Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5424/2021 22.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı “texniki şərtin verilməsi və qaz qurğusunu quraşdırmaqla qaz paylayıcı şəbəkəyə qoşulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, ünvan 1 saylı mənzilinə qaz xəttinin çəkilməsi və qaz sayğacının quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi yolu, ev 33K saylı fərdi yaşayış evinin mülkiyyətçisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29.11.2019-cu il tarixində ********* saylı çıxarış verilmişdir və daşınmaz əmlak dövlət reyestrində 505 nömrəli reyestr kitabının 47504 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. 2014-cü il tarixində Xətai Rayon İcra Hakimiyyəti tərəfindən 0.03 ha pay torpağı verilmişdir. Həmin pay torpağının tikintisinə 2016-cı il tarixində İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. Evinin tikintisi hazır olandan sonra işiq və su çəkilişi ilə təmin edilmişdir. SOCAR-ın Cavabdehnə və “X11” Şirkətinə ünvan 1 saylı mənzilinə qaz xəttinin çəkilməsi və qaz sayğacının qoyulmasıyla bağlı müraciət edilmişdir. 11 mart 2021-ci il tarixində aldığı SOCAR-ın 03.03.2021-ci il tarixli məktubu ilə SOCAR-ın daim istifadəsində olan, o cümlədən X9 Sazişlərinə əsasən neft-qaz əməliyyatlarının aparılan torpaq sahələrində, həmçinin neftqaz boru kəmərlərinin mühafizə zonası daxilində inşa edilən tikililərin qazlaşdırılmasına yol verilməməsi barədə imtina cavabı verilmişdir. Ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi yolu, ev 33K ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kateqoriyası yaşayış mənətəqələrinin torpaqlarına aid edilmişdir. Bu barədə qeyd ********* saylı, 29.11.2019-cu il tarixli çıxarışda öz əksini tapmışdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. İddiaçı 12.11.2021-ci il tarixdə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mülkiyyətində olan ünvan 1 ünvanının qazla təchizatı üçün texniki şərtin verilməsi və qaz qurğusunu quraşdırmaqla qaz paylayıcı şəbəkəyə qoşulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmənin 2-1(112)-5424/2021 nömrəli, 18.11.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Birliyə qarşı iddiasını Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi yolu, ev 33K ünvanının mülkiyyətçisi olduğu və həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alması ilə əsaslandırmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi yolu, ev 33K ünvanının mülkiyyətçisi İddiaçı Cavabdehnə qarşı iddiası ilə əlaqədar nəzərinizə çatdırılır ki, sözügedən tikili və onun yerləşdiyi ərazi SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrinin hüdudları daxilində yerləşməsinə baxmayaraq bu xüsusat DƏDRX tərəfindən araşdırılmamış, yəni Cavabdeh ilə heç bir razılaşma əldə edilməmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.2001-ci il tarixli 94 nömrəli Qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid edilmişdir. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən “Dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər”. Bundan əlavə, Cavabdeh ilə heç bir razılaşmanın əldə edilməməsi qanun pozuntusudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr olmadan və ya şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili və başqa daşınmaz əmlak özbaşına tikinti sayılır” (maddə 180.1) və əgər tikintinin saxlanması fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180.3). Buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikiliyə verilmiş çıxarış dərhal ləğv edilməlidir. Həmin Qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən göstərilən ərazidə İddiaçı hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində tikiliyə və onun yerləşdiyi əraziyə münasibətdə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə vətəndaşın mühafizə zonasında torpaq sahəsinin özününküləşdirilməsinə dair bağladığı hər hansı əqd həmin Məcəllənin 109-cu maddəsinə uyğun olaraq etibarsızdır, eləcə də həmin Məcəllənin 110-cu maddəsinə əsasən iddiaçı torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır. Hesab edilir ki, təqdim edilmiş sənəd qanunsuz olaraq verildiyi üçün etibarsız hesab edilməlidir. Çünki Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi yolu, ev 33K ünvanında olan tikili Neft ərazisinin balansında olan torpaq sahəsində inşa olunmuşdur və həmin torpaq SOCAR-ın daimi istifadəsindədir. Həmin ərazilərdə tikilmiş digər tikililər mühafizə zonasına düşdüyü müəyyənləşdirilir. Sadalanan normativ hüquqi aktlar və əsaslar göstərir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********* saylı, 29.11.2019-cu il tarixli çıxarış ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı iddiasının rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs iddia tələbinə hər hansı münasibət bildirməmiş, məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələbindən çıxış edərək işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi yolu, ev 33K ünvanında yerləşən sahəsi 266.26 kv.m olan fərdi yaşayış evi və sahəsi 0.03 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 29.11.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi yolu, ev 33K ünvanında yerləşən fərdi yaşayış evinə dair 29.11.2019-cu il tarixdə **********70-10301 reyestr nömrəli texniki pasport İddiaçı adına tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş BB seriyalı 524075 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi yolu, ev 33K 10.01.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh Bakı X10 Departamentinin 02.11.2021-ci il tarixli, SOCAR**********30490075X00695 nömrəli məktubunda bildirilmişdir ki:
1. **********00000 istehlakçı kodu X3 adınadır, Ünvan: Biləcəri qəs. 1 may məhəlləsi, ev 14, sorğuda göstərilən 1302AZ**********50 sayğac 27.08.2021-ci il tarixdə **********7 nömrəli sayğacla əvəz olunub (akt 6011609), sonuncu dəfə 30.09.2021-ci il tarixdə 3275 m3 sərfiyyat bazaya daxil edilib.
2. **********8 nömrəli sayğac **********06387 istehlakçı kodu üzrə “Binəqədi Yolu” ünvanındakı mənzildə quraşdırılıb (44/TŞ-2017-006387/Ş), istehlakçı X6 - son ödəniş 21.10.2021-ci il tarixində 27 manat olmuşdur.
3. **********2 nömrəli sayğac **********80023 istehlakçı kodu üzrə “Binəqədi-Biləcəri şossesi” ünvanındakı mənzildə quraşdırılıb, istehlakçı X1 - 23.10.2021-ci il tarixində 20 manat olmuşdur.
4. GPG17077202 nömrəli sayğac **********00410 istehlakçı kodu üzrə “Biləcəri qəs. Binəqədi yolu” ünvanındakı mənzildə quraşdırılıb (44/TŞ-2017-014009/Ş(1)), istehlakçı X7 - 23.10.2021-ci il tarixində 20 manat olmuşdur. İş materiallarına əlavə edilmiş Azəriqaz İB-nə ünvanlanmış ərizədən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi yolu, ev 33K ünvanında yerləşən fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı Departamentinə ünvanladığı müraciətə baxılması barədə məktubunda qeyd edilmişdir ki, Cavabdehnə daxil olmuş İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi yolu, ev 33K ünvanında yerləşən evinin qazlaşdırılması barədə (daxil olma: 25.11.2020-ci il tarixli, SOCAR**********10210033AM01095 nömrəli) ərizəsi baxılması üçün göndərilir. Bununla əlaqədar olaraq müraciətin araşdırılması, zərurət olduğu halda müvafiq tədbirlərin görülməsi, nəticəsi barədə vətəndaşa və Birliyə cavab verilməsi Bakı Regional Qaz İstismarı Departamentinə tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iddiaçıya ünvanladığı 03.03.2021-ci il tarixli, SOCAR**********30490075X00168 nömrəli məktubunda bildirilmişdir ki, sizin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığınız ərizənizə baxılmış, müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, ərizənizdə qeyd etdiyiniz torpaq sahəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X9 haqqında” Sazişə əsasən “X11” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 02.11.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.2001-ci il tarixli 94 nömrəli Qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Göründüyü kimi aidiyyəti qurum tərəfindən sizə torpaq sahəsi ayrılarkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri gözlənilməmişdir. Diqqətinizə çatdırılır ki, müvafiq icra hakimiyyəti və ya Bələdiyyə tərəfindən qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsin hüquqları pozulduqda, hüququ pozulmuş şəxsin həmin qurumdan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən vurulmuş zərərin əvəzini tələb etmək hüququ vardır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə, SOCAR-ın daimi istifadəsində olan, o cümlədən X9 Sazişlərinə əsasən neft-qaz əməliyyatları aparılan torpaq sahələrində, həmçinin neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində inşa edilən tikililərin qazlaşdırılmasına yol verilmir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 13cü bəndində göstərilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar inzibati-iqtisadi məhkəmələr kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, bu növ iddia üzrə xüsusi mümkünlük şərti ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən: qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs; qazpaylayıcı şəbəkə - qazın istehlakçılara paylanması üçün yaradılmış, təşkilati, texnoloji və texniki cəhətdən bir-biri ilə əlaqəli olan təsərrüfat (qoşulma nöqtəsində boru kəmərləri və xətləri, təhlükəsizlik və nəzarət-ölçü sistemləri, qaz avadanlığı) kompleksi; texniki şərtlər - tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd; -4-cü maddəsinin 2-ci bəndinə görə istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. -7.1-ci maddəsinə əsasən qaz təchizatı sahəsində aşağıdakı işlər icazə əsasında həyata keçirilir: 1.1. qazın istehsalı və təbii qazın emalı; 1.2. qazın nəqli; 1.3. qazın paylanması; 1.4. yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarı; 1.5. sənaye qaz qurğusunun istismarı. -11-ci maddəsinin 6-cı bəndinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -13-cü maddəsinin 1-ci bəndinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. -3-cü bəndinə görə qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -6-cı bəndinə görə qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı bu Qanunun 3-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə həmin оrqаnların göstərişi əsasında; müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin оrqаnların göstərişi əsasında; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında. -9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz qurğusu dedikdə, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları), texniki şərtlər dedikdə isə tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd başa düşülür. Həmin Qaydaların: -1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. -2.1-ci bəndinə görə yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. -2.2-ci bəndinə görə istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. Tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər. -2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. -3.1-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; -4.1-ci bəndinə görə qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. -4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. -4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. -5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. -5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. Cavabdeh İB qeyd edilən ünvanın qazla təchizatını həyata keçirməkdən imtinasının əsasında mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyinə, həmin torpaqların dövlətin müstəsna mülkiyyətində olmaqla, orada inşa edilən tikililərin qazlaşdırılmasına yol verilmədiyinə istinad etsə də məhkəmə cavabdehin qeyd edilən dəlilini iddianın təmin edilməsindən imtinaya əsas ola biləcək qanuni hal kimi qəbul etmir. Əvvəla, ona görə ki qaz təchizatı ilə bağlı qanunvericilik cavabdehin qeyd etdiyi əsası qazla təmin edilməsindən imtina, qazın verilməsinin dayandırılmasının əsası kimi müəyyən etməmişdir. Digər tərəfdən, işin yuxarıda sadalanan hallarından da müəyəyn olunur ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının adına həmin ünvanda torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən səlahiyyətli qurum tərəfindən qeydə alınaraq bilavasitə dövlət tərəfindən mülkiyyət hüququ tanınmışdır. Nə adıçəkilən əmlaka mülkiyyət hüququna dair reyestrdəki qeydlər, nə də həmin qeydlərin aparılmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlər mübahisələndirilməmiş, ləğv edilməmiş və hazırkı halda dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından qeydlər qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.4-cü maddəsinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (“Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair 2020-ci il 27 avqust tarixli Qərarı). Qeyd olunanlara əsasən məhkəmə iddiaçının mülkiyyət hüququ tanınmış əmlakına qaz təchizatının aparılmamasını onun mülkiyyət hüququnu bilavasitə pozan, qanunsuz müdaxilə kimi qiymətləndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. -12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.3-cü maddəsinə görə inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Məhkəmə araşdırması zamanı iddiaçı onunla eyni ünvanda (küçə, məhəllə) yerləşən qonşulara aid fərdi yaşayış evlərinin qazla təmin edildiyini iddia edərək həmin evlərə quraşdırılmış qaz sayğcalarına dair sübutlar (fotoşəkil, ödəmə çekləri, müqavilə) təqdim etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh Bakı X10 Departamentinin təqdim etdiyi məlumat və sənədlərlə müəyyən olunmuşdur ki, “Binəqədi Yolu” ünvanında yerləşən fərdi yaşayış evlərinə müvafiq qaz sayğacları quraşdırılmaqla, abonent kodu açılmış, istehlakçılarla qazın alqı-satqısına dair alqı-satqı müqavilələri bağlanmışdır. Beləliklə, cavabdeh iddiaçıya aid fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənaye təyinatlı torpaq sahəsi olmaqla qaz təchizatının aparılmasından imtina etdiyi halda həmin ünvanda yerləşən digər fərdi yaşayış evlərinin qazlaşdırılmasını həyata keçirmişdir ki, bu halda iddiaçıya münasibətdə inzibati orqanın inzibati icraat zamanı rəhbər tutmalı olduğu bərabərlik prinsipinin də pozulduğu müəyyən olunur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi yolu, ev 33K ünvanının qazla təchizatı üçün texniki şərtin verilməsi və qaz qurğusunu quraşdırmaqla qaz paylayıcı şəbəkəyə qoşulması vəzifəsi Cavabdehnə həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi yolu, ev 33K ünvanının qazla təchizatı üçün texniki şərtin verilməsi və qaz qurğusunu quraşdırmaqla qaz paylayıcı şəbəkəyə qoşulması vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova