Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5407/2020 16.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, iş 2-1(81)-4229/2014 saylı qərarı ilə hazırlanmış plan və ölçü və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, iş 2-1(81)-1353/2015 saylı qanuni qüvvəyə minmiş qərarı ilə ona alqı-atqı əsasında əsasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə ayrılmış və hazırda faktiki mülkiyyətində olan 150 kv.m. torpaq sahəsinə dair qanuni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin 1414 saylı xx xxxxxxxx 2000-ci il tarixli sərəncamına əsasən uzun illər istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ə.Əlixanov küçəsi 89 saylı binanın yaxınlığındakı 150 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında abadlaşdırma, yenidənqurma və istirahət güşəsi təşkil edilməsi məqsədilə ona ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən qeyd olunan ünvanda onun istifadəsində olan torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunaraq təsdiq edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., Ə.Əlixanov küçəsi 89 saylı binanın yaxınlığında 150 kv.m. bələdiyyə məxsus torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq onun mülkiyyətinə ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 27 saylı, xx.xx.2007-ci il tarixli qərarı əsasında həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi tərtib edilərək təsdiq edilmişdir. Həmin torpaq sahəsinə xx xxxxxx 2007-ci il tarixli, 034573 saylı qəbzi ilə torpaq alıqı satqısı üçün 624 manat tərəfindən pul ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi və alqı-satqı aktının qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər şöbəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli, iş 2-1(81)-4229/2014 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi və alqı-satqı aktının qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Qərar icra olunaraq həmin torpaq sahəsi ilə bağlı mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsü hazırlanaraq ona verilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2-1(81)-1353/2015 qərarına əsasən Binəqədi qəsəbə Bələdiyyəsinin hüquqdları daxilində Binəqədi rayon qəsəbəsi ərazisində ayrılmış 150 kv.m. torpağın alqı-satqısına dair aktın tərtib edilməsi Binəqədi Bələdiyyəsinə həvalə edilmiş və icra edilmişdir. Qeyd edilən torpaq sahəsi ilə bağlı o, çıxarışın alınması üçün Azərbaycan Respublikası DƏDRX 1 saylı Bakı şəhər Ərazi idarəsinə müraciət edərək rəsmi sənədlərini təqdim etsə də qanunsuz və əsassız olaraq ona çıxarışın verilməsi təmin edilməmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək imtinanın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə Ermənistan, Meqri rayonu kəndində doğulmuşdur. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1414 №-li, xx.xx.2000-ci il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Ə.Əlixanov küçəsi, 89 saylı binanın yaxınlığındaki torpaq sahəsi əlavə olunmuş cizgi əsasında abadlaşdırma, yenidənqurma və istirahət güşəsi təşkil edilməsi məqsədi ilə həmin binanın 61-ci mənzilində yaşayan X6 ayrılmışdır. - Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 39 №-li, xx.xx.2007-ci il tarixli İddiaçı fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsi haqqında qərarının surətindən görünür ki, Binəqədi rayonu, 6 mkr., Ə.Əlixanov küçəsi, 89 saylı yaşayış binasının yaxınlığında 150 kv.m. bələdiyyəyə məxsus torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq İddiaçı mülkiyyətinə (hər kv.m. üçün YAM ilə 4 manat 16qəp. ödəmək şərtilə) ayrılmışdır. - Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 27 №-li, xx.xx.2007-ci il tarixli müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Ə.Əlixanov küçəsi, 89 saylı binanın qarşısında 150 kv.m. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının xx.xx.2007-ci il tarixli, PRN01 qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı verilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)- 4220/2014 №-li qərarının surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi və alqı-satqı aktının qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə həvalə edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, həmin torpaq sahəsinin plan və ölçüsü Azərbaycan Respublikası adından 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2inz(81)-4220/2014 saylı qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Ə.Əlixanov küçəsində İddiaçı 150 kv.m.-də fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmisinin 2-1(81)- 1353/2015 №-li, xx.xx.2015-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 39 saylı qərarına əsasən X6 Binəqədi qəsəbə Bələdiyyəsinin hüdudları daxilində Binəqədi Qəsəbə ərazisində ayrılmış 150 kv.metr torpağın alqı-satqısına dair aktın tərtib edilməsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə həvalə edilmişdir. - Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 40 №-li, xx.xx.2015-ci il tarixli qərarının surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2inz(81)-1353/2015 saylı inzibati iş üzrə xx.xx.2015-ci il tarixli qərarın əsasən Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 39 saylı qərarı ilə Bakı şəhəri, 6 mkr., Ə.Əlixanov küçəsi, 89 saylı yaşayış binasının yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün X4 mülkiyyətinə ayrılmış 150 kv.metr torpaq sahəsinə dair alqı-satqı aktının tərtib olunub ona təqdim edilməsi qərara alınmışdır. - xx.xx.2015-ci il tarixli torpaqların alqı-satqısına dair aktının surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan Cəfərova X7 rayonu, Binəqədi Bələdiyyəsinin xx.xx.2014-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmiş və Binəqədi rayonu Binəqədi Bələdiyyə ərazisində 150 kv.m torpaq sahəsi satılması barədə 2015-ci il xx.xx.2015-ci il tarixli 40 saylı qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* №-li çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən 0.03 ha yaşayış məntəqələrinin torpaqları X5 mülkiyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanladığı **********51 №-li, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, təqdim edilmiş alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Həmçinin elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsinin perimetrik ölçü və faktiki sahə sahə arasında uyğunsuzluq mövcuddur. Bununla yanaşı torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının həyətindəki yaşıllıq massivində yerləşmişdir. Ona görə də müraciəti təmin edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi ilk öncə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1414 №-li, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən İddiaçı ayrılmış, sonradan həmin sahəyə dair məhkəmələrin qanuni qüvvəsini almış qərarlarına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü verilmiş, Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 40 №-li, xx.xx.2015-ci il tarixli qərarı ilə alqı-satqı aktına əsasən İddiaçı satılmışdır. İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh alqı-satqı aktının keçmiş DTXK tərəfindən təsdiq edilməməsini, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmamasını, həmçinin elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsinin perimetrik ölçü və faktiki sahə arasında uyğunsuzluğun mövcud olması, bununla yanaşı torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasının həyətindəki yaşıllıq massivində yerləşməsini əsas gətirərək iddiaçının müraciətini təmin etməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli torpaq sahəsi ilə bağlı alqı-satqı aktı qanuni qüvvəsini almış məhkəmə qərarının icrasına əsasən bağlanmış, eyni zamanda mübahisəli torpaq sahəsinin planı və ölçüsü də qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən verilmişdir. Ona görə də mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq alqı-satqı aktının keçmiş DTXK tərəfindən təsdiq edilməsinin və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmasının cavabdeh inzibati orqan tərəfindən tələb edilməsinə zəruriyyət yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipotekaya qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarizasiyasını həyata keçirmək, inventarizasiya işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı X8Bakı şəhəri, 6-cı mikrorayon, Ə.Əlixanov küçəsi, 89 saylı yaşayış binasının yaxınlığında yerləşən 150 kv.metr torpaq sahəsinin qanuni istifadəçisidir. Bunu təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, işin bu cür halında mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmasına dair cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, Qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun: - 5.1-ci maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. - 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, 6-cı mikrorayon, Ə.Əlixanov küçəsi, 89 saylı yaşayış binasının yaxınlığında yerləşməklə İddiaçı istifadəsində olan 150 kv.m. torpaq sahəsi üzrə sonuncunun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, 6-cı mikrorayon, Ə.Əlixanov küçəsi, 89 saylı yaşayış binasının yaxınlığında yerləşməklə İddiaçı istifadəsində olan 150 kv.m. torpaq sahəsi üzrə sonuncunun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5407/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5407/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver