Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5415/2022 11.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi, İddiaçı* iştirakı ilə, İddiaçı* və digərlərinin Cavabdehnə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı* Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və üç övladının- İddiaçı2, İddiaçı3 və İddiaçı4 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev *58A, mənzil 8 ünvanına qeydiyyata alınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı üç övladı ilə birlikdə *0 ildən çoxdur ki, sözügedən mənzildə yaşayır. Mənzilin sahibi keçmiş əri X2r və mənzilə qeydiyyata düşmələrinə razılıq vermədiyindən, aidiyyəti qurumlara müraciətləri nəticəsiz qalmışdır. Həmçinin cavabdeh orqana müraciətlər olunsa da cavabdeh orqan ərizənin təmin olunmasından imtina etmiş və məhkəməyə müraciət etməsi tövsiyə etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin *4 mart 2022-ci il tarixli qərardadı ilə, X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı* *9.04.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı2, İddiaçı3 və İddiaçı4 inzibati iş üzrə birgə iddiaçı qismində məhkəmə icraatına cəlb edilmələri barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin ** may 2022-ci il tarixli qərardadı ilə, ərizə təmin edilərək, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi, digər iddiaçılar və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsi, digər iddiaçılar və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı* iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, evin keçmiş ərinin mülkiyyətində olmasını təsdiq edən çıxarışın surətini və onun razılıq ərizəsini cavabdeh inzibati orqana təqdim etməmişdir. Hal-hazırda evin mülkiyyətiçisinin notarial qaydada razılıq ərizəsini əldə etsə də cavabdeh inzibati orqana təqdim etmək istəmir. Həmin sənədləri cavabdehə təqdim etdiyi halda qeydiyyata alınacağını bilir, lakin həmin ünvan üzrə məhkəmə qərarı əsasında qeydiyyata alınmaq istəyir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.*-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı* xx.xx.*979cu il tarixdə doğulmuş, Nefçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 5, m. 8 ünvanında qeydiyyatdadır; AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.2000ci il tarixdə doğulmuş, Nefçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 5, m. 8 ünvanında qeydiyyatdadır; AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.2002ci il tarixdə doğulmuş, Nefçala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 5, m. 8 ünvanında qeydiyyatdadır; AA *9*6654 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.2004cü il tarixdə doğulmuşdur; AZ-İ 352655 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 ilə İddiaçı* arasında olan nikah pozulmuş və 29.05.20*8-ci il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 34 nömrə ilə qeyd edilmişdir; Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 04.0*.2022-ci il tarixli məktubla bildirilmişdir ki, göstərilən ünvana yaşayış yeri uzrə qeydiyyata alınması üçün “Yaşayış yeri üzrə və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həmin mənzilin qanunvericiliklə nəzərdə tutulmuş sənədini (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud AR qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və mülkiyyət sahibinin razılıq ərizəsini X4 təqdim etməlidir. Qeyd olunan sənədlərin hər hansı birini X4 təqdim edə bilmədiyi təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edə bilər; X3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o iddiaçıların onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev *58A, mənzil 8 ünvanda yerləşən mənzilə qeydiyyata düşməsinə razılıq vermişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, * saylı Bakı Ərazi İdarəsinin 0*.03.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş, 558802 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev *58A, mənzil 8 ünvanında yerləşən mənzil X* xüsusi mülkiyyətindədir. Beləliklə, iş materiallarından görünür ki, İddiaçı* özünün və üç övladının (birgə iddiaçıların) Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev *58A, mənzil 8 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması barədə cavabdehə müraciət etmiş, müraciətinə hər hansı sənəd əlavə etməmiş, cavabdeh isə iddiaçının qanunvericilikdə nəzərdə tutulan hər hansı sənədi təqdim etməməsi səbəbindən müraciətini təmin etməmişdir. Hazırda iddiaçılar həmin ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir və cavabdeh inzibati orqana müraciət edilən zaman təqdim edilməmiş, mübahisə predmeti mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarış və mülkiyyətçinin razılıq ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.*-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: *-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud *8 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra *0 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: *) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun *-ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Bu baxımdan, əgər iddiaçı hazırda mübahisə predmeti mənzildə yaşadığını irəli sürərək, faktiki yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb edirsə, bu halda onun bu iddiasının sahəvi qanunvericiliyin tələblərinə cavab verməsi mütləqdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin dispozisiya şərtlərinə əməl olunmalıdır. Həmin normaya görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra *0 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: *) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Lakin, İddiaçı* qeyd edilən maddənin 2-ci bəndində nəzərdə tutulan yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi, yəni çıxarışı və yaşayış sahəsi verən şəxsin (mənzilin mülkiyyətçisinin) ərizəsini cavabdeh inzibati orqana müraciət edərkən təqdim etməmiş (bu hal İddiaçı* tərəfindən də təsdiq edilmişdir), həmçinin məhkəmə icraatının gedişində belə məhkəmənin təklifinə uyğun olaraq həmin sənədləri cavabdehə təqdim etmək istəməmişdir. Qeyd edilənləri onunla izah etmişdir ki, həmin sənədləri cavabdehə təqdim etdiyi halda qeydiyyata alınacağını bilir, lakin həmin ünvan üzrə məhkəmə qərarı əsasında qeydiyyata alınmaq istəyir. Məhkəmə ilk növbədə vurğulayır ki, cavabdehin birgə iddiaçıları yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır. Belə ki, İPM-in *.2-ci maddəsindən göndərişlə MPM-in 8*-ci maddəsinə əsasən isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, cavabdeh yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində təsbit olunan hallarda iddiaçını yeni yaşayış yeri üzrə qeydiyyata almaq səlahiyyətinə malik olduğundan, iddiaçının həmin maddə ilə tələb olunan sənədləri cavabdehə təqdim etməsi zəruri idi ki, bu hallar da iş üzrə mövcud deyil. Tələb olunan sənədləri İddiaçı* iradəsindən asılı olaraq cavabdehə təqdim etməyərək, məhkəmə icraatında təqdim etməklə iddianın təmin edilməsinə dair məhkəmə qərarının qəbul edilməsinə nail olmaq istəyir ki, hazırkı iddia növü üzrə inzibati məhkəmə icraatının mahiyyətinə ziddir. Belə ki, cavabdeh orqanın hər hansı sənəd təqdim edilmədiyindən qanuni və əsaslı olan imtinasını Məhkəmə icraatın gedişində yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi qəbul edərək qanunsuz hesab edə bilməz. Məhkəmə bir daha qeyd edir ki, iddiaçı mülkiyyətçinin razılıq ərizəsini əldə etdikdən sonra da məhkəmə qərarı əsasında qeydiyyata alınmaq istədiyini bildirmiş və həmin sənədi cavabdehə təqdim etməklə qeydiyyata alınması barədə məhkəmənin təklifi ilə razılaşmamışdır. Məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə inzibati orqana alternativ qurum deyil və iddiaçının istəyinə və mülahizəsinə görə inzibati orqanın yerini tuta bilməz. Məhkəmə izah edir ki, iddiaçıların məhkəməyə təqdim etdiyi sənədlərlə cavabdeh inzibati orqana müraciət etmək, müraciəti təmin olunmadığı və ya cavablandırılmadığı halda məhkəmədə iddia irəli sürmək hüququ vardır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin yuxarıda sadalanan sənədlərin təqdim olunmaması ilə əsaslandırılan imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Odur ki, İddiaçı* və digərlərinin Cavabdehnə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.*-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.*-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiаçı İddiaçı* və digərlərinin Cavabdehnə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-5415/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5415/2022
11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver