Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5413/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndələri X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası menecer, müavin işləyir), X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası mühəndis, baza rəhbəri işləyir), X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası texnoloq, koordinator işləyir) iştirakı ilə, iddiaçı “BRİGGS Environmental Services Ltd”nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə qarşı qeydiyyat şəhadətnamələrinə düzəlişlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “BRİGGS Environmental Services Ltd” Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Səbail rayonu, Şıx qəsəbəsi, Salyan şossesində yerləşən “BRİGGS Enviromental Services Ltd” şirkətinə məxsus “KAMAZ 53213” və “KAMAZ 53215” yük avtomobilləri üzərində mülkiyyət hüquqlarının tanınması və “KAMAZ 53213” yük avtomobilinin şassi nömrəsi (doğru olan: 2126320) və kabina nömrəsi (doğru olan: 1770091), “KAMAZ 53215” yük avtomobilində isə şassi nömrəsi (doğru olan: 2147647) ilə bağlı Qeydiyyat şəhadətnamələrində düzəlişlərin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı “BRİGGS Environmental Services Ltd” iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Şıx qəsəbəsi, Salyan şossesində yerləşən “BRİGGS Enviromental Services Ltd” şirkətinin Azərbaycan nümayəndəliyi 1996-cı ildən ABƏŞ/BP Azərbaycan şirkəti ilə Azərbaycan Respublikası ərazisində və Xəzər dənizinin Azərbaycan Respublikasına aid sektorunda neft dağıntılarının aradan qaldırılması sahəsində bağlanmış müqavilə əsasında BP Azərbaycan şirkətinin əsas podratçıları siyahısına daxil edilərək ona xidmət göstərməkdədir. Bu səbəbdən də BP və BP şirkəti üçün işləyən podratçı şirkətlərə müxtəlif zəruri xidmətlərin göstərilməsi ilə əlaqədar “BRİGGS Enviromental Services Ltd” şirkəti tərəfindən 2000-ci ilin oktyabr və 2001-ci ilin iyun aylarında Azərbaycan Respublikası ərazisinə ümumi sayı 2 ədəd olmaqla müvafiq olaraq “KAMAZ 53213” və “KAMAZ 53215” markalı vakuum tipli nəqliyyat vasitələri idxal edilmişdir. Hər iki avtomobil “BRİGGS Environmental Services Ltd” şirkətinə məxsusdur və uzun illər şirkətin balansında olmuşdur. Avtomobillər 20 ildən artıq istifadə olunduğu üçün şirkət tərəfindən satışa çıxarılması qərara alınmışdır. Bununla bağlı olaraq 20.10.2021-ci il tarixində avtomobillər BDYPİ-nə təqdim edilmişdir. Orada avtomobillərə baxış keçirilərkən “KAMAZ 53213” avtomobilində şassi nömrəsinin və kabina nömrəsinin, “KAMAZ 53215” avtomobilində isə şassi nömrəsinin başqa olması bildirilməklə təkrar qeydiyyat hərəkətləri aparılmamışdır. Avtomobillərin qeydiyyatı zamanı qeydiyyat şəhadətnaməsi verilərkən texniki səhv olmuşdur. Belə ki, “KAMAZ 53213” avtomobilinin ban nömrəsi kimi qeyd edilmiş XVL48231BY0000015 hərf və rəqəmləri avtomobilin şassi üzərində quraşdırılmış aqreqatın nömrəsidir. Avtomobilin şassi nömrəsində də avtomobilin marka göstəricisi, yəni 53213 rəqəmləri avtomobilin modelidir. Modelin əvvəlində olan XTC və model nömrəsindən sonra AY hərfləri və ardınca şassi nömrəsi ******* rəqəmləri isə avtomobilin qapı birkasında olan göstəricidir. Bütün bunlar ümumiləşdirilmişdir və şassi nömrəsi kimi qeyd edilmişdir. Həmçinin, “KAMAZ 53215” avtomobilinin model göstəricisi ilə, yəni 53215 01 rəqəmləri ilə şassi nömrəsinin ******* rəqəmləri qarışıq düşmüşdür. Hər iki avtomobilin birkası yerindədir və avtomobilə aid göstəricilər də birka üzərində qeyd edilmişdir. Həmin göstəricilər avtomobilin izlənilən detallarının göstəriciləri ilə eynilik təşkil edir və qeyd edilən avtomobillərdə istismar müddətində izlənilən detal dəyişikliyi olmamışdır. Qeyd edilən fakt üzrə toplanmış materiallar araşdırılma aparılması üçün DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilmiş və şöbənin yekun qərarlarına əsasən toplanmış materiallarda cinayət tərkibi halları aşkarlanmadığından hər iki faktla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Bütün bu faktlarla bağlı AR BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinə məktub ünvanlanaraq baş vermiş uyğunsuzluğun aradan qaldırılması və nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrində düzəlişlərin aparılması xahiş edilmişdir. Lakin rədd cavabı alınmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq sərəncam icra edilməmiş, iddiaya dair etiraz təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3.inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, imtina cavabı alınmışdır, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndələri E.Məmmədov, K.Zeynallı, N.Əliyev məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının nümayəndələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə AC 256690 və AC 256691 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin, cavabdehin 22.12.2021-ci il tarixli imtina məktubunun, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03.12.2021-ci il tarixli qərarın, 206269 və 150719 nömrəli gömrük bəyannamələrinin surətlərini, iddia ərizəsində göstərilən avtomobillərin şassi və ban, o cümlədən mühərrik və kabin nömrələrinin fotoşəkillərini təqdim etmişdir. Məhkəmə həmin sənədlərdən müəyyən etmişdir ki,150719 nömrəli gömrük bəyannaməsi ilə iddiaçının adına 1996-cı ildə KAMAZ KO-507A (şassi 2126320, müh.140504) və 206269 nömrəli gömrük bəyannaməsi ilə isə 1996-cı ildə KAMAZ KO- 507A (şassi nömrəsi **********7647, müh. 169842) avtomobilləri Rusiya Federasiyasından gətirilmişdir, həmin avtomobillərə müvafiq olaraq 256691 və 256690 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi cavabdeh tərəfindən verilmişdir, 256691 nömrəli qeydiyyat şəhadətnaməsində avtomobilin mühərrik nömrəsi 169842, şassi nömrəsi **********7647, 256691 nömrəli qeydiyyat şəhadətnaməsində isə avtomobilin mühərrik nömrəsi 140504, şassi nömrəsi XTC53213AY2126320 göstərilmişdir. İddiaçı onun adına qeydə alınmış yük avtomobillərini texniki müayinə üçün cavabdehə təqdim etdikdə cavabdeh inzibati orqan “KAMAZ 53213 Ş-DƏ KO-507A” nömrəli, H005978 dövlət qeydiyyat nişanlı avtomobilin şassi nömrəsinin qeydiyyat şəhadətnaməsində XTC53113AY2126320 qeyd edilməsi, lakin üzərində şassi nömrəsinin 532120Y1685516 olması, kabinə nömrəsinin isə ******* olduğu və KAMAZ 53215 Ş-DƏ KO-507A” markalı, H005883 dövlət qeydiyyat nişanlı avtomobilin şassi nömrəsinin qeydiyyat şəhadətnaməsində XTS**********7647 qeyd edilməsi, lakin üzərində şassi nömrəsinin **********4659 olmasının müəyyən edilməsi, yəni nəqliyyat vasitələrinin aqreqat nömrələri ilə qeydiyyat şəhadətnamələrində uyğunsuzluqların aşkarlanması əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra "nəqliyyat vasitələri") dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra "qeydiyyat") qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirməlidirlər. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən Nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. Həmin Əsasnamənin 1.6-c bəndinə əsasən nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər:..nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini. Həmin Əsasnamənin 2.8-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd. Həmin Əsasnamənin 2.9-cu bəndinə əsasən nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: ...qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr; ...müvafiq qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər. Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən aşağıdakı hallarda nəqliyyat vasitələri təkrar qeydiyyata alınır: ...2) nəqliyyat vasitəsinin sahibi dəyişildikdə. Həmin Əsasnamənin 4.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9-cu bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.8-ci bəndinə müvafiq qaydada aparılır. Cavabdeh inzibati orqan iddiaçının iddia ərizəsində göstərdiyi ““KAMAZ 53213” avtomobilinin ban nömrəsi kimi şəhadətnamədə qeyd edilmiş XVL48231BY0000015 hərf və rəqəmləri avtomobilin şassi üzərində quraşdırılmış aqreqatın nömrəsidir. Avtomobilin şassi nömrəsində də avtomobilin marka göstəricisi, yəni 53213 rəqəmləri avtomobilin modelidir. Modelin əvvəlində olan XTC və model nömrəsindən sonra AY hərfləri və ardınca şassi nömrəsi ******* rəqəmləri isə avtomobilin qapı birkasında olan göstəricidir. Bütün bunlar ümumiləşdirilmiş və şassi nömrəsi kimi qeyd edilmişdir. Həmçinin, “KAMAZ 53215” avtomobilinin model göstəricisi ilə, yəni 53215 01 rəqəmləri ilə şassi nömrəsinin ******* rəqəmləri qarışıq düşmüşdür. Hər iki avtomobilin birkası yerindədir və avtomobilə aid göstəricilər də birka üzərində qeyd edilmişdir. Həmin göstəricilər avtomobilin izlənilən detallarının göstəriciləri ilə eynilik təşkil edir və qeyd edilən avtomobillərdə istismar müddətində izlənilən detal dəyişikliyi olmamışdır” kimi dəlillərini təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, ümumiyyətlə iddiaya etirazını məhkəməyə bildirməmiş, bununla da iddia tələbi ilə razı olduğunu nümayiş etdirmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Şıx qəsəbəsi, Salyan şossesində yerləşən “BRİGGS Environmental Services Ltd” şirkətinə məxsus “KAMAZ 53213” və “KAMAZ 53215” yük avtomobilləri üzərində mülkiyyət hüquqlarının tanınması və “KAMAZ 53213” yük avtomobilinin şassi nömrəsi (doğru olan: 2126320) və kabina nömrəsi (doğru olan: 1770091), “KAMAZ 53215” yük avtomobilində isə şassi nömrəsi (doğru olan: 2147647) ilə bağlı qeydiyyat şəhadətnamələrində düzəlişlərin aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Şıx qəsəbəsi, Salyan şossesində yerləşən “BRİGGS Environmental Services Ltd” şirkətinin mülkiyyətində olan “KAMAZ 53213” yük avtomobilinin şassi nömrəsi (doğru olan: 2126320) və kabina nömrəsi (doğru olan: 1770091), “KAMAZ 53215” yük avtomobilində isə şassi nömrəsi (doğru olan: 2147647) ilə bağlı qeydiyyat şəhadətnamələrində düzəlişlərin aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5413/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5413/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver