Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5444/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinə qarşı “qərarın və uçotun ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onu iradəsinə zidd olaraq özbaşına olaraq sahibkar kimi qeydə almaqda ifadə olunan hərəkətinin qeyri-hüquqi hesab edilməsi, adına açılmış ********** saylı VÖEN ləğv edilməsi, qanunsuzluq edən vergi orqanının əməkdaşı barəsində xüsusi qərardad qəbul edilməsi və araşdırma aparılması üçün Baş Prokurorluğa göndərilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********794000 saylı Qərannm tamamilə ləğv edilməsi və həmin qərar əsasında hesablanmış verginin silinməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, uzun illərdir lizinq şirkətində müxtəlif vəzifələrdə çalışır. Şəxs avtomobili nağd almaq istəmədikdə şirkət lizinq yolu ilə avtomobili alıcıya təklif edir. Şirkət olaraq müxtəlif növ nəqliyyat vasitələrini alır, daha sonra isə lizinqə verirlər. Bu zaman vergini ödəyirlər. İşlədiyi dövrdə özünə VÖEN açdırmayıb, fərdi sahibkar olmayıb. Lakin vergi orqanı 2021-ci ildə maşın alıb-satdığına görə məcburi qaydada onu sahibkar kimi qeydiyyata alıb və barəsində kameral qaydada vergi hesablayıb. İnzibati və apellyasiya şurasına şikayətləri isə təmin edilməyib. Belə ki, etibarnamə əsasında satıcı X10 və X5 təmsil edərək, 2021-ci ildə Nissan Mikra və Mercedes Benz E200 markalı avtomobilləri satdığına görə, vergi orqanı xx.xx.2022-ci il tarixdə onu qanunsuz və əsassız olaraq məcburi qaydada onun üçün “təzə və istifadə olunmuş minik avtomobillərinin pərakəndə satışı” fəaliyyət növünü seçərək fərdi sahibkar kimi qeydiyyata almış, 2021-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim etmədiyi halda ona 4093,03 manat gəlir vergisi hesablamış və sonra da əsassız olaraq gəlir vergisi bəyannaməsi verməməyini əsas gətirərək vergidən yayınma kimi qiymətləndirərək ona “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********821500 saylı məktub göndərmiş, sonda isə qanunsuz və əsassız olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********794000 saylı qərar qəbul etmişdir. Belə aydın olur ki, vergi orqanı həm avtomobil satanı fərdi sahibkar kimi görmək istəyir və buna görə istədiyi kimi qanunsuzluq edir, həm də lizinqə verilməklə hüquqi şəxs tərəfindən mənfəət vergisi verildiyi halda, bu əməliyyata görə ikinci dəfə vergi tutmağa çalışır. Qeyd edir ki, lizinq şirkəti aldığı maşını lizinqə verməklə əldə etdiyi mənfəətdən vergini, habelə işçilərə əmək haqqı verərkən ödəmə mənbəyində vergini və digər vergiləri ödəyir. Bir əməliyyata görə iki dəfə vergi tutulması isə Azərbaycan Respublikası Konstitusiyası ilə qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ və İİ hissələrinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Bir daha qeyd edir ki, satdığı maşınların heç biri öz adına olmayıb, etibarnamə əsasında satıcı X10 və X5 təmsil edib. Vergi orqanı isə kameral vergi hesablanması zamanı bu hərəkətini sahibkarlıq hərəkəti kimi qiymətləndimişdir. Halbuki, etibarnamə ilə təmsil olunmaq hüququ Mülki Məcəllə ilə hər bir fiziki və hüquqi şəxsə verilib. xx.xx.2021-ci il tarixli 06/3708/İLİZ nömrəli alqı-satqı müqaviləsinə görə satıcı X6 məxsus olmuş 1 ədəd 2011-ci il buraxılışlı, Nissan Mikra markalı, mühərrik № 710774A, ban № MDHFBUK13Z0009694 olan avtomobili ahcı "xxxx" MMC-yə 9.666 manata etibarnamə əsasında satıcı X5 təmsil etməklə satıb. xx.xx.2021-ci il tarixli 06/4166/İLİZ nömrəli alqı-satqı müqaviləsinə görə satıcı X11 məxsus olmuş 1 ədəd 2016-cı il buraxılışlı, Mercedes Benz E200 markalı, mühərrik № **********6726, ban № WDD2130421A025904 olan avtomobili alıcı "xxxx" MMC-yə 72.200 manata etibarnamə əsasında satıcı X10 təmsil etməklə satıb. Vergi orqanı vergini hesablamaq üçün onu qanunsuz olaraq sahibkar elan edib. Cavabdehin özbaşınalıq edərək onu iradəsinə zidd olaraq fərdi sahibkar kimi qeydiyyata almağını nəzərə alaraq hesab edir ki, barəsində qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********794000 saylı qərar ləğv edilməlidir. Cavabdeh yalnız satış aktına istinad etməklə qərar qəbul etməklə inzibati icraat haqqında Qanunun tələblərini pozmuşdur. Sübutetmə vəzifəsinə görə cavabdeh aşağıdakıları sübut etməlidir: -onun fərdi sahibkar olmasını, -maşınların ona məxsus olmasını, -ucuz alıb baha satmağını, -maşının qaldıqca qiymətinin artmasını. Hələ görünməyib ki, maşın qaldıqca bahalaşsın. Məsələ orasındadır ki, lizinq şirkəti maşını dəyərindən baha satmalıdır ki, mənfəəti olsun. Mənfəətin də vergisi verilir. Vergi orqanı Vergi Məcəlləsi ilə barəsində tədbir görə bilmək üçün qəsdən onu məcburi VÖEN-lə təmin edib. Halbuki bu hərəkət birbaşa vəzifə səlahiyyətlərindən sui-istifadədir. Bu isə Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə qadağan olunan və cəzalanmalı olan hərəkətdir. Odur ki, xahiş edirəm ki, vergi orqanı və məni məcburi fərdi sahibkar kimi qeydə alan və mənə vergi hesablayan vergi orqanının əməkdaşları barəsində xüsusi qərardad qəbul edilsin və əməldə cinayət tərkibinin olub- olmamasının aydınlaşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməlidir. Beləliklə, hesab edir ki, cavabdeh inzibati orqan qanunsuz və özbaşına olaraq onu sahibkar kimi qeydiyyata aldığı üçün sahibkar kimi qeydiyyatı ləğv edilməli və ona kameral vergi hesablanması barədə qərar ləğv edilməlidir. Çünki əgər sahibkar deyilsə, barəsində nə səyyar, nə də kameral yoxlama aparıla bilməz və vergi hesablana bilməz.
3. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********794000 nömrəli qərarla vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2021-ci hesabat dövrü üçün İddiaçı (VÖEN: **********) barəsində 4093,30 manat vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, gəlir vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanmışdır. Bu hesablama ilə bağlı Vergi Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq şikayət vermək hüququ izah olunmuşdur.
4. “İnzibati şikayətin təmin edilməməsi haqqında” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli qərarına əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə inzibati şikayəti təmin edilməmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********794000 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün “təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı” olduğu, vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2021-ci il ərzində elektron alış aktları əsasında ümumilikdə 81866,0 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq müvafiq dövr üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********821500 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün 4093,03 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********794000 nömrəli Qərar qəbul olunmuşdur. Fərdi sahibkar inzibati şikayətlərində heç-bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, təqdim edilmiş avtomobillərinin şəxsi istifadəsində olduğunu və özünə məxsus avtomobilləri lizing şirkətinə satdığını bildirərək hesablanmış vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətin icra müddəti artırılmış və bu barədə maraqlı şəxsə xx.xx.2022-ci il tarixli **********298500 nömrəli məktubla məlumat verilmişdir. Şikayətin araşdırılması məqsədi ilə fərdi sahibkarın araşdırmada şəxsən (şikayət verən fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri) və ya səlahiyyətli nümayəndəsi (qanuni nümayəndəniz) və ya vəkili vasitəsilə iştirak etməsi barədə “Araşdırmada iştirak barədə" xx.xx.2022-ci il tarixli **********234300 nömrəli məktub göndərilərək fərdi sahibkar (və ya səlahiyyətli nümayəndəsi) xx.xx.2022-ci il tarixdə saat 15:00-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, fərdi sahibkar araşdırmaya uyğun izahat vermişdir. Vergi ödəyicisi izahatında alıcının nəqliyyat vasitələrini nağd şəkildə ala bilmədiyi üçün nəqliyyat vasitələrini lizing şirkəti vasitəsi ilə satdığını, Nissan Micranın 2020-ci ilin dekabr ayında, Mercedes Benz E200-ün isə 2021-ci ilin mart ayında tərəfindən alınmasına baxmayaraq, nəqliyyat vasitələri nasaz olduğu üçün sənədləşmənin aparılmadığını, satışdan əvvəl təmirdə olduğunu, təmirdə olduğu müddətdə nəqliyyat vasitələrinə müştəri tapıldığı üçün eyni gündə etibarnamə ilə satış olunduğunu bildirmişdir. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlililər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayəti təmin edilməməlidir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün həmin dövr ərzində vergi ödəyicisi tərəfindən təqdim edilən elektron alış aktlarına əsasən 81866,0 manat gəlir, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla 4093.3 manat gəlir vergisi hesablanmışdır. İnzibati araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) xx.xx.2021-ci il tarixdə EAA seriyalı 207521 nömrəli elektron alış aktına əsasən 9666,0 manat dəyərində Nissan Micra markalı, xx.xx.2021-ci il tarixdə EAA seriyalı 310899 nömrəli elektron alış aktına əsasən 72200,0 manat dəyərində Mercedes Benz E200 markalı, ümumilikdə 2 sayda, 81866,0 manat dəyərində, 2022-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) xx.xx.2022-ci il tarixdə EAA seriyalı 568479 nömrəli elektron alış aktına əsasən 9900,0 manat dəyərində Nissan Micra markalı avtomobillərin təqdim edilməsi, eyni zamanda fərdi sahibkar tərəfindən 2019-cu il ərzində ümumi gömrük dəyəri 40315,36 manat olan iki ədəd Chevrolet Cruze markalı (ban nömrəsi- 1G1BE5SM6G7250733 və 3G1BE6SM5HS611345) nəqliyyat vasitələrinin idxal edildiyi müəyyən edilmişdir. Vergi ödəyicisinin araşdırmaya təqdim etdiyi sənədlərə əsasən X8 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamə əsasında **-UD-*** dövlət qeydiyyat nişanlı, Nissan Micra markalı (ban nömrəsi MDHFBUK13Z0009694) avtonəqliyyat vasitəsinin fərdi sahibkarın istifadəsinə verildiyi, xx.xx.2021-ci il tarixli avtomaşının alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edildiyi, X13 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamə əsasında **-TT-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E200 markalı (ban nömrəsi WDD2130421A025904) avtonəqliyyat vasitəsinin fərdi sahibkarın istifadəsinə verildiyi, xx.xx.2021-ci il tarixli avtomaşının alqısatqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edildiyi müəyyən edilmişdir. Bundan əlavə uçot baza məlumatlarına əsasən yuxarıda qeyd olunan avtonəqliyyat vasitələrindən əlavə fərdi sahibkarın sahibliyində 5 sayda və etibarnamə əsasında 1 sayda avtonəqliyyat vasitələrinin olduğu müəyyən edildi. Eyni zamanda “Lizinq” şirkətləri tərəfindən tərtib olunmuş elektron alış aktlarının ləğv edilməmiş, qaydalara uyğun İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında hər hansı düzəlişin aparılmamış, avtomobil nəqliyyatı vasitələrinin alınması ilə bağlı sənədlər təqdim edilməmişdir. Araşdırma zamanı nəqliyyat vasitələri etibarnamə əsasında fərdi sahibkara verildikdən sonra çox qısa müddət ərzində (1 gün ərzində) fərdi sahibkar tərəfindən lizing şirkətinə təqdim edilməsi nəqliyyat vasitələrinin fərdi sahibkarın sahibliyində olmadığı, nəqliyyat vasitələrinin fərdi sahibkarın şikayətlərində qeyd edildiyi kimi şəxsi məqsədlər üçün istifadə olunmadığı müəyyən edilmişdir. Uçot baza məlumatlarının araşdırılması zamanı X1 21 ədəd və etibarnamə əsasında 17 ədəd, X3 6 ədəd və etibarnamə əsasında 3 ədəd nəqliyyat vasitələrinin olması fiziki şəxslərin nəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olduğuna, lakin vergi ödəyicisi kimi vergi orqanında uçotda olmadığına, bununla da faktiki olaraq tərəfindən təqdim edilmiş nəqliyyat vasitələrinin digər şəxslərin adına rəsmiləşdirilərək vergi tutulan dövriyyələrinin gizlədilməsinə əsas verir. Eyni zamanda Mercedes Benz E200 markalı (ban nömrəsi WDD2130421A025904) nəqliyyat vasitəsinin X13 tərəfindən xx.xx.2019-cu ildə etibarnamə əsasında İddiaçı, xx.xx.2020-ci il tarixdə etibarnamə əsasında X8, sonradan xx.xx.2021-ci il tarixdə yenidən etibarnamə əsasında İddiaçı verildiyi müəyyən edilmişdir. Bundan əlavə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X2 olan Mercedes Benz GLA 200 edi markalı (ban nömrəsi WDC1569081J055009) nəqliyyat vasitəsinin etibarnamə əsasında X11 verildiyi müəyyən edilmişdir. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Belə ki, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyət ilə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mütəxəssis, xx.xx.2022-ci il tarixdən isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışdığı müəyyən edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar məlumatların əldə edilməsi ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixdə sənədlərin təqdim edilməsi barədə məktub göndərilərək 2021-ci il ərzində aparılmış əməliyyatlara dair müvafiq təsdiqedici sənədləri: bağlanmış müqavilələr, alınmış mallara dair təhvil-təslim və ya üzləşmə aktları, alış aktları, alınmış mallara dair ödəniş məbləğləri və formaları (nağd və ya nağdsız qaydada) barədə məlumatları və ilkin sənədlərin təsdiq edilmiş surətlərini xx.xx.2022-ci il tarixədək inzibati araşdırmaya təqdim edilməsi bildirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2022-ci il tarixdə vergi orqanına müraciət edərək nəqliyyat vasitələrinin alqı-satqısı ilə bağlı bağlanmış müqaviləni, fərdi sahibkar tərəfindən imzalanmış elektron alış aktını və pul vəsaitinin fərdi sahibkara ödənilməsini təqdim edən ödəmə tapşırığını araşdırmaya təqdim etmişdir. Qeyd edilir ki, fərdi sahibkar izahatında nəqliyyat vasitələri alındıqdan sonra təmirdə olmasını bildirməsinə baxmayaraq bununla bağlı nəqliyyat vasitələrinin əldə edilməsi və təmir xərclərinin çəkilməsi ilə bağlı təsdiqedici sənədləri inzibati araşdırmaya təqdim etməmişdir. Beləliklə vergi ödəyicisinin 2021-ci ildə 2 ədəd və 2022-ci ildə bir ədəd nəqliyyat vasitələrinin lizinq şirkətlərinə təqdim edildiyini, 2019-cu ildə fərdi sahibkar tərəfindən 2 ədəd minik avtomobili idxal edildiyi, nəqliyyat vasitələri etibarnamə əsasında fərdi sahibkara verildikdən sonra qısa müddət ərzində (1 gün ərzində) fərdi sahibkar tərəfindən lizing şirkətinə təqdim edilməsi nəqliyyat vasitələrinin fərdi sahibkarın sahibliyində olmadığını və nəqliyyat vasitələrinin fərdi sahibkar tərəfindən şəxsi məqsədlər üçün istifadə olunmadığını, təqdim edilmiş nəqliyyat vasitələrinin sahiblərinin sahibliyində və etibarnamə əsasında çoxlu sayda nəqliyyat vasitələrinin olduğunu, bu da həmin şəxslərin vergi ödəyicisi kimi vergi orqanında uçota alınmadan faktiki olaraq təqdim edilmiş nəqliyyat vasitələrinin digər şəxslərin adına rəsmiləşdirilərək əldə edilmiş gəlirlərinin vergidən yayındırıldığını, qeyd olunanların fərdi sahibkar tərəfindən digər şəxslərin gəlirlərini gizlətmək və ya vergi üstünlüyü əldə etmək məqsədi ilə aparılan əməliyyatlar olduğunu, “Lizinq” şirkətləri tərəfindən tərtib olunmuş elektron alış aktlarının ləğv edilmədiyini, qaydalara uyğun İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında hər hansı düzəlişin aparılmadığını, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla kameral vergi yoxlaması ilə hesablama barədə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********794000 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
5. “İnzibati şikayətin təmin edilməməsi haqqında” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli qərarına əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********794000 nömrəli Qərarı və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il **********670500 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır.
6. Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinə əsasən X8 və X9r.
7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində tərtib edilmiş 2 ədəd elektron alış aktı üzrə İddiaçı tərəfindən 81866,0 manat dəyərində mal və ya xidmət təqdim edildiyi lakin vergi orqanında uçota durmadığı müəyyən edilmişdir. Vergi orqanı tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli **********718800 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilsə də, vergi uçotuna dair ərizə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 2022-ci ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın əsas fəaliyyət növünün “təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı” olduğu, vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2021-ci il ərzində elektron alış aktları əsasında ümumilikdə 81866,0 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq müvafiq dövr üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022ci il tarixli, **********821500 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün 4093,03 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********794000 nömrəli Qərar qəbul olunmuşdur. Vergi ödəyicisi tərəfindən vergi orqanının qərarından xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********514300 nömrəli) və xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********736100 nömrəli) inzibati şikayət verilmiş və vergi orqanının 20 avqust 2022-ci il tarixli **********670500 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün həmin dövr ərzində vergi ödəyicisi tərəfindən təqdim edilən elektron alış aktlarına əsasən 81866,0 manat gəlir, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla 4093.3 manat gəlir vergisi hesablanmışdır. İnzibati araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) xx.xx.2021-ci il tarixdə EAA seriyalı 207521 nömrəli elektron alış aktına əsasən 9666,0 manat dəyərində Nissan Micra markalı, xx.xx.2021-ci il tarixdə EAA seriyalı 310899 nömrəli elektron alış aktına əsasən 72200,0 manat dəyərində Mercedes Benz E200 markalı, ümumilikdə 2 sayda, 81866,0 manat dəyərində, 2022-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) xx.xx.2022-ci il tarixdə EAA seriyalı 568479 nömrəli elektron alış aktına əsasən 9900,0 manat dəyərində Nissan Micra markalı avtomobillərin təqdim edilməsi, eyni zamanda fərdi sahibkar tərəfindən 2019-cu il ərzində ümumi gömrük dəyəri 40315,36 manat olan iki ədəd Chevrolet Cruze markalı (ban nömrəsi- 1G1BE5SM6G7250733 və 3G1BE6SM5HS611345) nəqliyyat vasitələrinin idxal edildiyi müəyyən edilmişdir. Vergi ödəyicisinin araşdırmaya təqdim etdiyi sənədlərə əsasən X8 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamə əsasında **-UD-*** dövlət qeydiyyat nişanlı, Nissan Micra markalı (ban nömrəsi MDHFBUK13Z0009694) avtonəqliyyat vasitəsinin fərdi sahibkarın istifadəsinə verildiyi, xx.xx.2021-ci il tarixli avtomaşının alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edildiyi, X13 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamə əsasında **-TT-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E200 markalı (ban nömrəsi WDD2130421A025904) avtonəqliyyat vasitəsinin fərdi sahibkarın istifadəsinə verildiyi, xx.xx.2021-ci il tarixli avtomaşının alqısatqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edildiyi müəyyən edilmişdir. Bundan əlavə uçot-baza məlumatlarına əsasən yuxarıda qeyd olunan avtonəqliyyat vasitələrindən əlavə fərdi sahibkarın sahibliyində 5 sayda və etibarnamə əsasında 1 sayda avtonəqliyyat vasitələrinin olduğu müəyyən edilmişdir. Araşdırma zamanı nəqliyyat vasitələri etibarnamə əsasında fərdi sahibkara verildikdən sonra çox qısa müddət ərzində (1 gün ərzində) fərdi sahibkar tərəfindən lizing şirkətinə təqdim edilməsi ilə nəqliyyat vasitələrinin fərdi sahibkarın sahibliyində olmadığı, nəqliyyat vasitələrinin şəxsi məqsədlər üçün istifadə olunmadığı müəyyən edilmişdir. Uçot baza məlumatlarının araşdırılması zamanı X1 21 ədəd və etibarnamə əsasında 17 ədəd, X3 6 ədəd və etibarnamə əsasında 3 ədəd nəqliyyat vasitələrinin olması fiziki şəxslərin nəqliyyat vasitələrinin alqı-satqısı ilə məşğul olduğuna, lakin vergi ödəyicisi kimi vergi orqanında uçotda olmadığına, bununla da faktiki olaraq tərəfindən təqdim edilmiş nəqliyyat vasitələrinin digər şəxslərin adına rəsmiləşdirilərək vergi tutulan dövriyyələrinin gizlədilməsinə əsas verir. Eyni zamanda Mercedes Benz E200 markalı (ban nömrəsi WDD2130421A025904) nəqliyyat vasitəsinin X13 tərəfindən xx.xx.2019-cu ildə etibarnamə əsasında İddiaçı, xx.xx.2020-ci il tarixdə etibarnamə əsasında X8, sonradan xx.xx.2021-ci il tarixdə yenidən etibarnamə əsasında İddiaçı verildiyi müəyyən edilmişdir. Bundan əlavə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X2 olan Mercedes Benz GLA 200 edi markalı (ban nömrəsi WDC1569081J055009) nəqliyyat vasitəsinin etibarnamə əsasında X11 verildiyi müəyyən edilmişdir. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Belə ki, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyət ilə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir. Araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mütəxəssis, 25.01,2022-ci il tarixdən isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışdığı müəyyən edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar məlumatların əldə edilməsi ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixdə sənədlərin təqdim edilməsi barədə məktub göndərilərək 2021-ci il ərzində aparılmış əməliyyatlara dair müvafiq təsdiqedici sənədləri: bağlanmış müqavilələr, alınmış mallara dair təhvil-təslim və ya üzləşmə aktları, alış aktları, alınmış mallara dair ödəniş məbləğləri və formaları (nağd və ya nağdsız qaydada) barədə məlumatları və ilkin sənədlərin təsdiq edilmiş surətlərini xx.xx.2022-ci il tarixədək inzibati araşdırmaya təqdim edilməsi bildirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2022-ci il tarixdə vergi orqanına müraciət edərək nəqliyyat vasitələrinin alqı-satqısı ilə bağlı bağlanmış müqaviləni, fərdi sahibkar tərəfindən imzalanmış elektron alış aktını və pul vəsaitinin fərdi sahibkara ödənilməsini təqdim edən ödəmə tapşırığını araşdırmaya təqdim etmişdir. Beləliklə vergi ödəyicisinin 2021-ci ildə 2 ədəd və 2022-ci ildə bir ədəd nəqliyyat vasitələrinin lizinq şirkətlərinə təqdim etməsi, 2019-cu ildə fərdi sahibkar tərəfindən 2 ədəd minik avtomobili idxal etməsi, nəqliyyat vasitələri etibarnamə əsasında fərdi sahibkara verildikdən sonra qısa müddət ərzində (1 gün ərzində) fərdi sahibkar tərəfindən lizing şirkətinə təqdim edilməsi nəqliyyat vasitələrinin fərdi sahibkarın sahibliyində olmadığını və nəqliyyat vasitələrinin fərdi sahibkar tərəfindən şəxsi məqsədlər üçün istifadə olunmadığını, təqdim edilmiş nəqliyyat vasitələrinin sahiblərinin sahibliyində və etibarnamə əsasında çoxlu sayda nəqliyyat vasitələrinin olduğunu, bu da həmin şəxslərin vergi ödəyicisi kimi vergi orqanında uçota alınmadan faktiki olaraq təqdim edilmiş nəqliyyat vasitələrinin digər şəxslərin adına rəsmiləşdirilərək əldə edilmiş gəlirlərinin vergidən yayındırması, qeyd olunanların fərdi sahibkar tərəfindən digər şəxslərin gəlirlərini gizlətmək və ya vergi üstünlüyü əldə etmək məqsədi ilə aparılan əməliyyatlar olması, “Lizinq" şirkətləri tərəfindən tərtib olunmuş elektron alış aktlarının ləğv edilməməsi, qaydalara uyğun İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında hər hansı düzəlişin aparılmaması vergi orqanının hesablamasının qanunvericiliyə uyğun olduğunu bir daha sübut edir. Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirinin (xərclərinin) o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 16.1.6-cı maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 16.1.11-6 aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicis i kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək: 16.1.11-6.1. bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi; 16.1.11-6.2. dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi; 16.1.11-6.3. notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi; 16.1.11-10-cu maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsini və yük avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib etmək; 23.1.1 -ci maddəsinə əsasən vergi orqanlarının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər 67.1-ci maddəsinə uyğun olaraq həmin Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 94-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydalan”nın 3.4-cü bəndinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri (kağız daşıyıcıda olan malların alış aktı, malların təhvilqəbul aktı və digər ödəniş sənədləri) üzrə məlumatlarla uyğun olmadıqda və ya əməliyyat qismən ləğv edildikdə, o cümlədən mallar qismən geri qaytarıldıqda, vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında düzəliş aparır.
8. İddiaçı xx.xx.2022-ci il tarixdən məcburi qaydadada vergi orqanında uçota alınmışdır.
9. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
10. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.
12. İnzibati şikayətin təmin edilməməsi haqqında Dövlət Vergi Xidmətinin Apellyasiya Şurasının qərarında qərarın tarixində formal xətaya yol verilmişdir (mübahisələndirilən qərarın tarixi xx.xx.2022-ci il əvəzinə xx.xx.2021-ci il olaraq göstərilmişdir).
13. İPM-in 32.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
14. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
15. İPM-dən: 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.
16. Məhkəmə hesab edir ki, vergi ödəyicisi kimi uçota alınması (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilməsi və iddiaçının vergi ödəyicisi kimi uçotunun (qeydiyyatının) ləğv edilməsi hissəsində müəyyən etmə və tanında növündə iddia, qərarın ləğv edilməsi hissəsində mübahisələndirmə növündə iddiadır.
17. İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli qərarı iddiaçıya xx.xx.2022-ci il tarixli məktubla göndərilmiş, həmin qərarın iddiaçıya nə vaxt çatdırıldığı müəyyən olunmur. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.
18. Odur ki, iddia müddəti ötürülmədiyindən iddiaçının təqdim etdiyi prosessual müddətin bərpasına dair ərizəyə münasibət bildirilməsi zərurəti yoxdur.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının fərdi sahibkar statusu olmamış, vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alınmışdır.
21. Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir
22. Məhkəmə qeyd edir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisindən fərqli olaraq, vergi orqanının təşəbbüsü ilə sadələşdirilmiş verginin ödəyicisi kimi uçota (qeydiyyata alınma) alınma vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Qeyd edilən məqsədlər üçün qanunvericilik vergi ödəyicisinin ərizəsi əsasında onun uçota alınmasını müəyyən edir.
23. İddiaçının sadələşdirilmiş verginin ödəyicisi kimi uçota alınmaya dair müvafiq ərizəsi mövcud deyildir.
24. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir... ...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.
25. Odur ki, sadələşdirilmiş verginin ödəyicisi kimi uçota alınmaya dair vergi orqanının hərəkətlərini əsaslandıran qanuni müddəa yoxdur. Odur ki, həmin hərəkətlər qanunsuz hesab olunmalıdır.
26. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
27. Hazırkı işin hallarına uyğun olaraq vergi uçotuna (məcburi) alınma inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaq məqsədilə iddiaçı üçün hüquqi nəticələr yaratması mübahisəsizdir. İnzibati orqan tərəfindən həmin uçot hər hansı qərar qəbul edilmədən faktiki hərəkətlərlə həyata keçirilmişdir.
28. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 02№-li qərardadda ifadə edilən mövqeyə əsasən:
37. İnzibati aktda həlledici olan iradə ifadəsinin mövcudluğudur, çünki hüquqi aktlar mütləq iradə ifadəsini əks etdirirlər. Faktiki xarakterli hərəkətlərdə isə hərəkətin iradi və ya qeyriiradi törədilməsindən asılı olmayaraq ona hüquqi dəyər verən hərəkətin özüdür.
50. Faktiki xarakterli hərəkətlər hər hansı konkret inzibati aktın icrasını təmin etmək üçün edilə biləcəyi kimi, həm də normativ-hüquqi aktla inzibati orqanın üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün də edilə bilər. Normativ-hüquqi aktdan irəli gələn faktiki xarakterli hərəkətlərə münasibətdə isə diqqət edilməli olan məqam ondan ibarətdir ki, bu halda, normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən müddəasının icrasının təmin edilməsi üçün əlavə olaraq inzibati aktın qəbul edilməsi tələb olunur, yoxsa yox? Bu suala cavabın müəyyənləşdirilməsi isə normativ-hüquqi aktın vəzifə müəyyən edən normasının təhlilindən asılıdır. Belə təhlildən asılı olaraq bəzən belə bir inzibati aktın qəbul edilməsi qaçılmaz ola bilər, bəzən isə normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən norması aydın olduğundan və icrasının təmin edilməsi üçün əlavə inzibati aktın qəbul edilməsi tələb olunmadığından normaya istinadla birbaşa faktiki xarakterli hərəkətlər həyata keçirilə bilər.
29. Beləliklə, məhkəmə hesab edir ki, şəxsin vergi ödəyicisi kimi uçotu olmadığı halda barəsində kameral vergi yoxlamasının keçirilməsi və gəlir vergisi hesablanması qanuni hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsində nəzərdə tutulmuş vergi nəzarəti tədbirləri vergi orqanı tərəfindən vergi ödəyicisinə münasibətdə tətbiq edilə bilər.
30. Lakin məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma halını müəyyən etdikdə və həmin əməl nəticəsində dövlətə xeyli miqdarda ziyan vurulduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün cinayət qanunvericiliyində nəzərdə tutulmuş tədbirləri görə bilər (Cinayət Məcəlləsinin 192ci maddəsinə əsasən).
31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq İddiaçı sadələşdirilmiş verginin ödəyicisi kimi uçotunun (qeydiyyatının) qanunsuz hesab edilməsi və və iddiaçının vergi ödəyicisi kimi uçotunun (qeydiyyatın) ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin İddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********794000 nömrəli qərarının ləğv edilməsi kimi təmin edilməlidir.
33. İddia tələbinin xususi qərardad qəbul edilməsi hissəsi vəsatət xarakterlidir. Müvafiq əsaslar olmadığından məhkəmə həmin hissədə vəsatətin təmin edilməməli olduğu qənaətindədir. Belə ki, iddianın məhkəmə tərəfindən müdafiəsi onun pozulmuş hüquqlarının bərpası üçün yetərli təminatdır.
34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmasına (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilsin və iddiaçının ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotu (qeydiyyatı) ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsinin İddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********794000 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva