Məhkəmə qərarları › İş №2-1(112)-5442/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5442/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5442/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və X4 işə cəlb edilməklə pul kompensasiyasının ödənilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və X4 işə cəlb edilməklə Bakı şəhəri, Qədirli küçəsi 97 ünvanındakı daşınmaz əmlaka istifadə hüququnun itirilməsinə görə alınmanın təsirinə məruz qalan iddiaçıya 25000 (iyirmi beş min) manat kompensasiya ödənilməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 30.04.2004-cü il tarixdə ünvan 2 ünvanda daimi pasport qeydiyyatında olmaqla yaşayır. Ailə münasibətləri normal alınmadığından həyat yoldaşından ayrılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.07.2005-ci il tarixli qətnaməsi ilə həmin evə istifadə hüququ tanınmış və evə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlərin verdikləri apelyasiya şikayətləri təmin edilməmiş qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bugünədək pasport qeydiyyatında olmaqla, həmin evə istifadə hüququnun olmasına baxmayaraq qeyd olunan ünvandakı daşınmaz əmlak dövlət ehtiyacları üçün alınmış, lakin, ona məhkəmə qaydasında müəyyən olunmuş istifadə hüququna görə kompensasiya verilməmişdir. ünvan 3 ünvanındakı fərdi yaşayış evi üçüncü şəxs X1 mülkiyyətində olmuş, onun da istifadə hüququ olan ev yerləşən torpaq sahəsi dövlət ehtiyacı üçü alındığından həmin evə kompensasiya ödənilərkən evləri sökülmüş, lakin, onun həmin evə daimi qeydiyyatı olmasına və istifadə hüququnun məhkəmə qaydasında tanınmasına baxmayaraqq ona alınmanın təsirinə məruz qalan şəxs olaraq kompensasiya ödənilməmişdir. Bundan sonra Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmişdir. Lakin, ərizəsinə müsbət cavab verilməmiş, İ-14-152 saylı, 19.03.2020-ci il tarixli məktubla ünvan 3 ünvanındakı fərdi yaşayış evi üçün qaynanası ilə razılıq əldə olunaraq kompensasiyanın X3 ödənildiyi qeyd olunmuşdur. Hesab edir ki, bütün bunlar əsassızdır, həmin evə daimi qeydiyyatının və istifadə hüququnun olması nəzərə alınmadığına görə kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirmişdir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ünvan 4 ünvanındakı daşınmaz əmlaka istifadə hüququnun itirməsinə görə alınmanın təsirinə məruz qalan iddiaçıya 25.000(iyirmi beş min) manat kompensasiyanın ödənilməsinin cavabdeh Bakı şəhəri, Cavabdehnə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz edərək hesab edirlər ki, həmin iddia ərizəsində qeyd olunan tələblər əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Məlumat üçün bildirirlər ki, ünvan 4 ünvanında yerləşən ev ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 30.05.2000- ci il tarixdə verilmiş 30/252 qeydəalma nömrəsi ilə 174 nömrəli kitabın 7734-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən 3/12 hissədə X1 paylı mülkiyyətində olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edib. ünvan 7 ünvanda yerləşən həmin ev (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarın təsirinə düşür. Mübahisə predmeti olan ünvanda yerləşən evin torpaqların dövlət ehtiyacları üçün alınması üçün həmin evin hüquqmüəyyənedici sənədinə əsasən əmlakın paylı mülkiyyətçisi olan X3 25.01.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən 130.839 (bir yüz otuz min səkkiz yüz otuz doqquz) manat kompensasiya ödənilərək özgəninkiləşdirilmişdir. Eyni zamanda, 10.01.2020-ci il tarixli razılaşmaya əsasən X3 20160 (iyirmi min bir yüz almış) manat məbləğində əlavə maddi yardım hesabanmışdır. Bildirirlər ki, 24.01.2019-cu il tarixli, AZ-İ 308930 nömrəli “Nikahın pozulması haqqında" Şəhadətnamədən görünür ki, X5 ilə iddiaçı arasında bağlanmış nikah 24.09.2009-cu il tarixində pozulmuşdur. Beləliklə də, həyat yoldaşı ilə ailə münasibətləri pozulduğu üçün İddiaçı mübahisə predmeti olan evdə uzun illərdir yaşamadığı üçün kompensasiya məbləği mübahisəli evin paylı mülkiyyətçisi olan Məlahət Xalıqovaya ödənilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları ilə müəyyən edilir ki, daşınmaz əmlak dövlət ehtiyacları üçün alınarsa alğı-satqı müqaviləsi mülkiyyətçi ilə bağlanılır. İddiaçı mübahisə predmeti olan evin mülkiyyətçisi olmadığından və həmin ev başqa şəxslərin paylı mülkiyyətlərində olduğundan, əmlak dövlət ehtiyacları üçün alınmalı olduğu halda isə alan orqanının mülkiyyətçilərlə alğı-satqı bağlayaraq mülkiyyətçilərə kompensasiya ödəmək öhdəliyini daşıdığından, İddiaçı ayrıca kompensasiya hesablanması və onunla alğı-satqı müüqaviləsinin bağlanması qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olduğundan, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan, hazırlıq icraatı mərhələsində məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki: - ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi 3/12 hissədə paylı mülkiyyət hüququ ilə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 007667 nömrəli, 30.05.2000-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X1, X2 və digər payçıların mülkiyyətində olmuşdur. - AN-İ seriyalı, 25.01.2019-cu il tarixli Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsinə əsasən X4 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evini 3/12 hissədə, 130839 manat 00 qəpik (bir yüz otuz min səkkiz yüz otuz doqquz manat sıfır qəpik) müqabilində Bakı şəhəri Cavabdehnə satmışdır. Müqavilənin 8-ci və 9-cu bəndlərinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüş, həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermişdir. - 10.01.2020-ci il tarixli, notarial qaydada təsdiq edilmiş razılaşma müqaviləsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 fevral tarixli 51 nömrəli və 2018-ci il 29 dekabr tarixli 572 nömrəli qərarları ilə ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 71.60 kv.m olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınması və ikinci tərəfin həmin obyektə görə ödənilmiş kompensasiya məbləğinə yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşməsi ilə əlaqədar Cavabdeh nümayəndəsi X10 ilə sözügedən yaşayış obyekti dövlət ehtiyacları üçün alınanadək onun sahibi X4 arasında 20160 (iyirmi min yüz altmış) manat məbləğində maddi yardım ödənilməsi və həmin vəsaitin 7 (yeddi) gün müddətində müvafiq notariat ofisinin müvəkkil bankda olan depozit hesabına köçürülməsi, ikinci tərəfin müvafiq bankda açılmış bank hesabına 20160 (iyirmi min yüz altmış) manat vəsait köçürüldüyü andan etibarən ünvan 8 ünvanında yerləşən və dövlət ehtiyacları üçün alınanadək sahibi olduğu yaşayış obyekti ilə əlaqədar hər hansı digər tələbinin olmayacağı, həmin obyektlə bağlı məhkəmələrdə və dövlət qurumları qarşısında hər hansı iddia qaldırmayacağı və bununla bağlı dövlət orqanlarına, mətbu orqanlara (KİV), qeyri-hökümət təşkilatlarına və digər təşkilatalara heç bir şikayətinin olmayacağı və etməyəcəyi barədə öhdəliklər götürülmüşdür. - AZ-İ seriyalı, 308930 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X7 arasında olan nikah 24.09.2009-cu il tarixdə pozulmuşdur. İddiaçı yuxarıda qeyd edilən müqavilələri mülki icraat qaydasında mübahisələndirməmiş və hal-hazırda müqavilələr qüvvədədir. Lakin, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, həmin alğı-satqı müqavilələri qüvvədə ola-ola, artıq özgəninkiləşdirdikləri əmlaka görə, təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürmüş, halbuki, hər iki tərəf mübahisələndirilən əmlakın alğı-satqısına dair bağlanmış müqavilə ilə və Mülki Məcəlləsinin 567-ci maddəsinə uyğun olan öhdəliklərini icra etmiş, yəni, satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş və satıcı da qəbul etdiyindən, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmişdir. Beləliklə, məhkəmə tərəfindən iddiaçıların cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürməkdə subyektiv hüququnun mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı sözügedən yaşayış sahəsinə dair ona kompensasiya ödənilməli olduğunu hesab edirsə, o, həmin yaşayış sahəsinin əvvəlki mülkiyyətçisinə qarşı ümumi (rayon) məhkəməsində mülki məhkəmə icraatı qaydasında kompensasiya ödənilməsi barədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. Məcəllənin 247.1.1-ci maddəsinə əsasən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği torpağın bazar qiymətinin müəyyən edilməsi üsulu ilə hesablana bilər. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə əsasən qiymətləndirmə komissiyasının bu Qanunun 23.1.7-ci maddəsinə uyğun olaraq müstəqil qiymətləndiricinin torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflərinin, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyinin təhlili nəticəsində torpaq və digər əmlakın bazar qiyməti barədə qəbul etdiyi qərarı alan orqan tərəfindən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənilməsində istifadə edilir. Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Beləliklə, iddia mümkünlük tələblərinə cavab vermədiyindən, məhkəmə, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, iddiaçının, hazırkı tələbində artıq özgəninkiləşdirilmiş əmlaka görə, yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürdüyünü, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğunu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququnun mövcud olmadığını nəzərə alaraq iddianın dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar