Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5410/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “fərdi yaşayış evinin layihəsinin təsdiq edilməsi ilə bağlı sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan yaşayış sahəsinin üstündə 2-ci mərtəbə kimi əlavə tikilinin aparılmasına dair təqdim olunmuş layihənin təsdiq olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi fəaliyyətini həyata keçirməyə lisenziya əsasında icazə verilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş ünvan 2 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin memarlıq-planlaşdırma bölməsinin təsdiq edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Bu barədə onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. İddiaçı cavabdehə müraciət edərək, ailə üzvlərinin sayı çox olduğuna və yaşayış sahəsinə ehtiyacı olduğuna görə mülkiyyətində olan yaşayış sahəsinin üzərində 2ci mərtəbə kimi əlavə tikilinin aparılması barədə hazırlanmış və təqdim olunmuş layihənin təsdiq edilməsini xahiş etmişdir. Ərizəyə göstərilən halla bağlı müvafiq sənədlər əlavə edilmişdir. Eyni zamanda, mülkiyyətində olan yaşayış sahəsinin üzərində 2-ci mərtəbənin tikilməsinə qonşuluqda yaşayan mülkiyyətçinin də etiraz etmədiyi barədə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi də əlavə edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının ünvanına göndərilmiş məktubla ərizəsi təmin edilməmiş, nəticədə onun mülkiyyət hüququ pozulmuşdur. Ona görə də, iddiaçı pozulmuş hüququnun bərpası məqsədi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə)45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə Cavabdehnə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət təqdim edilməmişdir. Məhkəmə, toplanmış sübutların hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll edilməsinə kifayət etdiyi qənaətinə gələrək işə baxılmasını təyin etmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ünvan 2 üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzil 1 mərtəbədən və 3 otaqdan ibarətdir. Həmin ünvanda bir neçə ailə üzvü ilə birlikdə yaşayır. Ailə üzvlərinin sayı çox olduğundan yaşayış evinin ikinci mərtəbəsinin inşa etdirilməsi zərurəti yaranmışdır. Bu barədə fərdi yaşayış evinin memarlıq və planlaşdırma bölməsini cavabdeh orqana təqdim etmiş, lakin formal məzmunlu cavab məktubu ilə müraciəti təmin edilməmişdir. Cavabdehin mövqeyini qanunsuz hesab edir. Əvvəla ona görə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə görə mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur ki, həmin sənəd də cavabdehə təqdim edilmişdir. Bundan əlavə, onun tərəfindən aparılacaq tikinti işləri hər hansı üçüncü şəxslərin mənafeyinə toxunmur. Cavabdeh inzibati orqan ona imtina cavabı verərkən işin bu hallarını araşdırmamış, formal mülahizələrə istinad edərək ərizəsini təmin etməmişdir. İddiaçı göstərilən halları nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehinin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; - xx.xx.2013-cü il tarixdə Səbail RPİ tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1997-ci il tarixdə Masallı rayonunun Şıxlar kəndində doğulmuş İddiaçı yaşayış yeri üzrə ünvan 4 ünvanında qeydiyyatdadır. - DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 üzərində İddiaçı mülkiyyət hüququ tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - DƏDRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə tərtib edilmiş ünvan 2-ə aid **********82-05101-093001 reyestr nömrəli texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, torpağın sənəd üzrə, faktiki və tikintialtı sahəsi 0.03876 ha. təşkil edir. Texniki pasporta əsasən 1 mərtəbədən, 3 otaqdan ibarət olmaqla mənzilin ümumi sahəsi 76.3 kv.metr, yaşayış sahəsi isə 51.2 kv.metrdir. - ünvan 2 ünvanında yerləşən, İddiaçı məxsus fərdi yaşayış evinin memarlıq və planlaşdırma bölməsindən müəyyən edilir ki, həmin bölmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyətinə “tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini həyata keçirmə”yə lisenziya əsasında icazə verilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş, lakin cavabdeh inzibati orqan tərəfindən razılaşdırılmamış və təsdiq edilməmişdir. - Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmışxx.xx.2019-cu il tarixli, 10- A-19-151 nömrəli məktubdan görünür ki, evin 2-ci mərtəbəsinin tikintisinə icazə verilməsi barədə A-19-151 saylı, xx.xx.2019-cu il tarixli müraciətə baxılmışdır. Bildirilmişdir ki, qaldırılan məsələ ilə əlaqədar olaraq o, Cavabdehndə qəbul edilərək, qanunamüvafiq qaydada sənədlərin təqdim olunması və eskiz layihənin Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinə uyğun tərtib olunması barədə ətraflı izahatlar verilmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, İddiaçı mülkiyyətində olan, ünvan 2-ə aid memarlıq və planlaşdırma bölməsi razılaşdırılması üçün Cavabdehnə təqdim edilmiş, lakin ona rəsmi olaraq münasibət bildirilməmiş, formal şəkildə eskiz layihənin Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsinə uyğun tərtib edilməli olduğu göstərilmişdir. Göründüyü kimi, iddiaçı məlumatlandırma icraatı qaydasında üzərinə düşən vəzifəsini yerinə yetirdiyi halda, cavabdeh inzibati orqan tikilməsi planlaşdırılan daşınmaz əmlaka dair tərtib edilmiş memarlıq planlaşdırma bölməsi ilə bağlı münasibətini qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildirməmişdir. 29 iyun 2012-ci il tarixə kimi qüvvədə olmuş «Şəhərsalmanın əsasları haqqında» Qanunun 3-cü maddəsinə əsasən şəhər və digər yaşayış məskənlərinin ətraf mühitlə harmonik, qarşılıqlı əlaqəli, dayanıqlı inkişaf etdirilməsinin əsas istiqamətlərinin planlaşdırılması və buna uyğun tikintisi, yenidən qurulması, abadlaşdırılması və yaşıllaşdırılması; şəhərsalma fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi şəhərsalma fəaliyyətinin əsas istiqamətlərindən biridir. Həmin Qanunun 4.4-cü bəndinə görə şəhərsalma sahəsində fərdin maraqları-hüquqi və fiziki şəxslərin özlərinə mənsub və ya icarəyə götürülmüş torpaq sahələrində şəhərsalma fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar maraqlarından ibarətdir. Həmin Qanunun 4.6-cı bəndinə görə şəhərsalmafəaliyyətindədövlətin, ictimaiyyətinvəfərdinmaraqlarınınuzlaşdırılması müvafiq icra hakimiyyəti və yerliözünü idarəetməorqanlarıtərəfindəntəminolunur. Həmin Qanunun 19.2-ci bəndinə görə şəhərsalmafəaliyyətinənəzarəttəsdiqolunmuşşəhərsalmasənədlərinəvəşəhərsalmanormav əqaydalarınauyğunolaraqqanunvericilikləmüəyyənolunmuşqaydada müvafiq icra hakimiyyəti orqanları (AzərbaycanRespublikasınınNazirlərKabineti, AzərbaycanRespublikasınınDövlətTikintivəArxitekturaKomitəsivəyerliicrahakimiyyətiorqanl arı) tərəfindənhəyatakeçirilir. xx.xx.2013-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Şəhərsalma və Tlkinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu Məcəllənin 80.1 və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı tərtib edilmiş memarlıq və planlaşdırma bölməsinə uyğun olaraq tikdiyi yaşayış evinin ölçüləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin təsiri altına düşdüyündən, həmin yaşayış evinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirildiyindən, onun tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Bundan əlavə, yaşayış evinin eskiz layihəsinin təsdiq edilməsi və tikilinin qeydiyyata alınması ilə bağlı imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olmadığı halda, cavabdeh inzibati orqan məsələni iddiaçının xeyrinə həll etməkdən yayınmışdır. Odur ki, iddiaçı tərəfindən inşa ediləcək fərdi yaşayış evinin eskiz layihəsinin təsdiq edilməsi və qeydiyyata alınması cavabdehəhəvaləedilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.14. bəndinə əsasən müvafiq ərazidə sosial-məişət, mənzil, suvarma, meliorasiya və s. obyektlərin, həmçinin quraşdırılmış səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin istismara qəbul edilməsi üzrə komissiyalar yaratmaq və həmin obyektlərin istifadəyə verilməsi haqqında aktları qəbul etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi fəaliyyətini həyata keçirməyə lisenziya əsasında icazə verilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin memarlıqplanlaşdırma bölməsinin təsdiq edilməsi barədə sərəncam verilməsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi fəaliyyətini həyata keçirməyə lisenziya əsasında icazə verilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin memarlıq-planlaşdırma bölməsinin təsdiq edilməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-5410/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5410/2020
27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver