Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-544/2021 25.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayl Bakı Ərazi İdarəsinin nümayəndəsi X6, üçüncü şəxs X2 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayl Bakı Ərazi İdarəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X10, X11, X12, X24, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla orderin və qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayl Bakı Ərazi İdarəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X10, X11, X12, X24, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla orderin və qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X22 İcraiyyə Komitəsinin (hazırki Bakı şəhər İcra Hakimiyyəti) X5 və İstismarı Birliyinin 54 saylı bağ-tikinti kooperativi tərəfindən X14 adına verilmiş orderin və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 02.11.2018-ci il tarixli, 3150 saylı arxiv çıxarışında qeyd olunan Bakı şəhər X22 İcraiyyə Komitəsinin 1/12 nömrəli 15.02.1989-cu il tarixli qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmə iclası sonuncu dəfə 25 may 2021ci il tarixə təxirə salınmışdır. Cavabdeh inzibati orqan Bakı şəhər icra hakimiyyəti tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Üçüncü şəxs X10 tərəfindən 07.02.2020-ci il tarixdə iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmuşdur. Üçüncü şəxs X10 yazılı etirazında göstərmişdir ki, iddia ərizəsində Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 qəsəbəsi, 3 saylı bağ sahəsi üzərində yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 14.11.2018-ci il tarixdə İdarəyə müraciət etmişdir, həmin müraciətinin guya idarədə “araşdırıldığı” qeyd edilmişdir, (guya əvvəllər məlumtları olmayan) müraciətə əlavə olunmuş Bakı Şəhəri X22 İcraiyyə Komitəsinin X5 və istismarı Birliyinin 54 saylı Bağ-Tikinti kooperativi tərəfindən X14 adına verilmiş orderdə və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 02.1 1.2018-ci il tarixli, 3150 saylı arxiv çıxarışında qeyd olunan Bakı şəhər X22 İcraiyyə Komitəsinin 1/12 nömrəli, 15.02.1989-cu il tarixli qərarında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmadığına, sözügedən order barədə İdarənin arxiv əsaslarında hər hansı məlumat aşkar edilmədiyinə, orderdə və qərarda qeyd olunan bağ sahəsinin naturada yerinin müəyyən etməyin mümkün olunmadığına, bağ sahəsinin yerinin ona də məlum olmadığına, tərəfindən iddia edilən Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ bağ massivində yerləşən, 0,12 ha torpaq sahəsi olan 250/4 nömrəli bağ “Dövlət Reyestri Haqqında” Qanununa və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3024/16 saylı, 22.09.2016-cı il tarixli qərarı əsasında X3 adına dövlət reyestrində qeydə alındığına, həmin bağ sahəsi sonradan 15.12.2017-ci il tarixdə 14 saylı DNK-da bağlanılmış alqı-satqı müqaviləsi üzrə X4 adına qeydə alındığına və hazırda onun mülkiyyətində olduğuna, hazırda isə iddia etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 qəsəbəsi, 3 saylı bağ sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanun 8-ci maddəsində göstərilən sənədlər əsasında bağ evi kimi 17.12.2016-cı il tarixdə X16 adına qeydə alındığına və hazırda onun mülkiyyətində olduğuna istinad edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 dekabr 2009-cu il tarixli 2(005)-4049/2009-saylı qətnaməsinə əsasən cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiası təmin edilərək, Bakı şəhəri İcraiyyə Komitəsinin X5 və istismarı Birliyinin 54 saylı kooperativ tərəfindən Vişnovka-2 bağ massivində yerləşən bağ sahəsinə dair X14 adına verilmiş 20.05.1989-cu il tarixli opder adıma verilmiş hesab edilmiş və X14 adına verilmiş 20.05.1989-cu il tarixli opderin adına keçirilməsi vəzifəsi cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qətnamə 01.02.2010-cu il tarixdə qanuni qüvvəsini almış və icra olunması üçün cavabdehə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3309 saylı 10 noyabr 2010-cu il tarixli qətnaməsinə əsasən tərəfindən verilmiş iddia təmin edilərək, cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin vəzifəli şəxsinin ona ünvanlanmış 13.07.2010-cu il tarixli 04/28067 saylı cavabı qanunsuz hesab edilmiş, Bakı Şəhəri X22 İcraiyyə Komitəsinin X5 və istismarı Birliyinin 54 saylı Bağ- Tikinti kooperativi tərəfindən atası X14 adma verilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2009-cu il tarixli 2(005)-4049/2009- saylı qətnaməsi ilə onun adına keçirilmiş hesab edilmiş orderdə Bakı şəhər Vişnovka-2 bağ massivində yerləşən torpaq sahəsinin sərhədlərinin müəyyən olunması, dövlət kadastrında qeydə alınması, həmin bağ sahəsinin onun istifadəsinə verilməsi cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qətnaməyə izah verilməsi haqqında 2(005)-3309/2010 saylı, 22.04.2013-cü il tarixli qərardadına əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-3309 saylı 10 noyabr 2010-cu il tarixli qətnaməsinin nəticə hissəsinin üçüncü abzasında: “iddiaçı X2 adına keçirilmiş hesab edilmiş orderdə Bakı şəhəri, Vişnovka-2 bağ massivində yerləşən torpaq sahəsinin sərhədlərinin müəyyən olunması” dedikdə, “iddiaçı X7 adına keçmiş hesab edilmiş orderdə Bakı şəhəri, Vişnovka-2 bağ massivində yerləşən torpaq sıra sayının 3 (üç) və ölçüsünün 0,12 ha olan torpaq sahəsinin sərhədlərinin müəyyən olunması” nəzərdə tutuluşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3309 saylı 10 noyabr 2010-cu il tarixli qətnaməsi cavabdehdeh tərəfindən mübahisləndirilməyərək 13.12.2010-cu il tarixdə qanuni qüvvəsini alaraq icra olunması üçün cavabdehə göndərilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ərizəsində 54 saylı Bağ-Tikinti kooperativi tərəfindən X14 adına verilmiş orderdə və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 02.11.2018-ci il tarixli, 3150 saylı arxiv çıxarışında qeyd olunan Bakı Şəhər X22 İcraiyyə Komitəsinin 1/12 nömrəli, 15.02.1989-cu il tarixli qərarında bağ sahəsinin nömrəsinin və ölçüsünün qeyd olunmadığını, sözügedən order barədə İdarənin arxiv əsaslarında hər hansı məlumat aşkar edilmədiyini, orderdə və qərarda qeyd olunan bağ sahəsinin naturada yerinin müəyyən edilməsinin mümkün olunmadığını, bağ sahəsinin yerinin ona da məlum olmadığını, tərəfindən iddia edilən Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ bağ massivində yerləşən, 0,12 ha torpaq sahəsi olan 250/4 nömrəli bağ 2 saylı Bakı İnzibati-İqtisadə Məhkəməsinin 22.09.2016-cı il tarixli qərarı əsasında X1 dövlət reyestrində qeydə alındığını, həmin bağın müqavilə üzrə X4 adına qeydə alındığını və hazırda onun mülkiyyətində olduğunu, hazırda isə iddia etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 qəsəbəsi, 3 saylı bağ sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 8-ci maddəsində göstərilən sənədlər əsasında bağ evi kimi 17.12.2016-cı il tarixdə X16 adına qeydə alınmaqla hazırda onun mülkiyyətində olduğunu qeyd etsə də həmin hallar yuxarıda sadalanan qətnamələr və etiraza əlavə olunmuş sənədlərlə təkzib edilir. İddiaçı 54 saylı Bağ-Tikinti kooperativi tərəfindən X14 adına verilmiş orderdə və Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 02.1 1.2018-ci il tarixli, 3150 saylı arxiv çıxarışında qeyd olunan Bakı Şəhər X22 İcraiyyə Komitəsinin 1/12 nömrəli, 15.02.1989-cu il tarixli qərarında bağ sahəsinin nömrəsinin və ölçüsünün qeyd olunmadığını qeyd etsə də həmin bağ sahəsinin nömrəsinin və ölçüsü şəxsən iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş “54 saylı BTK-nin bağların sxematik kartası”, Nərimanov rayon Məhkəməsinin qətnaməsinə izah verilməsi haqqında 2(005)- 3309/2010 saylı, 22.04.2013-cü il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-3309 saylı 10 noyabr 2010-cu il tarixli qətnaməsinin nəticə hissəsinin üçüncü abzasında “iddiaçı X2 adına keçirilmiş hesab edilmiş orderdə Bakı şəhəri, Vişnovka-2 bağ massivində yerləşən torpaq sahəsinin sərhədlərinin müəyyən olunması” dedikdə, “iddiaçı X7 adma keçmiş hesab edilmiş orderdə Bakı şəhəri, Vişnovka-2 bağ massivində yerləşən torpaq sıra sayının 3 (üç) və ölçüsünün 0,12 ha olan torpaq sahəsinin sərhədlərinin müəyyən olunması” qərara alınmış və iş üzrə iddiaçıya göndərilmişdir. İddiaçı təşkilat sözü gedən order barədə İdarənin arxiv əsaslarında hər hansı məlumatlar aşkar edilmədiyini qeyd etsə də Nərimanov Rayon Məhkəməsinin 2(005)-3309 saylı 10 noyabr 2010-cu il tarixli qətnaməsində məhkəmə sorğusuna əsasən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi (0932886 saylı, 08.09.2010-cu il tarixli cavabı əlavə olunur) tərəfindən məhkəmə təqdim olunmuş arxiv sənədlərindən biri sayılan Bakı şəhəri X22 İcraiyyə Komitəsinin 15.02.1989cu il tarixli 1/12 saylı qərarına 8 nömrəli əlavədə 54 saylı Bağ-Tikinti kooperativi üzvlərinin 21 nəfərdən ibarət siyahısı göstərilməsi, həmin siyahıda X17 adı 3-cü sırada yazılması, qeyd hissəsində isə “CB-687” sözlərinin qeyd edilməsi, arxiv sənədlərindən biri olan Bakı şəhəri, Vişnovka-2 bağ massivində yerləşən 54 saylı Bağ-Tikinti kooperativinin sxematik kartasının surətindən aydın olur ki, həmin kooperativə ayrılmış torpaq sahəsinin ölçüsü 2,40 ha-dır və ərazi 21 paydan ibarət olması sxematik kartada hər bir bağ sahəsinin ölçüsü və sıra sayı kvadratlarda göstərildiyi, sxematik kartda yazılanlar 8 nömrəli əlavədə yazılanlarla üst-üstə düşməsi, sxeatik kartada “3” və “0,12” rəqəmləri yazılmış kvadrat orada olan və “0,12” rəqəmləri yazılmış kvadratdan sonra çəkilməsi əksin tapmışdır (bax Nərimanov rayon Məhkəməsinin 2(005)-3309 saylı 10 noyabr 2010-cu il tarixli qətnaməsinin 3-cü səh., 7-8-ci abzaslar). Bundan başqa iddiaçı bağa dair orderdə və 1/12 saylı, 15.02.1989-cu il tarixli qərarda qeyd olunan bağ sahəsinin naturada yerinin müəyyən edilməsinin qeyri- mümkün olduğunu qeyd etsə də idarənin özü tərəfindən 17.04.2014-cü il tarixli “torpaq sahəsinin planı” ilə bağ sahəsinin naturada yerini müəyyən etmişdir. İddiaçı idarə tərəfindən Nərimanov rayon İcra şöbəsinə göndərilmiş 04.06.2015-ci il tarixli cavabında “Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3309/2010 saylı, 10.1 1.2010-cu il tarixli icra vərəqəsi DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tam icra edilərək, torpaq sahəsi naturada müəyyən edilərək torpaq sahəsinin sərhədlərini özündə əks etdirən müvafiq plan tərtib edilərək təqdim edildiyini, bu barədə 20.02.2015-ci il tarixdə icra şöbəsinə məlumat verildiyi” bildirilmişdir. Hətta iddiaçı idarə Nərimanov rayon Məhkəməsinin 2(005)-3309 saylı 10 noyabr 2010-cu il tarixli qətnaməsinin tərəflərindən tam icra olunduğunu bildirərək həmin qətnamə üzrə verilmiş icra vərəqəsinin icrasına xitam verilməsini məhkəmədən xahiş etsə də, Nərimanov Rayon Məhkəməsinin 20.09.2013-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. Onlara məxsus olan bağ sahəsinin yeri ona məlumdur. Bakı şəhəri İcraiyyə Komitəsinin X5 və istismarı Birliyinin 54 saylı kooperativ tərəfindən Vişnovka-2 bağ massivində yerləşən bağ sahəsinə dair X14 adına verilmiş 20.05.1989-cu il tarixli opder adına verilmiş hesab edilmiş 3 nömrəli bağın Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ massivində yerləşən, 0,12 ha torpaq sahəsi olan X8 məxsus olan 250/4 nömrəli bağa və Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka- 2 qəsəbəsindəki X18 məxsus 3 saylı bağa heç bir aidiyyatı yoxdur. İddiaçı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi hüququ olmayan iddiaları irəli sürməklə məhkəmə qətnamələri üzrə verilmiş icra vərəqəsinin icrasını dayandırmaqla icra işinin icrasından yayınır. İddiaçı təşkilatın vəzifəli şəxsləri icra vərəqəsinin icrasını təmin etmədiklərinə görə dəfələrlə məsuliyyətə cəlb edilsələr də icra sənədinin icrasını tam təmin etməmişlər. İddiaçının icra işinin icrasının məcburi qaydada dayandırılması haqqında Nərimanov rayon İcra və probasiya şöbəsinə təqdim etdiyi 17.09.2019-cu il tarixli ərizə bütün bunlara sübutdur (ərizə əlavə olunur). Əgər həqiqətən də iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuş olsayda o zaman X14 adına verilmiş orderi və 1/12 saylı, 15.02.1989-cu il tarixli qərarı bunlar haqqında məlumatlı olduğu vaxtdan yəni, Nərimanov Rayon Məhkəməsinin 29 dekabr 2009-cu il tarixli 2(005)-4049/2009-saylı qətnaməsindən sonra irəli sürməli idi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhər İcra hakimiyyətinin nümayəndəsi və üçüncü şəxslər müvafiq olaraq məhkəmə iclasına gəlmədiklərindən və məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X23 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X19 etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə əlavəni və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan 54 saylı Bağ-tikinti kooperativi tərəfindən verilmiş orderin surətindən müəyyən olunur ki, Bakı şəhər X22 İcraiyyə Komitəsinin 15.02.1989-cu il tarixli 1/12 saylı qərarına əsasən Bakı şəhəri X22 İcraiyyə Komitəsinin X5 və istismarı Birliyinin 54 saylı Bağ-tikinti kooperativi tərəfindən X15 Bakı şəhəri, Vişnyovka-2 bağ massivində bağ sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 02.11.2018-i il tarixli 3150 №-li arxiv çıxarışından müəyyən olunur ki, Bakı şəhər X22 İcraiyyə Komitəsinin 15 fevral1989-cu il tarixli 1/12 nömrəli qərarına əsasən “Bağ-tikinti” kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin verilməsi haqqında Bakı şəhər Şurasının İcraiyyə Komitəsi yanında X9 baxılması komissiyasının iclasının 10 yanvar 1989-cu il tarixli 5 nömrəli protokuluna, Azərbaycan SSR Nazirlər Sovetinin 02 iyun 1988-ci il tarixli 195 nömrəli Fərmanına və Bakı İcraiyyə Komitəsinin 6/333 nömrəli 14 iyun 1988-ci il tarixli qərarına uyğun olaraq, Bakı İcraiyyə Komitəsinin Xalq Deputatları Komitəsi qərara almışdır: 47-59 nömrəli Bağ-tikinti kooperativilərinin işçi tərkibi təsdiq edilmiş və onlara müəyyən edilmiş qaydada torpaq sahələri ayrılmışdır. Həmin qərardan görünür ki, X13 adı siyahıda qeyd olunmuşdur. İddia tələbindən məlum olur ki, hazırda iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cavabdeh Bakı şəhər X22 İcraiyyə Komitəsinin (hazırki Bakı şəhər İcra Hakimiyyətinin) X5 və İstismarı Birliyinin 54 saylı bağ-tikinti kooperativi tərəfindən X14 adına verilmiş orderin və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 02.11.2018-ci il tarixli, 3150 saylı arxiv çıxarışında qeyd olunan Bakı şəhər X22 İcraiyyə Komitəsinin 1/12 nömrəli 15.02.1989-cu il tarixli qərarının ləğvini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Bakı şəhər X22 İcraiyyə Komitəsinin (hazırki Bakı şəhər İcra Hakimiyyətinin) X5 və İstismarı Birliyinin 54 saylı bağ-tikinti kooperativi tərəfindən X14 adına verilmiş orderi və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 02.11.2018-ci il tarixli, 3150 saylı arxiv çıxarışında qeyd olunan Bakı şəhər X22 İcraiyyə Komitəsinin 1/12 nömrəli 15.02.1989-cu il tarixli qərarı mübahisələndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Bundan əlavə göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi orderin və qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq olaraq həmin orderin və qərarın qəbul olunduğu vaxtdan 30 ildən çox bir müddət keçdikdən sonra, yəni 24.01.2020-ci ildə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayl Bakı Ərazi İdarəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X10, X11, X12, X24, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla orderin və qərarın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-544/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-544/2021
25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver