata adının “Bələd” olması barədə evlənmək haqqında xx.xx.1958-ci il tarixli şəhadətnamədə düzəliş edərək ona müvafiq yeni şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı həyat yoldaşı X1 və adında onun digər sənədləri ilə fərqlərin aradan qaldırılması onun bütün sənədlərində “X8” kimi qeyd olunması barədə Bakı şəhəri Qaradağ rayon qeydiyyat Şöbəsinə müraciət etmişdir. Müraciətində bildirmişdir ki, həyat yoldaşı X3 1968-ci ildə iddiaçı ilə nikaha daxil olduğu barədə şəhadətnaməsində “X9” göstərilmiş, onun ölümü barədə 20 fevral 2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədə “X8” kimi göstərilmişdir ki, bu da həyat yoldaşının ölümü ilə bağlı bir sıra sənədlərin rəsmiləşdirilməsində maneə törədir. Soyadda və adda yol verilmiş bu yanlışlıqları aradan qaldırmaq üçün müraciət etmiş olduğu Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsi həmin problemin aradan qaldırılması üçün inzibati qaydada və ya məhkəməyə şikayət verilə biləcəyini iddiaçıya tövsiyə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, iddiaçının Şöbəyə təqdim etdiyi sənədləri nəzərdən keçirilərkən X3 Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1968-ci il tarixdə tərtib edilmiş 9 saylı nikah haqqında akt qeydində kişi haqqında məlumat qrafasında soyadının “Hacaliyev”, adının “İspəndiyar”, eləcə də uşaqlarının doğum haqqında akt qeydlərində ata haqqında məlumat qrafasında adının “İspəndiyar” yazıldığı halda, xx.xx.2023-cü ildə tərtib edilmiş 189 saylı ölüm haqqında akt qeydində soyadının “Hacəliyev”, adının “İsfəndiyar” göstərildiyi müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, X3 doğumu haqqında akt qeydinin istənilməsi barədə Hacıqabul rayon Dövlət Arxivinə sorğu göndərilmişdir, lakin doğumu haqqında məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından İnzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının tələbinin təmin edilməsindən imtina edilmiş, ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim olunmuş xx.xx.1952-ci il tarixli, 522 nömrəli doğum qeydlərinin bərpa aktının surətindən görünür ki, X10 xx.xx.1938-ci ildə Atbulax (Атбулаx) kəndində doğulmuşdur. X5, anası X13r. -xx.xx.1968-ci il tarixdə verilmiş, 9 №-li evlənmə aktı qeydinin təsdiq edilmiş surətindən görünür ki, 1938-ci il təvəllüdlü X11 ilə, xx.xx.1947-ci il təvəllüdlü X6 arasında nikah bağlanmışdır. -Şamaxı rayonu Nərimankənd kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, 1938-ci ildə Qazıməmməd rayonu, Atbulax kəndində anadan olmuş X11 ilə, xx.xx.1947-ci ildə Nərimankənd kəndində anadan olmuş X6 arasında xx.xx.1968-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1968-ci il tarixli, 9 №-li qeyd aparılmışdır. Kişiyə “Hacaliyev”, arvada isə “Hacaliyeva” soyadı verilmişdir. -xx.xx.1969-cu il tarixli, AЗ № ******* nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1969-cu ildə Bakı şəhərində doğulmuşdur. X24 (Испендияр) Bələd oğlu, anası X2r. -xx.xx.1973-ci il tarixli, İİ-ЖГ № 274159 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1973-cü ildə Qaradağ rayonunda anadan olmuşdur. X24 (Испендияр) Bələd oğlu, anası X2r. -xx.xx.1980-ci il tarixli, Vİİ-ЖГ № 307853 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1980-ci ildə Bakı şəhəri, Qaradağ rayonunda anadan olmuşdur. X24 (Испендияр) Bələd oğlu, anası X2r. -3 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixli, 189 №-li qeyd aparılmışdır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.2-ci bəndlər). X26: -4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (). -5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. -5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının iddiaçının hüquqi marağı və məqsədi mahiyyət etibarilə xx.xx.1968-ci il tarixli evlənmək haqqında şəhadətnamədə mərhum ərinin ata adına düzəliş edilərək “X8” kimi qeyd edilməsidir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının mərhum ərinin ata adı nikah haqqında şəhadətnamə də daxil olmaqla, onsuz da bütün sənədlərdə tələbdə göstərildiyi kimi, yəni “Bələd” kimi qeyd edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Ona görə də iş üzrə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından hazırkı iddia tələbinin qeyd olunan hissəsində mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia tələbi “iddiaçının mərhum həyat yoldaşının ata adının “Bələd” olması barədə evlənmək haqqında şəhadətnamədə düzəliş edilərək ona müvafiq yeni şəhadətnamənin verilməsi” hissəsində mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi “iddiaçının mərhum həyat yoldaşının ata adının “Bələd” olması barədə evlənmək haqqında xx.xx.1968-ci il tarixli şəhadətnamədə düzəliş edilərək ona müvafiq yeni şəhadətnamənin verilməsi” hissəsində mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5397/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5397/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver