Məhkəmə qərarları › İş №2-1(112)-5412/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5412/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5412/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı doğum akt qeydində yanlışlığın aradan qaldırılması tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Laçın rayonu, Alxaslı kəndi tərəfindən ona verilmiş 25 noyabr 1966-cı il tarixli, AZ ******* saylı arxivdə olan doğum haqqında şəhadətnamənin ad qrafasında olan yanlışlığın aradan qaldırılması, ad qrafasında adının “Ramil” kimi yazılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1966-cı ildə Laçın rayonu, Alxaslı kəndində anadan olmuşdur. X1, anası X2r. Orta məktəbi Laçın rayonu Alxaslı kəndi İcra Nümayəndəliyi tərəfindən verilmiş 25 noyabr 1966-cı il tarixli AZ1173776 saylı doğum haqqında şəhadətnaməsi vardır. Doğum haqqında şəhadətnamədə onun ad, soyadı, ata adı düzgün göstərilmişdir. Sonradan ondan doğum haqqında şəhadətnaməni latın qrafikası ilə istəmişlər. O, isə bubunla bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh isə ona bildirmişdir ki, ona məxsus doğum haqqında şəhadətnamənin kötüyündə adı “Ramil” kimi deyil “İlqar” kimi göstərilmişdir. O, təəccüblənmiş və ona məxsus olan doğum haqqında şəhadətnaməsinin əslini onlara göstərərək, bildirmişdir ki, onu hamı Ramil kimi tanıyır. Bu qeydiyyat orqanının problemidir və ona məxsus bütün sənədlərdə adı “Ramil” kimi göstərilmişdir. Doğum haqqında şəhadətnamədə düzəliş edilməsini xahiş etmişdir. Qeydiyyat Şöbəsi 24 dekabr 2021-ci il tarixli məktubu ilə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəni təmin edə bilmədiklərini və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona məxsus Laçın rayonu X9 tərəfindən tərtib edilmiş 05 noyabr 1966-cı il tarixli, 82 saylı doğum akt qeydində adının “İlqar”dan “Ramil”ə düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, iddiaçının iddiasına etiraz etmirlər və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxırlar. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Cavabdeh tərəfindən məhkəməyə məktubla müraciət edilərək, işə onların iştirakları olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı Laçın rayonu, Alxaslı kəndində anadan olmuşdur. İşdə olan Laçın rayonu X9 tərəfindən verilmiş AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Azərbaycan Respublikası Laçın rayonunda anadan olmuş, X4, ana qrafasında X3 göstərilmişdir. İşdə olan iddiaçıya məxsus digər sənədlərdən (diplom, “məcburi köçkün” vəsiqəsi, attestat) görünür ki, iddiaçının ad, soyad, ata adı müvafiq olaraq İddiaçı göstərilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 24 dekabr 2021-ci il tarixli, 05/q-2998/13 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının “Laçın” rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib olunmuş doğum haqqında akt qeydində uşaq qrafasında adın “İlqar”dan “Ramil”ə düzəliş edilməsi barədə müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəni təmin edə bilməmişlər. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 05/9-497113 nömrəli məktubla təqdim edilmiş iddiaçıya məxsus Laçın rayon Alxaslı kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş doğum akt qeydinin surətindən görünür ki, xx.xx.1966cı il tarixdə doğulmuş uşaq haqqında məlumat bölməsində - “Soyad” qrafasında “Bəylərov”, “Ad” qrafasında “İlqar”, ata adı qrafasında “Əhəd” göstərilmişdir. Ata haqqında məlumat qrafasına X4 ana qrafasında X3 göstərilmişdir. Həmin doğum haqqında akt qeydi əsasında AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətindən 24 dekabr 2021-ci il tarixli, 05/q- 2998/13 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı xx.xx.1966-cı il tarixdə Laçın rayonu, Alxaslı kəndində anadan olmuş, Laçın rayonu Alxaslı kənd İcra Nümayəndəliyi tərəfindən onun barəsində doğum haqqında akt qeydi tərtib edilmişdir. Doğum haqqında akt qeydi tərtib edilərkən xx.xx.1966cı il tarixdə doğulmuş kişi cinsində uşaq haqqında məlumat bölməsində - “Soyad” qrafasında “Bəylərov”, “Ad” qrafasında “İlqar”, ata adı qrafasında “Əhəd” göstərilmişdir. Ata haqqında məlumat qrafasına X4 ana qrafasında X3 göstərilmişdir. Həmin doğum haqqında akt qeydi əsasında AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə iddiaçının soyadı, adı və ata adı müvafiq olaraq İddiaçı şəklində göstərilmişdir. Bundan əlavə iddiaçının şəxsiyyət vəsiqəsi və digər (diplom, “məcburi köçkün” vəsiqəsi, attestat) sənədlərində iddiaçının soyadı, adı və ata adı müvafiq olaraq İddiaçı şəklində göstərilmişdir. Göründüyü kimi, Laçın rayonu Alxaslı kənd İcra Nümayəndəliyi tərəfindən iddiaçı barəsində verilmiş doğum haqqında şəhadətnamədə, iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə və digər aidiyyəti sənədlərdə iddiaçının soyadı, adı və ata adı müvafiq olaraq İddiaçı şəklində göstərilməsinə baxmayaraq, doğum akt qeydində yanlışlıq nəticəsində “İlqar” şəklində qeyd aparılmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus doğum haqqında akt qeydlərində yanlışlıq olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməklə həmin doğum haqqında akt qeydində düzəliş edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001–ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1–ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas Müddəaların 2–ci bəndinə görə aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsaslında aparılır. Əsas Müddəaların 3–cü bəndinin 8–ci hissəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin olmasının qeyddə dəyişikliyə səbəb olması təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər Azərbaycan Respublikası Konstitusiyası 60.2-ci maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Laçın rayonu X9 tərəfindən tərtib edilmiş 05 noyabr 1966-cı il tarixli, 82 saylı doğum akt qeydində adının “İlqar”dan “Ramil”ə düzəliş edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar