Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5400/2020 18.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, Cavabdehının nümayəndəsi-X2, üçüncü şəxs “xxxxxxxxx” açıq səhmdar cəmiyyətinin nümayəndəsi Musayev Rövşən Əlövsət oğlunun iştirakları ilə, iddiaçı -İddiaçı Cavabdehına qarşı “xxxxxxxxx” açıq səhmdar cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “kredit müqaviləsi üzrə kompensassiya hesablanması və qalıq məbləğin restrukturizasiya edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxx” açıq səhmdar cəmiyyətinin Azadlıq filialına qarşı “kredit borcunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı əsassız olaraq yazılmış 2.463,83 manat kredit borcunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2015-ci il tarixli 17/xx/xx/103699 saylı kredit müqaviləsi üzrə kompensassiya hesablanması və qalıq məbləğin restrukturizasiya edilməsi vəzifəsinin Cavabdehına (üçüncü şəxs qismində “xxxxxxxxx” açıq səhmdar cəmiyyəti cəlb olunmaqla) həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, “xxxxxxxxx” ASC-nin Azadlıq filialının (bundan sonra filial) aktiv müştərisi olmuş, xx.xx.2015-ci il tarixdə bankdan müqavilə əsasında 1.05 kurs ilə 2.528 ABŞ dolları istehlak krediti götürmüşdür. Hər ay filiala vaxtıvaxtında pul ödənişləri etmişdir. Devalivasiya nəticəsində ödənişlərində çətinliklər yaranmış, 2015-ci ilin noyabr ayndan xx.xx.2016-cı ilədək filialın razılığı ilə qismən ödənişlər etmişdir. Bundan 20 ay sonra filial ona qarşı Tərtər Rayon Məhkəməsində borcun tutulmasna dair iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2017-ci il tarixli əmrinə qədər filialın hesabına 1.850 manat ödəniş etmişdir. Filialın Tərtər Rayon Məhkəməsinə verdiyi sənəddə əsas kredit borcu 2.239,31 ABŞ dolları göstərilmişdir. X3 Palatasının məlumatında xx.xx.2015-ci ilə əsas kredit borcu 2.239,31 ABŞ dolları göstərildiyi halda, filial 2017-ci ilin iyul ayında məhkəməyə verdiyi sənəddə əsas kredit borcunu 2.239 ABŞ dolları göstərmişdir. Məhkəmə filialın göstərdiyi 2239,31 ABŞ dollarını əsas götürüb, 743,30 ABŞ dolları əlavə faiz hesdablamaqla, 2.982,61 ABŞ dollarının azərbaycan manatı ekvivalentində ondan alınıb filialın hesabına ödənilməsi barədə xx.xx.2017-ci il tarixli əmr vermişdir. Əmrə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək pensiyasından 1.388,67 manat pul tutulmuşdur. xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək ümumilikdə filiala 3.358,67 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanından sonra pensiyasından tutulmalar dayanırılmışdır. Qeyd olunan Fərmanın 6.2-ci bəndinə əsasən kredit borcuna hesablanmış fazilər silinməli, kredit hesabı bağlanmalı və ona düşən kompensasiya təmin olunmalı olduğu üçün, bununla bağlı Maliyyə X1 (bundan sonra MBNP) müraciət etmiş, sonuncu tərəfindən verilmiş cavabda barəsində aparılmış hesablaşma zamanı hər hansı uyğunsuzluğun aşkar edilmədiyi qeyd olunmuşdur. Adı çəkilən Fərmanın 1.3-cü bəndinə əsasən MBNP-sı məlumatında göstərdiy 2.239,31 ABŞ dollarının Fərmanın 1,2 bəndinə əsasən 2015-ci ilin fevralın 22-dən həmin ilin dekabr ayının 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarını 60 manata vurub ona 1.343,59 manat kompensasiya hesablanıb, 2.239,31 ABŞ dollarının Mərkəzi bankın indiki məzənnəsi 1,70-ə vurub xx.xx.2019-cu il tarixə əsas kredit borcu 3.806,83 manat göstərmişdir. 3.806,83 manatdan 1.343,59 manat kompensasiyanı çıxıb 2.463,24 manat qalıq borcunun olduğunu göstərir. 46 ayda 3.358,67 manat pul ödənişi bu hesablamada yoxdur, hesablamaya daxil edilməmiş və hesablanmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehının nümayəndəsi-X4 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, göstərdi ki, Azərbaycan Respublikası Prezidenti tərəfndən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmana əsasən iddiaçının 2.463,24 manat məbləğindəki qalıq kredit borcunun illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə restrukturizasiya edilmişdir. Fərman çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məumatlar əsasında hesablanmışdır. Qeyd olunan məlumatlar əsasında iddiaçıya 1.343,59 manat məbləğində kompensassiya hesablanmışdır. Cavabdehin nümayəndəsi qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs “xxxxxxxxx” ASC-nin nümayəndəsi Musayev Rövşən Əlövsət oğlu məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, göstərdi ki, “xxxxxxxxx” ASC-nin “Azadlıq” filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 17-xx-xx- 008045 saylı Kredit müqaviləsinə əsasən illik 28 % dərəcəsi ilə, 48 ay müddətinə 2528,00 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş 2.528,00 ABŞ dolları krediti üzrə aşağıdakı ödənişlər aparılmışdır: əsas borc üzrə cəmi 1.079,04 ABŞ dolları, faizlər üzrə cəmi 2006,66 ABŞ dolları. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanı İddiaçı barəsində tətbiq edilərək, ona 1.343,59 manat məbləğində kompensassiya hesablanmış, həmin kompensassiya onun qalıq borcuna yönəldilmişdir. Bundan sonra onun banka ümumilikdə 2.463,24 manat borcu qalmış, bu borc da illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə restrukturizasiya edilmişdir. Üçüncü şəxsin nümayəndəsi qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; İddiaçı məxsus xx.xx.2005-ci il tarixdə Tərtər RPŞ tərəfindən verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.1950-ci ildə Tərtər rayonu, Mamırlı kəndində doğulmuşdur və Tərtər rayonu, Mamırlı kəndində qeydiyyatdadır. İddiaçı ilə “xxxxxxxxx” ASC-nin Azadlıq filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 17-xx-xx-008045 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən illik 28% olmaqla 48 ay müddətinə xx xxxx 2019-cu il tarixinədək İddiaçı 2.528 ABŞ dolları kredit verilmiş və bu barədə ödəniş cədvəli tərtib edilmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(061)-2013/2017 saylı əmri ilə İddiaçı 2.239,31 ABŞ dolları əsas və 743,30 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.982,61 ABŞ dollarının və 20 manat dövlət rüsumunun “xxxxxxxxx” ASC-yə ödənilməsi əmr edilmişdir. “xxxxxxxxx” ASC-nin Azadlıq filialının xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçı tərəfindən banka xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilə qədər cəmi 3.085,70 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən iddiaçıya 1.343,59 manat kompensassiya hesablanmış və həmin kompensassiya sonuncunun banka olan 3.806,83 manat qalıq borcunun ödənilməsinə yönəldilmiş və bundan sonra qalıq borcunun məbləği 2.463,24 manat təşkil etmişdir. Qeyd olunan Fərmanın tələblərinə uyğun olaraq İddiaçı ilə “xxxxxxxxx” ASC-nin Azadlıq filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 17-xx-xx-103699 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən illik 1% olmaqla 60 ay müddətinə İddiaçı 2.463,22 manat kredit verilmiş və bu barədə ödəniş cədvəli tərtib edilmişdir. İddiaçı hazırkı tələblə Cavabdehına müraciət etmiş, Mərkəzi Bankın xx.xx.2020-ci il tarixli 26-08114-2020 saylı məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu ilin 28 fevral tarixli Fərmanına əsasən onun qalıq 2.463,24 manat məbləğindəki borcu illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə restrukturizasiya edilmişdir. Fərman çərçivəsində kompensassiya məbləğləri və restrukturizasiya olunacaq borclar Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanmışdır. Hazırda bankdan olan narazılığının məhkəmə qaydasında mübahisələndirilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 6.1-ci bəndində banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri tövsiyə olunmuşdur. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə X1 tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. Fərmanın icrası Azərbaycan Respublikası Maliyyə X1 həvalə olunmuşdur (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı). İşin araşdırılan hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanı İddiaçı barəsində tətbiq edilmiş, bankın təqdim etdiyi sənədlərə əsasən ona 1.343,59 manat məbləğində kompensassiya hesablanmış, həmin kompensassiya onun qalıq borcuna yönəldilmişdir. Bundan sonra onun banka ümumilikdə 2.463,24 manat borcu qalmış, bu borc da illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə restrukturizasiya edilmişdir. Göründüyü kimi, qeyd edilən Fərmanın tələbləri iddiaçı barəsində tətbiq edildiyindən hazırki iddia tələbi qanuni hesab edilərək təmin edilə bilməz. İPM-nin 14.3-cü maddəsinə görə inzibatiaktınqəbuledilməsitələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həminaktınqəbuledilməsinizəruriedənfaktiki şərtlərinmövcudluğunusübutetməkvəzifəsiiddiaçının üzərinə düşür. Lakininzibatiorqaniddiaçınınarzuladığı inzibatiaktınqəbulunukonkrethaldaistisnaedənfaktiki şərtlərinmövcudluğunaistinadetdiyihallarda, belə şərtlərinmövcudluğunusübutetməkvəzifəsihəmininzibatiorqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5400/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5400/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver