Məhkəmə qərarları › İş №2-1(112)-5415/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5415/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5415/2020 02.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil,cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanaması və pensiya məbləğinə Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli, 364 saylı qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikası Milli Məclisinin 06 dekabr 1993-ü il tarixli, 766 saylı qərarına əsasən 1-ci ixtisas dərəcəli hakimpensiyaçı olduğu üçün Azərbaycan Respublikasıdakı mövcud minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanaraq verilməsi və 2008-ci ilin mart ayından hal-hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin və hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanaması və pensiya məbləğinə Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli, 364 saylı qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikası Milli Məclisinin 06 dekabr 1993-ü il tarixli, 766 saylı qərarına əsasən 1-ci ixtisas dərəcəli hakim-pensiyaçı olduğu üçün Azərbaycan Respublikasıdakı mövcud minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanaraq verilməsi və 2008-ci ilin mart ayından hal-hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin və hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyri-mümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati-Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanaması və pensiya məbləğinə Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli, 364 saylı qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikası Milli Məclisinin 06 dekabr 1993-ü il tarixli, 766 saylı qərarına əsasən 1-ci ixtisas dərəcəli hakim-pensiyaçı olduğu üçün Azərbaycan Respublikasıdakı mövcud minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanaraq verilməsi və 2008-ci ilin mart ayından hal-hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin və hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi iddiaçının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 55.3-cü, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanaması və pensiya məbləğinə Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli, 364 saylı qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikası Milli Məclisinin 06 dekabr 1993-ü il tarixli, 766 saylı qərarına əsasən 1-ci ixtisas dərəcəli hakim-pensiyaçı olduğu üçün Azərbaycan Respublikasıdakı mövcud minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanaraq verilməsi və 2008-ci ilin mart ayından hal-hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin və hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi iddiaçının vəsatəti əsasında geri qaytarılsın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar