Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5430/2022 24.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X2 oglunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı Bakı şəhəri Səbaı̇ l Bələdı̇ yyəsı̇ nin Cavabdeh Kommersiya İstehsalat Şirkətinə aid “Gəncəli Plaza” otelinə q̇arşı “İl boyu oteldə qalan qonaqların sayları haqqında məlumatların verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y Y Ə N E T D İ : İddiaçı Bakı şəhəri Səbaı̇ l Bələdı̇ yyəsı̇ Cavabdeh Kommersiya İstehsalat Şirkətinə aid “Gəncəli Plaza” otelinə q̇arşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Kommersiya İstehsalat Şirkətinə aid Gəncəli Plaza otelində 01.01.2021-ci il tarixdən 31.12.2021-ci il tarixədək olan qonaqlarının saylarının rəsmi formada iddiaçıya təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ ilə baglı hazırlıq icraatı üzrə iclasda iddianın mümkünlük məsələsinə baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirdi ki, “Yerli vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4-cü maddəsinə əsasən, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş hər bir şəxs üçün 1.1 manatdan çox olmamaqla bələdiyyə büdcəsinə köçürülməlidir. Həmçinin məlum pandemiya şəraiti ilə əlaqədar otellərin bir çoxlarının fəaliyyətinin dayandırdığı və bir qisminin isə qismən fəaliyyət göstərməsi səbəbindən maliyyə böhranı yaşanmaqdadırlar. Buna görə bələdiyyə tərəfindən hər bir otelə fərdi qaydada yanaşılaraq yerlərdə otelin hansı səviyyədə fəaliyyət göstərməsini müəyyən etmək üçün bələdiyyə işçiləri tərəfindən monitorinq qrupları fəaliyyətə başlamışdır. Həmin qrupun məlumatına əsasən bəzi otellər müəyyən çərçivədə fəaliyyət göstərir və bu səbəbdən otellər fəaliyyətinə uyğun hər bir müştəri üçün yuxarıda göstərilən məbləğdə ödənişlərini qanunamüvafıq qaydada ödəməlidirlər. Bundan başqa Səbail Bələdiyyəsinin ərazi hüdüdlarında fəaliyyət göstərən bəzi otellər nəinki pandemiya dövrünə düşən dövr ərzində heç bir ödəniş etməmiş, hətta həmin dövrdən əvvəl, yəni əvvəlki illərdə də həmin ödənişi ödəməkdən yayınmışlar. Cavabdehnə aid “Gəncəli Plaza” oteli 2021-ci il yanvar ayının 1-dən 2021-ci ilin dekabr ayının 31-ə kimi olan vergi borcunu ödəməmişdir. Səbail Bələdiyyəsində bələdiyyə üzvlərinin keçirdiyi 02 dekabr 2021-ci il tarixli iclasında vergidən yayınan şəxslər barədə qəbul edilmiş qərarda göstərilən Cavabdehnə məxsus olan ünvan 2 ünvanında yerləşən “Gəncəli Plaza” oteli məcburi vergiyə cəlb olunması üçün qərar qəbul edilmiş və cavabdehə məktub formasında göndərilmişdir. Həmin qərarın icrası üçün iddiaçıya lazım olan məlumatları (il ərzində oteldə olan qonaqların saylarını) “Gəncəli Plaza” oteli tərəfindən təqdim olunmamışdır. İddiaçı izahatının sonunda iddianın mümkün sayılaraq, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Təyin edilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etdiyindən, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən olunmur. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırkı iddiasında Cavabdeh Kommersiya İstehsalat Şirkətinə aid Gəncəli Plaza otelində 01.01.2021-ci il tarixdən 31.12.2021-ci il tarixədək olan qonaqlarının saylarının rəsmi formada iddiaçıya təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin məhkəmədə belə bir tələbin irəli sürülməsi üçün iddiaçı qanundan irəli gələn subyektiv hüquq daşıyıcısı deyildir. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə qanunvericilik 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Maddə 3. Yerli vergilər və ödənişlər 3.1. Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. 3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. Maddə 6. Vergitutmanın formaları 6.0. Vergilər aşağıdakı formalarda tutulur: 6.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 6.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 6.0.3. bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında, bələdiyyələrin vergi xidməti orqanlarının hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi üzrə vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Maddə 9. Yerli ödənişlərin tərkibi 9.1. Yerli ödənişlərə aşağıdakılar aiddir: 9.1.4. bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir; Maddə 11. Yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi 11.2. Bu Qanunun 9.1.4. maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri) 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: ....8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. 8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. 43.1. Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. 43.11. Vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Hazırki iş üzrə iddiaçı və cavabdeh arasında yaranmış hüquq münasibətini tənzimləyən əsas normativ hüquqi aktı olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin yuxarıda göstərilən normalarının tələblərindən göründüyü kimi sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Lakin yerli vergilərin hesablanması və ödənilməsi qaydaları xüsusi normalarla, yəni “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimləndiyindən məhz həmin vergi yoxlaması üçün zəruri məlumatların və ya sənədlərin məhkəmə qaydasında tələb etmək hüququ qanunda təsbit edilməmişdir. Odur ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş subyektiv hüququ olmadıgından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5KİM MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-5430/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5430/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver