Məhkəmə qərarları › İş №2-1(112)-5432/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5432/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5432/2023 22.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1961-ci il tarixdə doğulmuşdur. xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil almış, xx.xx.1982-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə başlamış və 2013-cü ilədək müxtəlif vaxtlarda müxtəlif vəzifələrdə işləmişdir. Əmək kitabçasındakı qeydlərə əsasən 30 ildən çox iş stajı mövcuddur. Ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert xx.xx.2019-cu il tarixli qərarı ilə əlillik müəyyən edilmişdir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etdiyində, cavab olaraq olaraq bildirilmişdir ki, əlilliyin təyin edildiyi tarixdəki yaşına, yəni (58 yaş) uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 14 il 4 iş stajı, 20640 manat pensiya kapitalı tələb olunur. Verilən cavabdan da göründüyü kimi, iş stajının 23 il 11 ay 23 gün qanunvericiliklə tələb olunan müddətə uyğun gəlsə də, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının olmaması səbəbindən əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Cavabdeh orqanın idarə heyətinin sədr müavininin imzası ilə verilmiş imtina məktubundan da göründüyü kimi, onun iş stajı hesablanarkən xx.xx.2006-cı il tarixədək işlədiyi illər staja daxil edilmiş, lakin xx.xx.2006-cı il tarixdən 2013-cü ilədək olan illər sosial sığorta stajına hesablanmamışdır. Əmək pensiyaları haqqında Qanunun 27-ci maddəsində qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması tənzimlənmişdir. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Cavabdeh orqanın əmək pensiyasına görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı hesablaması yanlış olduğundan imtina cavabı qanunsuzdur. Əlilliyə görə əmək pensiyası təyin olunarkən pensiya kapitalı tələbi 15,448 manat olmuşdur. Onun isə cavabdehin imtinasına uyğun olaraq verdiyi cavabda qeyd edilən 23 il 11 ay 23 gün ümumi iş stajına nisbətdə 17,268 manat pensiya kapitalı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada Qanunun qeyd edilən müddəasına əsasən, İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixdən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olduğu təqdirdə İİİ qrup əlilliyə görə əmək pensiyasının təyini reallaşmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği xx.xx.2019-cu il tarixindən 119 manat məbləğində müəyyən olunmuşdur. Ona münasibətdə tələb olunan sığorta stajı: 58 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 43 il (əmək qabiliyyətli yaş dövrü) 43 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 172 ay 172 ay : 12 ay = 14 il 4 ay Qeyd edilən hesablamadan da göründüyü kimi, ona əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sosial sığorta stajı 14 il 4 aydır. Yəni tələb olunana sığorta stajı qarşılanmışdır. Bir digər tələb isə fərdi hesabının sığorta hissəsində qeydə alnımış pensiya kapitalının minimum pensiya təminatına imkan verməsidir. “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qaydaların 4.3.5-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir: PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır: K - sığorta davamiyyəti əmsalıdır. Ona münasibətdə tələb olunana pensiya kapitalı aşağıdakı qaydada hesablanmalıdır. 58 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 43 il (əmək qabiliyyətli yaş dövrü) 43 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 172 ay Tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 172/192 = 0.89 Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur: 0.89 x 144=129 ay (individual sığorta stajı) Daha sonra individual sığorta stajı (129 ay) əlilliyin təyin edildiyi ildə mövcud olmuş minimum pensiya məbləğinə vurulmaqla tələb olunan pensiya kapitalı müəyyənləşdirilir. Əlilliyinin müəyyən edildiyi tarix xx.xx.2019-cu il olmuşdur ki, həmin ildə əmək pensiyasının minumum məbləği 119 manat olmuşdur. Belə olduğu təqdirdə 129 x 119=15,351 edir ki, onun 15,351 manat pensiya kapitalı qarşılığında 17,268 manat pensiya kapitalı mövcuddur. Hesablama: 23 il 11 ay x 306=7,313,4 Alınan rəqəm istehlak qiymətlərinin artım səviyyəsinə uyğun olaraq illər üzrə indeksasiya edilsə: 7,313,4+8,3%+16,7%+20,8%+1,5%+5,7%+7,9%+1,1%+2,4%+1,4%+4%+12,4%+5,7 %+ 3%=17,268 Göründüyü kimi, onun əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan ümumi iş stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı kifayət qədər olmasına baxmayaraq, cavabdeh tərəfindən 3 ildir ki, hüququları pozulmuşdur. İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1 iyul 2022-ci il tarixinədək qüvvədə olan mətninə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, həmin maddədə göstərilən sığorta stajı olduqda təyin edilirdi. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta və Sözügedən Qaydanın 4.1.2ci yarımbəndinə əsasən isə xx.xx.2006-cı il tarixindən sonrakı dövr üzrə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Bu halda iddiaçının xx.xx.1961-ci il təvəllüdlü olması və ona xx.xx.2019-cu il tarixdə İİİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 14 il 4 av sığorta stajı və fərdi hesabın sığorta hissəsində 15351 manat pensiya kapitalı tələb olunur. Müvafiq qanunvericilik aktına əsasən iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün tələb olunan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: 58 il (yaş) — 15 il (əmək qabiliyyəti olmadığı vas dövrü) = 43 il (əmək qabiliyyətli yaş dövrü) 43 il x 4 av (əmək qabiliyyətli yaş dövrünün hər tam ili ücün) = 172 av Tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı (xx.xx.2019cu il tarixədək olan redaksiyaya əsasən) tapılır: 172/192= 0.89 Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının savına vurulur: 0.89 x144=129 129 ay x 119 manat (xx.xx.2019-cu il tarixədək əmək pensiyasının minimum məbləği) = 15351 iddiaçının İİİ dərəcəli əlil kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiva kapitalının məbləği. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən (sığortaolunanların əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olduqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçı xx.xx.2019-cu il tarixdə İİİ dərəcə əlillik müəyyən edilib. Vətəndaşın əlilliyinin müəyyən edildiyi tarixdəki yaşına (57 yaş) uyğun olaraq, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 14 il 4 ay sığorta stajı və 15089,52 manat pensiya kapitalı tələb olunurdu. Bununla belə, İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə Fondun keçmiş Nizami rayon şöbəsi tərəfindən baxılarkən onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1999-xx.xx.2006-cı illərə aid iş stajının yoxlanılmasının mümkün olmaması, həmçinin xx.xx.2006-xx.xx.2013-cü illər arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbindən həmin dövrlər onun sosial sığorta stajına daxil edilməyib. Nəticədə İddiaçı əlilliyinin müəyyən edildiyi tarixdəki yaşına uyğun olaraq tələb olunan sığorta stajına və fərdi hesabının sığorta hissəsində minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmadığından, vətəndaşa pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, həmin maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı 19 fevral 2019-cu il tarixində 3-cü qrup əliilik dərəcəsi müəyyən edilmişdir. Əlilliyinin müəyyən edildiyi tarixdəki yaşına (58 yaş) uyğun olaraq, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün ona 14 il 4 ay iş stajı, 20640 manat pensiya kapitalı tələb olunur. İş stajı 23 il 11 ay 23 gün olmaqla qanunvericiliklə tələb olunan müddətə uyğun gəlsə də, fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması ona əlilliyə görə əmək pensiyası təminatına imkan vermir. Bu səbəbdən də V. Mahmudova əlilliyə görə sosial müavinət təyin edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52/2-6117/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, vətəndaş İddiaçı əmək kitabçasında 1999-2013-cü illər üçün qeyd olunan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı X1 İdarəsinin sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-15895/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil X3nin və ya Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı X1 İdarəsinin mövcudluğu, eləcə də dövlət əmlakının özəlləşdirmə proqramları çərçivəsində özəlləşdirilib-özəlləşdirilməməsi barədə məlumatların təqdim edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətində Bakı Şəhər İcra Hakimiyyəti Mənzil X3 və ya Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı X1 İdarəsi barədə hər-hansı məlumat yoxdur. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2-298501/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2019-cu il tarixinə 57 yaşlı sığortaolunanın tələb olunan stajı 14 ildir (57 yaş-15 yaş (əmək qabiliyyətli olmayan yaş dövrü) = 42 il x 4 ay = 168 ay / 12 = 14 il). Buradan sığorta davamiyyəti əmsalı K=168ay/192=0,875, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum pensiya kapitalı isə PSK=SH*T*K=119,76*144*0,875=15089,76 manat təşkil edir. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən onun xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1984cü il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək,xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1991 -ci il tarixindən xx.xx.1991 -ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək, 30.01,1997 ci il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi 14 il 20 gün mübahisələndirilməyən sığorta stajı təşkil edir. xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1999-cu il tarixindən xx.xx.2013cü il tarixinədək Birləşmiş İstehsalat Mənzil Kommunal Təsərrüfatın mexanizasiya idarəsində olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Vətəndaşın xx.xx.2006-cı il tarixinədək 14 il 20 gün sığorta stajına əsasən həmin tarixə fərdi hesabının sığorta kapitalı 10154,92 manat təşkil edir: Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. (14 il+20gün/30gün/12ay) x 306 manat=4300,78 manat. İddiaçı sığorta stajı 14 il 20 gün olmaqla ilkin müayinə əsasında İİİ dərəcə əlilliyinin müəyyən edildiyi xx.xx.2019-cu il tarixinə qanunvericiliklə tələb olunan müddətdən çox olmasına (14 il) baxmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (10154,92 manat) 57 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan 15089,76 manat pensiya kapitalından az olduğundan həmin tarixə minimum pensiya təminatına (119,76 manat) imkan vermir. İddiaçı dair ИТ seriyalı ******* saylı xx.xx.1980-ci il tarixli əmək kitabçasından görünür ki, B seriyalı 125717 nömrəli attestata əsasən F.Dzrjinsk adına maşınqayırma zavoduna işə qəbul olana qədər xx.xx.1977-ci ildən 19.0.1980-ci ilə qədər 74 nömrəli OPTM təhsil almışdır. xx.xx.1980-ci il tarixdə (Əmr № 400/k, xx.xx.1980) F.Dzrjinsk adma maşınqayırma zavod ştatına üçüncü dərəcəli çilingər-təmirçi təyin edilmişdir xx.xx.1980-ci il tarixdə (Əmr № 628/k, 28.10.80) Sovet Ordusu sıralarına xidmətə çağırılması səbəbindən işdən azad edilmişdir. xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər (hərbi bilet seriya Hİ № 4291964) Sovet Ordusu sıralarında xidmət etmişdir. xx.xx.1983-cü il tarixdə Sovet Ordusu sıralarından tərxis edildikdən sonra 3 nömrəli texnoloji sexə 35 nömrəli qurğuya 3-cü dərəcəli texniki sahə operatoru vəzifəsinə təyin edilmişdr. (Əmr № 27/k, xx.xx.1983) “İstilik və enerji avadanlıqları” Trestinin Bakı Qazanxana X4 köməkçi avadanlıqları sexinə qazançı şagirdi qəbul edilmişdir. xx.xx.1983-cü il tarixdə (Əmr № 59/k) həmin sexdə birinci dərəcəli qazançı təyin edilmişdir. xx.xx.1983-cü il tarixdə (Əmr № 198/k 15.09.83) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixdə (Əmr № 61, xx.xx.1984) 3 (üçüncü) dərəcəli çilingər təyin edilmişdir. xx.xx.1983-cü il tarixdə (Əmr № 206/KŞ 19.10.83) 2-ci dərəcəli çilingər təyin edilmişdir. xx.xx.1984-cü il tarixdə (Əmr № 0172/KŞ, 09.10.84) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. (BİK ŞNİ Trolleybus parkı). xx.xx.1985-ci il tarixdə (Əmr № 16, xx.xx.1985) Bakı şəhər İcraiyyə Komitəsinin Şəhər Nəqliyyatı İdarəsinin Trolleybus parkında kursant sürücü təyin edilmişdir. xx.xx.1985-ci il tarixdə (Əmr № 211, 20.11.85) Azərbaycan Respublikası ƏQM 36-cı maddəsinə əsasən (tərəflərin razılığı) işdən azad edilmişdir. xx.xx.1986-cı il tarixdə (Əmr № 38, 26.02.86) Bakı şəhər İcraiyyə Komitəsinin Şəhər Nəqliyyatı İdarəsinin Trolleybus parkında 3-cü sinif sürücü təyin edilmişdir. xx.xx.1986-cı il tarixdə (Əmr № 263, 27.10.86) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən təşkil edilmiş yığım üzrə işə göndərilməklə əlaqədar öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1986-cı il tarixdə (Əmr № 127 12.11.86) Tikinti-quraşdırma idarəsi “Traktorzavodu” trestinə əmək müqaviləsi ilə ikinci dərəcəli betonçu qəbul edilmişdir. xx.xx.1986-cı il tarixdə (Əmr № 466, 31.12.86) RSFSR ƏQM-in 33-cü maddəsinə əsasən üzrlü səbəb göstərmədən işdən yayınmaya görə azad edilmişdir. xx.xx.1987-ci il tarixdə (Əmr № 9k, 05.02.87) SMK-7 tikinti tresti № 1-ə ikinci dərəcəli betonçu qəbul edilmişdir. xx.xx.1987-ci il tarixdə (Əmr № 24k, xx.xx.1987) öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1988-ci il tarixdə (Əmr 411/k, 06.06.88) Qırmızı əmək bayrağı ordenli S.M.Kirov adına maşınqayırma zavodu pansionat ştatına mətbəx işçisi təyin edilmişdir. xx.xx.1988-ci il tarixdə (Əmr 797/k, 21.10.88) yaşıl inşaat işçisi keçirilmişdir. xx.xx.1988-ci il tarixdə (Əmr № 837/k 04.10.88) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1988-ci il tarixdə (Əmr № 114/n, 21.11.88) “İstilik və enerji avadanlıqları” Trestinin Bakı Qazanxana Mexaniki Zavodu d/y və avtonəqliyyat sahəsinə ZİL MMZ 45021 № 32 — 02 ATO avtomobil sürücüsü qəbul edilmişdir. xx.xx.1989-cu il tarixdə (Əmr № 108, 16.10.89) Qazanxana-köməkçi avadanlıqları sexinə m/k yığımı üzrə birinci dərəcəli çilingər keçirilmişdir. xx.xx.1989-cu il tarixdə (Əmr № 111, 24.10.89) Təmir-mexaniki və enerji-mexaniki sahəyə birinci dərəcəli çilingər-təmirçi keçirilmişdir. xx.xx.1989-cu il tarixdə (Əmr № 121, 21.11.89) Avtomobil sahəsinə ZİL MMZ 45021 № 32 - 02 ATO avtomobil sürücüsü keçirilmişdir. xx.xx.1990-cı il tarixdə (Əmr № 125/y, 11.10.90) Azərbaycan SSR ƏQM-in 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdə (Əmr № 116/k, 14.11.90) Bakı şəhər İcraiyyə Komitəsinin Traktor-Trolleybus İdarəsinin Trolleybus parkı İstismar sahəsinə 3-cü sinif sürücü qəbul edilmişdir. xx.xx.1990-cı il tarixdə (Əmr № 129/K, 21.12.90) Azərbaycan SSR ƏQM-in 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. (Azərbaycan SSR EA X5). xx.xx.1991-ci il tarixdə (Əmr № 12-1, xx.xx.1991) “Azenerjitəmirsazlama” TSM - elektrotexniki avadanlıqların təmiri üzrə sexə sürücü qəbul edilmişdir. xx.xx.1991-ci il tarixdə (Əmr № 51 k, 16.07.91) Azərbaycan Respublikası ƏQM 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixdə (Əmr № 37, xx.xx.1991) Avtodəstə 3-cü dərəcəli sürücü qəbul edilmişdir. xx.xx.1991-ci il tarixdə (Əmr № 10 /s, 18.03.99) öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1999-cu il tarixdə (Əmr № 13 k/s, 19.04.99) MKTİB-nin Mexanikləşdirmə İdarəsinə ”BC” kateqoriyalı sürücü olaraq qəbul edilmişdir. xx.xx.2013-cü il tarixdə (Əmr № 12, xx.xx.2013) öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52/2-4636/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin arxivində Bakı Şəhər İcra hakimiyyəti Mənzil X3 Mexanikləşdirmə İdarəsinin sənədləri aşkar edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 270 saylı xx.xx.2021-ci il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri mənzil-kommunal təsərrüfatını idarəetmə sisteminin təkmilləşdirmək tədbirləri haqqında Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 444 saylı sərəncamına əsasən mənzil-kommunal xidməti sahələri bazasında Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti yaradılmış və ona şəhər təsərrüfatının ən mühüm sahələrini əhatə edən dövlət mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək, bu sahədə fəaliyyət göstərən idarələrin fəaliyyətini əlaqələndirmək və digər funksiyaları həyata keçirmək vəzifələri həvalə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil X3 adlı təşkilat mövcud olmadığından İddiaçı 1999-2013cü illərdə işlədiyi dövrlər ərzində sosial-sığorta haqlarının ödənib-ödənməməsi barədə məlumatın verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********304100 saylı xx.xx.2021-ci il tarixli məktub ilə bildirilmişdir ki, İdarədə olan reyestrdə "Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı X1 İdarəsi" adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış **********7 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1- ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, həmin maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı 19 fevral 2019-cu il tarixdə 3-cü qrup əlillik dərəcəsi müəyyən edilmişdir Əlilliyinin müəyyən edildiyi tarixdəki yaşına (58 yaş) uyğun olaraq, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün ona 14 il 4 ay iş stajı, 20640 manat pensiya kapitalı tələb olunur. İş stajı 23 il 11 ay 23 gün olmaqla qanunvericiliklə tələb olunan müddətə uyğun gəlsə də, fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması ona əlilliyə görə əmək pensiyası təminatına imkan vermir. Bu səbəbdən də V. Mahmudova əlilliyə görə sosial müavinət təyin edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 7-1638/17 saylı xx.xx.2021-ci il tarixli məktub ilə bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil X3nin şəxsi heyət üzrə sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin arxivinə təhvil verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). İddiaçının oğluna ailə başçısının itirməsinə görə pensiya təyin edilməsindən imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi İddiaçı xx.xx.1961-ci ildə anadan olub, xx.xx.2019-cu il tarixdən İİİ (üçüncü dərəcə) dərəcə müddətsiz əlildir. Əmək kitabçasına əsasən sığorta stajı 23 il 11 ay 23 gündür. Əlilliyə görə əmək pensiyasının təyini üçün cavabdeh orqana xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunundan (hazırkı redaksiyada): 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı müraciət edərək maddənin redaksiyasına əsasən: 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 31.3. Təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2019-cu il tarixinə 57 yaşlı sığortaolunanın tələb olunan stajı 14 ildir. İddiaçının tələb edilən sığorta stajı aşağıdakı kimi hesablanır: 57 yaş (əlilliyə görə pensiya təyinatı üçün müraciət edərkən yaşı) – 15 yaş (qanunvericiliklə əmək müqaviləsinin bağlanmasına imkan verilən yaş həddi) = 42 il (əmək qabiliyyətli yaş dövrü) 4x4/12= 14 il. 2019-cu ilin fevral ayına sığorta davamiyyəti əmsalı K=168ay/192=0,875, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum pensiya kapitalı isə PSK=SH*T*K=119,76*144*0,875=15089,76 manat təşkil edir. İddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən onun xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1984cü il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cıil tarixinədək,xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cıil tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1991 -ci il tarixindən xx.xx.1991 -ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cıil tarixinədək, 30.01,1997 ci il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 14 il 20 gün mübahisələndirilməyən sığorta stajına malikdir. xx.xx.2006-cı il tarixindən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1999-cu il tarixindən xx.xx.2013cü il tarixinədək Birləşmiş İstehsalat Mənzil Kommunal Təsərrüfatın mexanizasiya idarəsində olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmin mübahisələndirilən iş dövrü ilə bağlı məhkəmə araşdırması nəticəsində Birləşmiş İstehsalat Mənzil Kommunal Təsərrüfatın mexanizasiya idarəsinin mövcudluğu barədə məlumatın və ya hər hansı arxiv sənədinin müəyyən edilməməsi ilə bərabər, məhkəmə nəzərə alır ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunan səbəbdən məhkəmə hesab edir ki, cavabdeh qurum xx.xx.2006-cı il tarixindən xx.xx.2013cü il tarixədək iddiaçının əmək kitabçasında qeyd edilən iş dövrünü onun siğorta stajına daxil etməməklə haqlı olmuşdur. Bununla belə məhkəmə iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1999-cu il tarixindən xx.xx.2006-cı il tarixədək olan iş dövrünə münasibətdə iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması əsası ilə cavabdehin həmin dövrə dair imtinasını qanuni hesab etmir və iddiaçının yuxarıda qeyd edilən mübahisələndirilməyən siğorta staji ilə yanaşı xx.xx.1999-cu il tarixindən xx.xx.2006-cı il tarixədək olan dövr də nəzərə alınmaqla, cəmi 20 il 08 ay 01 gün siğorta stajının olmasını müəyyən edir. Vətəndaşın xx.xx.2006-cı il tarixinədək 20 il 08 ay 01 gün sığorta stajına əsasən həmin tarixə fərdi hesabının sığorta kapitalı 10154,92 manat təşkil edir: Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. (20 il + 8 ay+01 gün/30gün/12ay) x 306 manat=6324,85 manat. Alınan rəqəm istehlak qiymətlərinin artım səviyyəsinə uyğun olaraq illər üzrə indeksasiya edilsə: 6324,85+8,3%+16,7%+20,8%+1,5%+5,7%+7,9%+1,1%+2,4%+1,4%+4%+12,4%+5, 7%+ 3%=14934,1284 AZN Beləliklə, iddiaçının sığorta stajı 20 il 08 ay 01 gün olmaqla ilkin müayinə əsasında İİİ dərəcə əlilliyinin müəyyən edildiyi xx.xx.2019-cu il tarixinə qanunvericiliklə tələb olunan müddətdən çox olmasına (14 il) baxmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (14934,1284 manat) 57 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan 15089,76 manat pensiya kapitalından az olduğundan həmin tarixə minimum pensiya təminatına (119,76 manat) imkan vermir. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsinə “qanuni gözləntisi” yoxdur. Belə ki, X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və zərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar