Məhkəmə qərarları › İş №2-1(112)-5432/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5432/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5432/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC Nəsimi rayon Sukanal İdarəsinə qarşı kanalizasiya borularının yenisi ilə əvəz edilməsi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC Nəsimi rayon Sukanal İdarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, bina 21, blok-2, 5-ci mərtəbənin 19 saylı mənzilindən keçən dayaq kanalizasiya xəttinin d=110 mm-lik boru ilə əvəz edilməsi və həmin binanın zirzəmisindən keçən istismar dövrünü başa vurmuş ümumi istifadədə olan köhnə ötürücü dayaq kanalizasiya borularının yenisi ilə əvəz edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və 1500 (bir min beş yüz) manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov-21 ünvanında yerləşən, 5 mərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbədə yerləşən X3 məxsus 19 saylı mənzildən ümumi istifadədə olan dayaq kanalizasiya xəttinə qanunsuz müdaxilə edilmiş, kanalizasiya borusu 20-25-lik diametrlik su borusu ilə əvəz edilmiş və bu səbəbdən dayaq kanalizasiya borusunun funksiyası pozulmuş, mənzillərə kəskin kanalizasiya qoxusu daxil olmuş və mərtəbədəki sakinlər öz narazılığını bildirərək, həmin dayaq borunun bərpa edilməsi üçün adiyyəti qurumlara ərizə ilə müraciət etmişdir. Müraciət edilən Nəsimi rayon 14 saylı Mənzil-Kommunal İstismar İdarəsinin, Nəsimi Rayon İcra hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən müraciətləri əsasında binanın dayaq kanalizasiya xəttinə və 5-ci mərtəbədə yerləşən X2 mülkiyyətində olan mənzilə baxış keçirilmişdir. Məlum olmuşdur ki, ümumi istifadədə olan kanalizasiya xəttinin Svetlana Ağayevanın mənzildən keçən hissəsinə qanunsuz müdaxilə edilmiş, d=110 mm-lik kanalizasiya borusu mənzilin daxilindən kəsilmiş, həmin boru d=50 mm-lik boru ilə əvəz edilmişdir. Müdaxilə nəticəsində dayaq kanalizasiya borusunun funksiyası pisləşmiş, suyun axıcılığı zəifləmiş, boruda yaranan zərərli qazlar lazımı səviyyədə binanın bacasından çıxa bilmədiyi üçün kanalizasiya qoxusu mənzillərin içinə daxil olmuşdur. Bu barədə 14 saylı MKİS tərəfindən 06.01.2021-ci il tarixli AKT tərtib edilmişdir. Dayaq kanalizasiya xəttinin mənzilin içindən keçən hissəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə Ağayeva Svetlanaya 26.12.2020, 30.12.2020, 05.01.2021-ci il tarixində 14 saylı Mənzil-Komunal İstismar sahəsi tərəfindən rəsmi xəbərdarlıq göndərilmişdir. Rəsmi xəbərdarlıqlara baxmayaraq, Ağayeva Svetlana 14 saylı MKİS- nə dayaq kanalizasiya xəttinin əvvəlki vəziyyətinə qaytarmasına şərait yaratmamış və həmçinin özü tərəfindən həmin dayaq xətti bərpa edilməmişdir. Sözügedən çoxmərtəbəli yaşayış binası Nəsimi Rayon İcra Hakimiyyətinin balansındadır. Lakin, Nazirlər Kabinetinin 345-F saylı, 21 dekabr 2012-ci il tarixli sərəncamına əsasən çoxmənzilli yaşayış binalarının dayaq kanalizasiya xətləri "Cavabdeh” ASCnin balansına verilmişdir. Odur ki, Nəsimi rayon İcra Hakimmiyyəti və 14 saylı Mənzil-X7 yaranan poblemin həll edilməsi məqsədi ilə ərizənin baxılmasını Nəsimi rayon Sukanal İdarəsinə göndərmişdir. Nəsimi rayon Sukanal İdarəsinin mütəxəssisləri əraziyə gəlmiş, baxış keçirmiş, qeyd olunan binanın 5ci mərtəbədə yaşayan abonent tərəfindən mənzilin içindən keçən d=110 mm-lik dayaq kanalizasiya xəttinin d=50 mm-lik kanalizasiya borusu ilə əvəz edilməsi faktını təsdiq etmiş, lakin həmin xəttin bərpa edilməsi üçün heç bir təbdir görməmişir. Bildirmək istəyir ki, Nəsimi Sukanal İdarəsinin cavab məktubunda və 14 sayli MKİS-nin Aktında qeyd olunan dayaq kanalizasiya xəttinin 5-ci mərtəbədən keçən hissəsinin d=110 mm-lik borunun d=50 mm-lik boru ilə əvəz edilməsi həqiqəti tam əks etdirmir. Binanın damından çəkilən şəkilə əsasən dayaq kanalizasiya xəttinin çıxışının d=50 mm-lik boru deyil, məhz d=20-25 mm-lik boru əvəz edilməsini adi gözlə də, müəyyən etmək mümkündür. Hesab edir ki, binaya baxış keçirən Nəsimi Sukanal İdarəsinin əməkdaşları qeyri-peşəkar olduqları üçün d=20-25 mm-lik boru ilə d=50 mm-lik borunun müəyyən edə bilməmişdir. 2-ci mərtəbə 13 saylı mənzilin sahibi X9 tərəfindən binanın damına, 19 saylı mənzilə baxış keçirilmişdir. Məlum olmuşdur ki, 5-ci mərtəbədən d=110 mm-lik dayaq kanalizasiya borusu aşağı hissədən kəsilmiş, traynik qoyaraq xəttin yuxarı qalxan hissəsinə d=20-25 mm-lik boru bağlanmış (110 mm - 20-25 mm yığmış, kiçiltmiş) və vanna otağına çıxan hissəsinə iki çıxış qoyulmuşdur. Vanna otağına çıxan iki çıxışdan birinə vanna otağının kanalizasiya borusu birləşdirilmiş, digər çıxışın isə ağzı bağlanılaraq boş saxlanılmışdır. 5-ci mərtəbədə yaşayan şəxs boş saxlanılan çıxış vaxitəsi ilə kanalizasiya borusunu həmin hissədən tez-tez təmizlədiyini bildirmişdir. Bu fakt da, dayaq kanalizasiya xəttinin tez-tez tam tutulduğunu göstərən haldır. Traynikin yuxarı hissəsinə bağlanan d=20-25 mm-lik boru vanna otağının tavanına yaxın hissədən (lambir hissədən) arko vasitəsi ilə yana əyilmiş, ora su matoru qoyulmuş, bakın çıxışı (slivi) birləşdirilmişdir. Daha sonra ikinci arko bağlanılaraq, d=20-25 mm-lik boru binanın damına çıxarılmışdır. Bu cür müdaxilə dayaq kanalizasiya xəttinin funksiyasını tam pozmuşdur, boruda yaranan qazlar yuxarı hissədən binanın banından havaya çıxa bilmir və həmin qazlar kəskin kanailizasiya qoxusu, virusla, mikroblar ilə birlikdə aşağı mərtəbədəki mənzillərin içinə daxil olur. Həmçinin, bu səbəbdən dayaq kanalizasiya xəttində daim böyük təzyiq yaranır, bu da binanın zirzəmisindən keçən istismar dövrünü başa vurmuş, çürük dayaq ötürücü kanalizasiya borularının tez-tez partlamasına, kanalizasiya suyunun zirzəmiyə axmasına səbəb olur. Mülki Məcəllənin 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi yaşayış binasının ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. Nazirlər Kabinetinin 345-F, 21 dekabr 2012-ci il tarixli sərancamına əsasən çox mənzilli yaşayış binaların dayaq su və kanalizasiya xətləri Cavabdeh ASC-nin balansındadır. Cavabdeh ASC-nin Nizamnaməsinə əsasən çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dayaq kanalizasiya xəttinin 5-ci mərtəbədən keçən hissəsinin öz əvvəlki vəziyyətinə qaytarılması, onun d=110 mm-lik boru ilə bərpa edilməsi, kanalizasiya xəttinin istismarı qaydalarını pozan fiziki şəxslərə qarşı qanuni tədbir görmək məhz Cavabdeh ASC-nin və adiyyəti üzrə Nəsimi Sukanal İdarəsinin vəzifə və səlahiyyətlərinə aiddir. Nizamnaməyə əsasən Cavabdeh ASC-nin məqsəd və funksiyaları: 3.3.2. tullantı sularını kənar etmək və təmizləmək üçün kanalizasiya qurğuları və sistemlərinin ahəngdar işi üzrə tabeliyində olan aidiyyəti təşkilatların fəaliyyətini təşkil edir və onlara nəzarəti həyata keçirir; 3.3.28. Su təchizatı və kanalizasiya obyektlərinin istismarı və sanitar- mühafizə zonası qaydalarını pozan hüquqi və fiziki şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər görür. Dayaq kanalizasiya xəttinin bərpa edilməsi üçün dəfələrlə yazılı və 955 qaynar xətlə müariətinə baxmayaraq Cavabdeh ASC və onun tabeliyində olan Nəsimi Sukanal İdarəsi öz öhdəliyini icra etməmiş, həll edilməsi birbaşa onun vəzifəsinə və səlahiyyərinə aid olan kəsilmiş dayaq kanalizasiya xəttini öz əvvəlki vəziyyətinə qaytarmamışdır. Cavabdeh ASC-nin 955 qaynar xəttinə təkrar müraciəti əsasında 15.03.2021-ci il tarixində Nəsimi Sukanal İdarəsinin Xəyyam adlı əməkdaşı gəlmiş, mənzilinə baxmış, vanna otağından kəskin kanalizasiya qoxusunun gəldiyini təsdiq etmiş, dayaq kanalizasiya xəttinin 5-ci mərtəbədən kəsilərək d=50 mm-lik boru ilə əvəz edilməsini təsdiq edən Nəsimi rayon Sukanal İdarəsinin rəsmi cavabını ona təqdim etmişdir. Həmin əməkdaş 5-ci mərtəbədəki mənzilə baxış keçirmək üçün 19 saylı mənzilə girmişdir. 5-ci mərtəbədəki mənzilin sahibi ilə görüşüb danışdıqdan sonra Xəyyam ona verdiyi şifahi cavabında bildirmişdir ki, o, yalan məlumat vermiş, 5-ci mərtəbədəki mənzildən dayaq kanalizasiya borusuna heç bir müdaxilə edilməmişdir. Xəyyam adlı əməkdaş öz çirkin hərəkəti ilə işlədiyi Nəsimi Sukanal İdarəsinin möhürü və rəisin imzası ilə təsdiq olunan faktı təkzib etmiş, bununla işlədiyi dövlət idarənin nüfuzuna böyük zərbə vurmuşdur. Xəyyam adlı əmakdaşın qanunsuz və çirkin əməli barədə həmin idarəyə rəsmi şikayət vermişdir. Bu gunə qədər Xəyyam barəsində qanuni ölçü götürülməmişdir. Nəsimi Sukanal İdarəsinin öz öhdəliyini icra etməməsi səbəbindən onun hüquqları, əsəbləri pozulmış və ona böyük mənəvi zərər vurulmuşdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddiaçı vasitəsi ilə iddiaçı cavabdeh inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulmasi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər. Həmin normanın tələbinə əsasən Nəsimi Sukanal İdarəsindən öz öhdəliyini icta etməyi, qeyd olunan ünvanda 5-ci mərtəbədən keçən dayaq kanalizasiya xəttinin d=110 mm-lik boru ilə əvəz edilməsini, binanın zirzəmi hissəsində istismar dövrünü başa vurmuş, çürük ötürücü kanalizasiya xətlərinin yenisi ilə dəyişdirilməsini tələb edir. Vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi ilə bağlı bildirmək istəyir ki, müraciət edilən vaxtdan qanunda nəzərdə tutalan müddətdə Nəsimi Sukanal İdarəsi öz öhdəliyini vaxtında icra etmədiyindən mənzilindən gələn kəskin kanalizasiya qoxusu ilə uzun müddətdir nəfəs almaq məcburiyyətində qalmış, həmin idarənin əməkdaşlarının qanunsuz əməllərindən əziyyət çəkmiş, dayaq kanalizasiya borusunun funksiyasının pozulması nəticəsində xəttdə yaranan və havaya çıxa bilməyən virus, mikrob saçan kanalizasiya qazları mənzilinə daxil olur, bu da hazırki epidemiya dövründə sağlamlığına böyük zərbə vurur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Cavabdeh ASC Nəsimi rayon Sukanal İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 03.02.2021-ci il tarixli, EH-02/3-90 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ASC-yə daxil olmuş Ə-953 saylı, 28 yanvar 2021-ci il tarixli məktub aidiyyəti üzrə Nəsimi rayon Sukanal İdarəsinə daxil olmuşdur. Məktubun icrası ilə əlaqədar olaraq İdarənin nümayəndələri tərəfindən ünvan 4 ünvana baxış keçirilmişdir. Bildirilmişdir ki, sözügedən ünvandakı hündür mərtəbəli yaşayış binalarının dayaq kanalizasiya xətləri mənzillərin daxilindən keçir. Ümumilikdə hündür mərtəbəli binaların kommunal xətləri yaşayış binasının tərkib hissəsidir və abonentlərin birgə əmlakı hesab edilir. Şikayətçinin ərizəsində qeyd etdiyi kimi, 5-ci mərtəbədə yaşayan abonent öz evinin içindəki d=110–lik dayaq kanalizasiya xəttinin 5-ci mərtəbədən yuxarı keçən hissəsini d=50 mm-lik kanalizasiya borusu ilə əvəz etmişdir. Bu da, aşağı mərtərəbə yaşayan abonentlərin narazılığına səbəb olmuşdur. Buna baxmayaraq şikayətçinin ərizəsində qeyd etdiyi digər problemlərin (əks təzyiq, üfunət və s.) heç biri öz təsdiqini tapmamışdır. O cümlədən, dayaq xəttinin yuxarı hissəsi kəsilib bağlanmamışdır. İşdə olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya ünvanlanmış KL-01 nömrəli, 19 yanvar 2021-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının qonşusu X4 tərəfindən mənzilində təmir işləri aparılan zaman sanitar qovşağından keçən havalandırma borusunun ölçülərinin qanunsuz olaraq dəyişdirilməsi barədə yuxarı instansiyalara ünvanlamış olduğu ərizəyə baxılaraq bildirilmişdir ki, araşdırma və 14 saylı MKİS-in 06.01.2020-ci il tarixli aktına əsasən, 19 saylı mənzildə yaşayan S.T.Ağayeva mənzilinin sanitar qovşağında təmir işləri aparan zaman qanunsuz olaraq həmin sanitar qovşağından keçən havalandırma borsunun diametri 50-lik boru ilə əvəz etmişdir. Bununla bağlı 19-cu mənzilin sahibinə xəbərdarlıq olunmasına baxmayaraq heç bir tədbir görməmişdir. Eyni zamanda bu barədə Cavabdeh ASC-nin Nəsimi rayon Su Kanal İdarəsinə 15 saylı, 12.01.2021-ci il tarixli məktubla müraciət olunmuşdur. S.Ağayeva yaranmış problemi könüllü aradan qaldırmadığı üçün məsələ mübahisəli xarakter almışdır. Qeyd olunanlara və məsələnin mübahisəli olduğunu nəzərə alaraq bununla bağlı məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. İşdə olan Cavabdeh ASC Nəsimi rayon Sukanal İdarəsi tərəfindən ünvan 6 ünvanlanmış məktubdan görünür ki, ünvan 7r 2021-ci il tarixli məktubun icrası ilə əlaqədar olaraq İdarənin nümayəndələri tərəfindən Nəsimi rayonu, M.Topçubaşov küçəsi, ev 21, mənzil 17 ünvanına baxış keçirilmişdir. Sözügedən ünvandakı hündür mərtəbəli yaşayış binalarının dayaq kanalizasiya xətləri mənzillərin daxilindən keçir. Ümumilikdə hündür mərtəbəli binaların kommunal xətləri yaşayış binasının tərtkib hissəsidir və abonentlərin birgə əmlakı hesab edilir. Şikayətçinin ərizəsində qeyd etdiyi kimi, 5-ci mərtəbədə yaşayan abonent öz evinin içindəki d=110 mm-lik dayaq kanalizsiya xəttinin 5-ci mərtəbədən yuxarı keçən hissəsini d=50 mm-lik kanalizasiya borusu ilə əvəz etmişdir. Bu da, aşağı mərtəbədə yaşayan abonentlərin narazılığına səbəb olmuşdur. İşdə olan Cavabdeh ASC Nəsimi rayon Sukanal İdarəsi tərəfindən Nəsimi rayon Polis İdarəsinə ünvanlanmış 21 aprel 2021-ci il tarixli, EH-01/1-335 nömrəli məktubun surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 2 blok, 5-ci mərtəbədə yerləşən X3 məxsus 19 saylıl mənzildən ümumi istifadədə olan dayaq kanalizasiya xəttinə qanunsuz müdaxilə edilərək, d=110 mm-lik borunun diametri dəyişdirilmişdir. Dəyişdirilən boru beton qatının altında olduğu üçün diametri müəyyən etmək mümkün olmamışdır. Təxminən d=50 mm olduğu qənaət edilir. Yaranmış vəziyyətə görə borunun iş sistemi pozulmuş və aşağı mərtəbədə yaşayan sakinlərin narazılığına səbəb olmuşdur. Əsas narazılıq bu səbəbdən mənzillərdən kəskin iyin, üfunətin yaranmasıdır. Həmin binada yaşayan İddiaçı şikayəti əsasında əməkdaşlar tərəfindən dəfələrlə həmin ünvana tam və əsaslı baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, yenidən borunun təlimata uyğun əvvəlki vəziyyətinə gətirmək üçün mənzilin daxilində santexnik işlər aparılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 354 s nömrəli, 21 dekabr 2012-ci il tarixli Sərəncamına əsasən çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh ASC-nin balansına verilmişdir. Buna baxmayaraq böyük ölçüdə konstruksiya dəyişikliyi edən mənzil sahibi Cavabdeh ASC-dən rəsmi icazə almamış və ciddi qanun pozuntusuna yol vermişdir. Qeyd olunan xətalar nəzərə alınaraq, Cavabdeh ASC-nin balansında olan su və kanalizasiya xəttlərinə müdaxilə etdiyinə görə Nəsimi rayonu, Ak.M.Topçubaşov 21 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 2-blok, 5-ci mərtəbədə 19 saylı mənzildə yaşayan X5 haqqında qanunvericiliyə uyğun olaraq ciddi tədbirlər görülməsinə və dəyişdirilmiş borunun tərəflərindən əvvəlki konstruktiv vəziyyətinə gətirilməsinə səlahiyyət daxilində köməklik göstərilməsi xahiş edilmişdir. Beləliklə işin hallarından müəyyən edilir ki, ünvan 9 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 2 blok, 5-ci mərtəbədə yerləşən X3 məxsus 19 saylı mənzildən ümumi istifadədə olan dayaq kanalizasiya xəttinə qanunsuz müdaxilə edilərək, d=110 mm-lik borunun diametri dəyişdirilmiş, Dəyişdirilən boru beton qatının altında olduğu üçün diametri müəyyən etmək mümkün olmamışdır. Təxminən d=50 mm olduğu qənaət edilmiş, yaranmış vəziyyətə görə borunun iş sistemi pozulmuş və aşağı mərtəbədə yaşayan sakinlərin narazılığına səbəb olmuşdur. Əsas narazılıq bu səbəbdən mənzillərdən kəskin iyinin, üfunətin yaranmasıdır. Həmin binada yaşayan İddiaçı və həmin ünvanda yerləşən binada məskunlaşan digər sakinlərin şikayətləri əsasında Cavabdeh əməkdaşları tərəfindən dəfələrlə həmin ünvana tam və əsaslı baxış keçirilərək müəyyən olunmuşdur ki, yenidən borunun təlimata uyğun əvvəlki vəziyyətinə gətirmək üçün mənzilin daxilində santexnik işlər aparılmalıdır. Sözügedən mənzilin sahibi S.Ağayeva dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış problemi könüllü aradan qaldırmadığı üçün məsələ mübahisəli xarakter almış, cavabdeh tərəfindən Nəsimi rayon Polis İdarəsinə məktubla müraciət edilərək, ünvan 9 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 2 blok, 5-ci mərtəbədə yerləşən 19 saylı mənzildə yaşayan X5 haqqında qanunvericiliyə uyğun olaraq ciddi tədbir görülməsinə və dəyişdirilmiş borunun tərəflərindən əvvəlki konstruktiv vəziyyətinə gətirilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı bir faktiki hərəkətsizlik olmamış, iddiaçının subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarını pozması faktı müəyyən edilməmiş, mübahisənin mənbəyi bir başa X3 məxsus mənzilin daxilinə baxış keçirilərək, tərəfindən dəyişdirilmiş borunun əvvəlki konstruktiv vəziyyətinə gətirilməsinə şərait yaradılmaması olmuşdur. Odur ki, hazırki iddia ərizəsi Cavabdeh ASC Nəsimi rayon Sukanal İdarəsinə münasibətdə mümkün sayılmamalı, iddiaçıya X3 qarşı ümumi yurisdiksiyalı (rayon) məhkəmədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin qənaətinə görə iddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, bina 21, blok-2, 5-ci mərtəbənin 19 saylı mənzilindən keçən dayaq kanalizasiya xəttinin d=110 mm-lik boru ilə əvəz edilməsi və həmin binanın zirzəmisindən keçən istismar dövrünü başa vurmuş ümumi istifadədə olan köhnə ötürücü dayaq kanalizasiya borularının yenisi ilə əvəz edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində mümkün sayılmadığından, hüquqi müqəddaratı həmin tələblə bağlı olan mənəvi zərərin ödənilməsi tələbi də, müzakirə edilmədən mümkün sayılamamlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. İ”nzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarının 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. İddiaçı yaranmış mübahisə ilə əlaqədar ümumi yurisdiksiyalı məhkəməyə (rayon məhkəməsinə) müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar