Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5426/2025 19.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəfl\rin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayon, Sabunçu bələdiyyəsinin vergi borcunun tutulması haqqında 579 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iş materiallarını yoxlayaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən: - Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (mad. 67.1). - Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (mad. 67.2). - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (mad. 67.3). İddia ərizəsindən görünür ki, iddiaçının tələbi Sabunçu bələdiyyəsinin vergi borcunun tutulması haqqında 579 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsindən ibarətdir. İş materiallarından müəyyən edilir ki, həmin qərar artıq cavabdeh tərəfindən ləğv edilmişdir. Göründüyü kimi, məhkəmə icraatı gedişində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün zəruri tədbirlər görülmüş, iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati akt ləğv edilmişdir. Belə olan halda aydın olur ki, artıq işin mahiyyəti üzrə mübahisə mövcud deyil. Buna görə də məhkəmə yuxarıda göstərilənləri əsas götürərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğuna və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikaının İnzibati Prossesual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2
Məhkəmə qərarları › İş №2-1(112)-5426/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5426/2025
19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver