Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5430/2021 20.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil Abid oğlunun, Cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Təhsildə X1rşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 30 iyun 2020-ci il tarixli, B20 253920 saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2-1(112)-5430/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 30 iyun 2020-ci il tarixli, B20 253920 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi xahişi ilə Təhsildə X2 müraciət etmiş və 15 mart 2021-ci il tarixdə imtina cavabı almışdır. Cavabdeh tərəfindən imtinanın səbəb kimi onun universitetin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddətdə olmağı göstərilmişdir. İddiaçı cavabdehin imtinasının əsassız olduğunu qeyd edərək iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyi tərəfindən İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazı təqdim edilərək bildirilmişdir ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur (1-ci il 8 gün, 2-ci il 6 gün, 3-cü il 6 gün , 4-cü il-6, 5-ci il 11 gün). Göründüyü kimi qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Cavabdeh tərəfindən bir sıra hüquq normalarına istinad edilərək iddia tələbinin əsassız olduğu, rədd edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə məhkəmə iclası 20 oktyabr 2021-ci il tarixə təyin edilmiş, üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Abid oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarında olan: X9 Xarkov Milli İqtisad Universiteti tərəfindən 30.06.2021-ci ildə verilmiş B20 253920 nömrəli diplomun azərbaycan dilinə tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı X9 Xarkov Milli İqtisad Universitetindəki təhsili üzrə tam kursu bitirmiş və ona “Mühasibat uçotu və Audit” ixtisası üzrə Bakalavr dərəcəsi verilmişdir. Diplom rektor V.S.Ponomarenko tərəfindən imzalanmış, 22.07.2020-ci il tarixdə Kiyev şəhərində Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən təsdiq edilmişdir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üzrə elektron ərizə sistemindən daxil olmuş 15 mart 2021-ci il tarixli məktubda İddiaçı bildirilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı X9 Xarkov Milli İqtisad Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olması səbəbindən diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyinin qeyri-mümkün olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 13 may 2003-cü ii tarixli 64 saylı qərarilə təsdiq edilmiş “Xarici dövlətin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydalarının 3.7 bəndinə əsasən **********0 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Bakı iznibati Məhkəməsinin sorğusuna cavab olaraq İddiaçı 2015-2020-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumatlardan görünür ki, İddiaçı Ukrayna Respublikasında 2016-cı ildə 8 gün, 2017-ci ildə 6 gün, 2018-ci ildə 6 gün, 2019cu ildə 7 gün, 2020-ci ildə 11 gün olmuşdur. Cavabdeh tərəfin mübahisələndirdiyi hallar: X9 Xarkov Milli İqtisad Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olmasıdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş « Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi»nin 2.2.2-ci, bəndinə görə Agentlik xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə görə, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Həmin Qaydaların 2.8-ci bəndinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, X9 Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş “bakalavr” dərəcəsi üzrə diplomunun tanınması üçün iddiaçının aldığı təhsil Azərbacan Respublikasının təhsil standartlarına uyğun gəlməlidir. Azərbaycan Respubliasında isə təhsilin qanunvericiliklə müəyyən edilən dövlət standartları isə aşağıdakı kimidir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsinə əsasən, dövlət təhsil standartları və onların qüvvədə olma müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli 75 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” nın 5.5-ci bəndinə, eləcə də, 21 yanvar 2011-ci il tarixli 9 saylı Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin” 1.28-ci bəndinə müvafiq olaraq bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 ildir, qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Qaydaların tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında qiyabi formada bakalavriat təhsili üçün ümumi normativ müddət ən azı 5 il müəyyən edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş cavabdeh Nazirliyin imtinasına əsas olmuş ekspert qrupunun rəyinə görə, iddiaçının təhsili ilə bağlı təqdim etdiyi sənədlərə və təhsil aİdığı müddət ərzində ölkə sərhəddini keçməsinə dair məlumat cədvəlinə və işdə olan digər sənədlərə əsasən onun xarici ölkədə (Ukrayna) aldığı təhsilin Azərbaycan Respublikasının dövlət standartlarına uyğunluğu müəyyən edilmir. Belə ki, həmin ekspert qrupu tərəfindən araşdırma nəticəsində müəyyən edilmişdir ki, X9 Xarkov Milli İqtisad Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan onun diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirməsi mümkün deyildir. Cavabdeh tərəfindən etiraz ərizəsinə əlavə edilmiş Ukrayna ərazisinə keçmə faktları barədə Giriş-çıxış 2016-2020-ci illər Sərhədkeçmə Məlumatına əsasən iddiaçı təhsil aldığı müddət ərzində, 1-ci il 8 gün, 2-ci il 6 gün, 3-cü il 6 gün, 4-cü il-6, 5-ci il 11 gün Ukrayna ölkəsində olmuşdur. Göründüyü kimi, iddiaçının qısa müddət ərzində tədris prosesində iştirak etməklə müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsi qeyri-realdır, bundan əlavə Ukrayna Respublikasında aldığı təhsil Azərbaycan Respublikasının təhsilə olan dövlət standartlarının qeyd olunan tələblərinə uyğun gəlmir, əhəmiyyətli dərəcədə ondan fərqlənir. Odur ki, iddiaçının diplomun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada təhsilin məzmununun uyğunluğu haqqında ekspertiza keçirdikdən və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq, iddiaçının diplomunun tanınmasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə müvafiq olaraq, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cаvаbdеh Təhsildə X1rşı məhkəməyə müraciət edərək, X9 Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş 30.06.2020-ci il tarixli B20, 253920 nömrəli ali təhsil haqqında diplom üzrə ali təhsil sahəsində İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2, 68-ci, 69-cu, 85ci maddəsinə əsasən, Məhkəmə, QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5430/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5430/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver