Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5441/2025 29.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “müavinət ödənilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixədək Cavabdehndə (bundan sonra - cavabdeh) xidmət (qulluq) keçmiş və X3 xx.xx.2024-cü il tarixli 2103 nömrəli əmri ilə qeyd edilən tarixdə pensiyaya çıxmağı ilə əlaqədar olaraq xidmət keçməyinə xitam verilmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 23.13-cü maddəsinə əsasən pensiyaya çıxması ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Qeyd edilən hüquqi əsasa istinadən son vəzifə və rütbə maaşıının 6 misli məbləğində birdəfəlik müavinət ödənilməsi ilə bağlı xx.xx.2024cü il tarixdə Cavabdehə müraciət etmişdim (ərizə əlavə edilir), Cavabdehin X4 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-18/2-S-461-1/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət keçmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Bu səbəbdən ərizənin təmin edilməsi mümkün deyil. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, İddiaçının son vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi vəzifəsi Cavabdehin üzərinə qoyulmalıdır. İstənilən əsasla pensiya çıxan fövqəladə hallar əməkdaşına birdəfəlik müavinət verilir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət keçmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinətin verilməli olmasını Cavabdeh qeyd etsə də, Qanunun 23.13-cü maddəsində bu və ya digər əsaslardan asılı olmayaraq, pensiya çıxması ilə əlaqədar olaraq fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Yəni, fövqəladə hallar orqanlarında xidmət keçən şəxs təyin edilmə əsasından asılı olmayaraq “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq pensiyaya çıxdıqda ona 6 misli müavinətin verilməsi nəzərdə tutulur. Oxşar müddəa “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.
3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan yazılı etirazda qeyd edimişdir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunun 33.1.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə əməkdaşın öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə xitam verilir. Cavabdeh X4 Xidmətinin Maliyyə şöbəsinin rəis müavini daxili xidmət polkovnik-leytenantı İddiaçı Cavabdeh 1 avqust 2024-cü il tarixində 2103/ş nömrəli əmri ilə öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmiş və onun xidmət illəri 22 il 09 ay 15 gün təşkil etmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunun 23.13-cü maddəsinə əsasən pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Həmin qanunun 23.12-ci maddəsinin tələblərinə əsasən “yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət keçmiş əməkdaşlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər”. İddiaçının xidmət illərinin 22 il 09 ay 15 gün olduğunu və qanunla tələb olunan 35 illik xidmət stajının olmadığını nəzərə alaraq iddiaçıya vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin verilməsi qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda bildirilir ki, vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsində müxtəlif vaxtlarda keçmiş əməkdaşlar tərəfindən iddia qaldırmış və Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2- 1(103)-347/2024 nömrəli və 17 may 2024-cü il tarixli 2-1 (103)-700/2024 nömrəli qərarları ilə həmin iddialar təmin edilməmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.12 və 23.13-cü maddələrinə əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutumuş vəzifələrdə azı 35 il xidmət keçmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 (altı) misli miqdarında birdəfəlik müavinət verilir. Ərizədə qeyd edilmiş birdəfəlik müavinətin ödənilməsi yuxarıda qeyd olunan Qanunun tələblərinə uyğun olmadığı üçün mümkün deyildir. Xidmət etdiyi dövr ərzində və xidmətdən tərxis olunan günə qədər qanuna müvafiq qaydada əmək haqqı və digər ödənişlər tam formada ödənilmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növündə, xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə xx.xx.2005-ci il tarixdən xx.xx.2024cü il tarixinədək xidmət keçmiş, xidmətkeçməsinə öz arzusu ilə Qanunun 33.1.1. maddəsi ilə xitam verilmişdir.
6. Cavabdeh “İddiaçı xidmətkeçməsinə xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 2103 nömrəli Əmrindən Çıxarışa əsasən “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq və Azərbaycan Respublikasının Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə” 10.10.6-cı yarımbəndini rəhbər tutaraq Nazirliyin X4 Xidmətinin Maliyyə şöbəsinin rəis müavini daxili xidmət polkovnik-leytenantı İddiaçı öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilməsi əmr edilmişdir.
7. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
8. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
9. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
11. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilməsi ilə əlaqədar vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsini tələb etmişdir.
12. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir.
13. “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 23.12. Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət stajı olan işçilər (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər. 23.13. Pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: 33.1.1. öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə;
14. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı dövlət qulluğunun xüsusi növü olan fövqəladə hallar orqanlarında xidmət keçdiyi üçün şəxsin pensiyaya çıxması ilə bağlı münasibətlər “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.
15. Məhkəmə qeyd edir ki, qanunvericilik normalarının sistemli təhlili əsasında müəyyən edilir ki, fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət ödənilməsi üçün nəzərdə tutulmuş meyarlardan biri həmin şəxsin pensiya hüququna malik olmasıdır. Bu baxımdan “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda pensiya hüququnun qazanılması ilə bağlı meyarlar aydın şəkildə müəyyən olunmuşdur. Həmin Qanunun müddəalarına əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə xidmət edən əməkdaşlar, qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatmamış olsalar belə, azı 35 il xidmət stajına malik olduqları halda pensiya hüququ əldə edirlər.
16. Belə olan təqdirdə məhkəmədə müəyyən edir ki, fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara pensiyaya çıxması əsası ilə vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi üçün azı 35 il xidmət stajının olması qanunvericiliyin imperativ tələbidir (qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmiş şəxslərə münasibətdə).
17. Hazırki işin faktiki hallarına əsasən müəyyən edilir ki, İddiaçı Fövqəladə hallar orqanlarında xx.xx.2005-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək xidmət keçmiş və xidmətkeçməsinə xx.xx.2024-cü il tarixdə öz arzusu ilə “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 33.1.1-ci maddəsi ilə xitam verilmişdir. Odur ki, İddiaçı fövqəladə hallar orqanlarında xidmət stajının 35 ildən az olduğu işin mübahisəsiz halıdır (iddiaçı qeyd olunan faktı təkzib etmir).
18. X5 Məhkəməsinin qərarlarında bildirilir ki: - ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X5 Məhkəməsinin qərarı ərizə 52884/09, xx.xx.2020-ci il tarixli qərar § 36-37).
19. Hazırkı işdə məhkəmin yanaşması normaların sistemli təfsirinə əsaslanır. Belə ki, “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 23.13-cü maddəsi həmin Qanunun 23.12-ci maddəsi ilə əlaqəli olaraq sistemli təfsir olunaraq tətbiq olunmalıdır.
20. Belə ki, normaların ardıcıllığı (ümumi yanaşmanı tamamladığından) onu deməyə əsas verir ki, vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsində qanunvericinin məqsədi məhz fövqəladə hallar orqanlarında (və ya ona uyğunlaşdırılan vəzifələrdə) xidmət müddətilə şərtlənir.
21. Odur ki, məhkəmə nəzərə alır ki, iddiaçının pensiyaya çıxması ilə əlaqədar olaraq vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş fövqəladə hallar orqanlarında 35 illik xidmət stajının olması şərti ödənilmir.
22. Məhkəmə hesab edir ki, normanın qeyd edilən şəkildə tətbiqi iddiaçının vəziyyətinə uyğundur və cavabdeh orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
23. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
24. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
25. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva