Məhkəmə qərarları › İş №2-1(112)-5405/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5405/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5405/2022 06.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X3, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzi-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X5 iştirakları ilə, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyəti Mənzi-Kommunal Təsərrüfatı Departamenti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla su təchizatı sisteminin balansa qəbul edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Suraxanı rayon İcra Hakimiyyəti, Suraxanı rayon Su-Kanal İdarəsi, Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsi, X2 üçüncü şəxslər qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2012-ci il tarixli 81 s nömrəli və 21.12.2012-ci il tarixli 345s nömrəli Sərəncamlarının tələbləri nəzərə alınaraq, məcburetmə haqqında iddia tələbinin təmin edilməsi və ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının su təchizatı sisteminin (nasosxana, su və kanalizasiya xətləri) balansa qəbul edilməsi öhdəliyinin cavabdeh-Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 aprel 2012-ci il tarixli 81 s nömrəli sərəncamına əsasən Suraxanı rayonu Zığ qəsəbəsi, Zığ şosesi 21 b ünvanında yerləşən yaşayış binası qəza nəticəsində yaşayış üçün yararsız vəziyyətə düşməsi ilə əlaqədar sökülmüş və əvəzində Suraxanı Rayon İcra Hakimiyyətinin sifarişi ilə podratçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası qısa müddətdə inşa edilərək, Bakı Şəhər İcra Hakimiyyətinin 03.09.2013-cü il tarixli 348 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”na əsasən istismara qəbul edilmişdir. Lakin həmin ilin may ayında bütün sakinlər yeni mənzillərə köçmüşlər və hal-hazırda da öz mənzillərində yaşayırlar. Bina özü və binanın qaz, işıq və istilik sistemləri müvafiq qurumların balansına qəbul edilmiş, hər bir mənzilə ayrıca sayğaclar quraşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Hər bir sakin də, fərdi istifadəsinə uyğun olaraq müntəzəm şəkildə hər ay ödəniş edir. Bina qısa vaxt ərzində tikilmişdir və hazırda Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Binanın qısa vaxt ərzində tikilməsinə, qaz, işıq və istilik təchizatı sistemlərinin aidiyyəti üzrə müvafiq qurumların balansına qəbul edilməsinə baxmayaraq, səkkiz ildən artıqdır ki, bina sakinlərini ciddi narahat edən problemin həlli mümkün olmamışdır. Məsələ budur ki, binanın daşınmaz əmlak qismində qeydiyyata alınıb balansa verilməsinə, habelə binanın qaz, işıq və istilik sistemlərinin müvafiq qurumların balansına qəbul edilməsinə, hətta bina sakinlərinin sudan istifadəyə görə sayğac göstəricilərinə əsasən vaxtlı-vaxtında ödənişlərini etmələrinə baxmayaraq, binanın nasosxanası, su və kanalizasiya xətləri bu günədək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən balansa götürülməmişdir. Otən 8 ildən artiq müddət ərzində Suraxanı Rayon İcra Hakimiyyəti, sakinlər və 1 saylı XTMKTB tərəfindən rəsmi qaydada dəfələrlə müraciət edilməsinə baxmayaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyəti binaya aid su nasosxanasının, su və kanalizasiya xətlərinin balansa qəbul edilməsini təmin etməmişdir. Baxmayaraq ki, “Su təchizatı və kanalizasiya şəbəkələrinin layihələndirilməsinə texniki tapşırıqlar barədə” sənədlər (texniki tapşırıqlar və eskiz) Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən imzalanmış 24 aprel 2012-ci il tarixli TC-15/10-3766 nömrəli məktubla layihələndirmə üçün Suraxanı Rayon İcra Hakimiyyətinə təqdim edilmiş və həmin texniki şərtlərə uyğun olaraq obyekt su təchizatı və kanalizasiya sisteminə qoşulmuşdur. ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2012-ci il tarixli 81 s nömrəli Sərəncamına əsasən tikildiyindən, müvafiq qurumlar tərəfindən həmin bina, binanın qaz, işıq və istilik təchizatı sistemləri balansa və istismara qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.12.2012-ci il tarixli 345s nömrəli Sərəncamı ilə isə Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizat, və kanalizasiya şəbəkə və qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin balansına verilmişdir. Belə olan təqdirdə cəmi bir ədəd, iki girişli, beşmərtəbəli binanın su təchizatı sisteminin 8 ildən artiq bir müddətdə balansa qəbul edilməməsi əsassız hesab edilir. Yuxarıda adıçəkilən Sərəncamlara əsasən qeyd edilən ünvandakı binaya aid su nasosxanası, su təchizatı və kanalizasiya xətləri aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən balansa qəbul edilməlidir. “Azərsu" ASC-nin bu hərəkəti bina sakinləri üçün aşağıdakı çətinlikləri yaradır. Belə ki, sakinlər tərəfindən istifadə edilən hər kub metr su sərfiyyatı üçün 1,0 manat hesabı ilə hər ay vaxtında ödənildiyi halda, əlavə olaraq nasosxanada istifadə edilən elektrik enerjisinə görə də 9044,62 AZN debitor borc yarandığı bildirilmiş və elektrik enerjisi borcunun 3 gün ərzində ödənilməsi sakinlərdən tələb edilmişdir. Əks təqdirdə “Azərişıq" ASC Suraxanı Rayon Enerji Təchizatı və Satışı idarəsi tərəfindən binanın nasosxanasına verilən elektrik enerjisi təchizatının əlavə xəbərdarlıq olunmadan dayandırılacağı barədə 08.09.2021-ci il tarixdə sakinlərə xəbərdarlıq edilmişdir. Lakin sakinlərin kollektiv müdaxiləsindən sonra suyun verilməsi müvəqqəti bərpa olunmuşdur. Oradakı qurğu və avadanlıqlara Birlik tərəfindən ixtisaslaşdırılmış xidmətin göstərilməsi və saxlanılması imkan xaricindədir. Bu səbəbdən də, su təchizatlarının yaxşılaşdırılması məqsədilə bina sakinlərinin ayrı-ayrı dövlət orqanlarına etdikləri çoxsaylı müraciətləri nəzərə alaraq məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının su təchizatı sisteminin (nasosxana, su və kanalizasiya xətləri) "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən balansa qəbul edilməsi üçün müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 06.04.2022-ci il tarixli 2-1(112)-5405/2022 saylı qərardadı ilə üçüncü şəxslər Suraxanı rayon İcra Hakimiyyəti, Suraxanı rayon Su-Kanal İdarəsi, Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsi, X1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaları təmin olunmamışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və üçüncü şəxsin iddiaya dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X8 izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 izahatında iddiaçı tərəfindən hazırki tələblə təmsil etdiyi cəmiyyətə müraciət olunmadığının nəzərə alınaraq, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X10 izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman hazırkı tələblə- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2012-ci il tarixli 81 s nömrəli və 21.12.2012-ci il tarixli 345s nömrəli Sərəncamlarının tələbləri nəzərə alınaraq, məcburetmə haqqında iddia tələbinin təmin edilməsi və ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının su təchizatı sisteminin (nasosxana, su və kanalizasiya xətləri) balansa qəbul edilməsi öhdəliyinin cavabdeh-Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması ilə bağlı cavabdeh inzibati orqana müraciət olunmamışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə ünvanlanmış 10.05.2019-cu il tarixli 02/01-5/4/7714 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri ünvan 7 ünvanda yerləşən 5 mərtəbəli, 25 mənzilli yaşayış binasının su təchizatı sisteminin (su anbarı, nasos stansiyası binası və onlara aid avadanlıqlar) “Azərsu" ASC-nin balansına verilməsi ilə əlaqədar 5 aprel 2019-cu il tarixli 160 nömrəli müraciətinə baxılmışdır. Bununla bağlı olaraq Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi uzrə Dövlət Proqramı"na uyğun olaraq Bakı Şəhər Mənzıl-Kommunal Təsərrüfatı Departamentınin balansında olan ünvan 8 ünvanda yerləşən 5 mərtəbəli. 2 girişli, 25 mənzilli yaşayış binasının su təchizatı sisteminin (su anbarı, nasos stansiyası binası və onlara aid avadanlıqlar) əvəzsiz olaraq balansdan balansa verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən "xxxx" ASC-nin balansına verilməsinə etiraz edilmir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə ünvanlanmış 10.07.2017-cu il tarixli 03/01- 5/4/11399 saylı məktubda qeyd olunmuşdur ki,ünvan 1 ünvanında yerləşən, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan 5 mərtəbəli, 2 girişli yaşayış binasına xidmət edən su təchizatı və kanalizasiya sistemlərinin "xxxx" Açıq Səhmadar Cəmiyyətinin balansına verilməsi barədə 11 aprel 2017-ci il tarixli KL-45 saylı müraciətinə "xxxx" ASC-də baxılmışdır. Bununla bağlı olaraq bildirirlər ki, qeyd olunan su təchizatı və kanalizasiya sistemlərinin "xxxx" ASC-nin balansına verilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi "xxxx" ASC-yə təqdim edildikdən sonra əsas vəsaitlərin balansa götürülməsi məsələsinə baxıla bilər. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada müraciət etmədiyindən, müraciətdən imtina olunması barədə yazılı məlumatı almadığından iddiaçının hazırki iddiasına mövcud vəziyyətdə baxıla bilməz. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyəti Mənzi-Kommunal Təsərrüfatı Depaartamenti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla su təchizatı sisteminin balansa qəbul edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar