Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5433/2021 01.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “şəhadətnamədə milliyətin dəyişdirilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 09 mart 1983-cü il tarixdə verilmiş, 291424 saylı doğum haqqında şəhadətnamədə X1 atası X2 milliyətinin "azərbaycanlı" dan "almana" dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək vətəndaşlıq vəziyyəti akt qeydlərində bizim milləyətinin "azərbaycanlıdan "alman"a dəqiqləşdirilməsini xahiş etmişdir. Şöbənin 26.02.2021-ci il tarixli və 03 mart 2021-ci il tarixli cavab məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na əsasən uşağın doğum haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrdəki qeydlər əsasında yazılır. 05 aprel 1962-ci il tarixdə verilmiş, AB 212429 saylı doğum haqqında şəhadətnamədə X2 anası X3 milliyətinin alman olması görünür. 09 mart 1983-cü il tarixdə verilmiş, 291424 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X1 atası X4r və onun milliyəti "azərbaycanlı" kimi yazılmışdır. Hazırda o, və qızı akt qeydlərində bunun dəyişdiriilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na görə o, valideyinlərindən birinin milliyətini seçə bilər. Ona görə akt qeydlərində onun milliyəti "azərbaycanlı"dan "alman"a dəyişdirilməlidir. Bildirilmişdir ki, ona məxsus olan bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində milliyyətin "azərbaycanlımdan "alman"a dəyişdirilməsi imkan xaricindədir. İddiaçı hesab edir ki, imtina əsassız və qanunsuzdur, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.8-ci bəndinə görə doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: - öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - AZE-AA0813816 saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı1 Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. - № 291424 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1983-cü il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1983-cü ilin mart ayının 09-da 860 № ilə qeyd edilmişdir. Valideynlər bölməsinin ata qrafasında İddiaçı2, milliyəti “azərbaycanlı”, ana qrafasında X11, milliyəti “rus” göstərilmişdir. - № 212429 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxx 1953-cü il tarixdə Rusiya Federasiyasının Krasnoyarsk vilayətində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1953-cü ilin iyun ayının 15-də 48 № ilə qeyd edilmişdir. Valideynlər bölməsinin ata qrafasında X5, milliyəti “azərbaycanlı”, ana qrafasında X6, milliyəti “alman” göstərilmişdir. -Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 26 fevral 2021-ci il tarixli, 05/76- 605/15 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Sizin milliyyətiniz “azərbaycanlfdan "alman”a dəyişdirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizənizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasf’na əsasən uşağın doğum haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrdəkı qeydlər əsasında yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar'a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Bildiririlmişdir ki, iddiaçıya məxsus olan bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində milliyyətin “azərbaycanlı”dan “alman’’a dəyişdirilməsi imkan xaricindədir. Göstərilənlərə əsasən iddiaçıya məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırması zamanı xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş X1 və xx.xx.1953-cü il tarixdə Rusiya Federasiyası Krasnoyarsk vilayətində doğulmuş X2 doğum haqqında akt qeydindən çıxarışın surəti sorğu əsasında cavabdehdən tələb edilmişdir. Sorğuya cavab olaraq cavabdeh tərəfindən 23 aprel 2021-ci il tarixli, 05/76-1288/13 saylı məktub əsasında X1 doğum haqqında akt qeydindən çıxarışın surəti təsdiq olunaraq məhkəməyə göndərilmiş, lakin məktubda X2 xx xxxx 1953-cü il tarixdə Rusiya Federasiyasının Krasnoyarsk vilayətində doğulduğu qeyd olunaraq, doğumun Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınmadığı üçün doğum akt qeydinin surətinin göndərilməsinin mümkün olmadığı bildirilmişdir. Hazırki iddia ərizəsi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 09 mart 1983-cü il tarixdə verilmiş, 291424 saylı doğum haqqında şəhadətnamədə X1 atası X2 milliyətinin "azərbaycanlı" dan "almana" dəyişdirilməsini xahiş edirlər. İddiaçılar tələblərinin əsası olaraq X2 anasının X3 milliyətinin alman olmasına istinad edirlər. Məhkəmə araşdırılması zamanı tədqiq olunmuş işin hallarından müəyyən edilir ki, 860 nömrəli doğum haqqında akt qeydinə əsasən İddiaçı1 xx xxxxxx 1983-cü il tarixdə anadan olmuş, atası İddiaçı2 milliyətcə “azərbaycanlı”, anası X11, milliyətcə “rus” göstərilmişdir. Həmçinin İddiaçı2 doğum haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı2 xx xxxx 1953-cü il tarixdə Rusiya Federasiyasının Krasnoyarsk vilayətində anadan olmuş, atası X5, milliyətcə “azərbaycanlı”, anası X6, milliyətcə “alman” göstərilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq qeyd edir ki, İddiaçı1 və İddiaçı2 09 mart 1983-cü il tarixdə verilmiş, 291424 saylı doğum haqqında şəhadətnamədə X1 atası X2 milliyətinin alman olmasını iddia etməklə şəhadətnamədə milliyyətinin “azərbaycanlıdan”dan “alman”a dəyişdirilməsi barədə dəlilləri əsassızdır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçıların iddia tələbi Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları və Azərbaycan Respublikası Ailə Məcəlləsinin normaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8.1-ci bəndinə görə uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnaməsində ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 168.1-ci maddəsinə əsasən, doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ının 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyridüzgün məlumatlar göstərildiyi hallarda da edilir. İstinad olunan normaların tələblərindən aydın olur ki, uşağın doğumu haqqında şəhadətnaməsində ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Məhkəmə araşdırması zamanı İddiaçı2 doğum akt qeydində yazılan məlumatları əldə etmək üçün müvafiq sorğular verilmiş, lakin iddiaçının doğulması barədə akt qeydinin Rusiya Federasiyasının Krasnoyarsk vilayətində aparılması səbəbindən qeyd olunan məlumatları əldə etmək mümkün olmamışdır. Belə olan halda tədqiq olunan sənədlər onun milliyətcə “alman” olmasını sübut etmir, bununla bağlı iddiaçı tərəf nə inzibati orqanda aparılan inzibati icraatda, nə də hazırkı inzibati məhkəmə icraatında heç bir mötəbər sübut və dəlil təqdim etməmişdir. Odur ki, iddiaçıların tələblərinin təmin edilməsindən cavabdeh inzibati orqan tərəfindən imtina edilməsi əsaslı olmuşdur. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı1 və X2 cavabdeh Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı 09 mart 1983-cü il tarixdə verilmiş, 291424 saylı doğum haqqında şəhadətnamədə X1 atası X2 milliyətinin "azərbaycanlı" dan "almana" dəyişdirilməsi barədə iddia tələbi təmin edilməməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5433/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5433/2021
01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver