Məhkəmə qərarları › İş №2-1(112)-5438/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5438/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5438/2024 11.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "əmrin ləğvi, rütbənin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək polkovnik-leytenant hərbi rütbəsinin əsassız olaraq bir pillə aşağı endirilərək mayor rütbəsinə endirilməsi haqqında əmrin ləğv edilməsi və polkovnik-leytenant hərbi rütbəsinin bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında'’ Azərbaycan Respublikasının Qanunun həqiqi hərbi xidmətdən ehtiyata buraxılma haqqında N1.0.9-cu maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan və sağlamlıq vəziyyətinə görə dinc dövrdə və ya müharibə dövründə hərbi xidmətə məhdud yararlı olan hərbi qulluqçular: zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər həqiqi hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmaq hüququ vardır. Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinə əsasən hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. İddiaçı kadr zabit heyətinə aid olmaqla 10 ildən artıq müddətdir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçmiş, hazırda hüququndan istifadə edərək hərbi xidmətdən ehtiyata buraxılmaq niyyətindədir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində Kəşfiyyat bölmə rəisi vəzifəsində xidmət keçir. İddiaçı Komanda üzrə raportla hərbi hissə komandirinə xx.xx.2023-cü il tarixdə 10002 nömrəli qeydiyyatla müraciət etməsinə, Müdafiə nazirinə, Müdafiə Nazirliyinin Hüquq İdarəsinə, Kadrlar İdarəsinə, 218, N və N saylı hərbi hissələrin komandirinə müraciət etməsinə baxmayaraq sənədlərinin müəyyən edilmiş qaydada Müdafiə Nazirliyinə təqdim edilmədiyi, ona qarşı 218, N və N saylı hərbi hissələrin komandalığı tərəfindən qərəzçiliyə yol verildiyini bildirmişdir. İddiaçı 20 ildir ki, döyüş şəraitində olan hərbi hissələrdə xidmət keçdiyini, NN günlük Vətən Müharibəsində iştirak etdiyini, Ali Baş Komandan tərəfindən “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunduğunu bildirir. O, qeyd edir ki, bir müddət əvvəl münasibətdə olduğu X11 münasibətinin pozulduğu halda bir çox orqanlara onun barəsində əsassız şikayət etmiş, bu barədə Zaqatala Hərbi prokurorluğunda araşdırma aparılaraq əsassız şikayət olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Lakin N nömrəli hərbi hissəsinin komandiri ona qarşı qərəzli mövqe nümayiş etdirməklə xx.xx.2023-cü il tarixdə onun barəsində şərəf məhkəməsi keçrilməsinə göstəriş vermiş, şərəf məhkəməsi keçrilən zaman onun rütbəsinin bir pillə aşağı salınması barədə qərar qəbul edilmiş və təqdimatı yuxarı komandanlığa göndərilmişdir. İddiaçı qeyd edir ki, o, Komanda üzrə raportla hərbi hissə komandirimə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, həmin tarixli müraciəti nəzərə alınmadan təqdimatı göndərilməyərək hüquqları pozulmuşdur. Lakin sonradan qərəzli şəkildə xx.xx.2023-cü il tarixdə onun barəsində şərəf məhkəməsi keçrilməklə təqdimatı tez bir zamanda yuxarı komandanlığa göndərilmişdir. Belə olan halda necə ola bilər ki, xx.xx.2023-cü il tarixdə ehtiyata buraxılmağı barədə birinci müraciəti nəzərə alınmır, ancaq xx.xx.2023-cü il tarixdə qərəzli şəkildə onun barəsində şərəf məhkəməsi keçirilməklə təqdimatı tez bir zamanda yuxarı komandanlığa göndərilir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə qərəzli şəkildə onun barəsində şərəf məhkəməsi keçrilməklə təqdimatının tez bir zamanda yuxarı komandanlığa göndərilməsini əsassız hesab edərək xx.xx.2023-cü il tarixdə ehtiyata buraxılmağı barədə birinci müraciətinin nəzərə alınmasını qanuna müvafiq hesab edir. İddiaçı bildirir ki, qanunla müəyyən edilmiş hərbi xidmətdən ehtiyata buraxılmaq hüququndan istifadə etmək istəyir, lakin hərbi hissə və digər yuxarı rəislərin qərəzli mövqeyi və hərəkətsizliyi ilə üzləşir. xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə “Ehtiyata buraxılmağım haqqında hərbi hissə komandirinə müraciət etdiyi xx.xx.2023-cü il tarixə tutduğu mövcud vəzifədən, hərbi rütbə və 1-ci məharət dərəcəsi saxlanılmaqla həqiqi hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmağı üçün N saylı hərbi hissə tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq əsaslandırılmış təqdimatın komanda üzrə təqdim edilməsi və həmin təqdimat əsasında onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun N1.0.9.-cu maddəsinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmaq vəzifəsini və məhkəmə icraatı müddətində xx.xx.2023-cü il tarixdə qərəzli şəkildə barəsində şərəf məhkəməsi keçrilməklə təqdimatının yuxarı komandanığa göndərilməsi barədə icraatın dayandırılmasını Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzrəinə öhdəlik qoyulması barədə” müraciət etmişdir. Məhkəmə icraatı vaxtı Müdafiə Nazirliyinə müraciət etmiş, ona məhkəməyə müraciət etdiyi üçün bütün icraatın dayandırıldığı bildirilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsində icraat getməsinə baxmayaraq ona qarşı cavabdeh tərəfindən növbəti qərəzli mövqe nümayiş etdirilərək, polkovnik-leytenant hərbi rütbəsi əsassız olaraq bir pillə aşağı endirilərək mayor rütbəsinə endirilmişdir. Hansı ki, xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə “Ehtiyata buraxılmağı haqqında hərbi hissə komandirinə müraciət etdiyi xx.xx.2023-cü il tarixə tutduğu mövcud vəzifədən, hərbi rütbəsi və 1-ci məharət dərəcəsinin saxlanılmaqla həqiqi hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmağı barədə məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə “Ehtiyata buraxılmağım haqqında hərbi hissə komandirinə müraciət etdiyi xx.xx.2023-cü il tarixə tutduğu mövcud vəzifədən, hərbi rütbə və 1-ci məharət dərəcəsi saxlanılmaqla həqiqi hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmağı barədə məhkəməyə müraciət etməsinin nəzərə alınmaqla Müdafiə Nazirliyində onun barəsində bütün inzibati icraat dayandırılmadığı üçün polkovnik-leytenant hərbi rütbəsi əsassız olaraq bir pillə aşağı endirilərək mayor rütbəsinə endirilməsi haqqında əmr ləğv edilməli və polkovnik- leytenant hərbi rütbəsi bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) N5.N-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in N7-ci və N9-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim edilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı cavabdeh Azərvaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi və əvvəlki rütbəsinin bərpa olunması tələbinə dair iddia tələbi əsassız olduğundan aşağıdakı səbəbdən təmin edilə bilməz. Belə ki, inzibati işin tam və hərətəfli araşdırılması, həmçinin, məhkəmənin sərəncamının icrasını təmin etmək məqsədi ilə cavabdeh tərəfindən müvafiq sorğular verilmişdir. Şəxsi Heyət Baş idarəsinin 21 mart 202N-cü il tarixli 1N/1N10 nömrəli müşayiət məktubu ilə iddiaçının “mayor” hərbi rütbəsinədək bir pillə aşağı salınması barədə əmr və əmrin verilməsinə əsas olmuş sənədlər təqdim edilmişdir. Belə ki, Müdafiə nazirinin 23 dekabr 2023-cü il tarixli müvafiq əmri ilə polkovnik- leytenant İddiaçı rütbəsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə uyğun olarq “mayor” hərbi rütbəsinədək bir pillə aşağı salınmışdır. Zaqatala Hərbi Prokurorluğunun təqdimatında qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin kəşfiyyat bölmə rəisi vəzifəsində polkovnik-leytenant hərbi rütbəsində xidmət edən İddiaçı 2022-ci ilin may ayında Mingəçevir şəhərində tanış olduğu X11 ilə bir müddət qeyri rəsmi ər-arvad münasibətlərində olmuşlar, daha sonra aralarındakı münasibət korlandığı üçün mütəmadi olaraq aralarında baş vermiş mübahisə zamanı polkovnikleytenant İddiaçı “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Gülnar Əkbərovanın ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan başqa polkovnik-leytenant Ə.Y.X9 ilə yaxın münasibətlərdə olduğu müddətdə sonuncuya hərbi xidmətlə bağlı konfidensial hesab edilən məlumatlar göndərmişdir. Qeyd edilən xüsusatlarla bağlı N nömrəli hərbi hissənin hərbi qulluqçusu, polkovnik-leytenant İddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan əlavə N nömrəli hərbi hissədə xx.xx.2023-cü il tarixdə polkovnik-leytenant İddiaçı barəsində şərəf məhkəməsi keçirilmiş, xidməti vəzifələrini yerinə yetirərkən davranışlarına nəzarət etməyərək ictimai asayiş normalarına, əxlaqı pozan və xidməti vəzifələrini yerinə yetirməyə mane olan ordu qaydalarına zidd hərəkətlərlə digər hərbi hərbi qulluqçulara pis nümunə olmasını məxfiçilik rejminə əməl etməyərək hərbi sirrin yayılmasını, qoşunların hazırkı vəziyyətinin aşkar şəkildə müzakirə etməsini, kəşfiyyat məlumatlarının yayılmasını, xidməti vəzifələrinə məsuliyyətlə yanaşmadığını nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə uyğun olarq hərbi “rütbəsinin bir pillə aşağı salınması” barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Bununla da yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçı polkovnik-leytenant İddiaçı hərbi rütbəsinin bir pillə aşağı salınması əsaslı və qanunamüvafiq olmuş və heç bir pozuntuya yol verilməmişdir. Bununla da yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçı polkovnik-leytenant İddiaçı hərbi rütbəsinin bir pillə aşağı salınması əsaslı və qanunamüvafiq olmuş və heç bir pozuntuya yol verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Müdafiə nazirinin 23 dekabr 2023-cü il tarixli, 0172rt nömrəli şəxsi heyət üzrə əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə müvafiq olaraq, N nömrəli hərbi hissənin Kəşfiyyat rəisi - Kəşfiyyat bölməsinin rəisi polkovnik-leytenant İddiaçı rütbəsi “Mayor” hərbi rütbəsinədək bir pillə aşağı salınmışdır. Əsas: N nömrəli hərbi hissənin baş zabitlərinin şərəf məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 1 nömrəli qərarından çıxarış. -N nömrəli hərbi hissənin komandirinin iddiaçının hərbi rütbəsinin bir pillə aşağı salınması barədə 981 nömrəli, 07 oktyabr 2023-cü il tarixli təqdimatı aşağıdakı qaydada əsaslandırılmışdır: “”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə (baş zabitlərin şərəf məhkəməsinin vəsatəti əsasında) müvafiq olaraq, hərbi rütbəsinin bir pillə aşağı salınması üçün təqdim olunur. -Zaqatala Hərbi Prokurorluğu tərəfindən N №li hərbi hissənin komandirinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-3/220/2-003198/23 nömrəli “qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair” Təqdimatda bildirilmişdir ki, həmin material N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik-leytenant İddiaçı yaxın münasibətdə olduğu vətəndaş X8 ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı sonuncunun Zaqatala Hərbi Prokurorluğuna ünvanladığı 06 iyul 2023-cü il tarixli ərizəsi əsasında qeyd edilən tarixdən prokurorluqda araşdırılır. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, N nömrəli hərbi hissənin kəşfiyyat bölməsinin rəisi vəzifəsində polkovnikleytenant hərbi rütbəsində xidmət edən İddiaçı 2022-ci ilin may ayında Mingəçevir şəhərində tanış olduğu X11 ilə bir müddət qeyri rəsmi ər-arvad münasibətlərində olmuşlar, daha sonra aralarındakı münasibət korlandığı üçür mütəmadi olaraq aralarında baş vermiş mübahisə zamanı polkovnik-leytenant İddiaçı “Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə Gülnar Əkbərovanın ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan başqa polkovnikleytenant İddiaçı Gülnar Əkbərova ilə yaxın münasibətdə olduğu müddətdə sonuncuya hərbi xidmətlə bağlı konfidensial hesab edilən məlumatlar göndərmişdir. Qeyd edilən xüsusatlarla bağlı N nömrəli hərbi hissənin hərbi qulluqçusu, polkovnik-leytenant İddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəoul edilmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, polkovnik-leytenant İddiaçı ailəli olduğu halda vətəndaş X11 ilə tanış olduqdan sonra sonuncuya arvadından boşanması ilə bağlı məhkəməyə müraciət etdiyini bildirib, onunla qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamış, ardınca isə boşanma haqqında müraciəti geri götürüb Gülnar Əkbərovanı aldadaraq hərbi qulluqçu olaraq Azərbaycan Respublikası Silahlı XN 3-cü maddəsinin "hərbi qulluqçu hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmalı, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməli” tələblərini pozmuşdur. Aparılan başqa araşdırma zamanı müəyyən edilmişdir ki, polkovnik-leytenant İddiaçı Gülnar Əkbərova ilə yaxın münasibətdə olduğu müddətdə sonuncuya xəyanət etdiyini, ailəsi ilə əlaqə saxlamadığını və olduğu yeri bildirməklə onun dürüst olduğunu sübut etmək üçün hərbi xidmətlə bağlı konfidensial (əldə olunmasına məhdudiyyət qoyulmuş məlumatlar) hesab edilən məlumatları “Whatsapp" sosial şəbəkəsi vasitəsilə Gülnar Əkbərovaya göndərməklə Azərbaycan Respublikası Silahlı X2 3-cü maddəsinin “hərbi qulluqçu Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmalı, hərbi sirləri möhkəm saxlamalı” tələblərini kobud surətdə pozmuşdur. Bu kimi hadisələrin gələcəkdə yol verilməməsi, hərbi qulluqçuların öz xidməti vəzifələrinin icrasına, habelə hərbi hissədən kənarda özlərini intizamlı və ləyaqətli aparmaları, cəmiyyətdə yaxşı nümunə olmaları məqsədi ilə əməli tədbirlər görülməli və polkovnik-leytenant İddiaçı intizam qaydasında cəzalandırılması məsələsinə baxılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 8N-cü maddəsinin, "Prokurorluq haqqında" Qanunun 23-cü maddəsinin tələblərini rəhbər tutaraq, Təqdimat müzakirə edilməklə, gələcəkdə bu kimi hadisələrə yol verilməməsi, hərbi qulluqçuların hərbi xidmətlə bağlı məlumatları yaymaması, habelə onların hərbi hissədən kənarda da, hərbi qulluqçu olaraq davranış qaydalarına riayət etmələri üçün müvafiq tədbirlərin görülməsi, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, polkovnik-leytenant İddiaçı intizam qaydasında cəzalandırılması məsələsinə baxılması, Təqdimata baxılmasının nəticəsi və görülmüş tədbirlər barədə bir ay müddətində Zaqatala Hərbi Prokurorluğuna yazılı məlumat verilməsi təklif edilmişdir. -N №li hərbi hissənin komandiri tərəfindən N №li hərbi hissənin komandirinə ünvanlanmış sentyabr 2023-cü il tarixli raportda aşağıdakılar göstərilmişdir: “Məruzə edirəm ki, N nömrəli hərbi hissənin kəşfiyyat rəisi-bölmə (Q2) rəisi vəzifəsində xidmət edən polkovnik leytenant İddiaçı xidməti vəzifələrini yerinə yetirərkən davranışlarına nəzarət etməyərək ictimai asayiş normalarına, əxlaqı pozan ve xidməti vəzifələrini yerinə yetirməyə mane olan ordu qaydalarına zidd hərəkətlərlə digər hərbi qulluqçulara pis nümünə olmasını, qəbul etdiyi hərbi anda sadiq qalmayaraq məxfiçilik rejiminə əməl etməyərək hərbi sirrin yayılmasında, qoşunların hazırkı vəziyyətinin aşkar şəkildə müzakirə etməsi kəşfiyyat məlumatlarının yayılması nəticəsində yarana biiəcək hansısa səbəbin qarşısının əvvəlcədən alınması məqsədi ilə haqqında qərar qəbul edilməsi zərurəti yarandığından baş zabitlərin şərəf məhkəməsində dinlənilməsi barəsində sərəncam verəsiniz.” -N №li hərbi hissənin baş zabitlərinin şərəf məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 1№li protokolundan görünür ki, N nömrəli hərbi hissənin kəşfiyyat rəisi - kəşfiyyat bölməsinin (Q2) rəisi vəzifəsində xidmət edən polkovnik-leytenant İddiaçı xidməti vəzifələrini yerinə yetirərkən davranışlarına nəzarət etməyərək ictimai asayiş normalarına, əxlaqı pozan və xidməti vəzifələrini yerinə yetirməyə mane olan ordu qaydalarına zidd hərəkətlərlə digər hərbi qulluqçulara pis nümunə olması, qəbul etdiyi hərbi anda sadiq qalmayaraq məxfiçiiik rejiminə əməl etməyərək hərbi sirrin yayılması, qoşunların hazırki vəziyyətinin aşkar şəkildə müzakirə etməsi, kəşfiyyat məlumatlarını yaydığına görə hərbi hissə komandiri tərəfindən qəbul edilmiş qərara əsasən şəxsin işinə baxılır. Sədrlik edən polkovnik Ruslan Ağasiyev çıxış edərək N nömrəli hərbi hissənin kəşfiyyat rəisi - kəşfiyyat bölməsinin (Q2) rəisi vəzifəsində xidmət edən polkovnik-leytenant İddiaçı xidməti vəzifələrini yerinə yetirərkən davranışlarına nəzarət etməyərək ictimai asayiş normalarına, əxlaqı pozan və xidməti vəzifələrini yerinə yetirməyə mane olan ordu qaydalarına zidd hərəkətlərlə digər hərbi qulluqçulara pis nümunə olması, qəbul etdiyi hərbi anda sadiq qalmayaraq məxfiçiiik rejiminə əməl etməyərək hərbi sirrin yayılması, qoşunların hazırki vəziyyətinin aşkar şəkildə müzakirə etməsi, kəşfiyyat məlumatlarını yayması gələcəkdə hərbi hissənin döyüş hazırlığına mənfi təsir göstərməsi təhlükəsinə səbəb olumuşdur. Hərbi hissə komandanlığı tərəfindən xidmətində olan - nöqsanlara görə ona göstərilən iradlardan heç bir nəticə çıxarmamışdır. Sədirlik edən məhkəməyə cəlb olunan şəxsə verilən xidməti xasiyyətnamənin məzmununu və xidmət vərəqəsində komandanlıq tərəfindən ona verilən cəzaları iclasda iştirak edənlərə çatdırdı. Bundan sonra sədirlik edən məhkəməyə cəlb olunmuş şəxs barədə irad və fikirlərini bildirmək istəyən şəxslərə çıxış etmək üçün söz verdi. N nömrəli hərbi hissənin komandiri polkovnik X12 çıxış edərək bildirdi ki, polkovnik-leytenant İddiaçı xidməti vəzifələrini yerinə yetirərkən davranışlarına nəzarət etməyərək ictimai asayiş normalarına, əxlaqı pozan və xidməti vəzifələrini yerinə yetirməyə mane olan ordu qaydalarına zidd hərəkətlərlə digər hərbi qulluqçulara pis nümunədir. Qəbul etdiyi hərbi anda sadiq qalmayaraq məxfiçiiik rejiminə. Bu səbəbdən o, polkovnik-leytenant İddiaçı “bir pillə aşağı vəzifəyə” keçirilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etdi. N nömrəli hərbi hissənin rabitə rəisi - rabitə şöbəsinin (Q6) rəisi polkovnik Ş.Şirəliyev çıxış edərək bildirdi ki, polkovnik-leytenant İddiaçı hərbi anda sadiq qalmayaraq məxfiçilik rejiminə əməl etməyərək hərbi sirrin yayılmasına yol verməsi və vacib məlumatların gizli saxlanılmasına əməl etməməsi ciddi nöqsandır. Bu səbəbdən o, polkovnik-leytenant İddiaçı “hərbi rütbəsinin bir pillə aşağı salınması” barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını təklif etdi. N nömrəli hərbi hissənin kəşfiyyat rəisi - kəşfiyyat şöbəsinin (Q2) rəisi polkovnik- leytenant X6 çıxış edərək bildirdi ki, polkovnik-leytenant İddiaçı xidmət etdiyi müddət ərzində bir çox nöqsanlara yol vermişdir. Ona tutulan iradlardan nəticə çıxarmır. Hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində çalışmır. Məxfiçilik rejiminə əməl etməyərək kəşfiyyat məlumatlarının yayılmasına yol verməsi gələcəkdə hər hansı bir mühüm tapşırığın yerinə yetirilməsinə mənfi təsir göstərə bilər. Bu səbəbdən o, polkovnik-leytenant İddiaçı “xidməti uyğunsuziuğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması” barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını təklif etdi. N nömrəli hərbi hissənin qərargah rəisi - hərbi hissə komandirinin müavini mayor X10 çıxış edərək bildirdi ki, polkovnik-leytenant İddiaçı xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız bir zabit kimi göstərmişdir. Verilən əmr və tapşırıqları vaxtında icra etməkdə çətinlik çəkir, gündəlik xidməti vəzifələrinə səhlənkar yanaşır, bir hərbi qulluqçu kimi xidməti vəzifələrinin məsuliyyətini dərk etmir, xidməti vəzifələrinə məsuliyyətlə yanaşmadığı bildirdi. Bu səbəbdən o, polkovnik-leytenant İddiaçı “hərbi rütbəsinin bir pillə aşağı salınması” barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını təklif etdi. N nömrəli hərbi hissənin dövlət sirrinin mühafizəsi üzrə bölmənin rəisi mayor X7 çıxış edərək bildirdi ki, polkovnikleytenant İddiaçı məxfiçilik rejiminə əməl etməyərək hərbi sirrin yayılmasında, qoşunların hazırki vəziyyətinin aşkar şəkildə müzakirə etməsi qəbuledilməz haldır. Bu səbəbdən o, polkovnik-leytenant İddiaçı “hərbi rütbəsinin bir pillə aşağı salınması" barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını təklif etdi. Polkovnik-leytenant İddiaçı çıxış edərək, etdiyi səhv hərkətlərdən peşman olduğunu, gələcək xidmətində bir də belə nöqsanlara yol verməyəcəyinə, xidmətində müsbət tərəfə dönüş yaradacağına məhkəmə iştirakçılarının qarşısında söz verdi və ona köməklik göstərilməsini xahiş etdi.” -N №li hərbi hissənin baş zabitlərinin şərəf məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, polkovnik-leytenant İddiaçı xidməti vəzifələrini yerinə yetirərkən davranışlarına nəzarət etməyərək ictimai asayiş normalarına, əxlaqı pozan və xidməti vəzifələrini yerinə yetirməyə mane olan ordu qaydalarına zidd hərəkətlərlə digər hərbi qulluqçulara pis nümunə olmasını, qəbul etdiyi hərbi anda sadiq qalmayaraq məxfiçilik rejiminə əməl etməyərək hərbi sirrin yayılmasını, qoşunların hazırkı vəziyyətinin aşkar şəkildə müzakirə etməsini, kəşfiyyat məlumatlarını yayılmasını, özünü nizamintizamsız bir zabit kimi göstərməsini, verilən əmr və tapşırıqları vaxtında icra etməkdə çətinlik çəkməsini, gündəlik xidməti vəzifələrinə səhlənkar yanaşmasını, bir hərbi qulluqçu kimi xidməti vəzifələrinin məsuliyyətini dərk etməməsini, xidməti vəzifələrinə məsuliyyətlə yanaşmadığını nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 69-cu maddəsinə əsasən “hərbi rütbəsinin bir piltə aşağı salınması” barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması nəticəsinə gəlinmişdir. -N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş 13 sentyabr 2023-cü il tarixli söhbət vərəqəsindən görünür ki, hazırkı məsələ ilə bağlı İddiaçı ilə söhbət aparılmışdır. -Aızrbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş iddiaçının xidmət vərəqəsindən görünür ki, ona xx.xx.2023-cü il tarixli əmrlə “töhmət” növündə, xx.xx.2023cü il tarixli əmrlə isə “şiddətli töhmət” növündə intizam tənbehi verilmişdir. -İddiaçı tərəfindən N №li hərbi hissənin komandirinə ünvanlanan xx.xx.2023-cü il tarixli Raportundan görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) istinad edərək Azərbaycan Ordusundan ehtiyyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmağını xahiş etmişdir. Beləliklə mübahisənin mahiyyətindən görünür ki, iddiaçının məqsədi intizam məsuliyyətinə cəlb edilərək hərbi rütbəsinin bir pillə aşağı salınması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli, 0172rt nömrəli şəxsi heyət üzrə əmrinin ləğv edilməsindən ibarətdir. Məhkəmə iddiaçının gətirdiyi dəlillərlə razılaşmır və gəldiyi qənaəti aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N1-ci maddəsinə əsasən, hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun xidməti vəziyyətindən, hərbi və xüsusi hazırlığından, xidmət illərindən, ehtiyatda olma müddətindən, Silahlı Qüvvələrin, qoşunların növünə və ya xidmətə mənsubiyyətindən, göstərdiyi xidmətlərindən eləcə də bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlərdən asılı olaraq müvafiq hərbi rütbə verilir. Həmin Əsasnamənin 69-cu maddəsinə əsasən, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələri (əsgər və ya matros, kiçik gizir və ya kiçik miçman, kiçik leytenant rütbəsində olanlardan başqa) intizam cəzası tədbiri kimi və ya zabitlərin, gizirlərin, miçmanların şərəf məhkəməsinin vəsatəti əsasında Azərbaycan Respublikası Silahlı X5 ilə belə hüquq verilmiş birbaşa rəisin qərarı ilə bir pillə aşağı salına bilər. Ali zabitlərin rütbələrinin aşağı salınması və aşağı salındıqdan sonra hərbi rütbədə bərpa edilməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 33.3cü maddəsinə əsasən, hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri (əsgər, matros, kiçik gizir, kiçik miçman, kiçik leytenant hərbi rütbəsinə malik olanlar istisna olmaqla) digər intizam tənbehi tədbirləri müsbət nəticə vermədikdə bir pillə aşağı salına bilər. Həmin Qanunun 33.N-cü maddəsinə əsasən, ali zabitlərin hərbi rütbələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən, digər hərbi qulluqçuların, habelə hərbi vəzifəlilərin və istefada olan şəxslərin hərbi rütbələri isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Azərbaycan Respublikası Silahlı X5”ndə müəyyən edilən qaydada bir pillə aşağı salınır və bərpa olunur. Azərbaycan Respublikasının 199N-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X3 göstərilir ki, möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli olmağın əsas şərtidir. Müasir dövrdə hərbi intizamın rolu əvəz edilməzdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. Bütün komandirlər (rəislər) bu Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar. Həmin Nizamnamədən:

1. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir.

3. Hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa; hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. N3. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir.

67. Zabitlərə: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər.

79. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı rəhbərinin zabitlərin hərbi rütbələrini bir pillə aşağı salmaq hüququ vardır.

85. Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. Azərbaycan Respublikası Silahlı X1 göründüyü kimi, bütün hərbi qulluqçular Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş hərbi intizam qaydalarına ciddi riayət etməlidir və komandirlər (rəislər) qeyd olunan Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar. Hərbi qulluqçunun hərbi intizamı pozması intizam cəzasının verilməsi üçün əsasdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 33.3cü maddəsindən göründüyü kimi, hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri (əsgər, matros, kiçik gizir, kiçik miçman, kiçik leytenant hərbi rütbəsinə malik olanlar istisna olmaqla) digər intizam tənbehi tədbirləri müsbət nəticə vermədikdə bir pillə aşağı salına bilər. Hazırkı işin halları ilə müəyyən edilir ki, hərbi qulluqçu olmuş iddiaçının hərbi hissədən kənar davranışı ilə bağlı şikayət əsasında Zaqatala Rayon Hərbi Prokurorluğunda araşdırılma aparılaraq şikayət əsassız olduğu üçün cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilsə də, iddiaçının hərbi qulluqçu kimi Azərbaycan Respublikası Silahlı X2 3-cü bəndinin tələblərini pozduğu müəyyən edilmiş və onun intizam qaydasında cəzalandırılması üçün N saylı hərbi hissə komandanlığına qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimat göndərilmişdir. Təqdimatın icrası ilə bağlı N nömrəli hərbi hissə komamndirinin yuxarı komandanlıq qarşısında raportu əsasında N nömrəli hərbi hissənin baş zabitlərinin şərəf məhkəməsi təşkil edilmiş, şərəf məhkəməsinin xx.xx.2023-ü il tarixli qərarı ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 69-cu maddəsinə əsasən iddiaçının “hərbi rütbəsinin bir pillə aşağı salınması” barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış və hazırda mübahisələndirilən Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli, 0172rt №-li şəxsi heyət üzrə əmri əsasında onun rütbəsi “Mayor” hərbi rütbəsinədək bir pillə aşağı salınmışdır. İş materiallarında olan şərəf məhkəməsinin xx.xx.2023-cü il tarixli protokolundan məlum olur ki, iddiaçı əməlini etiraf edərək gələcək xidmətində belə nöqsanlara yol verməyəcəyini bildirmişdir. Həmçinin iş materialları ilə o da müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixli əmrlə “töhmət” növündə, xx.xx.2023-cü il tarixli əmrlə isə “şiddətli töhmət” növündə intizam tənbehi verilmişdir. Həmin əmrlərin ləğv edilməsi, qüvvədən düşməsi, həvəsləndirmə qaydasında vaxtından əvvəl götürülməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya verilmiş hazırkı intizam cəzası “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsinə, həmçinin “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 69-cu maddəsinin və Azərbaycan Respublikasının Silahlı X2 tələblərini pozmamaqla hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmuşdur. Beləliklə, aparılan araşdırmanın nəticəsi olaraq məhkəmənin qənaəti odur ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli, 0172rt nömrəli əmrin ləğv edilməsi üçün əsas yoxdur. Başqa sözlə mübahisələndirilən əmr yuxarıda istinad olunan qanunvericilik normalarının tələbləri baxımından qanuni olmuşdur. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, N5, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 5N0-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar