Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5412/2023 10.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, iddiaçı X11 Cavabdehnə qarşı (üçüncü şəxs X2 cəlb edilməklə) “nikahın qeydə alınması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X14 Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X2 ilə nikahının qeydə alınması öhdəliyinin Xəzər rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X14 xx.xx.1977-ci il tarixində Əfqanıstan Respublikasında doğulub və artıq uzun müddətdir ki, Azərbaycan Respublikasında yaşayır. O, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən qeydiyyata alınmış və ona X8, həmçinin də AR Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. X14 daha öncə xx.xx.2008-ci il tarixində Azərbaycan Respublikasında Ağaquliyeva (nikahdan sonra Şərifi) Könül Surətdin qızı ilə nikaha daxil olub və elə həmin tarixdə də onların nikahı akt qeydləri kitabında 2715 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. X6 xx.xx.2021-ci il tarixində vəfat etdiyi üçün onların nikahı pozulmuşdur. Bundan bir müddət sonra isə X14 13.12. 1980-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı X2 ilə faktiki nikaha daxil olmuşdur və hazırda birlikdə yaşayırlar. Yuxarıda göstərilənləri nəzərə alaraq X14 Xəzər rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək X2 ilə nikahının qeydə alınmasını xahiş etmişdir. Müraciət xx.xx.2022-ci il tarixində qeydiyyat şöbəsi tərəfindən qəbul edilmişdir. Müraciətilə əlaqədar olaraq Qeydiyyat şöbəsi tərəfindən iddiaçı ilə əlaqə saxlanılaraq onun subay olmağıyla bağlı arayış tələb etmişlər. Həmin məsələ ilə bağlı o, Əfqanıstan İslam Respublikasının Bakıdakı Səfirliyinə müraciət etsə də, qeyd olunan arayışı əldə etmək mümkün olmamışdır. Belə ki, səfirlikdən iddiaçıya bildirmişlər ki, Əfqanıstanda 2021-ci ilin avqustundan etibarən yaranmış məlum yeni siyasi, inzibati-hərbi vəziyyətlə əlaqədar olaraq səfirliklərin fəaliyyətində durğunluq yaranmışdır. Əfqanıstanın bir çox ölkədə, o cümlədən, Azərbaycan Respublikasındakı səfirliyi uzun müddət idi ki, öz fəaliyyətlərini dayandırmışdı. Yalnız bu yaxınlarda səfirlik fəaliyyətini qismən bərpa edib. Təəssüf ki, hazırda həmin xidmətlərə subaylıq barədə arayışın verilməsi daxil deyil. Bundan sonra iddiaçı qeydiyyat şöbəsinə bu barədə məlumat versə də, bugünədək cavabdeh Xəzər rayon Qeydiyyat Şöbəsi onun nikahı qeydə almamış, ümumiyyətlə müraciətlə bağlı heç bir rəsmi cavab verməmişdir. X11 Azərbaycan Respublikasında qeydə alınan ilk nikahı pozulduqdan sonra o, Azərbaycan Respublikasının ərazisini tərk etməmiş, həmçinin Azərbaycan Respublikası ərazisində də başqa nikaha daxil olmamışdır. Belə olan halda X11 Azərbaycan Respublikasından kənarda nikaha daxil olması mümkün deyil. X14 BMTnin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən qaçqın olaraq qeydiyyata alınmış X4 malik olan şəxsdir. Onun şəxsiyyətini təsdiq edən sənəd məhz həmin X3. Bununla yanaşı iddiaçıya AR Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi də verilmişdir və həmin vəsiqə də cavabdehə təqdim edilmişdir. Beləliklə, hazırkı iş üzrə cavabdeh olan inzibati orqan öz öhdəliyini icra etməkdən yayınmış, dolayısı ilə imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdehin iddiaya qarşı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddianın mahiyyətinə münsibət bildirmədən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxs isə məhkəmə iclasında hər hansı üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AR Ədliyyə Nazirliyi Xəzər rayon Qeydiyyat şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı X15 və X2 nikahlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişlər. -DYİ seriyalı, ******* №-li Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, iddiaçı Sharifi Aliyə AR Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi verilmişdir. - xx.xx.2008-ci il tarixli, 435399 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 Abdul Qafur ilə X1 arasında 05 sentyabr 2008-ci il tarixdə rəsmi nikah bağlanmışdır. - xx.xx.2021-ci il tarixli, 236490 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktub ilə X12 xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş ***-*******6 nömrəli himayə vəsiqəsinin və xx.xx.2027-ci il tarixədək etibarlı olan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsinin verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Əlavə olaraq iddiaçı X10çqın statusunun verilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciətinin qeydə alınmadığı bildirilmişdir. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, Əfqanıstan vətəndaşı xx.xx.1977-ci il təvəllüdlü X11 xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Tarix İstiqamət xx.xx.2014 Çıxış xx.xx.2015 Giriş Məhkəmə gəldiyi nəticəni aşağıdakı qanunvericilik normaları ilə əsaslandırır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin İİ hissəsinə görə, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 2.4-cü maddəsinə əsasən nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır. İşin faktiki hallarından görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı olan iddiaçı xx.xx.2008-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı ilə nikaha daxil olmuş və onların nikahı vətəndaşlıq vəziyyəti akt qeydləri kitabında dövlət qeydiyyatına alınmışdır. İddiaçının həyat yoldaşı xx.xx.2021-ci il tarixində vəfat etdiyi üçün onların nikahı pozulmuş, bundan sonra iddiaçı Azərbaycan Respublikası vətəndaşı X2 ilə nikahının qeydiyyata alınması barədə cavabdeh Xəzər rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək X2 ilə nikahının qeydə alınmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının ailə vəziyyəti haqqında arayış təqdim etməməsi əsası ilə nikahı qeydiyyata almaqdan imtina etmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hesab edir ki, nikahı pozulduqdan sonra Azərbaycan Respublikasının ərazisini tərk etməmiş, həmçinin Azərbaycan Respublikasında başqa nikaha daxil olmamışdır. Eyni zamanda Əfqanıstan İslam Respublikasındakı mövcud vəziyyət tələb olunan arayışı təqdim etməyə imkan vermir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 3.4cü bəndinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmadıqda, evlənmək arzusunda olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin vəziyyətini təsdiq edən sənədlərində onların ailə vəziyyəti barədə qeydin olmamasına əsaslanaraq, onlardan vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış tələb edilir. Arayış müəyyən olunmuş qaydada leqallaşdırılmalıdır. Qeyd olunan arayış verildiyi gündən 6 ay müddətində etibarlıdır. Göründüyü kimi, əcnəbilərin Azərbaycan Respublikasında nikahının dövlət qeydiyyatına alınması üçün onların vətəndaşı olduğu ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayışın təqdim edilməsi ilə şərtləndirilmişdir. Məhkəmə iddiaçının dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasındakı nikahına xitam verildikdən sonra Azərbaycan Respublikasının hüdudlarının tərk etməsə də, məhkəmə araşdırması ilə onun xx.xx.2014-xx.xx.2015-ci illərdə ölkə ərazisindən kənara çıxması və həmin dövrdə Əfqanıstan İslam Respublikasına getməsi müəyyən edilmişdir. Belə olan halda iddiaçının qeyd olunan dövrdə həmin ölkədə başqa nikaha daxil olması istisna edilmədiyindən onun mənsub olduğu ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayışın cavabdeh inzibati orqana təqdim edilməsinə zərurət vardır. Məhkəmə məsələyə həm də bu cür yanaşır ki, hazırkı halda iddiaçı tərəfindən sözügedən arayış təqdim edilmədən onun Azərbaycan Respublikasında nikahının dövlət qeydiyyatına alınması ilə iddiaçının nikahda olması ehtimal edilən digər şəxsin maraqlarına toxunula bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı ailə vəziyyəti haqqında tələb olunan arayışı Əfqanıstan İslam Respublikasına getmədəm, həmin ölkənin Azərbaycan Respublikasındakı, yaxud başqa ölkələrdəki diplomatik nümayəndəliklərindən əldə edə bilərdi. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, hazırkı tələblə bağlı cavabdehin imtinası qanunsuz olmadığından iddia tələbi təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5412/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5412/2023
10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver