Məhkəmə qərarları › İş №2-1(112)-5428/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5428/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5428/2024 11.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (atası) XN, Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh1 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdeh1nə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək sağlamlığının bərpasını, eləcə də bu müddət ərzində keçirdiyi psixoloji və mənəvi zərərin müqabilində ona dövlət vəsaiti hesabına on min manat məbləğində təzminat ödənməsi haqqında qərar çıxarılması xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Səfərbərlik və Hərbi Xidmət Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayonu idarəsi tərəfindən xx.xx.NNN-cü ildə hərbi xidmətə çağırılmışdır. Müayinə aktı ilə qeydiyyatda olduğu poliklinikadan tibbi müayinədən keçdiyi zaman ayağında yastıdabanlıq aşkar edilmişdir. Yastıdabanlığın dərəcəsini müəyyən etmək üçün hərbi komissiya dəfələrlə müraciət etməyinə əhəmiyyət verməyərək, iddiaçını hərbi xidmətə yararlı sayıb xx.xx.NNN-cü ildə hərbi hissəyə yola salmışdırlar. Xidmət dövründə ayağında şişkinlik və ağrılar şiddətlənmişdir. Andiçmə mərasimində sırada ola bilməmişdir. Bu vəziyyəti görən valideynləri Müdafiə Nazirliyinə və Quru Qoşunları komandanlığına xx.xx.NNN-cü il tarixində məktub ünvanlamışdır. Buna əsasən onu xx.xx.NNN-cü il tarixində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına hərbi-həkim komissiyasına yönləndirmişdirlər. Müayinə zamanı iddiaçının hərbi xidmətə yararsız olduğu aşkar edilmiş və 10898 nömrəli xəstəlik haqqında tibbi şəhadətnamə təqdim edilmişdir. Komissiyanın qərarı xx.xx.NNN-cü ildə təsdiq olunmuşdur. Komissiyanın qərarına əsasən xx.xx.NNN- cü ildə ordu sıralarından təxris olunmuşdur. Beləliklə, xəstə ola-ola iddiaçı 4 ay hərbi xidmətdə olmuşdur. Çoxsaylı sıra təlimləri onun sağlamlığına həm fiziki, həm mənəvi, həm də maddi zərər vurmuşdur. Görmə qabiliyyəti zəifləmiş, çəkisi kəskin azalmış, ayağındakı ağrılar şiddətlənmişdir.

3. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanan yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçının hazırki iddiası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.7-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir. Həmin Məcəllənin N4.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin N9.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan N5 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N15-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. Həmin Qərarın N.N-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in N7-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın müvafiq olaraq 1.1, 1.4 və N.N-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 1N.4-cü maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin N1N-ci il 1N fevral tarixli 59N nömrəli Fərmanının 5.4-cü bəndinə əsasən, həmin Qanunun N.0.5-ci maddəsinin birinci cümləsində, 4.N-ci maddəsində, 5.1-ci maddəsində birinci halda, 5.1.1ci, 6.1-ci maddələrində, 6.N-ci maddəsində birinci halda, 6.N-cü maddəsində ikinci və üçüncü hallarda, 6.4-cü maddəsində hər üç halda, 6.5-ci maddəsində birinci halda, 7.1-ci, 7.N-cü maddələrində, 8.1 -ci maddəsində hər iki halda, 8.N.1 -ci, 8.N.N-ci maddələrində, 8.N-cü maddəsində ikinci halda, 8.4-cü, 8.5-ci, 8.6-cı (ikinci halda) maddələrində, 8.7-ci maddəsində hər iki halda, 10.4-cü maddəsində birinci halda, 1N.4-cü maddəsində ikinci halda, 1N.5-ci maddəsində, 1N.6-cı maddəsində hər iki halda, 1N.7-ci maddəsində (1N.7.N-ci maddə istisna olmaqla), 1N.1.1 -ci, 15.1-ci, N7.1.1 -ci maddələrində, 49.N-ci maddəsində üçüncü halda və 49.N-cü maddəsində hər iki halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçirirlər. Qeyd olunan normanın məzmunundan aydındır ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə göndərilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən həyata keçirilir. “İnzibati orqanların təsnifatı”nın tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin N07-ci il tarixli N8 avqust tarixli 1N6 nömrəli qərarının 4-1.1 və 4-1.1.1 -ci yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrı inzibati orqanlardır. Bildirilir ki, İddiaçı hərbi qeydiyyatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsindədir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddiaçı iddianı düzgün cavabdehə qarşı qaldırmadığından (inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən) iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N5.1 -ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

4. İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh qismində Cavabdeh1 nəzərə alınmasını xahiş etmişdir.

5. Məhkəmənin hazırki iş üzrə xx.xx.NN4-cü il tarixli Qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl olan cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 ilə əvəz edilmişdir.

6. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbinin maddi zərərə görə 4000 manat, mənəvi zərərə görə 6000 manat kompensasiyanın ödənilməsi kimi dəqiqləşdirilməsini xahiş etmişdir.

7. Məhkəmənin hazırki iş üzrə xx.xx.NN4-cü il tarixli Qərardadı ilə iddia tələbi “maddi zərərə görə 4000 manat, mənəvi zərərə görə 6000 manat məbləğin Cavabdeh1ndən tutulması” kimi dəyişdirilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanan yazılı etirazda qeyd olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsində qeydiyyatda olan hərbi vəzifəli xx.xx.N0N-ci il təvəllüdlü İddiaçı NNN-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar olaraq hərbi həkim komissiyasını keçmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N08-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin ç bəndi ilə MD-N hərbi xidmətə yararlı hesab olunmuşdur. İddiaçı adı “Tibbi şəhadətləndirilməsi və öyrənilməsi başa çatdırılmış, çağırışçıların dəqiqləşdirilmiş siyahısı”na salınaraq xidmətin aparatına təqdim olunmuşdur. Bundan sonra o, xidmət rəisinin sərəncamı ilə N1 saylı komandaya təyin edilmiş və xx.xx.NNN-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılaraq N1 saylı komandaya təhvil verilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.NNN-cü il tarixli göndərişinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”, “ümumi xəstəlikdir” qərarı ilə şəhadətləndirilmiş və 10898 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.NNN-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis edilmişdir. Qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsi tərəfindən İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə çağırılmasında heç bir qanuna uyğunsuzluğa yol verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini əsassız və qanunsuz hesab edir, iddianın rədd edilməsi barədə qərar çıxarmağı məhkəmədən xahiş edir.

9. İş materiallarına əlavə olunmuş xx.xx.NNN-cü il tarixli Çağırışçının uçot kartasına əsasən İddiaçı 68ç hərbi xidmətə yararlı hesab edilmişdir.

10. N oktyabr NNN-cü il tarixli, 10898 nömrəli Xəstəlik haqqında Şəhadətnaməyə əsasən İddiaçı N nömrəli hərbi hissənin komandirinin xx.xx.NNN-cü il tarixli, N nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələri: qanın ümumi kliniki analizi (xx.xx.NNN): Hgb-149q/l, Leyk-7,64x109/l, RBC- 5,18x106/l, EÇS-8 mm/saat. Qanda (xx.xx.NNN): HbsAg-mənfi (-) mənfi, Anti-HCV İgGmənfi (-), QİÇS-1HİV 1+N-mənfi (-), Sifilis Screen mənfi (-). Sidiyin ümumi analizi (xx.xx.NNN): xüsusi çəkisi-l015, rəngi-sarı, reaksiyası-turş, zülal-yoxdur, şəkər-yoxdur. EKQ (xx.xx.NNN): sinus ritmi, ÜEO şaquli vəziyyətdir. Abdominal USM (xx.xx.NNN): mədəaltı vəzi, böyrəklər, dalaq, öd kisəsi, qaraciyər patologiyasızdır. Sidik kisəsi boşdur. DQOF (xx.xx.NNN): ürək, ağciyərlər norma daxilindədir. Hər iki pəncənin R-sı (xx.xx.NNN); Sağ pəncə L=168 mm, a=159°, H=16 mm, Sol pəncə L-16N mm, a-15N° H- N mm Sağ pəncənin üçüncü dərəcəli, sol pəncənin ikinci dərəcəli boylama yastıayaqlılığı var. aşıq-qayıqvari oynaqlarda osteoartroz birinci mərhələdə var. Diaqnoz Aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış, sağ ayağın İİİ (üçüncü) sol ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı. Hər iki gözün miopiyası M N, OD nəticəsində görmə itiliyinin 0.6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Vazomotor rinit. Xroniki tonzillit, kompensə olunması müəyyən edilmişdir. Ümumi xəstəlikdir. “Xəstəliklər cədvəli”nin 68c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N08-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.

11. SX seriyalı ******* nömrəli hərbi biletin Qeydiyyat Kartasına əsasən Ağayev X4 rayon çağırış komissiyası tərəfindən maddə 68ç A-N h/x yararlı sayılaraq xx.xx.NNN-cü ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.NNN-cü il tarixdə N №-li hərbi hissədə hərbi and içmişdir. xx.xx.NNN-cü ildə AR MN MHP-nın HHK-sı tərəfindən xəstəliklər cədvəlinin İİ qrafası 68C maddəsinə (AR NK-nin xx.xx.N08-ci il tarixli 59 №-li qərarı) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. xx.xx.NNN-cü il tarixdə SQ-dən ehtiyata buraxılmışdır (tərxis edilmişdir) (Əsas: AR MN-nin xx.xx.N08-ci il 1NN №-li əmri).

12. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N1 nömrəli hərbi hissə tərəfindən ünvanlanan xx.xx.NNN-cü il tarixli, NNN nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı 17 oktyabr NNN-cü il tarixdə hərbi xidmətə yararlılıq dərəcəsinin təyin olunması üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasına təqdim olunmuşdur.

13. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N1 nömrəli hərbi hissə tərəfindən ünvanlanan xx.xx.NNN-cü il tarixli, 1N817 nömrəli məktubda qeyd olunmuşdur ki, X1 Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı əsasında xəstəliyi ilə əlaqədar olaraq Ordu sıralarından təxris olunmuşdur.

14. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.NN4-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçı Yasamal rayon idarəsi tərəfindən NNN-ci ilin iyul çağırışına cəlb edilərək xx.xx.NNN-ci il tarixdə Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsinə təhvil verilmişdir, lakin həmin Nazirliyin Mərkəzi Hərbi Poliklinikasın hərbi-həkim komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N08-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək hərbi xidmətdən vaxtından əvvəl tərxis edilmişdir. Müayinələri əhatəli şəkildə təşkil etmədiklərinə görə Yasamal rayon idarəsinin aidiyyəti tibb personalı haqda tədbir görülməsi üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin qarşısında vəsatat qaldırılmışdır. Müraciətdə göstərilən məsələ ilə bağlı kompensasiyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.NNN-cü il tarixli məktubda bildirilir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il N may tarixli N96-İQ nömrəli Qanununun (bundan sonra - Qanun) 5-ci maddəsinə əsasən sığortaolunanın həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə hərbi xidmətə yararsız hesab edilərək xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi, habelə hərbi xidmətdə olduğu zaman ağır, az ağır, yüngül xəsarət alması sığorta hadisələri hesab edilir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçının xəstəliyi Qanunun 5-ci maddəsi ilə müəyyən edilmiş hər hansı müvafiq hala uyğun gəlmədiyindən, sığorta hadisəsi hesab edilmədiyi üçün sözügedən Qanunun 8.1.N-cü maddəsinə əsasən iddiaçıya sığorta ödənişinin verilməsi mümkün hesab edilmir.

16. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.NN4-cü il tarixli, 01/N4 nömrəli Arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.NNN-ci il tarixindən xx.xx.NNN-cü il tarixinədək Supertoys MMC-də Sosial Media Marketinq mütəxəssisi vəzifəsində çalışıb. Supertoys MMC-nin X14 uyğun olaraq əmək haqqı 400 (dörd yüz) manat məbləğində təşkil etmişdir.

17. İddiaçı məxsus hərbi biletin əslində məhkəmə iclasında baxış keçirilmiş və hərb biletin surəti iş materiallarına əlavə olunmuşdur. İddiaçı SHXÇDX-nin Bakı şəhəri Yasamal rayon komissiyası tərəfindən maddə 68ç A-N h/x yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və N5 iyul NNN-cü il tarixdə hərbi hissəyə təhvil verilmişdir. xx.xx.NNN-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N08-ci il tarixli 1NN №-li əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və SHXÇDX-nin Yasamal Rayon idarəsinə göndərilmişdir.

18. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və bildirdi ki, hərbi xidmətdə olarkən ayağında şişlik və şiddətli ağrılar olmuşdur, bu barədə komandanlığa məlumat vermiş və onların icazəsi əsasında şikayətləri ilə əlaqədar dəfələrlə hərbi hissənin tibb məntəqəsinə yaxınlaşmışdır. Tibb məntəqəsi tərəfindən verilmiş rəylərdə təlimlərdə azad olması nəzərdə tutulsa da, hərbi and içmə mərasimin zəruriliyi ilə əlaqədar sıra təlimlərində iştirak etməli olmuşdur.

19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, xx.xx.NNN-cü il tarixdə andiçmə mərasimində getdikdə oğlunun (iddiaçının) andiçmə sıralarında olmadığı, bunun səbəbinin isə ayağındakı şiddətli ağrılar və şişkinlik olduğunu müəyyən etmişdir. Bu barədə N1 №-li hərbi hissə komandirinə müraciət etdikdən sonra oğlu (iddiaçı) Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasına dəvət olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyası tərəfindən iddiaçının “hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməsi barədə qərar xx.xx.NNN-cü il tarixdə qəbul edilsə də, İddiaçı 1 ay sonra xx.xx.NNN-cü il tarixdə hərbi hissədən tərxis olunmuşdur.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi.

II. İddianın növü

21. İPM-in N.N.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) və İPM-in N.N.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

22. İddia inzibati orqanın hərəkətlərinin qanunsuzluğunun müəyyən edilməsi və nəticədə vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.

23. Mübahisəyə münasibətdə düzgün iddia növünün seçilməsi və yalnız bundan sonra həmin iddia növünə münasibətdə mümkünlük şərtlərinin yoxlanılması zəruridir. Bu zaman nəzərə alınmalıdır ki, müəyyən etmə və tanınma haqqında iddia növünə münasibətdə iddiaçı tərəfindən inzibati orqana ilkin müraciətin edilməsi tələb olunmur və belə mümkünlük şərti nəzərdə tutulmamışdır. Nəzərə almaq lazımdır ki, vurulmuş ziyanın ödənilməsi barədə tələb inzibati aktın qanunsuzluğunun tanınmasına bağlıdır və tanınma haqqında iddia qaldırmaqda iddiaçı həm də iqtisadi marağının təmin olunması, yəni vurulmuş ziyanın kompensasiya olunması məqsədini güdür.

24. Məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdehin nümayəndəsinin məhkəmə iclasında izahatına əsasən müəyyən olunur ki, qurumun mövqeyi ondan ibarətdir ki, cavabdeh qanunsuz hərəkətlərə yol vermədiyindən kompensasiyanın ödənilməsi tələbinə müraciət olduğu təqdirdə, tələbin təmin edilməyəcəkdir.

25. Odur ki, iddia mümkündür.

III. Məhkəmənin mövqeyi

26. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanundan: N.0.N. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. N.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından N5 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları; N.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; N.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. N.N. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 1N.N. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 1N.N.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.N. sağlamlıq vəziyyətinə görə; N.N. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət N il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. N ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.

27. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralı olduğu təqdirdə cavabdeh orqan tərəfindən xx.xx.NNNcü il tarixdə hərbi xidmətə çağırılmasının qanunsuz hesab edilməsini və qanunvericiliyin tələbləri pozularaq cəlb edildiyi hərbi xidmətdə olduğu dövr ərzində ona dəymiş maddi və mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir.

28. Məhkəmə hesab edir ki, mübahisə iddiaçının sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması ilə bağlı olduğu və iddiaçının sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılığı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən yararlılıq barədə müvafiq qərar qəbul edilərkən normaların tətbiqi şərtləri cavabdehin qiymətləndirməsinə əsasən müəyyən olunduğundan iddiaçının sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməsinə münasibət bildirilmədən cavabdehin hərəkətinin qanunsuz olub-olmaması və iddiaçının hüququnun pozulması ilə cavabdehin hərəkətinin qanunsuzluğu arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

29. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı NNN-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar olaraq hərbi həkim komissiyasını keçmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N08-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin ç bəndi ilə MD-N hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və N6 iyul NNN-cü il tarixdə hərbi hissəyə təhvil verilmişdir. Lakin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasın hərbi-həkim komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N08-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək hərbi xidmətdən vaxtından əvvəl tərxis edilmişdir.

30. Məhkəmə qeyd edir ki, SX seriyalı ******* nömrəli hərbi biletin Qeydiyyat Kartasına əsasən xx.xx.NNN-cü il tarixdə İddiaçı N №-li hərbi hissədə hərbi and içmişdir. xx.xx.NNN-cü ildə AR MN MHP-nın HHK-sı tərəfindən xəstəliklər cədvəlinin İİ qrafası 68C maddəsinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N08-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Müvafiq şəhadətləndirmə faktiki olaraq xidmətə cəlb edildikdən sonra hərbi qulluqçunun (iddiaçının) xx.xx.NNN-cü il tarixdə xidmətdən tərxisi ilə nəticələnmiş (Əsas: AR MN-nin xx.xx.N08-ci il 1NN №-li əmri), yaranmış vəziyyət şəxslərin hərbi vəzifə və hərbi xidmətin yerinə yetirmələri tələbinə mütənasib olmamışdır.

31. Məhkəmə nəzərə alır ki, iddiaçının nümayəndəsi (atası) izahatında qeyd etmişdir ki, xx.xx.NNN-cü il tarixdə andiçmə mərasimində getdikdə oğlunun (iddiaçının) andiçmə sıralarında olmadığı, bunun səbəbinin isə ayağındakı şiddətli ağrılar və şişkinlik olduğunu müəyyən etmişdir. Bu barədə N1 №-li hərbi hissə komandirinə müraciət etdikdən sonra oğlu (iddiaçı) Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasına dəvət olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyası tərəfindən iddiaçının “hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməsi barədə qərar xx.xx.NNN-cü il tarixdə qəbul edilsə də, İddiaçı 1 ay sonra xx.xx.NNN-cü il tarixdə hərbi hissədən tərxis olunmuşdur.

32. Məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil, yəni tətbiq olunan vasitə qarşıya qoyulan məqsədə mütənasib deyil.

33. İddia tələbinin maddi zərərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçının zərər çəkdiyi və yaranmış maddi zərərlə cavabdehin hərəkəti arasında səbəb-nəticə əlaqəsi müəyyən edilməlidir.

34. AİHM qərarlarında qeyd edir ki: -Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 1N7, və Z və XNrşı, yuxarıda adı çəkilən, § N9). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § NN və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). - Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 1N, 09 may N19, X9rşı (əvəzin ədalətli ödənilməsi), no 66N9/10, § 15, 16 yanvar N18 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no N0N55/09, § N, 7 iyul N15).

35. İddiaçı cavabdeh orqanın qanunsuz hərəkəti nəticəsində iş yerini tərk etməli olduğunu, bunun nəticəsində aylıq əmək haqqı və digər gəlirlərdən məhrum qaldığını bildirmiş və 4000 manat məbləğində vurulmuş maddi zərərin ödənilməsini tələb etmişdir.

36. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.NN4-cü il tarixli, 01/N4 nömrəli Arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.NNN-ci il tarixindən xx.xx.NNN-cü il tarixinədək Supertoys MMC-də Sosial Media Marketinq mütəxəssisi vəzifəsində çalışıb və Supertoys MMC-nin X14 uyğun olaraq əmək haqqı 400 (dörd yüz) manat məbləğində təşkil etmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində hərbi xidmətdə olduğu dövr (4 ay) ərzində məhrum qaldığı əmək haqqı məbləği (1600 manat) iddiaçıya maddi zərər kimi ödənilməlidir.

37. İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur.

38. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli xx.xx.N08-ci il tarixli qərarı: “... 8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır...”.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin NN-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N4 aprel NN-ci il tarixli qərarında ifadə edilən mövqeyə əsasən: ...Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir...

40. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının hərbi xidmətə çağırılması ilə bağlı cavabdehin xx.xx.NNN-cü il tarixli hərəkəti qanunsuz hesab edilərək 1600 manat məbləğində maddi zərər və 1000 manat məbləğində mənəvi zərərin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

42. Göstərilənlərə əsasən və İPM-in N.N, 1N, 5N, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.NNN-cü il tarixdə hərbi xidmətə çağırılması ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərəkətləri qanunsuz hesab edilsin. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən 1600 manat məbləğində maddi zərər və 1000 manat məbləğində mənəvi zərər tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən N0 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar