Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5418/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Аzərbаycаn Rеspublikаsının Cavabdeh nümayəndəsi X1 iştirаkları ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Cavabdehnə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh tərəfindən onun xidmətdən xaric edilməsi barədə qəbul edilmiş 10.03.2021-ci il tarixli əmrinin ləğv olunması, onun həmin vaxtdan əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma üçün ona əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək onun xidmətdən xaric edilməsi barədə qəbul edilmiş 10.03.2021-ci il tarixli əmrinin ləğv olunması, onun həmin vaxtdan əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma üçün ona əmək haqqının ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 07.08.1998-ci ildən Bakı Yanğın Texniki Məktəbinə kursant qismində daxil olmuş, məzun olduqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYTİ-nin tərkibində öz əmək fəaliyyətini davam etdirmiş, 16 dekabr 2005-ci ildən Cavabdeh yaradıldıqdan sonra isə Azərbaycan Respublikası Cavabdeh tərkibində öz əmək fəaliyyətini davam etdirmişdir. O, 10.03.2021ci ilə qədər Cavabdehndə qüsursuz xidmət etmişdir, hal-hazırda daxili xidmət mayoru rütbəsi daşıyır. Onun ümumi iş stajı 22 il, 07 ay, 3 gün təşkil edir. O, işdən azad olunduğu günə qədər AR FHN-nin X6 Xidmətinin 1-ci ərazi X6 idarəsinin X6 şöbəsinin böyük inspektoru vəzifəsində çalışmışdır. O, sonuncu dəfə 12.03.2021-ci il tarixdə işdə olarkən, iş gününün sonunda xidmət etdiyi AR FHN-nin X6 Xidmətinin 1-ci ərazi X6 idarəsi tərəfindən ona 10.03.2021-ci il tarixdən etibarən işdən azad olunduğu, bu barədə əmr imzalandığı və artıq işə gəlməməli olduğu bildirilmişdir. O, 10.03.2021-ci il tarixdə əsassız və qanunsuz olaraq Cavabdehndən xaric edilmişdir. Bununla yanaşı, işdən azad edildikdən sonra da qanunvericiliyin tələblərinə riayət edilməmiş, ona işdən çıxarılması barədə əmr təqdim edilməmiş, habelə işdən azad edildikdən 2 gün sonra ona bu barədə şifahi məlumat verilərək, artıq işə gəlməməli olduğu bildirilmiş, işdən çıxarılarkən ödənilməli olan son haqq-hesab köçürülməmiş, Əmək kitabçası təqdim edilməmişdir. Əmrin surəti ona təqdim edilmədiyindən əmrdə yazılanlar barədə məlumatı yoxdur, bu səbəbdən həmin əmrə münasibət bildirə bilmir. O, Cavabdeh təsis edildiyi 16 dekabr 2005-ci ildən etibarən həmin qurumun əməkdaşıdır və işlədiyi müddətdə qüsursuz xidmət etmişdir. Belə ki, bir dəfə belə olsun intizam məsuliyyətinə cəlb edilməmiş, əmək qanunvericiliyinin və əsasnamənin tələblərini pozmamışdır. İddiaçı xidməti fəaliyyətində daim Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Cavabdeh X6 Xidməti haqqında əsasnaməni, qanun və digər normativ hüquqi aktlarının tələblərini rəhbər tutub, heç bir töhmət və ya xəbərdarlığı yoxdur. Hesab edir ki, onun Azərbaycan Respublikası Cavabdehndən xaric edilməsi əsassız və qanunsuzdur, qərəzli xarakter daşıyır. O, evlidir, iki azyaşlı (2009 və 2011-ci il təvəllüdlü) övladı var, arvadı evdar qadındır, heç bir yerdə işləmir, ailəni dolandıran onun iş fəaliyyəti, qazancıdır, eyni zamanda himayəsində yaşlı və xəstə valideynləri vardır. Belə ki, onun hər iki valideyni şəkərli diabet xəstəsidir, bundan əlavə atası ağır ürək xəstəliyindən əziyyət çəkir, dəfələrlə ürək əməliyatı olunmuşdur. Bir daha bildirir ki, Azərbaycan Respublikası Cavabdehn 10.03.2021-ci il tarixli əmri əsassız və qanunsuz olduğundan, o, qərəzli olaraq orqandan xaric edildiyindən, həmin əmrin qüvvədə olması onun hüquqlarını kobud formada pozduğuna görə ləğv olunmalıdır, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsinə dair qərar qəbul edilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 08.04.2021-ci il tarixli sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Cavabdeh İPM-nin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı AR Fövqəladə Hallar nazirinin 10.03.2021-ci il tarixli 1036/Ş nömrəli Əmri ilə xidmətdə yol verdiyi kobud pozuntulara görə X3n xaric edilmişdir. AR Fövqəladə Hallar nazirinin 10.03.2021-ci il tarixli 1036/Ş nömrəli Əmrini qanuni və əsaslı hesab edirlər. Belə ki: X6 Xidmətinin Xüsusi nəzarət şöbəsi tərəfindən İddiaçı fəaliyyəti yoxlanılmış, yoxlama zamanı fəaliyyətində aşağıdakı nöqsanlar aşkar edilmişdir: yanğın-texniki müayinə keçirdiyi obyektlərin əksəriyyətində yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarının aşkar edilməsinə baxmayaraq, ancaq bir neçəsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir; onun təhkim olunduğu ərazidə yerləşən obyektlərin əksəriyyəti barəsində lazımi sənədlər qovluqlara əlavə edilməmişdir; obyektlərin bir neçəsinin VÖEN-lərini toplamamış, VÖEN olmayan obyektlər barədə idarə rəhbərliyinə təqrirlə müraciət etməmişdir; təhkim olunduğu ərazidə yerləşən bir neçə obyektin dislokasiya qeydiyyatına almasına baxmayaraq, həmin obyektlər barəsində “yanğın-nəzarət müşahidə” qovluqlarını tərtib etməmişdir. “İş planları”nda icra barəsində qeydlər aparmamışdır. Bəzi obyektlərdə planlı yanğın-texniki müayinə keçirmədən “Tələbnamə” məktubları tərtib etmişdir. Yoxlamanın nəticəsində müəyyən edilmişdir ki, İddiaçı xidməti fəaliyyətini müvafiq qanunvericiliyin tələblərinə uyğun qurmamışdır. İddiaçı xidmət zamanı yanğın-texniki müayinə keçirdiyi obyektlərin əksəriyyətində yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarının aşkar edilməsinə baxmayaraq, ancaq bir neçəsi barədə inzibati xəta haqqında protokol tərtib edilmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Cavabdeh X6 Xidməti haqqında” Əsasnamənin (bundan sonra Əsasnamə) bir sıra müddəalarının pozmuşdur. Belə ki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1 -ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Bununla o, eyni zamanda Əsasnamənin 8.17-ci bəndinin tələbini pozmuşdur. Əsasnamənin qeyd olunan bəndinə əsasən yanğın təhlükəsizliyi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq və öz səlahiyyətləri daxilində qərar qəbul etmək iddiaçının birbaşa vəzifəsidir. Bundan əlavə, o bəzi obyektlərdə planlı yanğın-texniki müayinə keçirmədən “Tələbnamə” məktubları tərtib etmişdir. Bunula da o “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun aşağıdakı müddəalarını kobud şəkildə pozmuşdur. Qanunun 3.2-ci maddəsinə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra “Qanun”) və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Yoxlamanın nəticəsi ilə əlaqədar müvafiq qaydada Akt tərtib edilmiş və İddiaçı izahatı alınmışdır. İzahatında İddiaçı yol veridiyi pozuntuları etiraf etmiş, belə pozuntulara yol verməsinin səbəbi kimi tutarlı bir əsas göstərməmişdir. İddiaçı fəaliyyətinin yoxlanması nəticəsində aşkar edilmiş pozuntular Nazirlikdə müvafiq qaydada araşdırılmış, onun “X3 xidməkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.1 -ci maddəsinin tələblərini pozması, bununla da fövqəladə hallar orqanlarının mənafeyinə xələl gətirməsi müəyyən edilmişdir. Araşdırmanın nəticəsində onun “X3 xidməkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8-ci maddəsinə uyğun olaraq onun X3n xaric edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1980-ci ildə doğulmuşdur. Əmir Səmədov, Elnur Zeynallı və Rauf Ələsgərov tərəfindən tərtib olunmuş və imzalanmış 02.02.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, Cavabdeh X6 Xidmətinin X6 işinin təşkili şöbəsinin böyük inspektoru, daxili xidmət polkovnik-leytenantı Əmir Səmədov, Xüsusi nəzarət şöbəsinin inspektoru, daxili xidmət kapitanı Elnur Zeynallı və 1-ci ərazi Dövlət Yanğın nəzarəi idarəsinin DYNŞ-nin rəis müavini, daxili xidmət polkovnik-leytenantı Rauf Ələsgərov ilə birlikdə 1-ci ərazi X6 idarəsinin X6 şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı tərəfindən 2020-ci il və cari ilin yanvar ayı ərzində görülmüş işlər yoxlanılmış, böyük inspektor kimi təhkim olunmuş sahələrə aid olan sənədləri (əraziyə təyin olunması barədə əmr, inspektorun aylıq “iş planları” ərazinin dislokasiyası, dərs jurnalı və yanğın nəzarət müşahidə” qovluqlarını”) təqdim etmişdir. Həmin inspektorun xidməti fəaliyyətini yoxlayan zaman aşağıdakılar müəyyən olunmuşdur: 2020-ci il Binəqədi rayon üzrə təhkim olunduğu 4, 5, 6 və 7 saylı xidməti sahələr üzrə nəzərdə tutulmuş dislokasiya 22 dövlət 93 özəl obyekt mövcud olmuşdur. Təhkim olunduğu yanvar, fevral aylarında 25 obyektdə yanğın texniki müayinə keçirmişdir. 2020-ci ilin mart ayından 21, 22 və 23-cü sahələrə təhkim olunduğu müddətdə 13 obyektdə yanğın-texniki müayinə keçirmişdir. İyul ayından 26, 27 və 28-ci sahələrə, sentyabr ayından isə 11,12,13-cü sahələrə təhkim olunmuşdur. 2020-ci ilin “iş planlar”rı təqdim olunmuş, lakin aylıq “İş planla”rda icra barəsində qeydlər aparılmamışdır. Təqdim olunmuş Yanğın nəzarət-müşahidə” qovluqlarının içərisində obyektdə aid sənədlər tam doldurulmamış, obyektdə 2020-ci il ərzində cəmi 38 obyektdə yanğın-texniki müayinə keçirilmiş, 6 obyekt rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Böyük inspektor bir çox böyük dövlət obyektlərində keçirilən yanğın-texniki müayinə zamanı yanğına qarşı nöqsanlar aşkar edilməsinə baxmayaraq obyekt rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib etməmişdir. Dərs jurnalı mövcuddur, qeydlər aparılmayıb. Böyük inspektor 2021-ci il üzrə 11,12,13 saylı xidməti sahələrə təhkim edilmişdir. Cari ilin yanvar ayı ərzində tərtib edilmiş iş planına əsasən 11 dövlət obyektində diqqətli yanğın-texniki müayinənin keçirilməsi nəzərdə tutulmuşdur. Həmin obyektlərdə diqqətli yanğın-texniki müayinənin keçirilməsi nəzərdə tutulmuşdur. Həmin obyektlərdə keçirilən yanğın-texniki müayinə zamanı iki obyekt rəhbəri barəsində yanğın təhlükəsizliyinin pozulması səbəbindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. 19.01.2021-ci il tarixdə "xxxx" MMC-yə məxsus sexdə Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən təqdim edilmiş “Çıxarış”a əsasən planlı yanğıntexniki müayinə keçirilsə də sözügedən obyekt cari ilin yanvar ayı üzrə tərtib edilmiş iş planında nəzərdə tutulmamışdır. Binəqədi rayon X2 və 11 saylı şəhər Poliklinikasında yanğın-texniki müayinə keçirilən zaman tərtib edilmiş “Tələbnamə” məktubunda aidiyyəti üzrə nəzərdə tutulmuş imza xanaları boş qalmışdır. İş materiallarından görünür ki, qeyd olunan halların araşdırılması ilə bağlı Azərbaycan Respublikası Cavabdeh X6 Xidmətinin Xüsusi Nəzarət Şöbəsinin inspektoru daxili xidmət kapitanı Elnur Zeynallı tərəfindən 02, 04 və 12 fevral 2021-ci il tarixlərdə İddiaçı yazılı izahatları alınmışdır. Xüsusi nəzarət şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Nazim Hacıyev tərəfindən X6 Xidmətinin rəisi, daxili xidmət genral-mayoru Hikmət Abbasova ünvanladığı 08 fevral 2021-ci il tarixli təqrirdə qeyd olunmuşdur ki, 07 fevral 2021-ci il tarixdə şöbənin əməkdaşları tərəfindən ərazi DYNİ-də təyin olunmuş növbətçilər xidməti yerlərində yoxlanılmışlar. Yoxlanış zamanı məlum olmuşdur ki, saat 16:30-da 1-ci ərazi DYNİ-nin növbətçi olan əməkdaş xidmət yerində olmamış, digər 2-ci, 3-cü və 4-cü ərazi DYNİ-nin növbətçiləri xidməti yerlərində olmuşdur. Xüsusi nəzarət şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Nazim Hacıyev tərəfindən X6 Xidmətinin rəisi, daxili xidmət genral-mayoru Hikmət Abbasova ünvanladığı 1-ci ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru İddiaçı barəsində aparılmış araşdırmay dair 08 fevral 2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, 1-ci ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektroları barədə daxil olmuş 19 noyabr 2020-ci il tarixli, 37/14877 nömrəli təqrir Xidmətin Xüsusi nəzarət şöbəsində araşdırılmışdır. Təqrirdə, 1-ci ərazi DYNİ-nin DYNŞnin böyük inspektorlarının xidməti fəaliyyətlərinin zəif olduğu qeyd olunmuşdur. 1-ci ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru İddiaçı xidməti fəaliyyəti yoxlanılan zaman onun 2020-ci il üzrə təqdim olunmuş “İş planları”nda icra barəsində qeydlər aparmadığı, təqdim etdiyi “yanğın nəzarət-müşahidə” qovluqlarının içərisində obyektə aid sənədlər tam doldurmadığı, 2020-ci il ərzində cəmi 38 (otuz səkkiz) obyektdə yanğın-texniki müayinə keçirdiyi, keçirilən yanğıntexniki müayinələr zamanı 6 (altı) obyekt rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib etdiyi, dərs jurnalında qeydlər aparmadığı, bir çox yüksək risk qrupuna aid dövlət obyektlərində yanğın-texniki müayinə keçirən zaman, yanğına qarşı nöqsanları aşkar etməsinə baxmayaraq cavabdeh şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib etmədiyi aşkar olunmuşdur. Daxili xidmət mayoru İddiaçı 2021-ci ilin yanvar ayı üçün tərtib edilmiş “iş planı”na əsasən 11 (on bir) dövlət obyektində planlı yanğın-texniki müayinə keçirməsi nəzərdə tutulmuşdur. Həmin obyektlərdə keçrilən yanğın-texniki müayinə zamanı iki obyektin cavabdeh şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. 19.01.2021-ci il tarixdə "xxxx" MMC-yə məxsus şəxsdə Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış” Çıxarış”a əsasən planlı yanğın-texniki müayinə keçirsə də sözügedən obyektin cari ilin yanvar ayı üzrə tərtib edilmiş iş “planı”nda yoxlanılması nəzərdə tutulmamışdır. Şöbənin əməkdaşları tərəfindən seçmə yolu ilə İddiaçı yanvar ayının “iş planı” üzrə planlı yanğın-texniki müayinə keçirməli olduğu obyektlərdə olarkən müəyyən olunmuşdur ki, Bakı şəhər Baytarlıq İdarəsində, X2 və 11 saylı uşaq poliklinikasında planlı yanğın-texniki müayinə keçirmədən həmin obyektlərin “yanğın nəzarət müşahidə” qovluğuna imza xanası boş olan “Tələbnamə” məktubları əlavə etmişdir. Aşkar olunmuş nöqsanlarla bağlı əməkdaşın izahatı alınaraq, X6 işinin təşkili şöbəsinin böyük inspektoru, daxili xidmət polkovnik-leytenantı Əmir Səmədov və 1-ci ərazi DYNİ-nin DYNŞ-nin rəsi müavini, daxili xidmət polkovnik-leytenantı Rauf Ələsgərovun iştirakı ilə tərtib olunmuşdur. İddiaçı izahatında xidməti fəaliyyətində yol veridiyi nöqsanlarını etiraf edərək gələcəkdə belə nöqsanlara yol verməyəcəyinə söz vermişdir. Daxili xidmət kapitanı İddiaçı xidməti vəzifələrinin icrası zamanı yol verdiyi nöqsanlara görə xidmət rəisinin 29.12.2019-cu il tarixli, 0236/ş nömrəli əmrilə “Xəbərdalıq” elan edilmişdir. Toplanmış materiallara əsasən belə qənaətə gəlmək olur ki, daxili xidmət mayoru İddiaçı “X3 xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.1ci “X6 orqanlarının işinin təşkilinə dair Təlimat”ın və “İnzibati Xətalar Məcəlləsi”nin 101.1-ci maddəsinin tələblərini pozmuşdur. Araşdırmanın nəticəsinə əsasən və gələcəkdə bu kimi halların qarşısını almaq məqsədilə 1-ci ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı barəsində müvafiq qərar qəbul etməyi xahiş etmişdir. 1-ci ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru daxili xidmət mayoru İddiaçı 1-ci əraz DYNİ-nin rəisi daxili xidmət polkovnik leytenantı İsmayıl Haşımova verdiyi 11.02.2021-ci il tarixli yazılı izahatda qeyd olunmuşdur ki, 07.02.2021-ci il tarixdə idarədə növbədə olarkən saat təxminən 15:50 radələrində özünü narahat hiss etmişdir. İdarəni tərk edərək, yaxınlıqdakı “ELMED” tibb mərkəzinə müraciət etmişdir. Arterial təzyiqinin yüksək olduğuna görə dərman qəbul etmişdir. Həkim məsləhəti ilə 16:35-də iş yerinə qayıtmışdır. Xüsusi nəzarət şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Nazim Hacıyev tərəfindən X6 Xidmətinin rəisi, daxili xidmət genral-mayoru Hikmət Abbasova ünvanladığı DYXN-nin ərazi idarələrində növbətçiliyin yoxlanılması barədə 12 fevral 2021-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, Xidmətin Xüsusi nəzarət şöbəsi tərəfindən 07 fevral 2021-ci il tarixdə ərazi 1-ci, 2-ci, 3-cü və 4-cü ərazi DYNİ-nin təyin olunmuş növbətçi əməkdaşları xidmət yerlərində yoxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, 07 fevral 2021-ci il tarixdə saat 16:30-da 1-ci ərazi DYNİ-nin növbətçi əməkdaş xidməti yerində olmamışdır. Araşdırma zamanı 1-ci ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı növbətçi olduğu məlum olmuşdur. Bununla bağlı daxili xidmət mayoru İddiaçı izahatı alınmışdır. İzahatında o, 07 fevral 2021-ci il tarixdə özünü nasaz hiss etdiyindən xidməti yerini tərk edərək, İdarə rəhbərliyinə məlumat vermədən “ELMED” tibb mərkəzinə getdiyini bildirmişdir (tibb mərkəzinin arayışı materiala əlavə olunur). 1-ci ərazi DYNİ-nin DYNŞ-nin inspektoru daxili xidmət mayoru İddiaçı xidməti vəzifələrinin icrası zamanı yol verdiyi nöqsanlara görə Xidmət rəisinin 29.12.2019-cu il tarixli, 0236/ş nömrəli əmri ilə “Xəbərdarlıq” elan edilmişdir. Hal-hazırda üzərində intizam tənbehi mövcud deyil. Toplanmış materiallara əsasən belə qənatə gəlmək olur ki, daxili xidmət mayoru İddiaçı intizam qaydalarına riayət etməyərək, “X3 xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.10-cu maddəsinin tələblərini pozmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və gələcəkdə bu kimi halların qarşısını almaq məqsədilə 1-ci ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru, daxili xidmət mayoru İddiaçı barəsində qərar qəbul etməyi xahiş etmişdir. “Nazirliyin X6 Xidmətinin əməkdaşı İddiaçı barədə inzitam tənbehinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Cavabdeh 10 mart 2021-ci il tarixli 0316/Ş №-li əmrdən çıxarışın surətindən müəyyən olunur ki, Nazirliyin X6 Xidmətinin 1-ci ərazi X6 idarəsinin X6 şöbəsinin böyük inspektoru daxili xidmət mayoru İddiaçı xidməti fəaliyyətinin yoxlanması zamanı vəzifələrinin icrasına səhlənkar yanaşaraq “Yanğın nəzarət müşahidə” qovluqlarında obyektə aid sənədləri tam toplanmadığı, yanğın-texniki müayinələr zamanı obyektlərdə ciddi nöqsanlar aşkar edilməsinə baxmayaraq cavabdeh şəxslər barədə inzibati xəta haqqında protokol tərtib etmədiyi, bəzi obyektlərdə planlı yanğın-texniki müayinə keçirmədən “Tələbnamə” məktubları tərtib etdiyi müəyyən edilmiş və bununla da o, “X3 xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 10.0.1-ci maddəsinin tələblərini kobud şəkildə pozulmuşdur. Göstərilənləri nəzərə alaraq, “X3 xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8-ci və 33.1.12-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidnetinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndini rəhbər tutaraq vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə Nazirliyin X6 Xidmətinin 1-ci ərazi X6 idarəsinin X6 şöbəsinin böyük inspektoru daxili xidmət mayoru İddiaçı X3n xaric edilməsi əmr edilmişdir. Əsas; X6 Xidmətinin 19.02.2021-ci il tarixli 37/01-01044 nömrəli məktubu və Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin rəisinin 03.03.2021-ci il tarixli 31/03780 nömrəli təqriri. İddiaçının hazırki tələbindən görünür ki, Azərbaycan Respublikası Cavabdeh X6 Xidmətinin 1-ci ərazi X6 idarəsinin X6 şöbəsinin böyük inspektoru daxili xidmət mayorunun vəzifəsindən azad edilməsi barədə Azərbaycan Respublikası Cavabdeh 10 mart 2021-ci il tarixli əmrinin ləğv olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsini tələb edir. “X3 Xidmətkeçmə Haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşları qanunvericiliyin tələblərinə riayət etməyə borcludur. Həmin Qanunun 31.1.8-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində X3n xaric etmə intizam tənbehi tətbiq oluna bilər. Həmin Qanunun 33.1.12-ci maddəsinə əsasən X3n xaric edildikdə Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə xitam verilir: Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamənin 10.10.22-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Nazirlik sisteminə daxil olan strukturların işçiləri barədə bütün intizam tənbehi tədbirlərini tətbiq edir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən, inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. (14.1, 14.2, 14.3). Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Bu mənada, işin hallarından görünür ki, iddiaçının X3n xaric olmasının səbəbi vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verməsi olmuşdur. Beləliklə, iddiaçının öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə, işin araşdırılmış hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddiа təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 2, 68, 69, 110- cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5418/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5418/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver