Məhkəmə qərarları › İş №2-1(112)-5426/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5426/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5426/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (oğlu) İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “2-ci qrup əlilliyin bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3-cü dərəcəli əlillik qrupunun təyin edilməsi barədə qərarın ləğv edilməsi və xx.xx.2007-ci il tarixdə iddiaçıya müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunun ləğv olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya Naxçıvan Muxtar Respublikası Əmək və ƏSMN-nin tabeliyində DSMF-nin Culfa rayon şöbəsi tərəfindən xx.xx.1996-cı il tarixdə 3cü dərəcə əlillik təyin olunmuşdur. Daha sonra iddiaçıya xx.xx.1997-ci il tarixdə 3-cü dərəcəli əlillik, xx.xx.1998-ci il tarixdə 3-cü dərəcəli əlillik, xx.xx.2000-ci il tarixdə isə 2-ci dərəcəli əlillik, xx.xx.2001 -ci il tarixdə 2-ci dərəcəli əlillik, xx.xx.2002-ci il tarixdə 2-ci dərəcəli əlillik, xx.xx.2003-cü il tarixdə 2-ci dərəcəli əlillik, xx.xx.2004-cü il tarixdə 2-ci dərəcəli əlillik, xx.xx.2005-ci il tarixdə 2-ci dərəcəli əlillik, xx.xx.2006-cı il tarixdə 2-ci dərəcəli əlillik və xx.xx.2007-ci il tarixdə isə Culfa rayon 5 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 137 №-li müayinə aktı əsasında müddətsiz 2-ci dərəcəli əlillik müəyyən olunmuşdur. Daha sonra heç bir yoxlama və əyani baxış keçirilmədən qanunsuz və əsassız olaraq 2023-cü ildə iddiaçıya müddətsiz 3-cü dərəcəli əlillik qrupu təyin edilmişdir. Lakin iddiaçıya 3-cü dərəcəli əlillik qrupunun təyin edilməsi haqqında qərar rəsmi qaydada təqdim edilməmiş, qərarın tarixi və nömrəsi iddiaçıya məlum deyildir. İddiaçı xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə nümayəndəm vasitəsi ilə cavabdehə ərizə ilə müraciət edərək ona 3-cü dərəcəli əlillik qrupu təyin edilməsi haqqında qəbul edilmiş qərarın təsdiqlənmiş surətinin ünvanıma göndərilməsini, ona 2007-ci ildə təyin edilmiş 2-ci dərəcəli müddətsiz əlillik qrupunun 2023-cü ildə ləğv edilərək 3-cü dərəcəli əlillik qrupunun təyin edilməsinin əsasları və səbəbləri barədə rəsmi məlumat verilməsini, 3-cü dərəcəli əlillik qrupunun təyin edilməsi barədə qərarın ləğv edilməsini və xx.xx.2007-ci il tarixdə müddətsiz olaraq təyin edilmiş 2-ci dərəcəli əlillik qrupumun ləğv olunduğu tarixdən bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İddiaçı imtina cavabını əsassız və qanunsuz hesab edir.

3. Cavabdeh tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı 2007-ci il tarixindən təyin edilmiş əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar etdiyi müraciət əsasında Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsinin nəticəsi olaraq, İddiaçı xx.xx.2023-cü il tarixindən peşə xəstəliyi səbəbindən müddətsiz üçüncü dərəcə əlillik müəyyən ediiməsinə dair qərar qəbul edilmişdir.

4. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunan etirazda bildirilir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək baxılmış və “Səbəbi: Peşə xəstəliyi; Diaqnozun mətni: Stabil gərginlik stenokardiyası İİ FS Nevrasteniya.Nəzərə çarpan serebral oteskleroz. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Stabil gərginlik stenokardiyası İİ FS Nevrasteniya.Nəzərə çarpan serebral oteskleroz.” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Bakı şəhər sakini xx.xx.1948-ci ii təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) ona 2007-ci ildə təyin edilmiş əlillik təyinatı barədə məlumatların ƏAS-nə daxil edilməsi ilə əlaqədar etdiyi müraciət əsasında əyani komissiyaya dəvət edilmişdir. Müayinəyə gələrkən ilkin 2002-ci ildən təyin edilmiş peşə xəstəliyi səbəbindən ikinci dərəcə əlillik və əmək qabliyyətinin 80% (səksən faiz) itirilməsi barədə xx.xx.2002-ci il tarixli TSEK arayışının surətini, xx.xx.2007-ci il tarixli Peşə xəstəliyi səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə məlumatların yer aldığı 327882 nömrəli Culfa 5 saylı TSEK arayışının surətini. Peşə patologiyası mərkəzindən 2002-ci ilə aid epikriz (diaqnoz ÜİX. Stabil gərginlik stenokardiyası İİ FS. Nevrasteniya. Nəzərə çarpan serebral oteskleroz.) müxtəlif müayinə, stasionar müalicə sənədləri təqdim etmiş, eşitmədiyini uca səslə vurğulamış və ürəyindən şikayət etmişdir. Eyni zamanda İİ qrup əlilliyə görə sonuncu dəfə xx.xx.2022-ci ildən ödəniş edilməsi barədə AR SMN-nin tabeliyində DSMF-nin NR Culfa rayon şöbəsinin xx.xx.2022-ci il tarixli nömrəli 06/268 saylı arayışını təqdim etmişdir. Obyektiv müayinə zamanı sol qulağında eşitmə cihazı istifadə etmiş, cihazı işlək vəziyyətdə olmuşdur. Cihaz istifadə etməsinə baxmayaraq 2 metr məsafədən yüksək və aydın səslə danışdıqda cavab verə bilməmiş, 1 metr məsafədən cihazla çətinliklə eşitmiş, eşitmə cihazı olmadan sözləri seçə bilməmiş və dodaqlardan oxumağa cəhd etmişdir. xx.xx.2023-cü il tarixli DTSERA X1 nəticəsi “Aorta sərtləşib. Çıxan aorta genişlənib (3,7 sm). Sol qulaqcıq genişlənib (4.1sm). Sol mədəciyin sistola diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=61%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min AR. Perikard təmiz.” Kimi qeyd edilmişdir. Anamnestik məlumatılar, obyektiv vəinstrumental müayinə nəticəclərinə əsasən xəstənin vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022- ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 9.1.4 bəndinə müvafiq Peşə xəstəliyi səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması və əmək qabliyyətinin 50% (əlli faiz) itirilməsinə uyğun görülmüş, lakin vətəndaşın yeni forma 88 rəsmiləşdirmədiyi nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20 bəndinə uyğunlaşdırılaraq Peşə xəstəliyi səbəbindən müddətsiz üçüncü dərəcə əlillik və əmək qabliyyətinin 50 % (əlli faiz) itirilməsi barədə qərar verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə baxıldıqdan sonra verilən xx.xx.2023-cü il tarixli qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasf'nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnm 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Hazırkı işdə İddiaçı iddiası, fikrimizcə, mümkünsüz hesab edilməlidir. Cavabdeh orqan yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir.

5. TSEK-Müayinələr: - xx.xx.2007-ci il tarixində stabil gərginlik stenokardiyası İİ FS Nevrasteniya. Nəzərə çarpan serebral oteskleroz diaqnozun mətni ilə ikinci dərəcə müddətsiz əlillik (2.2. ikinci dərəcə əllilik, Digər: Stabil gərginlik stenokardiyası İİ FS Nevrasteniya. Nəzərə çarpan serebral oteskleroz) təyin edilmişdir - xx.xx.2023-cü il tarixində stabil gərginlik stenokardiyası İİ FS Nevrasteniya. Nəzərə çarpan serebral oteskleroz diaqnozun mətni ilə üçüncü dərəcə müddətsiz əllillik (2.3 Üçüncü dərəcə əlillik, 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8)) təyin edilmişdir.

6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi daxil edilməsi ilə əlaqədar etdiyi müraciət əsasında xx.xx.2023-cü il tarixində Agentliyikdə qəbul olmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, xx.xx.2023-cü il tarixindən peşə xəstəliyi səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının mart 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini XX.XX.1948-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) ona 2007-ci ildə təyin edilmiş əlillik təyinatı barədə məlumatların ƏAS-nə daxil edilməsi ilə əlaqədar etdiyi müraciət əsasında əyani komissiyaya dəvət edilmişdir. Müayinəyə gələrkən ilkin 2002-ci ildən təyin edilmiş peşə xəstəliyi səbəbindən ikinci dərəcə əlillik və əmək qabliyyətinin 80% (səksən faiz) itirilməsi barədə xx.xx.2002-ci il tarixli TSEK arayışının surətini, xx.xx.2007-ci il tarixli Peşə xəstəliyi səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə məlumatların yer aldığı 327882 nömrəli Culfa 5 saylı TSEK arayışının surətini, Peşə patologiyası mərkəzindən 2002-ci ilə aid epikriz (diaqnoz ÜİX. Stabil gərginlik stenokardiyası İİ FS. Nevrasteniya. Nəzərə çarpan serebral oteskleroz.) müxtəlif müayinə, stasionar müalicə sənədləri təqdim etmiş, eşitmədiyini uca səslə vurğulanmış və ürəyindən şikayət etmişdir. Eyni zamanda İİ qrup əlilliyə görə sonuncu dəfə xx.xx.2022-ci ildən ödəniş edilməsi barədə AR SMN-nin tabeliyində DSMFnin NR Culfa rayon şöbəsinin xx.xx.2022 nömrəli 06/268 saylı arayışını təqdim etmişdir. Obyektiv müayinə zamanı sol qulağında eşitmə cihazı istifadə etmiş, cihazı işlək vəziyyətdə olmuşdur. Cihaz istifadə etməsinə baxmayaraq, 2 metr məsafədən yüksək və aydın səslə danışdıqda cavab verə bilməmiş, 1 metr məsafədən cihazla çətinliklə eşitmiş, eşitmə cihazı olmadan sözləri seçə bilməmiş və dodaqlardan oxumağa cəhd etmişdir. xx.xx.2023-cü il tarixli DTSERA X1 nəticəsi “Aorta sərtləşib. Çıxan aorta genişlənib (3,7sm). Sol qulaqcıq genişlənib (4.1 sm). Sol mədəciyin sistola diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=61%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min AR. Perikard təmiz.” kimi qeyd edilmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən xəstənin vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 9.1.4 bəndinə müvafiq Peşə xəstəliyi səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması və əmək qabliyyətinin 50% (əlli faiz) itirilməsinə uyğun görülmüş, lakin vətəndaşın yeni forma 88 rəsmiləşdirmədiyi nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.20-ci bəndinə uyğunlaşdırılaraq peşə xəstəliyi səbəbindən müddətsiz üçüncü dərəcə əlillik və əmək qabliyyətinin 50 % (əlli faiz) itirilməsi barədə qərar verilmişdir.

8. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ X5 tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli, 02 nömrəli məktubda qeyd olunmuşdur ki, iddiaçıya Fondun Culfa rayon şöbəsi tərəfindən 10 may 1996-cı il tarixdə İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya 30 iyul 1997-ci il tarixdə İİİ dərəcəli əlillik, 15 may 1998-ci il tarixdə İİİ dərəcəli əlillik, 21 iyul 2000-ci il tarixdə isə İİ dərəcəli əlillik, 19 yanvar 2001-ci il tarixdə İİ dərəcəli əlillik, 15 fevral 2002-ci il tarixdə İİ dərəcəli əlillik, 06 fevral 2003-cü il tarixdə İİ dərəcəli əlillik, 19 fevral 2004-cü il tarixdə İİ dərəcəli əlillik, 22 mart 2005-ci il tarixdə İİ dərəcəli əlillik, 07 mart 2006-cı il tarixdə İİ dərəcəli əlillik və 03 aprel 2007-ci il tarixədə isə Culfa rayon 5 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 137 nömrəli müayinə aktı əsasında müddətsiz İİ dərəcəli əlillik müəyyən olunmuşdur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Fondu Sosial Ödənişlər üzrə Mərkəzi Filialının “24”iyun 2022 -ci il tarixli **********0 №- li məktubuna əsasən, iddiaçının 050162 nömrəli pensiya işi qeydiyyatdan çıxarılaraq qeyd olunan ünvana göndərilmişdir. Həmçinin, sizə Fondun elektron məlumat sisteminə əsasən 01 noyabr 2002-ci il tarixdən 31 may 2022-ci il tarixədək Fondun Culfa rayon şöbəsi tərəfindən 32432 manat 70 qəpik pul vəsaiti ödənilmişdir.

9. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçının nümayəndəsi (oğlu) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və bildirdi ki, 2020-ci ildə atası (iddiaçı) Naxçıvan Muxtar Respublikasından Bakıya köçməsi ilə əlaqədar ona 2007-ci ildə təyin olunmuş müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə məlumatlarının X7 daxil edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Bundan sonra atası (iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinəyə çağırılmış, lakin hər hansı instrumental əyani müayinədən keçirilməmişdir. Eyni zamanda bildirdi ki, 2022-ci ilin iyun ayından etibarən iddiaçıya hər hansı pensiya ödənişi ödənilmir.

10. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

11. İddia tələbi şəxsə 3-cü dərəcə əlilliyin təyin edilməsi barədə qərarın ləğvi və şəxsin 2-ci dərəcə əlilliyinin bərpası ilə bağlıdır.

12. İddianın növü mübahisələndirməyə dair iddiadır.

13. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

15. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

16. Məhkəmə bir tərəfdən qeyd edir ki, həmin inzibati akt iddiaçıya təqdim edilmədiyindən qüvvəyə minməmişdir. Həmin qərar barədə məlumat onun (nümayəndəsinin) müraciəti əsasında xx.xx.2023-cü il tarixdə bildirilmişdir. İddiaçı isə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Digər tərəfdən iddiaçı bildirir ki, xx.xx.2022-ci il tarixdən bəri ona ödənilən pensiya dayandırılmışdır. Odur ki, ödənilən pensiya məbləğindəki fərqdən də əlillik dərəcəsinin dəyişdirilməsindən məlumatı olmamışdır.

17. Odur ki, mübahisələndirilən inzibati aktın iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur, qərar barədə məlumat xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir. Odur ki, iddiaçı tərəfindən müddət ötürülməmişdir.

18. İddia mümkündür.

İİİ. Tətbiq edilən hüquq

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:

2. Əlilliyin müəyyən olunması meyarları 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşmasıvə ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.

21. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

İV. Məhkəmənin mövqeyi

25. Məhkəmə ilk növbədə müəyyən edir ki, cavabdehin özünün də bildirdiyi kimi İddiaçı xx.xx.2007-ci il tarixində ikinci dərəcəli əlillik müddətsiz təyin edilmiş, xx.xx.2023-cü il tarixində isə iddiaçının ikinci dərəcəli müddətsiz əlilliyi ləğv edilmədən 3-cü dərəcəli müddətsiz əlillik təyin edilmişdir.

26. İddiaçının ikinci dərəcə əlilliyinin xx.xx.2007-ci il tarixli göndəriş əsasında xx.xx.2007-ci ildə müddətsiz müəyyən edilməsi barədə cavabdehin qəbul etdiyi inzibati akt xx.xx.2023-cü il tarixə qədər (üçüncü dərəcə əlilliyin təyin edildiyi vaxt) qüvvədə olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının qərarı əsasında iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi nəticəsində iddiaçının xeyrinə əlverişli olan xx.xx.2007-ci il tarixli qərar qüvvədən düşmüşdür.

27. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir.

28. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada iddiaçının xeyrinə olan (müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi) inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir.

29. “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir.

30. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ X5 tərəfindən verilən məlumata əsasən İddiaçı Fondun Culfa rayon şöbəsi tərəfindən 10 may 1996-cı il tarixdə İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuş, 30 iyul 1997-ci il tarixdə İİİ dərəcəli əlillik, 15 may 1998-ci il tarixdə İİİ dərəcəli əlillik, 21 iyul 2000ci il tarixdə isə İİ dərəcəli əlillik, 19 yanvar 2001-ci il tarixdə İİ dərəcəli əlillik, 15 fevral 2002-ci il tarixdə İİ dərəcəli əlillik, 06 fevral 2003-cü il tarixdə İİ dərəcəli əlillik, 19 fevral 2004-cü il tarixdə İİ dərəcəli əlillik, 22 mart 2005-ci il tarixdə İİ dərəcəli əlillik, 07 mart 2006cı il tarixdə İİ dərəcəli əlillik və 03 aprel 2007-ci il tarixdə isə Culfa rayon 5 saylı Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən 137 nömrəli müayinə aktı əsasında müddətsiz İİ dərəcəli əlillik müəyyən olunmuşdur. Odur ki, iddiaçının iştirakı ilə aparılmış inzibati araşdırmaların nəticəsi olaraq xx.xx.1998-ci il tarixdən davamlı (xx.xx.2007-ci il tarixdən müddətsiz) təyin edilmiş ikinci dərəcə əlilliyin hər hansı əsas olmadan yenidən qiymətləndirilərək üçüncü dərəcə əlillik ilə dəyişdirilməsi ağlabatan deyil.

31. Məhkəmə nəzərə alır ki, cavabdeh orqan tərəfindən iddiaçının əlillik dərəcəsinin dəyişdirilməsi zərurətini yaradan hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsinin (oğlu) məhkəmə iclasındakı izahatından aydın olur ki, iddiaçı Naxçıvan Muxtar Respublikasından Bakıya köçməsi ilə əlaqədar ona 2007-ci ildə təyin olunmuş müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə məlumatlarının X7 daxil edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş (bu fakt Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının mart 2023-cü il tarixli Qərarında da öz əksini tapmışdır) və cavabdeh orqan tərəfindən bu müraciət (digər dövlət orqanında uzun müddət qeydə alınmış məlumatların X7 daxil edilməsi) nəzərə alınaraq heç bir göndəriş olmadığı halda iddiaçı əyani komissiya dəvət olunmuş və ona təyin olunmuş əlillik dərəcəsi dəyişdirilmişdir.

32. Məhkəmə hesab edir ki, iddiaçıya müddətsiz təyin olunmuş əlillik dərəcəsinin hər hansı qanuni əsas və dəlil olmadan dəyişdirilməsi etimadın qorunması prinsipinin pozulması ilə nəticələnə bilər. Belə ki, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

33. Digər tərəfdən məhkəmə nəzərə alır ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinin (oğlu) izahatına əsasən iddiaçı cavabdeh orqan tərəfindən əyani komissiyaya dəvət olunsa da, komissiya zamanı heç bir əyani müayinə keçirilməmiş, yalnız şifahi verilmiş suallar əsasında iddiaçı barəsində qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının mart 2023-cü il tarixli Qərarında isə “obyektiv müayinə zamanı sol qulağında eşitmə cihazı istifadə etdiyi, cihazı işlək vəziyyətdə olduğu, cihaz istifadə etməsinə baxmayaraq 2 metr məsafədən yüksək və aydın səslə danışdıqda cavab verə bilmədiyi, 1 metr məsafədən cihazla çətinliklə eşitdiyi, eşitmə cihazı olmadan sözləri seçə bilmədiyi və dodaqlardan oxumağa cəhd etdiyi, xx.xx.2023-cü il tarixli DTSERA X1 nəticəsi “Aorta sərtləşib. Çıxan aorta genişlənib (3,7sm). Sol qulaqcıq genişlənib (4.1sm). Sol mədəciyin sistola diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=61%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min AR. Perikard təmiz.” kimi qeyd edilmişdir.

34. Müvafiq qərarda da iddiaçının instrumental əyani müayinədən keçmə faktı isə ziddiyyətlidir. Belə ki, iddiaçıya 3-cü dərəcə əlillik xx.xx.2023-cü il tarixdən təyin edilsə də, müvafiq qərarda istinad olunan əyani müayinənin keçirilmə tarixi xx.xx.2023-cü il qeyd edilmişdir. Digər tərəfdən, DTSERA X1 nəticələri məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə iddiaçının instrumenal müayinədən keçməməsi barədə dəlillərini təkzib edən əsas müəyyən etmir.

35. Məhkəmə xüsusi olaraq qeyd edilir ki, iddiaçının əlillik tarixçəsindən görünür ki, ürəkdə olan problemlərdən əziyyət çəkir və əyani müayinə zamanı eşitmədiyini uca səslə vurğulamış və ürəyindən şikayət etmişdir. İddiaçıya 3-cü dərəcə əlillik 1996-cı ildən, 2000ci ildən İİ dərəcə əlillik təyin edilmişdir. 2007-ci ildən isə İİ dərəcə əlillik ömürlük təyin edilmişdir. Beləliklə, müayinə tarixinə qədər iddiaçının 23 il müddətində İİ dərəcə əlillik stajı mövcud olmuşdur. İddiaçının müraciətinin məqsədi məhz məlumatların elektron altsistemə daxil edilməsi ilə bağlı olmuşdur.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

37. Odur ki, məhkəmə qeyd edir ki, 23 illik İİ dərəcə əlillik tarixçəsi olan şəxsin (altsistemində 2007-ci ildən İİ dərəcə müddətsiz əlilliyinə dair altsistemdə qeydiyyat aparılmışdır) hər hansı şübhə olmadığı və məlumatların elektron altsisteminə daxil edilməsinə dair müraciəti əsasında əyani müayinəyə cəlb edilməsi özlüyündə sual doğuran məsələdir. Belə ki, şəxsin əlillik müddəti bitməmiş və növbəti müddətə əlillik təyinatı üçün müraciət etməmişdir. Digər tərəfdən əyani müayinə zamanı şikayət etdiyi xəstəliyi ilə bağlı (ürəyindən şikayət edir) instrumental müayinənin aparılması iş materialları ilə müyyən edilmir (ziddiyyətli hallar yuxarıda qeyd edilmişdir).

38. Cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

39. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

40. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

41. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, hər hansı əsas olmadan şəxsin əlillik dərəcəsinin əlillik alt sistemində dəyişdirilməsində cavabdeh haqlı sayıla bilməz.

42. Qeyd olunmalıdır ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra (müddətsiz əlilliklə bağlı əlillik altsistemində aparılmış müvafiq qeydin tarixindən sonra) həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğvinə və ya etibarsızlığına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə iddiaçının əyani müayinəyə cəlb edilmədən əlilliyinin ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

43. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.

44. Cavabdeh müddətsiz əlilliyin təyini barədə xx.xx.2007-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən həmin akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

45. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

46. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

48. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının İddiaçı müddətsiz üçüncü dərəcəli əlilliyin təyin edilməsi barədə xx.xx.2023-cü il tarixdə qərarı ləğv edilsin. İddiaçı xx.xx.2007-ci il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar