Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5435/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsinə mülkiyyət hüququı qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd edilir ki, iddiaçının nümayəndəsi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, “Toxucu” X2 Ümumi yığıncağının xx xxx 1989-cu il tarixli qərarı (4 №-li protokol) ilə bağ evi və təsərrüfat tikililəri tikmək üçün ona ayrılmış Bakı şəhəri, Xəzər (əvvəlki Əzizbəyov) rayonu, Zirə qəsəbəsində yerləşən 531 kv.m ölçüdə (21 m x 25.3 m) olan 38 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşmmaz əmakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş və bütün zəruri sənədləri təqdim etmişdir. Sözügedən bağ torpaq sahəsi 1989-cu ildən etibarən hazırkı dövrədək iddiaçının faktiki istifadəsindədir, həmin torpağın üzərində bağ evi inşa edilmişdir. Cavabdeh məsələnin həllindən xx xxxxxxx 2019-cu il tarixli məktubla imtina etmişdir. Məktubda bildirilmişdir ki, arxiv məlumatlarına əsasən İddiaçı adına 8 saylı bağ mövcuddur, lakin həmin bağ sahəsi digər fiziki şəxsin adına qeydiyyata alınmışdır, təqdim edilmiş sənədlər toplusunda qeyd olunan 38 saylı bağ sahəsi isə arxiv siyahısında digər şəxsin adma qeyd olunmuşdur və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göstərilən sahənin bir hissəsi digər şəxsin müraciəti ilə üst-üstə düşdüyündən notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin imtina məktubunda qeyd edilənlərin qeyri-müəyyən olması səbəbindən Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu tərəfindən cavabdehə vəkil sorğusu ünvanlanaraq, mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,0531 ha ölçüdə 38 saylı bağ torpaq sahəsi üzərində hər hansı şəxsin mülkiyyət hüququnun qeydə alınıb-alınmamasın aydınlaşdırılması tələb olunmuşdur. Sorğuya cavab olaraq əvvəlkindən fərqli məzmunda qeyd olunmuşdur ki, mübahisəli “Toxucu” BYB nəzdində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,0531 ha ölçüdə olan 38 saylı bağ torpaq sahəsinin daşınmaz əmlakın dövət reyestrində qeydə alınmasına dair məlumat aşkar olunmamşdır. Arxiv qovluğunda mövcud olan “Toxucu” BYB-nın xx xxx 1989-cu il tarixli, 4 nömrəli protokoluna əlavə edilmiş Zirə qəsəbəsində bağ torpaq sahəsi ayrılmış üzvlərin siyahısında İddiaçı adına 8 nömrəli bağ sahəsi, 38 nömrəli bağ sahəsi isə digər şəxsin (X1) adına göstərilmişdir. Cavabdehin iki cavab məktubu fərqli olduğundan, həmçinin imtinanın əsası kimi göstərilən hallar mülkiyyət hüququndan imtina üçün qanuni əsas vermədiyindən, iddiaçı xx xxxx 2020-ci il tarixli ərizə və əlavə olunmuş mübahisəli torpaq sahəsinə aid bütöv sənədlərlə birlikdə cavabdehə yenidən müraciət edərək, imtinanın qanunsuz və əsassız olduğunu, onun (iddiaçının) adına Zirə qəsəbəsində qeyd olunan ünvanda və ölçüdə 38 saylı bağ sahəsinin verilməsinə dair “Toxucu” BYB-nin Ümumi yığıncağının xx xxx 1989-cu il tarixli qərarının (4 nömrəli protokoldan çıxarış) olduğunu, iddiaçının “Toxucu” BYB-nin üzvlüyünü təsdiq edən “Bağçının üzvlük kitabçasf’nm olduğunu bildirərək, torpaq sahəsi üzərində hüququnun qeydiyyatını tələb etmişdir. Cavabdehin iddiaçının etibarnaməli nümayəndəsinə ünvanladığı xx xxx 2020-ci il tarixl məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən 38 saylı bağ sahəsi üzərində hüququn qeydiyyata alınması ilə bağlı iddiaçıya xx xxxxxxx 2019-cu il tarixli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Cavabdeh orqanın xx xxx 2020-ci il tarixli cavab məktubu Bakıda tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq xx xxxx 2020-ci il tarixdə iddiaçının etibarnaməli nümayəndəsinə imza etdirilməldə təqdim edilmişdir. Cavabdehin iddiaçının 1989-cu ildən faktiki və qanuni istifadəsində olan mübahisəli Bakı şəhəri, Zirə bağ massivi ünvanında yerləşən 38 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatından imtinası qanunsuz və əsassızdır, iddiaçının hüququ cavabdeh tərəfindən pozulduğundan aşağıdakı hüquqi əsaslara və sübutlara əsasən iddia tələbi təmin edilməli, iddiaçının bağ torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Bakı ŞİH Aparatının İdarə arxivinin x xxxxxx 2005-ci il tarixli 36/1125 nömrəli arxiv arayışında qeyd olunur ki, Bakı Şəhər XDS İK-nın arxiv sənədlərindəki x xxxxxx 1987-ci il tarixli 17/310 nömrəli “Kollektiv bağ sahələrinin proyektləşdirilməsi üçün torpaq sahələrinin ayrılması barədə” qərarına əsasən Bakı şəhəri, Zirə qəsəbəsində yoldaşlıq bağçılığı yaratmaq üçün Toxuculuq fabrikinə torpaq sahələri ayrılsın. “Toxucu” BYB-nin yığıncağının 4 nömrəli protokolundan çıxarışdan görünür ki, “Toxucu” BYB-nin 84 nəfər üzvünün iştirakı ilə keçirilən xx xxx 1989-cu il tarixi yığıncağın qərarı ilə 1-dən 84-dək püşkatma yolu ilə 0,0531 ha ölçüdə bağ torpaq sahəsinin sahiblərinin siyahısı protokola əlavə olunur və 38 nömrəli bağ sahəsi hazırkı iddiaçıya (İddiaçı) ayrılmışdır. “Toxucu” BYB-nin xx xxxx 2005-ci il tarixli 19 nömrəli arayışında qeyd olunur ki, Bakı şəhəri XDS İK-nin qərarını əsas tutaraq № 17/310 x xxxxxx 1987-ci il tarixdən Bakı şəhəri, Əzizbəyov rayonu, Zirə qəsəbəsinin ərazisində “Toxucu” BYB-yə bağ sahəsi ayrılmışdır. “Toxucu” BYB-nin protokol № 4, xx xxx 1989-cu il tarixli qərarını əsas tutaraq gələcəkdə istifadə etmək üçün İddiaçı ayrılan bağ torpaq sahəsi № 38, 5,31 sot, 21 x 25,3 kv.m, bağ evi və təsərrüfat tikintiləri üçündür. “Toxucu” BYB-nin xx xxxxxx 2005-ci il tarixli 09 №-li arayışında qeyd olunur ki, iddiaçının müraciəti ilə bağlı arxiv məlumatlarına əsasən müəyyən edilir ki, Bakı Şəhər XDS İK-nın “Bakı şəhəri Zirə qəsəbəsində kollektiv bağçılığın proyektləşməsi üçün torpaq sahələrinin ayrılmasına dair” x xxxxxx 1987-ci il tarixli 17/310 №-li qərarına əsasən “Toxucu” BYB-nin yığıncağının xx xxx 1989-cu il tarixli Qərarı ilə (4 №-li protokol) İddiaçı bağ evi və təsərrüfat tikintiləri tikmək üçün Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 5,31 sot (21 m x 25.3 m) ölçüdə 38 №-li bağ torpaq sahəsi ayrılmışdır. “Bağçının üzvlük kitabçası’nın əslindən görünür ki, İddiaçı (Lyuba kimi qeyd olunubdur) Vladimirovna “Toxucu” BYB-nin Bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir və ona üzvlük kitabçası verilmişdir. İddiaçı 1989-cu ildən onun qanuni və faktiki istifadəsində olan, üzərində bağ evi inşa edilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,0531 ha (21 m x 25.3 m) ölçüdə olan 38 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi tələbində haqlıdır. İşin mübahisəsiz halından görünür ki, Bakı Şəhər XDS İK İcraiyyə Komitəsinin “Kollektiv bağların layihələndirilməsi üçün torpaq sahələrinin ayrılması barədə” xx xxxxxx 1987-ci il tarixli, 17/310 №-li qərarına əsasən kollektiv bağçılığın təşkili və inkişaf etdirilməsi məqsədilə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Toxucu Fabrikinin yoldaşlıq üzvlərinə bağ torpaq sahəsinin ayrılması və s. qərara alınmışdır. Bakı Şəhər XDS İK-nin həmin qərarı əsasında “Toxucu” BYB-yə ayrılmış torpaq sahələrindən Birliyin üzvlərinə bağ evlərinin və təsərrüfat tikililərinin tikilməsi üçün xx xxx 1989-cu il tarixdə keçirilmiş “Toxucu” BYB Yığıncağının qərarına (4 №-li protokoldan çıxarış) əsasən Birliyin üzvü kimi iddiaçıya Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 5,31 sot (21 m x 25.3 m) ölçüdə 38 №-li bağ torpaq sahəsi ayrılmışdır. Elə həmin vaxtdan iddiaçı qeyd olunan 38 nömrəli bağ sahəsində təsərrüfat aparmış, bağ evi tikmişdir və əmlak hazırki dövrə kimi onun sahibliyi və istifadəsindədir. Cavabdeh iddiaçının qeyd olunan 38 nömrəli bağ sahəsinə mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan ona görə imtina etmişdir ki, cavabdeh orqanda olan arxiv qovluğunda “Toxucu” BYB-nin Yığıncağının xx xxx 1989-cu il tarixli 4 nömrəli protokoluna əlavə edilmiş Zirə qəsəbəsində bağ torpaq sahəsi ayrılmış üzvlərin siyahısında İddiaçı Vladmirovnanın adına 8 nömrəli bağ sahəsi göstərilmişdir. Cavabdeh inzibati orqan bu əsasa görə hüququn qeydiyyatından imtina etməkdə haqlı olmamışdır. Belə ki, bağçılıq birliyinin üzvünə torpaq sahəsinin ayrılmasını təsdiq edən hüquqmüəyənedici sənəd siyahı deyil, “Toxucu” BYB-nin Yığıncağının qərarıdır. Yığıncağın xx xxx 1989-cu il tarixli qərarından, həmçinin iddia ərizəsinə əsli əlavə edilmiş “Bağçının üzvlük kitabçası’ndan müəyyən olunur ki, Bakı şəhəri, Zirə qəsəbəsinin ərazisində Bağçılıq Birliyi bağ sahəsi: 5,31 sot, 21 x 25 m. olan 38 №-li bağ sahəsi Bakı Şəhər XDS İK-nın qərarını əsas tutaraq № 17/310, xx xxxxxx 1987-ci il tarixdə qeydə alınmış qərarına əsasən Lyubov Məliovanın daimi istifadəsinə verilmişdir. Qanunvericilikdə protokola əlavə olunan siyahı hüquqların əmələ gəlməsi üçün əsas hesab olunmur və ümumiyyətlə siyahı barədə qeyd olunmur, bundan başqa siyahıda qeyd olunanlarla kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin yığıncağının iclas protokolunda qeyd olunanlar arasında uyğunsuzuq yarandıqda, sözsüz ki, hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunan kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas götürülməlidir. Bir məsələ də qeyd olunmalıdır ki, protokol əlavə olunan siyahıda İddiaçı bağ sahəsinin nömrəsi ilə deyil, siyahıda üzvlərin sıra nömrəsində 8-ci sırada qeyd olunmuşdur. Bu nömrə bağ sahəsinn nömrəsi demək deyil, sadəcə üzvlərin sıra nömrəsidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, «Daşmmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 15-ci maddəsinə, «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə, İPM-in 2.2.3, 68ci maddələrinə və digər normativ hüquqi aktların tələblərinə əsaslanaraq, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,0531 ha ölçüdə olan 38 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmakın dövlət reyestrində qeydə alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulmsı barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli məktubunda iddia ilə bağlı məktubunda aşağıdakılar bildirilmişdir: - İddiaçı iddiası etirazla qarşılanır. Sözügedən məsələ ilə bağlı İdarəyə daxil olmuş müraciətlə əlaqədar araşdırma zamanı məlum olmuşdur ki, arxiv qovluğunda mövcud olan ’’Toxucu” BYB-nin yığıncağının xx xxx 1989-cu il tarixli 4 nömrəli protokoluna əlavə edilmiş Zirə qəsəbəsində bağ sahəsi ayrılmış üzvlərin siyahısında İddiaçı adına 8 nömrəli bağ sahəsi qeyd edilmişdir, lakin həmin bağ sahəsi digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. Həmçinin təqdim edilimiş sənədlər toplusunda qeyd olunan 38 saylı bağ sahəsi isə arxiv siyahısında digər şəxsin (X1) adına qeyd olunmuşdur. 38 saylı bağ sahəsinin qonşuluğunda yerləşən 39 saylı bağ sahəsi ilə bağlı iki müxtəlif fiziki şəxsin müraciəti daxil olmuş və həmin şəxslər tərəfindən 39 saylı bağın ərazisi kimi göstərilmiş bir hissəsi hazırkı iddiaçı tərəfindən göstərilən sahə ilə üst-üstə düşür. Bu səbəbdən də ərizənin icrası tərəfimizdən mümkün olmamış, bu barədə vətəndaşa **********42 və **********81 saylı məktublar ünvanlanmışdır ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 9, 11.1, 23-cü maddələrinə, İPM-in 48.2-ci maddəsinə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianı müdafiə etdi. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin x xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Bakı Şəhər XDS İK-nın “Kollektiv bağların layihələndirilməsi üçün torpaq sahələrinin ayrılması barədə” x xxxxxx 1987-ci il tarixli, 17/310 №-li qərarı ilə kollektiv bağçılığın təşkili və inkişaf etdirilməsi məqsədilə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Toxucu Fabrikinin yoldaşlıq üzvlərinə bağ torpaq sahəsinin ayrılması qərara alınmışdır. “Toxucu” BYB yəğıncağının xx xxx 1989-cu il tarixdə keçirilmiş iclasının qərarına (4 №-li protokoldan çıxarış) əsasən Birliyin üzvü kimi hazırkı İddiaçı Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 0,0531 ha (21 m x 25.3 m) ölçüdə 38 nömrəli bağ sahəsi ayrılmışdır. Ona verilmiş bağçılığın üzvlük biletində də həmin 38 nömrəli bağ sahəsinin ayrılması əks olunmuşdur. İddiaçı sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmi, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılır ki, arxiv sənədlərinə əsasən iddiaçının adına 8 saylı bağ sahəsinin ayrılması müəyyən edilmişdir və həmin ərazidəki 38 nömrəlii bağla bağlı digər şəxsin ərizəsi İdarəyə daxil olmuşdur. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» ARı Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarına əlavə edilmiş “Toxucu” BYB-yə Bakı şəhəri, Zirə qəsəbəsində ərazisində ayrılmış bağ sahələri sahiblərinin siyahısında hazırkı İddiaçı adının qarşısında “8” rəqəminin yazılması birmənalı şəkildə ona məhz həmin nömrəli bağ sahəsinin ayrılmasını əks etdirən göstərici kimi qiymətləndirilə bilməz. Bu məsələ üzrə məhkəmə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin mövqeyi ilə razılaşmır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının ona Zirə qəsəbəsindəki 38 saylı bağ sahəsinin ayrılması barədə təqdim etdiyi protokoldan çıxarış və üzvlük bileti, həmin sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən, mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə olan halda İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən ümumi sahəsi 531 kv.m torpaq sahəsi olan 38 saylı bağ sahəsinin qanuni istifadəçisi kimi «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən həmin bağın yerləşdiyi 531 kv.m torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Torpaq sahəsinin onun qanuni istifadəsinə verilməsi isə, BYB-nin üzvlük bileti və xx xxx 1989-cu il tarixli iclas protokolundan çıxarışla təsdiq olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtina üçün gətirdiyi digər dəlillə bağlı isə məhkəmə qeyd edir ki, müvafiq torpaq shaəsi ilə bağlı hər hansı şəxsin qeydiyyat orqanına ərizə verməsi (nə qədər ki, həmin şəxsin hüququ qeydiyyata alınmamışdır) iddiaçının həmin bağ sahəsinə hüquqlarının qeydiyyatından imtina və ya qeydiyyatın dayandırılmasına əsas kimi çıxış edə bilməz. Bu səbəbdən cavabdehin imtina üçün dəlili əsaslı deyil. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının Bakı şəhəri, Zirə qəsəbəsindəki 38 saylı bağın yerləşdiyi 0,0531 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından cavabdeh tərəfindən imtina olunması qanuna ziddir və həmin imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı “Toxucu” RYB tərəfindən ona ayrılmış Bakı şəhəri, Zirə qəsəbəsindəki 38 saylı bağın yerləşdiyi 0,0531 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “Toxucu” RYB tərəfindən ona ayrılmış Bakı şəhəri, Zirə qəsəbəsindəki 38 saylı bağın yerləşdiyi 0,0531 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5435/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5435/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver