Məhkəmə qərarları › İş №2-1(112)-5422/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5422/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5422/2025 07.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********189104 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********182673 nömrəli qərarına əsasən cavabdeh tərəfindən İddiaçı MMC-nin fəalliyəti üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra-Vergi Məcəlləsi) 38.3.5-ci maddəsinə əsasən vergilər və digər ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergiləri və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması (bundan sonra-SVY) aparılmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********189104 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən iddiaçıya ümumilikdə 1843945,85 manat vergi və 1256589,32 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanmışdır.Yoxlama dövründə iddiaçının əsas fəaliyyəti restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər olmuşdur. Aşağıda qeyd edilən hallara görə cavabdeh tərəfindən çıxarılmış qərar qanunsuz və əsassız olduğu üçün ləqv edilməlidir: Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında çıxarılmış Qərarın əsassız olması barədə cavabdehin xx.xx.2024-cü il tarixli **********182673 nömrəli qərarı normativ hüquqi aktlara əsasən əsaslandırılmamışdır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ÖZSÜT AZERBAİJAN- MMC (VÖEN:**********) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 0312 2024-cü il tarixli **********189104 nömrəli 'Vergi ödəyicisinin ve ya siğorta edənin vergi qanunvericiliyinin ve ya icbari tibbi siğorta ve sosial sigorta qanunvericiliyinin pozulmasina görə məsuliyətə celb edilməsi haqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Mahiyəti ile bağlı bıldirilir ki, "xxxx" MMC-də Vergi Məcəlləsinin 38 3.5-ci maddəsinə əsasən Vergi Cinayətlərinin İbtidai Araşdirilması Baş İdarəsinin (bundan sonracavabdeh Səyyar vergi yoxlanması keçirilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********3 nömrəli qərarı ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr 2 edilməklə növbədənkənar seyyar vergi yoxlamasr keçirilmiş, yoxlamanın müddəti 09.10 2024-cü il tarixli **********183125 nömrəli aktla rəsmiləşdirilmiş və "Vergi ödəyicisinin və ya sığortaedənin (vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta va sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********189104 nömrəli qərar çıxanlmişdir. Vergi yoxlaması cavabdehin xx.xx.2023cü il tarixli **********0845 nömrəli qərarı əsasında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müəssisənin fəaliyyət göstərdiyi ünvanlarda müəssisəyə məxsus kompüterlərin yaddaşından götürülmüş 2020-2023-cü ilin 3-cü ilinə aid olan satış dövriyyələrini əks etdirən hesabatlar, kağız daşıyıcılarında olan sənədlər, həmçinin bank və digər mənbələrdən əldə olunmuş sənədlər əsasında aparılmışdır. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması üçün Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********182721 nömrəli tələbnamə ödəyiciyə təqdim edilmişdir. Tələbnaməyə əsasən yoxlamanın predmetinə aid xx.xx.2021-cı il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə ilkin mühasibat sənədlərini, bağlanmış müqavilələri, VHF və E-VHF-ları barədə məlumatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olduğu halda lisenziyanın olub-olmaması barədə məlumatı, idxal-ixrac sənədləri, müəssisənin xidmət, anbar və satış obyektləri barədə məlumatları, bank və kassa sənədlərini, malların satışı və alınmasını təsdiq edən ilkin sənədləri, əmlak və torpağa dair mülkiyyət sənədləri, vergilərin hesablanmasına aid digər ilkin sənədləri, Yük Gömrük bəyannamələrini, əsas vəsaitlərin alınması, tikilməsi və istismarı ilə əlaqədar sənədləri, Nəzarət kitabçası və digər zəruri sənədlərin yoxlamaya təqdim olunması tələb edilmişdir.Müəssisə xx.xx.2023-cü il tarixli operativ vergi nəzarəti nəticəsində müəyyən edilmiş satış dövriyyələrinə aid sənədlərjn olmadığını əsas gətirərək sənədlərin təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Vergi yoxlamasının keçirilməsi üçün sənədlərin təqdim olunmaması barədə xx-xx.2024-cü il tarixli AKT tərtib edilmişdir, Səyyar vergi yoxlaması zamanı cavabdehin xx.xx.2023 tarixli **********0345 № li, 2309’010180350 №41, **********0346 №4İ, **********0348 №41. **********0347 №41 "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarlarına əsasən müəsisəyə məxsus obyektlərdən götürülmüş elektron yaddaş qurğusunda olan dövriyyə, mal satış daşınmaz əmlak üçün ödənilən icarə haqları üzrə ödəmə mənbəyində tutulan verginin 108.554,85 manat olmaqla, ümumilikdə 1.269.871.77 manat azaldılması müəyyən edilmişdir. Müəssisənin sadələşdirilmiş vergisi baza-hesabat bəyannamə məlumatları üzrə:2021-ci ildə malların (iş, xidmətlərin) təqdim edilməsi üzrə dövriyyə (kameral vergi yoxlaması ilə) 2.652.432,95 manat, bu dövriyyədən sadələşdirilmiş vergi 212.194,63 manat, VM-nin 218- 1.2-ci maddəsinə əsasən azaldılan vergi 17.070,32 manat göstərilərək bu dövriyyədən 8 faiz dərəcə ilə 195.124,32 manat sadələşdirilmiş vergi hesablanmışdır.2022-ci ildə malların (iş, xidmətlərin) təqdim edilməsi üzrə dövriyyə (kameral vergi yoxlaması ilə) 4.314.771,36 manat göstərilərək bu dövriyyədən 8 faiz dərəcə ilə 345.181,71 manat sadələşdirilmiş vergi hesablanmışdır.2023-cü ildə malların (iş, xidmətlərin) təqdim edilməsi üzrə dövriyyə (kameral vergi yoxlaması) 4.123.988,45 manat göstərilərək bu dövriyyədən 8 faiz dərəcə ilə 329.919,08 manat sadələşdirilmiş vergi hesablanmışdır. Müəssisə tərəfindən satış dövriyyəsi bəyannamədə tam əks etdirilməmiş və sadələşdirilmiş 9 düzgün hesablanmamışdır. Müəssisədə keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə və təqdim edilmiş mühasibat sənədlərinə və elektron məlumat bazasına yoxlama ilə aşağıdakılar müəyyən edilmişdir. Ümumilikdə, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən sadələşdirilmiş vergi Müəssisəyə məxsus təsərrüfat subyektlərində keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş elektron faylların "ASLANOVA AFİ OZSUT” qovluğunda olan ‘des’alt qovluğunda ”2022 əməkhaqqı" alt qovluğunda olan 2022-ci ilin əmək haqqı məlumatlarını əks etdirən, eləcə də “ASLANOVA AFİ OZSUT” qovluğunda olan “des’alt qovluğunda ”2023 aməkhaqqı” alt qovluğunda olan 2023-cü ilin əmək haqqı məlumatlarını əks etdirən excel faylların araşdırılması zamanı səyyar vergi yoxlaması ilə cəmiyyət tərəfindən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərə verilmiş əmək haqqı cədvəlləri üzrə Vergi Məcəlləsinin 1.4-cü, “Sosial sığorta haqqında" qanunun 14-cü," İşsizlikdən sığorta haqqında" qanunun 9-cu maddələrinə əsasən 2022-ci ildə 272.033,80 manat məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqları müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış sığorta 136.016,90 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin qeyd edilən cədvəl "Qatlan üzrə Vergi Məcəlləsinin 1.4-cü, "Sosial sığorta haqqında" qanunun 14-cü,"İşsizlikdən * haqqında qanunun 9-cu maddələrinə və "Tibbi sığorta haqqında" qanunun,Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Məcəllənin qeyd olunan maddəsinə asasən ödənilən dividenddən 10 faiz dərəcə ilə 116.355,70 manat məbləğində ödəmə mənbəyində vergi hesablanmışdır. Digər tərəfdən icarə haqqından ödəmə mənbəyində tutulan verginin 256,51 manat az hesablanması müəyyən edilmişdir. Nəticədə ümumilikdə ÖMV bəyannamələri üzrə 116.612,21 manat ödəmə mənbəyində tutulan verginin azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin azaldılmasına görə 58.306,11 manat (116.612,21 50%) maliyyə sanksiyası tətbiq olunmuşdur. Nəticə olaraq yoxlanılan dövrdə sadələşdirilmiş verginin 1.269.871,77 manat, ÖMV-nin 116.612,21 manat və işsizlikdən sığorta, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta Marının 493.015,62 manat, ümumilikdə 1.879.499,60 manat vergilərin və icbari ödənişlərin Alılması, 4,72 manat artıq hesablanması və nəticədə 1.879.494,88 manat vergilərin və icbari ödənişlərin dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı müəyyən olunmuş və Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən 50% miqdarında 939.749,82 manat məbləğində, təqvim ayı ərzində 4 əmək haqqı hesablaşmaları üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə Vergi bəsinin 58.7-1-ci maddəsinə əsasən 147.918,66 manat, fiziki şəxslərə ödənilmiş icarə haqqları İpçilərə ödənilmiş divident gəlirləri üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.2.1-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi bəyannamələrində olan məlumata və 83.2.4-cü maddəyə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır .Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa lcazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş Wada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), içinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi hansı digər məlumatlar istifadə etməklə hesablamaq hüququ vardır. O zamanda bildirilir ki, Vergi Məcəlləsinin qəyd olunan 67.1.9-cu maddəsi yoxlama qanunvericilikdə mövcud olmuşdur və yuxarıda qeyd olunanlar İddiaçıdan elektron yaddaş qurğusunda olan məlumatların mənbəyi bəlli olan məlumatlar olduğunu götürülmüşdür. İddiaçının qeyd edilən dəlilinə münasibətdə bildiririk ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Vergi yoxlamasının həyata keçirilməsi ilə bağlı aşağıdakı xüsusi qaydalar nəzərdə tutulmuşdur.“ Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər." (VM, 38.2 “Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir” (VM, 38.4).“Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır):Vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanın da qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdisahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək;Səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda-xarici ölkədən cavabalınanadək; **********185747 nömrəli qərarla 18 günü olmaqla, ümumilikdə 47 iş günü müvəqqəti dayandırılmış, xx.xx.2024-cü İİ tarixli **********183757 nömrəli qərarla 30 iş günü 29 08 2024 cü il tarixli **********186420 nömrəli qərarla 30 İş günü olmaqla, ümumilikdə 60 iş günü müvəqqəti uzadılmışdır (səyyar vergi yoxlama aktının 1-ci səhifəsi).Eyni zamanda yuxarıda qeyd edilən qərarlara həmin qərarların hər birində onların qəbul edilmə zəruriliyi konkret əsaslarla əsaslandırılmışdır (xx.xx.2024-cü il tarixli xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü İİ tarixli qərarlar etiraza əlavə edilir) İddiaçı həmçinin ərizəsində qeyd edir ki, vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumatlar qismində yalnız rəsmi sənədlərdən, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, qanunvericiliyin tələblərini pozaraq əlavə araşdırma aparmadan mənbəyi bəlli olmayan və mötəbərliliyi şübhə doğuran “qara mühasibatlıq” olduğu iddia edilən elektron fayllarda olan məlumatlardan istifadə etmişdir ki, bu da nəticədə əsassız vergi məbləğinin hesablanmasına əsas olmuşdur. Bildirilir ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır:Vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata;Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata;Vergi yoxlaması materiallarına;Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.Həmin Məcəllənin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-cımaddələrində gösterilən hallarda, habele seyyar vergi yoxlamasına, apanlması zamanı, sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmad,qda və ya mühasibat uçotunu müəyyən edılmiş qaydada aparmadıqda, uçotu ve hesabat sənədləri məhv olunduqda həmçmın vergitutma obyektinin müəyyənləşdirilməsi başqa səbəblərdən mümkün olmadıqda orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanın iddiaçı həmçinin iddia ərizəsində qeyd etmişdir ki, operativ vergi yoxlamasında sənəd götürmə . zamanı heç bir mərhələdə foto və (və ya) video çəkiliş aparılmamış, prosesə kompüter cəlb edilməmiş, sənədlərin götürülməsinə dair protokolda sənədlərin (elektron faylların) otaqdan və hansı vəzifəni daşıyan şəxsin iş masasında olan kompüterdən götürülməsi iş materiallarında mövcud olan "Sənədlərin və - nümunə kimi əşyaların götürülmə haqqında” xx.xx.2023-cü il tarixli 007312 DVX seriyalı Protokoldan və xx.xx.2023-cü il tarixli Aktdan göründüyü kimi vergi ödəyicisinə məxsus olan ofisdə operativ vergi nəzarəti zamanı ofisdə yerləşən baş mühasibin istifadəsində olan kompüter avadanlığının yaddaş sistemindən onun, direktor X2 və kompüter mütəxəssisinin iştirakı ilə ümumi həcmi 15.52 Gb olan elektron fayllarda (olan məlumat 2 ədəd qara rəngli "Silicon Power" markalı 16 və 32 Gb-lıq yaddaş kartına köçürülərək götürülmüşdür (xx.xx.2023-cü il tarixli götürmə protokolu və akt etiraza əlavə edilir). Bundan başqa bildirilir ki, iddiaçının qeyd etdiklərinin əksinə operativ vergi yoxlaması zamanı sənədlərin götürülmə prosesi foto və video çəkilişlə qeydə alınmış, vergi ödəyicisinin direktoru X4 müəssisəyə məxsus kompüterlərdə “özsütn.serverxx.com’’ serverində əks olunan satış dövriyyəsinin müəssisəyə məxsus kompüter avadanlığının yaddaş sistemindən götürüldüyünü etiraf edərək imza və möhürlə məlumatları təsdiq etmişdir (sənədlərin götürülməsi zamanı foto və video çəkilişi özündə əks etdirən “VİVA” markalı 8Gb-lıq boz rəngli yaddaş kartı etiraza əlavə edilir). Bir daha məhkəmənin diqqətinə çatdırılır ki, MMCdə keçirilmiş OVN tədbiri zaman, «ötürülmüş elektron yaddaş qurğusunda olan melumatlar ona məxsus olan tesenüfat subyektində aşkar edilmişdir və həmin melumatlarda müəssisənin adı, eləcə də təqdim edilmiş mallar Səyyar vergi yoxlamasında istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Həmçinin Məcəllənin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların müəyyənləşdirilməsi və 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarətinin vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilməsi təsbit edilmişdir. Eyni zamanda Məcəllənin 23.1.1 maddəsində bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlanna aid edilmişdir. Azerbaycan Respublikası İqtisadiyyat nazirinin 13 yanvar 2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yamnda Dövlət Vergi Xidmətinin Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əsasnaməsinin 2.0.3-cü yanmbəndində qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərdən istifadə etməklə səyyar vergi Həmçinin nəzərinizə çatdırılır ki, Vergi Məcəlləsinin 70-ci maddəsinə dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilməsi aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntular sayıla bilməz: edilmiş onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə (70.3)vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs ham, üçün aydın olunanlardan da göründüyü kimi, hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2024-cü il tarixli -Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar, o cümlədən qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyaları məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olmaqla bərabər, vergi hesablanılan şəxs hamı üçün aydın göstərilmişdir. Belə olan halda həmin məsuliyyət qəran prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz. Yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq,İddiaçı “ÖZSÜT AZERBAİJAN" MMC-nin iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-ü il tarixli **********189104 nömrəli qərarından görünür ki, İddiaçı (Ünvanı: AZİ 124, BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, CƏFƏR XƏNDAN, ev.42A, m. 194, VÖEN: **********) aşağıda göstərilən səbəblərə görə; (Azərbaycan Manatı) Vergi qısa adı Dövr (il Azaldılmışdır Artıq VM Maliyyə Faiz Fərq üzrə) maddəsi hesablanmış sanksiyası Əlavə dır Artıq hesablama hesablama 2021 291704.50 0.00 291704.50 0.00 58.1 145852.25 0.00 Sadələşdirilmiş vergi 2022 473983.41 0.00 473983.41 0.00 58.1 236991.71 0.00 Sadələşdirilmiş vergi 2023 468630.15 0.00 468630.15 0.00 58.1 234315.08 0.00 Sadələşdirilmiş vergi Muzdlu işlə əlaqədar 2021 0.00 4.72 0.00 4.72 58.1 0.00 0.00 ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlan bəyannaməsi (hesabatı) 2022 . 272033.80 0.00 272033.80 0.00 58.1. 136016.90 0.00 Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlan bəyannaməsi (hesabatı) 2023 220981.82 0.00 220981.82 0.00 58.1 110490.91 0.00 Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlan bəyannaməsi (hesabatı) 2022 51275.70 0.00 51275.70 0.00 58.1 25637.85 0.00 Ödəmə mənbəyində tutulan vergi 2023 65336.51 0.00 65336.51 0.00 58.1 3266826 0.00 ödəmə mənbəyində tutulan vergi 2021 0.00 0.00 0.00 0.00 160.00 0.00 Vergi hesabatının və arayışın vaxtında verilməməsi 2022 0.00 0.00 0.00 0.00 120.00 0.00 Vergi 11 hesabatının və arayışın vaxtında verilməməsi 2023 0.00 0.00 0.00 0.00 40.00 0.00 Vergi hesabatının və arayışın vaxtında verilməməsi 0.00 0.00 0.00 0.00 58.7-1 334296.36 0.00 58.7-1-ci maddəsinə əsasən maliyyə sanksiyası • 1 843 945.89 4.72 1 843 945.89 4.72 • 1 256589.32 0 Cəmi vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilsin. Vergi məcəlləsinin 57.1 maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilərək aşağıdakı qaydada Bəyannamə növü Dövr Maliyyə sanksiyası Ödəmə mənbəyində tutulan 3-cü Rüb 2021 40 AZN vergi ödəmə mənbəyində tutulan 2-ciRüb 2021 40 AZN vergi Ödəmə mənbəyində tutulan 4-cü Rüb 2021 40 AZN vergi ödəmə mənbəyində tutulan 2-ci Rüb 2022 40 AZN vergi Ödəmə mənbəyində tutulan 1-ci Rüb 2021 40 AZN vergi ödəmə mənbəyində tutulan 4-cü Rüb 2022 40 AZN vergi Ödəmə mənbəyində tutulan 1-ci Rüb 2023 40 AZN vergi Ödəmə mənbəyində tutulan 3-cü Rüb 2022 40 AZN vergi 320 AZN vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2025-ci il tarixli Q2500304 saylı qərarından görünür ki, İddiaçındə 2018209.05 manat məbləğində , yəni xüsusi ilə külli miqdarda vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanmış və həmin iş icraata qəbul edilərək, ibtidai araşdırma aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin audit şöbəsinin xx.xx.2024-cü il tarixli **********183125 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, yoxlanılan dövrdə sadələşdirilmiş verginin 1.269.871,77 manat, ÖMV-nin 116.612,21 manat və işsizlikdən siğorla, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının 493.015,62 manat ümumilikdə 1.879.499.60 manat vergilərin və icbari ödənişlərin azaldılması, 4,72 manat artıq hesablanması və nəticədə 1.879.494.88 manat vergilərin və icbari ödənişlərin dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı müəyyən olmur və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında 939.749,82 manat məbləğində və təqvın ayı ərzində verilmiş əmək haqqı hesablaşmaları üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 147.918,66 manat, fiziki şəxslərə ödənilmiş icarə haqqları və təsisçilərə ödənilmiş divident gəlirləri üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə (30.000 manat icazəli limit gözləməklə) Vergi Məcəlləsinin 58.7-1-cı mnddəsmə əsasən 186 377.69 manat və hesabatların vaxtında təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-cı maddəsinə əsasən 320.0 manat maliyyə sanksiyasının tətbiq edilinəsi təklif olunur.Mühasibat uçotunda lazımi dəyişikliklər edilməlidir. Səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixli **********891700 nömrəli xidməti məlumata əsasən xx.xx.2021 - xx.xx.2023-cü il vergi dövrü üzrə vergi tutulan əməliyyatların, vergiyə cəlb edilməli dövriyyənin müəyyən edilməsi və həmin dövriyyədən vergilərin yenidən hesablanması məqsədilə təyin edilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin yekunu üzrə müəyyən edilmiş vergidən yayınma əməliyyatları müəyyən edilməsi səbəbindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Mühasibat uçotunda aktda qeyd edilənlərlə əlaqədar lazımi müzakirələşmələr verilməklə dəyişikliklər edilməlidir. Yoxlanılan dövrdə inzibati xəta müəyyən edilmədiyindən, Vergi Məcəlləsinə əsasən yol verilmiş vergi qanunvericiliyinin pozulması hallanna görə maliyyə sanksiyası tətbiq edildiyindən inzibati xəta haqqında protokol tərtib edilmədi.Aşkar edilmiş vergi və digər hüquq pozuntularının aradan qaldırılmasına dair yoxlayıcılann təklifləri Yoxlama nəticəsində aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması üçün təklif edilir. Aktda qeyd olunan yayındırılmış vergi məbləğləri və tətbiq ediləcək maliyyə sanksiyaları büdcəyə ödənilmişdir. Mühasibat müxabirləşınələri verilməklə aktda qeyd olunan uyğunsuzluqlar aradan qaldırılmışdır. Vergi ödəyicisi ilə vergi qanunverıciliyinə riayyət edilməsi və aşkar edilmiş nöqsanlara dair müvafiq düzəlişlərin edilməsi barədə izahat işi aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********182673 saylı səyyar vergi yoxlaması haqqında qərarından görünür ki, İddiaçı (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulması risk(lər)inin məzmunu - Keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin yekunu üzrə müəyyən edilmiş vergidən yayınma əməliyyatları; risk(lər)in təsviri - Operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus obyektlərdən götürülmüş elektron məlumatlar və mühasibathq sənədlərinə əsasən qeyri-rəsmi dövriyyələr müəyyən edilmiş və həmin dövriyyələr bəyannamələrdə göstərilməmişdir.) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: Yanvar 2021 - Dekabr 2023 Yoxlamanın keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi baş ədliyyə müşaviri X5 tapşırılmışdır. Yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi auditinin baş idarəsinin xx.xx.2024-cü il tarixli **********183757 saylı səyyar vergi yoxlamasının müddətinin artırılması haqqında qərarından görünür ki, İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergin yoxlamasının müddəti 30 iş günü artırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********184690 saylı səyyar vergi yoxlamasının dayandırılması haqqında qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini baş ədliyyə müşaviri X3 tərəfindən İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergin yoxlaması xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvəqqqəti müddətdə dayandırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********185747 saylı səyyar vergi yoxlamasının dayandırılması haqqında qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini baş ədliyyə müşaviri X3 tərəfindən İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergin yoxlaması xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvəqqqəti müddətdə dayandırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi auditinin baş idarəsinin xx.xx.2024-cü il tarixli **********186420 saylı səyyar vergi yoxlamasının müddətinin artırılması haqqında qərarından görünür ki, İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergin yoxlamasının müddəti 30 iş günü artırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Məhkəmənin hazırki iş üzrə hüquqi mövqeyi Azərbaycan Respublikası adından Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2184/2024 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: (-) nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə, vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.4 Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Hazırkı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, növbədənkənar səyyar vergi yoxlaması zamanı xx.xx.2022-ci ildə X17 tədbirləri nəticəsində vergi ödəyicisindən vergi orqanının “qara mühasibatlıq sənədləri” adlandırdığı məlumatlara istinad olunaraq müvafiq qərar qəbul edilmişdir. X17 çərçivəsində götürülmüş server məlumatları elektron daşıyıcıya köçürüldükdən sonra xüsusi zərfə yerləşdirilərək vergi ödəyicisinin iştirakı ilə möhürlənmiş, lakin vergi ödəyicisinin iştirakı ilə götürülmüş məlumatlara baxış keçirilməmişdir. İddiaçı apardığı əməliyyatları, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada apardığı halda, cavabdeh vergi orqanı elektron fayllarda olan məlumatları (qara mühabatlıq sənədlərini) əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, yuxarıda qeyd olunan normaların tələblərinə əsasən vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, başqa sözlə, Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, sonuncu qanunvericiliyin tələblərini pozaraq mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran " qara mühabatlıq " sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə iddiaçıya əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur Cavabdeh inzibati orqan kimi yoxlama zamanı "xxxx" sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı, başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Məhkəmə qara mühasibatlıq sənədləri əsasında aparılan hesablamalara münasibətdə kassasiya instansiyasının formalaşmış mövqeyini bir daha ifadə edərək qeyd edir ki, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz mənbələrlə birlikdə qiymətləndirilməlidir. Həmçinin, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün yetərli məlumatlarları əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi – alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı,növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olub-olmaması müəyyən olmalıdır. Lakin hazırkı iş üzrə qeyd olunan tələblərə əməl olunmamışdır və bu mənada həmin sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bilməz. Məhkəmə əlavə olaraq qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış mövqeyinə görə, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhədoğuran "qara mühabatlıq" sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Cavabdeh iddiaçının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan müəssisənin mövcud olub-olmamasını, əlaqəli məlumatların mövcudluğunu və sair halları araşdırmamış və əlavə vergini hesablayarkən həmin məlumatlardan istifadə imkanından yararlanmamışdır. Göründüyü kimi, vergilərin hesablanması ilə bağlı yuxarıda istinad olunan normaların tələblərinə də cavabdeh tərəfindən riayət edilməmişdir. Həmçinin Vergi Məcəlləsinin 3.8-ci və 36.2-ci maddələrinin tələblərinə cavabdeh tərəfindən əməl olunmamışdır. Məhkəməsi qeyd etdir ki, İddiaçı apardığı əməliyyatları, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada apardığı halda, cavabdeh vergi orqanı "qara mühabatlıq" sənədlərini əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur. Həmin sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir ki, bu da həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan (əlaqəli) məlumat qismində istifadə edilməsini mümkünsüz edir. Cavabdeh vergi orqanı iddiaçıya səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə borcun hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, mübahisələndirilən qərar ləğv olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********189104 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar