Məhkəmə qərarları › İş №2-1(112)-540/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-540/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-540/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə pensiya hüququnun yarandığı, yəni 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Aliahverdi oğlu xx.xx.1962-ci ildə anadan olmuşdur. xx.xx.1985-ci ildən xx.xx.1992-ci ilə qədər Bakı Stasionar Dərinlik Özülləri zavodunun Keyfiyyətə Nəzarət şöbəsində, xx.xx.2002-ci il tarixindən xx.xx.2002-ci il tarixədək ‘‘Şelflayihətikinti” X5 aparatının Keyfiyyətə Nəzarət şöbəsində defektoskopçu vəzifəsində çalışmışdır. Həmçinin xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək, eləcə də xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək "İsrafil Hüseynov" Borudüzən Gəmisində, daha sonra xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ‘‘Qurban Abasov” X6 Nəzarət üzrə Müfəttiş vəzifəsində “X4 B.V” şirkətinin Azərbaycandakı Filialında işləmiş və iddiaçı yaşa görə şüzəştli şərtlərlə pensiya hüququ verən şüzəştli is stajını tamamlamışdır. İddiaçı hesab edir ki, qanunvericiliyin tələb etdiyi güzəştli iş stajı mövcud olduğundan ona 60 yaşından yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Bununla bağlı tərəfimizdən ərizə ilə cavabdeh orqana müraciət olunmuş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu ilə cavab vermişdir. İmtina məktubunda qeyd edilmişdir ki, İddiaçı Aliahverdi oğlunun güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan stajı tamamlamamışdır. Həmin məktubda qeyd olunmuşdur ki, iddiaçının "X1 B.V” şirkətinin Azərbaycandakı filialında işlədiyi 05 il 10 ay 18 gün güzəştli iş stajı nəzərə alınmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur.

3. Cavabdeh tərəfindən iddiçıya ünvanlanan xx.xx.2025-ci il tarixli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər-Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun idarə Heyətinin qərarlarını, Fondun idarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1 -ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) üzən heyət yarımbəndi (b) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş “X1 B.V Azerbaijan Branch"-ın xx.xx.2024-cü il tarixli HR/AFA/5536/24 nömrəli arayışında xx.xx.2014-14.01,2016-cı il, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər ərzində “İsrafil Hüseynov” adına Borudüzən Gəmisində, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində isə “Qurban Abasov” adına X6 nəzarət üzrə müfəttiş vəzifəsində işlədiyiniz qeyd olunub. Adıçəkilən müəsisədəki iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, işlədiyiniz vəzifənin sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan üzən heyətə aid olmadığı müəyyən edilib. Eyni zamanda, çalışdığınız gəmilər də dəniz və çay donmasına aid deyil. Göstərilən səbəblərdən də, güzəştli iş stajı 12 il 6 aydan az (7 ay 4 ay 5 gün (xx.xx.1985xx.xx.1992-ci il və xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şəxsin müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa gerə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına (bundan sonra “Mərkəzi Filial”) müraciət etmişdir. İnzibati icraatın nəticəsi olaraq iddiaçıya imtina məktubu ünvanlamışdır. Həmin imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) üzən heyət yarımbəndində (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) və xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) güzəştli yaşa görə əmək pensiyası hüququ verən vəzifələr hesab edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “X2 B.V” şirkətinin Azərbaycandakı Filialının 22 sentyabr 2023-cü il tarixli HR/AFA/5264/2023 nömrəli arayışında xx.xx.2014-xx.xx.2016-cı il və xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində Keyfiyyətə Nəzarət üzrə müfəttiş, xx.xx.2016-xx.xx.2017-ci il tarixləri dövr ərzində isə Boruların Qeydiyyatı üzrə böyük mütəxəssis vəzifələrində işlədiyi qeyd edilmişdir. Lakin, sözügedən arayışda işlədiyi vəzifələrin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının nəqliyyat bölməsinin dəniz, çay donanmasının və balıqçılar sənayesi donanması bəndinin üzən heyət yarımbəndində nəzərdə tutulan vəzifələrə aid olduğu göstərilsə də, onun fəaliyyət göstərdiyi gəmilərin həmin yarımbənddə nəzərdə tutulan daim liman akvatoriyasında işləyən liman gəmilərinə, yardımçı-xidmət gəmilərinə, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid olub-olmaması barədə hər hansı məlumat göstərilməyib. Buna görə də həmin dövrlərin güzəştli iş stajına aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 4 ay 5 gün (xx.xx.1985-xx.xx.1992-ci il, xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlara əsasən hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddianın iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəşti şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrimdə, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi s yahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır:

1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı;

2. Kişilər 60 yaşına, qadınlar 58,6 yaşına çatmalı;

3. Kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı;

4. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiy asının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti işəgötürənin bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştlı iş arayışı) tələb edilməli və həmin sənəd ış materiallarına əlavə olunmalıdır, Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icnal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPMin 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyibişləmədiyi mütəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir, Punksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında qeyd edilir k, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”, həmin maddənin İV və Vİİ hissələrinin Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə müs yyən olunur ki, iddiaçının güzəştli iş stajı tələb olunan həddən az olduğu üçün ona güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.

5. “X1 B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arxiv Arayışında qeyd olunmuşdur ki, İddiaçı (vəsiqə No AZE 0*******) həqiqətən xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək, eləcə də xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək “İsrafil Hüseynov” X3 Nəzarət üzrə Müfəttiş vəzifəsində, daha sonra 14.11,2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək “Qurban Abasov” X6 Nəzarət üzrə Müfəttiş vəzifəsində "X1 B.V." şirkətinin Azərbaycandakı Filialında çalışıb. Göstərilən müddət ərzində İddiaçı şirkətin əsas fəaliyyət sahəsi olan dənizdə tikintiinşaat işləri çərçivəsində aparılan sualtı boru xətti çəkilişi və digər sualtı avadanlıqların quraşdırılması zamanı müvafiq qeydləri toplamaqla, iş sahəsindəki qaynaq işləri üzrə təftiş və keyfiyyətə nəzarət işlərini icra etmiş, e.əcə də bütün qaynaq işlərinin müvafiq kodeks və standartlara və Şirkətin prosedurlarına, Layihənin Keyfiyyətə Nəzarət Planları / Təftiş Sınaq planlarına uyğun olaraq icra olunduğunu yoxlamaq və icrasına -əzarət işlərini həyata keçirmişdir. Bundan başqa bütün qaynaq işləri,)termik emal və möhkəmlik sınaqlarının müvafiq kodeks və texniki şərtnamələrə uyğun olduğuna nəzarət etmişdir. Göstərilən işlər üzrə onun iş stajı 05 il 10 ay 18 gün (beş il on ay on səkkiz gün) təşkil etmişdir.

6. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı vəzifə təlimatında nəzərdə tutulan vəzifə öhdəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndində qeyd olunan peşələrə uyğun deyil.

7. “X1 B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arxiv Arayışında qeyd olunmuşdur ki, İddiaçı (vəsiqə No AZE 0*******) həqiqətən xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək, eləcə də xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək "İsrafil Hüseynov" X3 Nəzarət üzrə Müfəttiş vəzifəsində, daha sonra xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək "Qurban Abasov" X6 Nəzarət üzrə Müfəttiş vəzifəsində "X1 B.V." şirkətinin Azərbaycandakı Filialında çalışıb. Azərbaycan Respublikasının Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilmiş “Mülkiyyət Hüququ haqqında Şəhadətnamə" və "Azərbaycan Respublikasının Dövlət Bayrağı altında Üzmək Hüququ haqqında Şəhadətnamələrə əsasən, adı çəkilən gəmilərin tipi müvafiq olaraq "boru düzən gəmi" və "kran gəmisi" hesab edilir və həmin gəmilər müntəzəm olaraq Azərbaycan Respublikasının ərazi sularında karbohidrogen yataqlarının işlənilməsi əməliyyatlarında iştirak etmiş və istismar edilmişdir. Qeyd edilən gəmilərin tipləri "liman çər.,.ər. , yardımçı-xidmət gəmiləri, "xidmət", "şəhərətrafı və şəhərdaxili yol gəmiləri" kateqoriyasına aid deyildir. Yuxarıda göstərilən xidmət müddəti ərzində İddiaçı şirkətin əsas fəaliyyət sahəsi oian adı çəkilən gəmilərdən istifadə olunmaqla dənizdə tikinti-inşaat işləri çərçivəsində aparılan sualtı boru xətti çəkilişi və digər sualtı avadanlıqların quraşdırılması zamanı müvafiq qeydləri toplamaqla, iş sahəsindəki qaynaq işləri üzrə təftiş və keyfiyyətə nəzarət işlərini icra etmiş, eləcə də bütün qaynaq işlərinin müvafiq qayda və standartlara, eləcə də Şirkətin prosedurlarına, Layihənin Keyfiyyətə Nəzarət Planları / Təftiş Sınaq planlarına uyğun olaraq icra olunduğunu yoxlamaq və icrasına nəzarət işlərini həyata keçirmişdir. Bundan başqa, bütün qaynaq işləri, termik emal və möhkəmlik sınaqlarının müvafiq qayda və texniki şərtnamələrə uyğun olduğuna nəzarət etmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələnn, vəzifələrin və göstəricilərin Siyahısı 'hin 21-ci (Nəqliyyat) bölməsinin 21.2-ci (Dəniz və çay donanması) bəndinin 21.2 b (üzən heyət) yarımbəndinə daxil olan "dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti"vəzifə kodu üzrə iş stajı 05 il 10 av 18 gün (beş il on ay on səkkiz gün) təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 22 dekabr 2023-cü il tarixli, № 1066-VİQD nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilmişdir və qeyd edilən dəyişikliklərə əsasən adıçəkilən Məcəllənin 2.11-ci maddəsinə istinadən “Dənizçi - gəmidə hər hansı vəzifədə işləyən və ya işlərə cəlb olunan şəxs” hesab edilir. Bu arayışdan öncə verilmiş arayışda bu maddənin nömrəsində mexaniki səhvə yol verilmişdir və bu arayışla həmin səhv düzəldilmişdir.

8. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ASCO-nun balansında olan "İsrafil Hüseynov” və "Qurban Abbasov” gəmiləri dəniz donanmasına aiddir.

9. “X1 B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “X1 B.V.” şirkətinin Azərbaycandakı filialında çalışdığı müddətdə İddiaçı işlədiyi “İsrafil Hüseynov” borudüzən və “Qurban Abasov” kran gəmilərinin tipləri, Azərbaycan Respublikasının Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilmiş “Mülkiyyət Hüququ haqqında Şəhadətnamə” və “Azərbaycan Respublikasının Dövlət Bayrağı altında Üzmək Hüququ haqqında” Şəhadətnamələrə əsasən, müvafiq olaraq “boru düzən gəmi” və “kran gəmisi” hesab edilir və həmin gəmilər müntəzəm olaraq Azərbaycan Respublikasının Xəzər dənizi üzrə ərazi sularında karbohidrogen yataqlarının işlənilməsi əməliyyatlarında iştirak etmiş və istismar edilmişdir. Bundan əlavə bildirilir ki, qeyd edilən gəmilərin tipləri liman gəmiləri, “yardımçı-xidmət gəmiləri”, “xidmət” “şəhərətrafı və şəhərdaxili yol gəmiləri” kateqoriyasına aid deyildir.

10. “X1 B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarınt, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'hin 21-ci (Nəqliyyat) bölməsinin 21.2-ci (Dəniz və çay donanmasi) bəndinin 21.2 b (üzən heyət) yarımbəndinə daxil olan “dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti” vəzifə kodu üzrə iş stajı 05 il 10 ay 18 gün (beş il on ay on səkkiz gün) təşkil etmişdir. Vəzifə kodu təyinatının izahı olaraq bildirilir ki, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 42-ci maddəsinə əsasən, "gəmi heyəti gəmi kapitanından, gəminin komandir heyətinin digər üzvlərindən və sıravi heyətdən ibarətdir", eləcə də "sıravi heyət gəmi kapitanı və gəminin komandir heyətinin digər üzvləri istisna olmaqla digər dənizçilərdən ibarətdir" Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2023-cü il tarixli, № 1066-VİQD nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilmişdir və qeyd edilən dəyişikliklərə əsasən, həmin Məcəllənin 2.11-ci maddəsinə istinadən "Dənizçi - gəmidə hər hansı vəzifədə işləyən və ya işlərə cəlb olunan şəxs" hesab edilir.

11. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyi tərəfindən məhkəməyə ünvanlanan tarixli məktubda qeyd edilmişdir ki, Agentlik tərəfindən gəmilərə verilən mülkiyyət hüququ haqqında və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamələrində "İsrafil Hüseynov” gəmisinin tipi “boru düzən gəmi”, “Qurban Abasov” gəmisinin isə "kran gəmisi” kimi göstərildiyini və adıçəkilən gəmilərin təyinatları üzrə dənizdə karbohidrogen yataqlarının işlənilməsi prosesinə cəlb edildiyi bildirilir. Eyni zamanda Agentlik Azərbaycan Respublikasının ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində və inkişafında iştirak edilməsi, bu sahədə tənzimləmənin və nəzarətin həyata keçirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlərin görülməsi, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsində iştirak edilməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər göstərilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Bu səbəbdən keyfiyyətə nəzarət üzrə müfəttişin üzən heyətə aid olubolmamasının müəyyənləşdirilməsi Agentliyin səlahiyyətləri çərçivəsində deyildir.

12. “X1 B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş Gəmidə Xidmət haqqında Arayışlar iş materiallarına əlavə olunmuşdur.

13. İddiaçı məxsus əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir.

14. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

16. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

19. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

11. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və 60 yaşdan (xx.xx.2022) güzəştli şərtlərlə pensiya təyin olunmasına dair cavabdeh quruma müraciət etmişdir.

20. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hazırki iş üzrə mübahisə İddiaçı güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması ilə bağlıdır.

21. Cavabdeh orqan iddiaçının kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) üzən heyət yarımbəndində (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) və xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) güzəştli yaşa görə əmək pensiyası hüququ verən vəzifələr hesab edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “X2 B.V” şirkətinin Azərbaycandakı Filialının 22 sentyabr 2023-cü il tarixli HR/AFA/5264/2023 nömrəli arayışında xx.xx.2014-xx.xx.2016-cı il və xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində Keyfiyyətə Nəzarət üzrə müfəttiş, xx.xx.2016-xx.xx.2017-ci il tarixləri dövr ərzində isə Boruların Qeydiyyatı üzrə böyük mütəxəssis vəzifələrində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən arayışda işlədiyi vəzifələrin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının nəqliyyat bölməsinin dəniz, çay donanmasının və balıqçılar sənayesi donanması bəndinin üzən heyət yarımbəndində nəzərdə tutulan vəzifələrə aid olduğu göstərilsə də, onun fəaliyyət göstərdiyi gəmilərin həmin yarımbənddə nəzərdə tutulan daim liman akvatoriyasında işləyən liman gəmilərinə, yardımçı-xidmət gəmilərinə, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid olub-olmaması barədə hər hansı məlumat göstərilməyib. Buna görə də həmin dövrlərin güzəştli iş stajına aid olubolmadığını müəyyən etmək mümkün olmamışdır.

22. Cavabdeh orqan iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az ((7 il 4 ay 5 gün (xx.xx.1985-xx.xx.1992-ci il, xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyini bildirmişdir.

12. Məhkəmə müəyyən edir ki: - “X1 B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş xx.xx.2023cü il tarixli Arxiv Arayışında qeyd olunmuşdur ki, İddiaçı (vəsiqə No AZE 0*******) həqiqətən xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək, eləcə də xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək “İsrafil Hüseynov” X3 Nəzarət üzrə Müfəttiş vəzifəsində, daha sonra xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək “Qurban Abasov” X6 Nəzarət üzrə Müfəttiş vəzifəsində "X1 B.V." şirkətinin Azərbaycandakı Filialında çalışıb. Göstərilən müddət ərzində İddiaçı şirkətin əsas fəaliyyət sahəsi olan dənizdə tikinti-inşaat işləri çərçivəsində aparılan sualtı boru xətti çəkilişi və digər sualtı avadanlıqların quraşdırılması zamanı müvafiq qeydləri toplamaqla, iş sahəsindəki qaynaq işləri üzrə təftiş və keyfiyyətə nəzarət işlərini icra etmiş, eləcə də bütün qaynaq işlərinin müvafiq kodeks və standartlara və Şirkətin prosedurlarına, Layihənin Keyfiyyətə Nəzarət Planları / Təftiş Sınaq planlarına uyğun olaraq icra olunduğunu yoxlamaq və icrasına nəzarət işlərini həyata keçirmişdir. Bundan başqa bütün qaynaq işləri, termik emal və möhkəmlik sınaqlarının müvafiq kodeks və texniki şərtnamələrə uyğun olduğuna nəzarət etmişdir. Göstərilən işlər üzrə onun iş stajı 05 il 10 ay 18 gün (beş il on ay on səkkiz gün) təşkil etmişdir. - “X1 B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli Arxiv Arayışında qeyd olunmuşdur ki, İddiaçı (vəsiqə No AZE 0*******) həqiqətən xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək, eləcə də xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək "İsrafil Hüseynov" X3 Nəzarət üzrə Müfəttiş vəzifəsində, daha sonra xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək "Qurban Abasov" X6 Nəzarət üzrə Müfəttiş vəzifəsində "X1 B.V." şirkətinin Azərbaycandakı Filialında çalışıb. Azərbaycan Respublikasının Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilmiş “Mülkiyyət Hüququ haqqında Şəhadətnamə" və "Azərbaycan Respublikasının Dövlət Bayrağı altında Üzmək Hüququ haqqında Şəhadətnamələrə əsasən, adı çəkilən gəmilərin tipi müvafiq olaraq "boru düzən gəmi" və "kran gəmisi" hesab edilir və həmin gəmilər müntəzəm olaraq Azərbaycan Respublikasının ərazi sularında karbohidrogen yataqlarının işlənilməsi əməliyyatlarında iştirak etmiş və istismar edilmişdir. Qeyd edilən gəmilərin tipləri liman gəmisi, yardımçı-xidmət gəmiləri, "xidmət", "şəhərətrafı və şəhərdaxili yol gəmiləri" kateqoriyasına aid deyildir. Yuxarıda göstərilən xidmət müddəti ərzində İddiaçı şirkətin əsas fəaliyyət sahəsi oian adı çəkilən gəmilərdən istifadə olunmaqla dənizdə tikinti-inşaat işləri çərçivəsində aparılan sualtı boru xətti çəkilişi və digər sualtı avadanlıqların quraşdırılması zamanı müvafiq qeydləri toplamaqla, iş sahəsindəki qaynaq işləri üzrə təftiş və keyfiyyətə nəzarət işlərini icra etmiş, eləcə də bütün qaynaq işlərinin müvafiq qayda və standartlara, eləcə də Şirkətin prosedurlarına, Layihənin Keyfiyyətə Nəzarət Planları/Təftiş Sınaq planlarına uyğun olaraq icra olunduğunu yoxlamaq və icrasına nəzarət işlərini həyata keçirmişdir. Bundan başqa, bütün qaynaq işləri, termik emal və möhkəmlik sınaqlarının müvafiq qayda və texniki şərtnamələrə uyğun olduğuna nəzarət etmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci (Nəqliyyat) bölməsinin 21.2-ci (Dəniz və çay donanması) bəndinin 21.2 b (üzən heyət) yarımbəndinə daxil olan "dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti" vəzifə kodu üzrə iş stajı 05 il 10 av 18 gün (beş il on ay on səkkiz gün) təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 22 dekabr 2023-cü il tarixli № 1066-VİQD nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilmişdir və qeyd edilən dəyişikliklərə əsasən adıçəkilən Məcəllənin 2.11-ci maddəsinə istinadən “Dənizçi - gəmidə hər hansı vəzifədə işləyən və ya işlərə cəlb olunan şəxs” hesab edilir. Bu arayışdan öncə verilmiş arayışda bu maddənin nömrəsində mexaniki səhvə yol verilmişdir və bu arayışla həmin səhv düzəldilmişdir. - Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ASCO-nun balansında olan "İsrafil Hüseynov” və "Qurban Abbasov” gəmiləri dəniz donanmasına aiddir. - “X1 B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “X1 B.V.” şirkətinin Azərbaycandakı filialında çalışdığı müddətdə İddiaçı işlədiyi “İsrafil Hüseynov” borudüzən və “Qurban Abasov” kran gəmilərinin tipləri, Azərbaycan Respublikasının Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilmiş “Mülkiyyət Hüququ haqqında Şəhadətnamə” və “Azərbaycan Respublikasının Dövlət Bayrağı altında Üzmək Hüququ haqqında” Şəhadətnamələrə əsasən, müvafiq olaraq “boru düzən gəmi” və “kran gəmisi” hesab edilir və həmin gəmilər müntəzəm olaraq Azərbaycan Respublikasının Xəzər dənizi üzrə ərazi sularında karbohidrogen yataqlarının işlənilməsi əməliyyatlarında iştirak etmiş və istismar edilmişdir. Bundan əlavə bildirilir ki, qeyd edilən gəmilərin tipləri liman gəmiləri, “yardımçı-xidmət gəmiləri”, “xidmət” “şəhərətrafı və şəhərdaxili yol gəmiləri” kateqoriyasına aid deyildir. - “X1 B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarınt, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'hin 21-ci (Nəqliyyat) bölməsinin 21.2-ci (Dəniz və çay donanmasi) bəndinin 21.2 b (üzən heyət) yarımbəndinə daxil olan “dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti” vəzifə kodu üzrə iş stajı 05 il 10 ay 18 gün (beş il on ay on səkkiz gün) təşkil etmişdir. Vəzifə kodu təyinatının izahı olaraq bildirilir ki, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 42-ci maddəsinə əsasən, "gəmi heyəti gəmi kapitanından, gəminin komandir heyətinin digər üzvlərindən və sıravi heyətdən ibarətdir", eləcə də "sıravi heyət gəmi kapitanı və gəminin komandir heyətinin digər üzvləri istisna olmaqla digər dənizçilərdən ibarətdir" Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2023-cü il tarixli, № 1066-VİQD nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilmişdir və qeyd edilən dəyişikliklərə əsasən, həmin Məcəllənin 2.11-ci maddəsinə istinadən “Dənizçi gəmidə hər hansı vəzifədə işləyən və ya işlərə cəlb olunan şəxs” hesab edilir. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyi tərəfindən məhkəməyə ünvanlanan tarixli məktubda qeyd edilmişdir ki, Agentlik tərəfindən gəmilərə verilən mülkiyyət hüququ haqqında və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamələrində "İsrafil Hüseynov” gəmisinin tipi “boru düzən gəmi”, “Qurban Abasov” gəmisinin isə "kran gəmisi” kimi göstərildiyini və adıçəkilən gəmilərin təyinatları üzrə dənizdə karbohidrogen yataqlarının işlənilməsi prosesinə cəlb edildiyi bildirilir. Eyni zamanda Agentlik Azərbaycan Respublikasının ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində və inkişafında iştirak edilməsi, bu sahədə tənzimləmənin və nəzarətin həyata keçirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlərin görülməsi, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsində iştirak edilməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər göstərilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Bu səbəbdən keyfiyyətə nəzarət üzrə müfəttişin üzən heyətə aid olub-olmamasının müəyyənləşdirilməsi Agentliyin səlahiyyətləri çərçivəsində deyildir.

13. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

14. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı: 21.2. Dəniz və çay donanması: b) üzən heyət dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)

15. Beləliklə, iddiaçının qeyd edilən (mübahisələndirilən) qurumlarda zərərli əmək şəraiti gördüyü işin xarakteri ilə bağlı işəgötürən tərəfindən verilmiş arayışlar və vəzifə təlimatı ilə təsdiq olunur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək, xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək və xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan illər üzrə (60 yaşının tamam olduğu tarixədək) “X1 B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialıda işlədiyi dövr zərərli əmək şəraiti kimi nəzərə alınmalıdır.

16. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 13 il 2 ay 23 gün stajı mövcuddur.

23. Qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur.

24. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2022-ci il tarixdən yaranmış, hüququnun yarandığı vaxtdan 3 illik müddət ərzində müraciət etdiyi üçün əvvəlki dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirməmişdir.

25. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

26. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

17. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

18. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

19. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2022-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar