Məhkəmə qərarları › İş №2-1(112)-5433/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5433/2022

29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5433/2022 29.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavbadehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək işləyən əmək pensiyaçısı olaraq 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış pensiya kapitalının yenidən hesablanaraq “X4” Azərbaycan Respublikası qanununa edilmiş dəyişikliyə əsasən işləyən əmək pensiyaçıları, pensiya təyin olunduğu gündən sonra altı il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti, aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi aylarının miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanaraq xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabımın sığorta hissəsində toplanmış pensiya kapitalının 99152,42 manat olduğu müəyyən edilmişdir. Həmin kapital 72-yə bölünərək (144-72=72) alınmış 1005,94 manat pensiyamın üzərinə əlavə hesablanmış 1377,12 manat əlavə olunaraq pensiyanın məbləği xx.xx.2017-ci il tarixdən 2383,06 manata çatdırılmalı və ödənişə göndərilməsi vəzifəsini AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2009-cu il tarixdə 62 yaşı olarkən əmək pensiyası hüququ əldə etmişdir. Yaşa görə əmək pensiyası hüququ əldə etdikdən sonra da hal-hazıra kimi Azərbaycan Dövlət İqtisat Universitetində maliyyə üzrə professor vəzifəsində işləyir. “X4” Qanuna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə Əmək pensiyalarının yenidən hesablanması və ödənilməsi “Qaydaları” təsdiq edilmişdir. Bu “Qaydaya” (müddəa 2.1) uyğun olaraq Əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasını yenidən hesablanması üzrə müraciət edə bilər. Yaranmış hüquqdan istifadə edərək işləyən əmək pensiyaçı kimi 2017-ci il iyulun 1-nə dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması (müddəa 5) üçün ərizə ilə müraciət etmişdir. Müraciəti DSMF-nun Sosial Ödənişlərinin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən baxılaraq “X4” Qanunun 27.1, 29.1.1 və 37.3.1-ci maddələri eyni zamanda yeni qaydaların 4.2.3, 5.2 və 5.3 müddəaları tam nəzərə alınmadan yenidən hesablama aparılmışdır. 1.Qanunun 27.1 maddəsinə və Qaydaların 5.2 müddəasına (misal 45.) görə işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış yəni əmək pensiyasının sığorta hissələri hesablanmasında nəzərə alınmamış pensiya kapitalı 80% faiz artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınmalıdır. Əlavə (4539,64+39945,44)* 80%=32392,43 manat. 2.Qanunun 29.1-1 maddələrinə və Qaydaların 4.2.3 müddəasına (misal 16.) görə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə 1 dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. xx.xx.2006-cı il tarixdən 2017-ci il iyulun 1-i tarixə indeksləşdirilmiş məbləğ 26269, 47 manat təşkil edir. 3.Əmək pensiyasının yenidən hesbalanması üçün istifadə olunmamış pensiya kapitalının həcmi: -xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixə- 4539,64 manat (pensiya kapitalının həcmi) -xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixə- 35950,89 manat (pensiya kapitalının həcmi) -xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixə- 32392,43 manat (pensiya kapitalının 80% həcmi) -xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci tarixə- 26269,47 manat (indeksləşdirilmiş məbləğ) 4.Əlavə hesablanma üçün istifadə olunmamış pensiya kapitalının həcmi 99152,42 manat təşkil edir (4539,64+35950,89+32392,43+26269,47)=99152,42. 5.Qanunun 37.3.1-ci maddəsinə və qaydaların 5.3 müddəasına (misal 47) görə işləyən əmək pensiyaçılarının yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək (xx.xx.2006-xx.xx.2009) qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Sığorta və yığım hissələrinin hesablanmasında göstərilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayalrın miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Əlavə hesablanma nəticəsində pensiya məbləği 1377,12 manat təşkil edir. Göründüyü kimi xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixdədək fərdi hesabın sığorta hissəsində toplanmış və istifadə olunmamış 99152,42 manat olduğu müəyyən edilmişdir. Həmin kapital 72-yə bölünərək aldığım 1005,94 manat pensiyanın üzərinə 1377,12 manat əlavə olunaraq pensiyanın məbləği 2383,06 manata (1005.94+1377,12) çatdırılaraq 1 iyul 2017-ci il tarixdən ödənişə göndərilməlidir və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi xx.xx.2017-ci il tarixdən təmin edilməlidir (maddə 32.1-1.) xx.xx.2021-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək sənədlər təqdim etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeftyində Dövlət' Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli **********5 saylı yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina olunması haqqında məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş, ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Bildirilmişdir ki, “X4” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2009-cu il tarixindən qüvvədə olan tələblərinə əsasən sizə həmin tarixdən yaşa əmək pensiyası təyin edilmişdir. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz,o cümlədən, xx.xx.1965-ci il tarixindən xx.xx.1970-ci il tarixinədək təhsil aldığınız və xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövrlər, eyni zamanda əmək kitabçanızın surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 39 il 11 ay sığorta stajına və xx.xx.2006-cı il tarixindən fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 64662,56 manat pensiya pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanmış və xx.xx.2018-ci il tarixindən 1734,54 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanızın məbləği xx.xx.2021-ci il tarixindən 2320,61 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, sizin yaşa görə əmək pensiyanız qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. “X4” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən ötən dövr üzrə (xx.xx.2018-ci il tarixindən) yaranmış fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə ödənilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququn olduğu bildirilmişdir. Bu səbəbdən də, hesab edirəm ki, işləsəmdə işlədiyi əziyətləri hədər yerə getmişdir. İddiaçı isə indiyənə qədər işlədiyi və qanunla yenidən hesablanaraq ona düşən pensiya məbləğini tələb etmək istəyir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı “X4” Qanununun 7-ci maddəsinin xx.xx.2009-cu il tarixindən qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı müraciətinə əsasən, xx.xx.2006-cı il tarixinədək 39 il 11 ay sığorta stajına və xx.xx.2006-cı il tarixindən fərdi hesabın sığorta hissəsində qeydə alınmış 64662,56 manat pensiya kapitalına əsasında əmək pensiyası yenidən hesablanmış və xx.xx.2018-ci il tarixindən 1734,54 manat müəyyən edilmişdir. “X4” Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 2320,61 manat müəyyən edilmişdir. Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Yuxarıda qeyd olunduğu kimi, müvafiq norma fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalına şamil edilir. İddiaçı xx.xx.2009-cu il tarixdə yaşa görə əmək pensiyasının təyin edildiyi və bu tarixədək olan dövrlərin əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alındığı üçün xx.xx.2006-xx.xx.2009-cu il üzrə mövcud pensiya kapitalının yenidən hesablanması zamanı nəzərə alınması mümkünsüzdür. Qanunun 29.1-ci maddəsinə əsasən, təyin edilmiş aylıq pensiya məbləği orta aylıq nominal əmək haqqının illlik artım tempinə uyğun olaraq indeksləşdirilir. Müvafiq olaraq xx.xx.2021-ci il tarixdən 2320,61 manat müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarından müəyyən olunur ki, DSMF-nin Xətai rayon Şöbəsinin xx.xx.2009-cu il tarixli qərarı ilə İddiaçı xx.xx.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 01 iyul 2017-ci il tarixədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yenidən hesablanaraq ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubunda bildirilmişdir ki, “X4” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2009-cu il tarixindən qüvvədə olan tələblərinə əsasən sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən, 01,09.1965-ci il tarixindən xx.xx.1970-ci il tarixinədək təhsil aldığınız və xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövrlər, eyni zamanda əmək kitabçanızın surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 39 il 11 ay sığorta stajınıza və xx.xx.2006-cı il tarixindən fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 64662,56 manat pensiya pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanmış və xx.xx.2018-ci il tarixindən 1734,54 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanızın məbləği xx.xx.2021-ci il tarixindən 2320,61 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, sizin yaşa görə əmək pensiyanız qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. “X4” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən ötən dövr üzrə (xx.xx.2018-ci il tarixindən) yaranmış fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə ödənilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1947-ci il təvəllüdlü olmaqla ona 62 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, onun xx.xx.2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı 99152,42 manatdır, həmin kapital 72-yə bölünərək alınmış kapital pensiyasının üzərinə əlavə edilməklə ona ödənilməlidir. İddiaçı mövqeyini əsaslandırmaq üçün X3 592 nömrəli xx.xx.2021-ci il tarixli rəyinə istinad edərək hesab edir ki, onun xx.xx.2017-ci il tarixədək pensiyası aşağıdakı şəkildə yenidən hesablanmalıdır: İ. xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının həcmi, xx.xx.2006-cı il tarixədək 39 il 7 ay ümumi iş stajına uyğun olaraq Qaydaların 4.2.2-ci bəndinə əsasən (39*306)+(306/12*7) olmaqla 12112.50 manat toplanmışdır. Qaydaların 4.2.3-cü bəndinə əsasən xx.xx.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 12112,50 manat pensiya kapitalının xx.xx.2017-ci il tarixə indeksləşdirilmiş məbləği 26269.47manat təşkil edir. İİ. xx.xx.2006-cı il tarixdən əmək pensiyasına çıxdığı xx.xx.2009-cu il tarixinədək olan dövrdə istifadə olunmamış 9079.28 manat məbləğində pensiya kapitalının 50%-i 4539.64 manat təşkil edir. İİİ. xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixinədək olan dövrdə istifadə olunmamış pensiya kapitalının 90% həcmi 35950,89 manat təşkil edir. İV. xx.xx.2006-cı il tarixdən Qanunda dəyişiklik edilən xx.xx.2017-ci il tarixinədək olan dövrdə istifadə olunmamış pensiya kapitalının 80% həcmi, yəni (4539.64+39945.44)*80%-i 32392.43 manat V. İstifadə olunmamış pensiya kapitalının həcmi (26269.47+4539.64+39945.44+ 35588.06) 99152.42 manat təşkil edir. Vİ. İstifadə olunmamış pensiya kapitalının həcminə görə əlavə hesablanan aylıq məbləğ 1377,12 manat ((istifadə olunmamış pensiya kapitalının həcmi) 99152,42/72 ay) təşkil edir. Cavabdehin mövqeyinə görə (xx.xx.2022-ci il tarixli **********5 nömrəli sorğuya cavab məktubu) iddiaçı xx.xx.1947-ci il təvəllüdlü İddiaçı “X4” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququnun yarandığı 62 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən xx.xx.2006-cı il tarixədək olan 39 il 11 ay 16 gün sığorta stajına və 473.50 manat orta aylıq əmək haqqına görə 707,50 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 10-cu maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+PS(PSK/T), burada: P - Pensiyanın əsas məbləği; BH - yaşa görə əmək pensiyasının baza hissəsi; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Eyni zamanda Qanunun 27-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə görə bu Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Sözügedən Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq pensiyanın məbləği orta aylıq əmək haqqının məbləğinin 85%-indən artıq ola bilməz. Vətəndaşın 2004-2005-ci illər üzrə orta aylıq əmək haqqının məbləği 473.50 manat müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesablanan əmək pensiyasının məbləğindən baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğin xx.xx.2009-cu il tarixinə indeksləşdirilməsi aparılır: SH = 473,50x85%=402.48-25,0(BH)=377.48+8,3%+16,7%+20,8%= 576,31 manat (Qanunun 27-ci maddəsinə uyğun olaraq hesablanmış əmək pensiyasının sığorta hissəsi) Vətəndaşın xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 50%-nin məbləği (PSK) istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2009-cu il vəziyyətinə 7832,16 manat təşkil edir ki, bu da, PS=7832.16:144=54,39 manat. Qeyd olunanlara əsasən xx.xx.2009-cu il tarixində pensiyanın ümumi məbləği BH=75,00+SH-576,31+PS-54,39=705,70 manat hesablanmışdır. Məlumat üçün bildirilir ki, xx.xx.2017 ci il tarixədək qüvvədə olan “X4” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli № 377 saylı Fərmanına əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınırdı. Sonrakı illərdə vətəndaşın pensiyasının məbləği illər üzrə “Pensiyaların baza hissəsinin artırılması haqqında” və “Pensiyaların sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi haqqında” fərman və sərəncamlara uyğun olaraq artırılaraq xx.xx.2017-ci il tarixindən BH=110,00+SH-818,62+PS- 77,32=1005,94 manat olmuşdur. Eyni zamanda bildirilir ki, iddiaçı “X4” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması üçün xx.xx.2017ci il tarixində DSMF-nin Xətai rayon şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Qeyd edilir ki, “X4” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarının xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 01,07.2017-ci il tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İddiaçı xx.xx.2009cu il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 90%-nin məbləği, Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna sığortaolunan haqqında verdiyi məlumata əsasən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2017-ci il vəziyyətinə 43814,21 (50% lə qeydə alınmış məbləğ- 24341,23 x 80%=43814,21) manat təşkil etmişdir. Qeyd olunmuş kapitala uyğun olaraq, xx.xx.2017-ci il tarixindən vətəndaşın əmək pensiyası 1005,94+608,53 (43814,21:72=608,53)=1614,48 manat hesablanaraq ödənilmişdir. xx.xx.2018-ci il tarixindən 1706,12 manat; xx.xx.2019-cu il tarixindən 1757,30 manat; xx.xx.2020-ci il tarixindən 2049,02 manat; xx.xx.2021-ci il tarixindən 2282,60 manat hesablanmaqla ödənilmişdir. Bildirilir ki, xx.xx.2021-ci il tarixində vətəndaş DSMF-nin Bakı şəhəri üzrə Xətai rayon xidmət nümayəndiliyinə ərizə ilə pensiya kapitalına və təhsil illərinə görə əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar müraciət etmişdir. Müvafiq olaraq xx.xx.2021-ci il tarixində müraciət tərəfimizdən araşdırılmış və xx.xx.2009-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği X2 Sisteminin Pensiya altsistemi proqram təminatında bir daha yoxlanılmış və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2017-ci il vəziyyətinə 45725,31 manat (50%-lə qeydə alınmış məbləğ - 25402.95 x 80%=45725,31) təşkil etmişdir. Qeyd olunmuş kapitala uyğun olaraq xx.xx.2017-ci il tarixindən vətəndaşın pensiyası 45725,31-43814,21=1911,10 manat pensiya kapitalı fərqinə görə yenidən hesablanmış və 1911,10:72=26,54 manat artırılaraq 1641.02 manata (1614,48+26,54) çatdırılmışdır. Əmək pensiyasının məbləği Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq, yenidən hesablanan pensiya məbləği (müraciət edilən tarixdən üç il əvvəlki tarixə ödənilməklə) pensiya kapitalına əsasən: xx.xx.2018 ci il tarixdən - 1734,54 manat; xx.xx.2019 ci il tarixdən - 1786,57 manat; xx.xx.2020 ci il tarixdən - 2083,14 manat; xx.xx.2021 ci il tarixdən - 2320,61 manat hesablanmaqla xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan 1220,28 manat fərq məbləği 01,09.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək aylıq pensiya ödənişlərinin üzərində hər ay 406,76 manat ödənilmişdir. İddiaçı əmək pensiyasının məbləği Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-ci il tarixli Sərəncamına əsasən xx.xx.2022-ci il tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 3,4% indeksləşdirilməklə xx.xx.2022 ci il tarixindən 2399,51 manat düzgün hesablanılmaqla hər ay ödənilir. İddiaçının xx.xx.2022-ci il tarixində keçirilən məhkəmə iclasında hakimə və Mərkəzi Filialın mütəxəssisinə (cavabdeh tərəfinin nümayəndəsi) təqdim etdiyi yazılı suallara cavab olaraq bildiririk ki, vətəndaşın xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirildikdən sonra 2017-ci il vəziyyətinə 32696.04 manat, Qanunun 27.1-ci maddəsinə əsasən 80% artırıldıqda 58852.87 manat təşkil edir. Eyni zamanda İddiaçı cavablandırlmasını tələb etdiyi suallarda qeyd olunmuş əsaslarla əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, Qanunun 27.1 maddəsinə əsasən xx.xx.2017 ci il tarixindək istifadə olunmamış pensiya kapitalı 80% artırılır, hansı ki, İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək pensiya kapitalı ilkin pensiya təyinatı zamanı nəzərə alınmışdır. Beləliklə, iddiaçıya xx.xx.2009-cu ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı işləyən əmək pensiyaçısı olmaqla pensiya təyin olunduğu vaxtdan 6 il işlədikdən sonra əmək pensiyasının yenidən hesablanılmasını tələb etmək hüququ yaranmışdır. İşin hazırkı mübahisələndirilən halları: -xx.xx.2009-cu il tarixədək pensiyanın hesablanması; -xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək toplanmış pensiya kapitalına görə pensiyanın yenidən hesablanması. İddiaçının əmək pensiyasının yenidən hesablanması üçün müraciət etdiyi vaxt qüvvədə olmuş “X4” Qanunun 37.3.1-ci maddəsinə yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2006-cı il tarixli 17 mart tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsinin, yenidən hesablanmasının və ödənilməsinin Müvəqqəti Qaydaları”nın V bölməsinin (Əmək pensiyaların müəyyən edilməsi) 1-ci hissəsində göstərilmişdir ki, yaşa görə əmək pensiyasının təyin olunması zamanı Qanunun 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüquqları (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) nəzərə alınır. Yəni xx.xx.2006-cı il tarixdə onların yaşa görə əmək pensiyaları bu Qanunun 7-ci və 9-cu maddəsinin şərtləri daxilində bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə hesablanır. Sonra bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılaraq hesablanmış əmək pensiyasının ümumi məbləği yaşa görə əmək pensiyasının baza hissəsindən az olduqda baza hissəsinə çatdırılır, çox olduqda isə bu Qanunun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanmış əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxılır və yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Daha sonra Qanun qüvvəyə mindikdən sonra şəxsin fərdi hesabının sığorta və yığım hissəsində toplanan pensiya kapitalı da nəzərə alınmaqla vətəndaşın yaşa görə əmək pensiyasının ümumi məbləği müəyyənləşdirilir. Bu Qanun qüvvəyə mindikdən sonra vətəndaşların fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı “X4” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən Azərbayan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə, yəni məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi həcmində onların fərdi hesabının sığorta hissəsində qeydə alınır. Qanunun 45-ci maddəsinə əsasən həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (T) Azərbayan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən 144 ay müəyyən edilmişdir.

1. Qeyd olunanları nəzərə alınmaqla Qanunun 10-cu maddəsinə əsasən yaşa görə əmək pensiyalarının məbləği aşağıdakı qaydada müəyyən olunur: 1.1 Qanunun 10.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.10-cu bəndinə əsasən xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 25 manat müəyyən olunmuşdur. 1.2 Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T) burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, yəni 144-dür. 1.3 Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği (sığortaolunanın fərdi hesabının yığım hissəsində vəsait olduqda) bütün hallarda Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK - sığorta olunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiaysının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddəi aylarının sayı, yəni 144-dür. 3-cü mərhələdə sığorta olunanın fərdi hesabının yığım hissəsində əmək pensiyası təyin edilən tarixə sosial sığorta vəsaiti olmadığına görə pensiyanın yığım hissəsi “0” məbləğində müəyyənləşdirilir. 1.4 yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH burada: BH - yaşa görə əmək pesiyasının baza hissəsidir; SH - yaşa görə əmək pesiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pesiyasının yığım hissəsidir.

2. Yaşa görə əmək pensiyasının təyin olunması zamanı bu Qanunun qüvvəyə mindiyi tarixədək qüvvədə olmuş qanunvericiliyə əsasən işlədiyi dövrlər üzrə orta aylıq əmək haqqı barədə sənəd təqdim etməyən və bu Qanun qüvvəyə mindikdən sonra fərdi hesabın sığorta hissəsində pensiya kapitalı toplamayan şəxslərin əmək pensiyalarının məbləği Qanunun 27-ci maddəsinə uyğun olaraq yalnız yaşa görə əmək pensiyasının baza hissəsi məbləğində müəyyənləşdirilir və həmin Qanunun 19-cu maddəsində nəzərdə tutulan əlavələri almağa hüququ olan şəxslərin pensiyasının üzərinə həmin əlavələr hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: -17-ci maddəsinə görə yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. -71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. -78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. Göründüyü kimi hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş qanunvericiliyə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş “X4” Qanun qüvvəyə mindiyi tarixə xx.xx.2006-cı il tarixədək olan iş stajı dövrü üzrə son 24 ay (xx.xx.2006-cı il tarixdən fərdi hesabın sığorta hissəsi ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından hesablandığından, son 24 ay məhz ƏPQ-nun qüvvəyə minməsindən əvvəlki 24 ayı, yəni 2004-2005-ci ilin orta aylıq əmək haqqısını ifadə edir) və yaxud xx.xx.2006-cı il tarixədək ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi. Həmin sığorta hissənin üzərinə Qanun qüvvəyə mindikdən sonra fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (144 aya) bölünməklə əldə olunan məbləği əlavə edilməklə əmək pensiyasının sığorta hissəsi müəyyən edilirdi. Həmin dövrdə Qanun qüvvəyə mindiyi tarixə vətəndaş əmək haqqı barədə sənəd təqdim etmədiyi halda və eyni zamanda onun Qanun qüvvəyə mindikdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplamadığı halda isə əmək pensiyasının məbləği Qanunun həmin vaxt qüvvədə olmuş 27-ci maddəsinin redaksiyasına əsasən yaşa görə əmək pensiyasının ümumi məbləği P=BH+SH=YH düsturuna müvafiq olaraq sığorta hissəsi “0”, yığım hissəsinin keçid dövrü üçün “0” və baza hissəsi 25 manat məbləğində müəyyənləşdirilirdi. Daha sonra xx.xx.2009-cu il tarixli Qanunla “X4” Qanunun 27-ci maddəsinə edilmiş dəyişikliyə əsasən müəyyən edildi ki, bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 01 yanvar tarixinə qeydə alınır. xx.xx.2017-ci il tarixdən qüvvədə olan 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27-ci maddənin adında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış” sözləri “Qazanılmış” sözü ilə əvəz edilmişdir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. Hazırkı iş üzrə iddiaçının pensiya işindən görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixdə pesiyaya çıxan zaman sonuncu iş yerindən son 24 ayın, yəni 2004-2005-ci illərin əmək haqqı arayışını təqdim etmişdir. İddiaçının xx.xx.2006-cı il tarixə 39 il 11 ay ümumi iş stajı olmuş, həmin stajdan tələb olunan əmək (sığorta) stajı 25 il, tələb olunandan artıq əmək stajı isə 14 il olmuşdur. İddiaçının “Vətəndaşların pensiya təminatı haqqqında” Qanunun 17-ci maddəsinin tələbinə uyğun olaraq orta əmək haqqının faizi aşağıdakı şəkildə hesablanmışdır: 25 il tələb olunan staja görə 60% + 28% (tələb olunandan artıq əmək stajı 14 il *2% olmaqla) =88%, Qanunun 17-ci maddəsinin tələbinə əsasən yaşa görə hesablanmış pensiyanın məbləği orta əmək haqqının 85 faizindən artıq olmamaqla müddəasına uyğun olaraq iddiaçının əmək pensiyası xx.xx.2006-cı il tarixədək təqdim etdiyi 2004-2005-ci illərin orta aylıq əmək haqqısının 85% məbləğində müəyyən olunmuşdur. Belə ki, pensiya işində olan Azərbaycan Milli Elmlər X1 və Dövlət İqtisad Universitetinin təqdim etdiyi 2004-2005-ci illər üzər əmək haqqı arayışına əsasən iddiaçının 2004-cü il üzrə əmək haqqı 4509,99, 2005-ci il üzrə 5923,43 manat olmaqla orta əmək haqqı 4509,99+5923,43/24 ay=473,50 etmişdir. İddiaçının orta aylıq əmək haqqının- 473,50 manatın 85%-i 402,47 manat təşkil etmişdir. Alınmış orta əmək haqqından həmin vaxt qüvvədə olmuş 27-ci maddənin tələbinə uyğun olaraq 2006-cı il üçün pensiyanın baza hissəsi yəni 25 manat hisssə çıxılaraq 377,47 manat (402,47-25) məbləğ müəyyən edilmişdir. Bundan əlavə iddiaçının 2009-cu ildə pensiyaya çıxdığı nəzərə alındıqda 2006-cı il üçün müəyyən edilmiş həmin 377,47 manat pensiya məbləği pensiya təyin olunduğu 2009-cu il tarixədək illər üzrə ümvafiq qaydada indeksləşdirilərək 576,31 manat (377,47 *8.3% +16%+20.8%) olduğu müəyyən edilmişdir. Bundan əlavə iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək fərdi hesabında toplanmış pensiya kapitalının 50%-nin 2009-cu il vəziyyətinə indeksləşmiş məbləği 7832,16 manat olmuşdur ki, həmin kapital qanunvericiliyin tələbinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 144-ə bölünməklə həmin dövr üçün pensiyanın sığorta hissəsi 54,39 manat (7832,16/144) manat hesablanmışdır. İddiaçıya pensiya təyin olunan vaxt pensiyanın baza hissəsi 75 manat təşkil edirdi. Həmin baza hissəsi yuxarıda qeyd edilən məbləğlərin üzərinə əlavə edilməklə iddiaçıya 705,70 manat (BH=75+SH=576,31+PS=54.39) pensiya hesablanmışdır. İşin qeyd edilən hallarına əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi kimi xx.xx.2006-cı il tarixədək olan dövrün pensiya kapitalının yenidən ƏPQ-nun 27-ci maddəsinin hazırkı dövrdə qüvvədə olan tələbinə uyğun olaraq, yəni ümumi iş stajının hər ilinin 306 manata vurulmaqla hesablanması yolverilməzdir. Əvvəla, qeyd edildiyi kimi iddiaçının xx.xx.2006-cı il tarixədək pensiya kapitalı iddiaçının həmin dövrün qanunvericiliyinə uyğun olaraq təqdim etdiyi 2004-2005-ci illərin orta əmək haqqından hesablanmışdır. İkincisi, Qanunun qüvvədə olan 27.1-ci maddəsi artıq əmək pensiyası təyin olunmuş şəxslərin xx.xx.2006-cı il tarixədək olan dövrün pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınmasını istisna etmişdir. Başqa sözlə, iddiaçı 2009-cu ildə pensiya təyin edilmiş şəxs olduğundan onun xx.xx.2006-cı il tarixədək peniya kapitalının Qanunun qüvvədə olan 27.1-ci maddəsinin 1 və 2-ci cümlələrinin tələbləri əsasında yenidən hesablanması nəzərdə tutulmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, “X4” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanın 2.9-cu bəndinə görə həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2.9-cu bənd ləğv edilmişdir. 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.3-cü bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının həmin Qanunun 26.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şərti çevrilməsini aparılması, 3.4-cü bəndinə əsasən 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının həmin Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş qaydada artırılmasını təmin etməsi, 3.5-ci bəndinə görə işləyən əmək pensiyaçılarına ödənilən əmək pensiyalarının məbləğinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş qaydada yenidən hesablanmasını təmin etməsi tapşırılmışdır. “X4” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.8-ci maddəsinə görə fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır -1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; -1.0.12-ci maddəsinə görə əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; -26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. -26.2-ci maddəsinə görə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. -26.3-cü maddəsinə görə 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi xx.xx.2017-ci il tarixli “X4” Qanuna edilmiş dəyişikliyə qədər xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının 50%-i fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla pensiyanın kapitalının hesablanması aparılırdısa, xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən pensiyanın hesablanması üçün fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 %-i nəzərə alınmaqla qeydə alınmış pensiya kapitalından pensiya məbləği hesablanır. xx.xx.2017-ci ildən qüvvəyə minməklə əlavə edilmiş Qanunun yuxarıda adı çəkilən son redaksiyada 27.1-ci maddəsinə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə pensiya kapitalı 80% artırılmaqla (yəni Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq 90%-ə çatdırılması üçün) 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır bir şərtlə ki, pensiya kapitalı xx.xx.2006-xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış və eyni zamanda əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış, yəni istifadə olunmamış olsun. Qanunun tələbinə görə bu norma sığortaolunanlara və işləyən əmək pensiyaçılarına şamil oluna bilər. Yəni mümkündür ki, xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilə qədər olan dövr ərzində şəxsin pensiya hüququ yaranmış olsun, lakin şəxsə ya pensiya təyin edilməsin (bu zaman pensiya kapitalı istifadə edilməmiş qalır), ya da pensiya təyin edilsin, lakin şəxs həm də işləməkdə davam etsin (bu zaman xx.xx.2017-ci il tarixədək pensiya təyin edilən və işləməyə davam edən şəxslərin pensiya təyin olunduqdan sonra işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı əsas götürülür) Hər iki kateqoriyaya aid şəxslərin fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 80 faiz artırılmaqla xx.xx.2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İddiaçıya pensiya təyin edilənədək yəni xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək yığdığı pensiya kapitalı xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş ƏPQ-nin, eləcə də 377 nömrəli Fərmanın tələbinə uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50%-i nəzərə alınmaqla hesablanmış və həmin kapital əsas götürülməklə xx.xx.2009-cu ildə pensiya təyin edilmiş, bu zaman istifadə etmədiyi pensiya kapitalı mövcud olmamışdır. Qanunun hazırkı 27.1-ci maddəsi isə məhz istifadə olunmamış pensiya kapitalının 80% artırılmasını mümkün saymışdır. Başqa sözlə, iddiaçının xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı ona pensiya təyin edilərkən xx.xx.2009-cu ildə hesablanaraq ödənilmişdir. İddiaçı pensiya sığorta kapitalından istifadə etmişdir. Belə olan halda xx.xx.2009-cu il tarixədək məcburi dövlət sosial sığorta haqlarının 50% hissəsi nəzərə alınmaqla hesablanmış pensiya kapitalı artıq pensiya təyin edilərkən istifadə olunduğundan, yenidən həmin istifadə olunmuş pensiya kapitalının 80 % artırılaraq pensiya məbləğində nəzərə alınması qanunvericiliyin tələbinə ziddir. xx.xx.2009-xx.xx.2017-ci il tarixədək (iddiaçının 06 il işlədikdən sonra pensiyanın yenidən hesablama ilə bağlı müraciət etdiyi xx.xx.2017-ci il tarixə) pensiya kapitalının hesablanma qaydasına gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçının istinad etdiyi pensiyanın yenidən hesablama qaydasından müəyyən olunur ki, iddiaçı xx.xx.2009-xx.xx.2017-ci il tarixədək istifadə olunmamış pensiya kapitalının həcmini ƏPQ-nun 1.0.8-ci maddəsinə əsasən 90% hissədə götürmüş, eyni zamanda həmin kapitalı ƏPQ-nun 27.1-ci maddəsinin 3-cü cümləsinə əsasən 80% artırmaqla cəmi pensiya kapitalına hesablamışdır Halbuki, qeyd edildiyi kimi ƏPQ–nun xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklikdən sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 90 %-i nəzərə alınmaqla pensiya məbləği hesablanır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş qanunla fərdi hesabın sığorta hissəsində məcburi dövlət sosial sığorta haqlarının 50%-i qeydə alınırdı. Həmin pensiya kapitalı istifadə olunmadığı təqdirdə xx.xx.2017-ci il tarixdəki dəyişiklikdən sonra ƏPQ-nun 1.0.8-ci maddəsinin tələbinə əsasən 90%-ə çatdırılması üçün Qanunun 27.1-ci maddəsinin 3-cü cümləsinə əsasən artıq mövcud olan xx.xx.2017-ci il tarixə qeydə alınmış və eyni zamanda istifadə olunmamış 50 % pensiya kapitalının 80% artırılması tələb olunur. Başqa sözlə, 50% kapital yalnız 1 dəfə 80% artırılmaqla 90%-ə çatdırılması mümkündür. İddiaçı isə öz hesablamasında 01 07.2017-ci il tarixədək qeydə alınmış pensiya kapitalınını 1 dəfə 90%-lə götürmüş, daha sonra həmin kapitalı ikinci dəfə 80% artırmaqla eyni məbləğin 2 dəfə süni şəkildə artırılmaqla hesablamışdır. İddiaçının qeyd etdiyi bu növ hesablama metodu qanunun məqsədinə və tələbinə cavab vermir. İddiaçının pensiya təyinatı alt sistemində (PAS) illər üzrə pensiya kapitalı məlumatından görünür ki, 01 iyul 2009-cu il tarixdən növbəti ay üçün, yəni 01 oktyabr 2017-ci il tarixədək pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinin 2022-ci il vəziyyətinə 56023,97 manat təşkil edir. Bu kapitalı iddiaçının 6 il işlədikdə pensiyanın yenidən hesablanma üçün hüququnun yarandığı və ƏPQ-nun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablama üçün müraciət etdiyi (xx.xx.2017-ci il tarixdə 01 oktyabr 2017ci il vəziyyətinə qayıtdıqda 56023,97/6.7% (2021-ci ilin inflayasiya faizi) /2.8% (2020-ci ilin inflayasiya faizi) /2.6% (2019-cu ilin inflayasiya faizi) /3% (2018-ci ilin inflaysiya faizi) /5.7% (2017-ci ilin inflyasiya faizi)=45725,32 manat təşkil etdiyi müəyyən olunur. Beləliklə, 2017-ci il vəziyyətinə iddiaçının xx.xx.2009-cu ildən xx.xx.2017-ci il tarixədək pensiya kapitalı 45725,32 manat təşkil etmişdir. Başqa sözlə, 2017-ci ilə 50%-lə qeydə alınmış pensiya kapitalı 25402,95 manat təşkil etmişdir ki, həmin qeydə alınmış kapiatlı 80% artırdıqda istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilmiş məbləğ, yəni 90%-ə çatdırılmış pensiya kapitalı 45725,31 manat təşkil etmişdir. Pensiya işinin surətindən, eləcə də cavabdehin təqdim etdiyi sorğuya cavabdan müəyəyn olunur ki, iddiaçı xx.xx.2017-ci ildə yenidən hesablama üçün müraciət etdiyi vaxt Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna sığortaolunan haqqında verdiyi məlumata əsasən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildikdən sonra 2017-ci il vəziyyətinə pensiya kapitalı 43814,21 (50% -lə qeydə alınmış məbləğ 24341,23 x 80%=43814,21) manat olmuş, xx.xx.2017-ci il tarixindən etibarən həmin kapital 72 aya bölünməklə 608,53 manat müəyyən edilmiş+1005,94 kapitalla toplanaraq ona 1614,48 manat pensiya hesablanmış, sonrakı illərin indeksasiya faizinə uyğun olaraq xx.xx.2018-ci il tarixindən 1706,12 manat, xx.xx.2019-cu il tarixindən 1757,30 manat, xx.xx.2020-ci il tarixindən 2049,02 manat, xx.xx.2021-ci il tarixindən 2282,60 manat hesablanmaqla ödənilmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2021-ci il tarixində pensiya kapitalına və təhsil illərinə görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı yenidən müraciət etdikdə artıq X2 Sisteminin Pensiya altsistemi proqram təminatında xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği yuxarıda qeyd edildiyi kimi 2017-ci il vəziyyətinə 45725,31 manat təşkil etdiyi müəyyən olunmuşdur. Həmin kapitala uyğun olaraq qeyd edilən 45725,31-43814,21=1911,10 manat pensiya kapitalı fərqi gözlənilən pensiya ödənişi müddətinin sayına 72-yə bölünərək 26,54 manat artıq sığorta hissəsi hesablanmış və həmin məbləğ mövcud 1614,48 manat pensiya məbləğinin üzərinə əlavə edilməklə ümumi məbləğ 1641.02 manata çatdırılmışdır. Daha sonra pensiyanın məbləği Qanunun 32.1-1-ci maddəsinə əsasən əvvəlki 3 il üçün yenidən hesablama aparılaraq illik indeksləşmə faizlərinə uyğun olaraq xx.xx.2018 ci il tarixdən -1734,54 manat, xx.xx.2019 ci il tarixdən -1786,57 manat, xx.xx.2020-ci il tarixdən - 2083,14 manat, xx.xx.2021-ci il tarixdən - 2320,61 manat hesablanmış və nəticədə xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək yaranmış 1220,28 manat fərq məbləği hər ay 406,76 manat olmaqla iddiaçının xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək aylıq pensiya ödənişlərinə əlavə edilmişdir. Digər tərəfdən iddiaçı e-sosial-dan arayış təqdim edərək cavabdehin onun pensiya kapitalını düzgün hesablamadığını, onun xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək toplanmış pensiya kapitalının sosial arayışda olduğu kimi nəzərə alınmaqla bölünərək ona verilməsini mübahisələndirmişdir. Beləliklə, müəyyən edilməli olan digər bir hal iddiaçının təqdim etdiyi sosial arayışda öz əksini tapmış ödənilmiş məcburi dövlət sosial sığorta haqqı məbləğinə uyğun pensiya kapitalının cavabdehin rəhbər tutduğu pensiya təyinatı alt sistemindəki qeydə alınmış kapitalın məbləği ilə uyğunluq təşkil edirmi. İlk növbədə qeyd edilməlidir ki, sosial arayışda qeyd olunan 99.092,05 manat kapital xx.xx.2006-xx.xx.2021-ci illəri əhatə edir. İddiaçıya 2009-cu ildə pensiya təyin olunub və onun işləyən əmək pensiyaçısı kimi növbəti 6 ili 2017-ci ildə tamam olub. Deməli, 2006-2009-cu illər artıq istifadə olunduğundan həmin dövr üzrə kapital, eləcə də 2017-2021-ci illər üzrə kapital nəzərə alına bilməz. Bundan əlavə məhkəmə iddiaçı tərəfindən təqdim edilən arayışı və PAS-dan təqdim edilmiş pensiya kapitalı barədə məlumatı yoxladıqda müəyyən edir ki, təqdim olunan arayışda illik gəlirdən 25% məcburi dövlət sosial sığorta haqqı hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı 100% məbləğində göstərilmişdir. Halbuki, pensiya kapitalı ƏPQ-nun 1.0.8-ci maddəsinin tələbinə uyğun olaraq gəlirdən 25% çıxıldıqdan sonra həmin məbləğin 100%-i həcmində deyil, 90%-i həcmində fərdi hesabın sığorta hissəsində kapital olaraq qeydə alınır. Qalan 10%-i digər xərclərə sərf olunur. Üstəlik kapital ödənilərkən xx.xx.2009-xx.xx.2017-ci ilədək olan kapitalın 2022-ci il vəziyyətinə deyil, 2022-ci ildən geriyə 2017-ci il tarixə qədər iflyasiya faizləri nəzərə alınmaqla 2017-ci il vəziyyətinə uyğun hesablanaraq ödənilməlidir. Qeyd edilənləri nəzərə aldıqda müəyyən olunur ki, iddiaçının təqdim etdiyi sosial arayışda hər il üzrə ödənilmiş kapital MDSS-nin 100%-i həcmində göstərilmiş, cavabdehin pensiya kapitalını hesablayarkən əsas götürdüyü PAS-dan çıxarışda isə qeydə alınmış pensiya kapitalının MDSS-nin 90%-i həcmində əks etdirilmişdir. Bunun əyani sübutu kimi təqdim olunmuş şərti olaraq sosial arayışda əks olunan 2014-cü il üçün kapitalı götürək. Belə ki, sosial arayışda 2014-cü il üçün illik gəlir 20.989.35AZN, hesablanmış MDSS 4898,79 AZN (20.989.35*25%), ödənilmiş MDSS 4898,79 AZN göstərilmişdir. Yəni sosial arayışda 2014-cü il üçün pensiya kapitalı ödənilmiş MDSS –nin tam məbləğində, yəni 100%-lə 4898,79 AZN məbləğdə olduğu görünür. 4898,79 manat 2014cü il vəziyyətinə olan ödənilmiş MDSS-dir. PAS məlumatlarında yəni pensiya təyinatı üçün cavabdehin rəhbər tutduğu avtomatlaşdırılmış şəkildə təqdim edilən pensiya kapitalı məlumatlarında 2014-cü il üçün pensiya kapitalı isə ödənilmiş MDSS-in 90%-i 6403,09 manat olmaqla qeyd olunmuşdur. PAS-dakı məlumata əsasən 6403,09 manat 90%-lədirsə, onun 100%-lə məbləği 7114,54 manat təşkil etdiyi müəyyən olunur. Qeyd edilməlidir ki, PAS-da qeyd edilən 7114,54 manat məbləğ 2022-ci il vəziyyətinə indeksasiya olunmuş məbləğdir. 100%-lə olan 7114,54 manat məbləği 2014-cü il vəziyyətinə qaytarsaq, yəni 7114,54 /6.7% (2021-ci ilin inflayasiya faizi)/ 2.8% (2020-ci ilin inflayasiya faizi), /2.6% (2019-cu ilin inflayasiya faizi) /3% (2018-ci ilin inflayasiya faizi) /5.7 % 2017-ci ilin inflayasiya faizi)/12.4% (2016-cı ilin inflayasiya faizi) /4% (2015-ci ilin inflaysiya faizi), /1,4%(2014-cü il inflayasiya faizi) böldükdə nəticədə 2014-cü il üçün 4898,82 manat məbləğ əldə olunur. Beləliklə, müəyyən olunur ki, PAS-da 2014-cü il üzrə qeyd edilən 6403,09 manat 2014-cü il üçün ödənilmiş 4898,82 manat MDSS-nin 100% həcmi, eyni zamanda 2022-ci il tarixə indeksləşmiş vəziyyətidir. Və yaxud əksinə sosial arayışda 2014-cü il üçün göstərilən 4898,82 manat məbləğ 2014-cü il üçün PAS-da göstərilən 6403,09 manat kapitalın 100% həcmi olmaqla 2014-cü il vəziyyətinə olan məbləğidir. Beləliklə, iddiaçının təqdim etdiyi sosial arayışdakı məbləğlə pensiya alt sistemində qeyd olunan məbləğ arasında uyğunsuzluq yoxdur. Cavabdeh düzgün olaraq PAS-da təqdim edilmiş 2022-ci il vəziyyətinə qeydə alınmış pensiya kapitalını 2017-ci il vəziyyətinə infllyasiya faizlərinə uyğun 90%-lə hesablamaqla düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, cavabdehin iddiaçının tələb etdiyi qaydada pensiyasının yenidən hesablanmasından imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar