Məhkəmə qərarları › İş №2-1(112)-5446/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5446/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5446/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı XN, Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı XN cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “ehtiyata buraxılmanın ləğv edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı qarşı “xidməti uyğunsuzluğa və barəsində tətbiq olunmuş Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı barədə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, baş gizir rütbəsində N996-N999-cu illərdə Azərbaycan Resublikası daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Binəqədi və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrində müddətli həqiqi xidmətdə olmuşdur. 2000-202N-ci illərdə X4, Zaqatala, Şəki, Binəqədi rayonlarında yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə, o cümlədən feldyeger, bölüyün baş çavuçu, tağım komandiri - müəllim və yeməkxana rəisi vəzifələrində xidmət etmişdir. Daxili Qoşunlarda xidmət etdiyi müddət ərzində XN0 Hərbi Məktəbində təkminləşdirmə, gizir hazırlığı ixtisas və bölüyün baş çavuşu kurslarını əla qiymətlərlə bitirmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Bakı şəhərində, Qaradağ, Zaqatala və Balakən rayonlarında ictimai asayişin qorunması və təhlükəziliyin təmin olunmasında, şəhərdə, yaşayış məntəqəsində və XNN Çəkmə Müəssisəsində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarış və onların zərərləşdirilməsində fəal iştirak etdiyinə görə dəfələrlə XN2, X6 və hərbi hisə komandirləri tərəfindən mükafatlandırılmışdır. Xidmət etdiyi müddət ərzində 60-dan çox mükafata layiq görülmüşdür. Hərbi Xidməti vəzifələrinin layiqincə icrasına yanaşdığına görə Azərbycan Respublikası Prezidenti adından qüsursuz xidmətlərə görə N, 2 və 3-cü dərəcəli Silahlı Qüvvələrin yaranmasının N0 illiyi və 90 illiyi medalları ilə təltif olunmuşdur. N996-ci ildən 202N-ci ilin noyabr ayının 2-nə kimi Daxili Qoşunlarda heç bir intizam cəzası (tənbehi) olmayıb. N5 noyabr 202N-ci il tarixdə, xidmət müddətinin başa çatmasına 3 ay qalmış Silahlı Qüvvələrdən Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. X5 qəsəbəsində yerləşən hərbi hissəsində xidmət etdiyi zaman qanunsuz olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Belə ki, komanda üzrə öz arzusu ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı haqqında N saylı hərbi hissədə yazdığı raporta əsasən hərbi hissənin vəzifəli şəxsləri tərəfindən lazımi tədbir görülməyib. İntizam nizamnaməsinin və Şərəf Məhkəməsinin tələblərinə zidd olaraq bir həftə ərzində bir nöqsana görə iki cəza verilib. Cəzanın verilməsi zamanı xidmətləri və mükafatları nəzərə alınmayıb. Xidmət müddətinin başa çatmasına 3 ay qalmış intizam cəzası verilərkən intizam nizamnaməsində gizirlərə verilən intizam cəzaların ardıcıllığına ümumiyyətlə riayət edilməmişdir. Ona intizam cəzası verilərkən ailə vəziyyəti nəzərə alınmamışdır. İntizam cəzası verilərkən və Silahlı Qüvvələrdən ehtiyata buraxılarkən onunla heç kim söhbət etməmişdir. Şərəf Məhkəməsində onun işinə düzgün baxılmamış və haqqında düzgün qərar qəbul edilməmişdir. Bununla da Xidməti uyğunsuzluğa görə intizam cəzası verilib. Qanunamüvafiq olaraq Şərəf Məhkəməsinin bir nüsxəsi ona təqdim olunmalı olduğu halda verilməmişdir. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində evlə təmin olunmağına görə kirayə pulu verilirdi. Hal hazırda Dövətin bu imtiyazlarından mərhum olmuşam. Evlə təmin oluna bilməmişdir. O, 3 övlad və gələcəyin 3 əsgər atasıdır. Himayəsində tələbə, azyaşlı övladları, anası, həyat yoldaşı və əlil bacısının olması, vətənə, dövlətə, xalqa sədaqətlə xidmət etməyi rəhbərlik tərəfindən nəzərə alınmayaraq barəsində belə bir qərar qəbul olunmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazla müraciət edərək bildirmişdir ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, N996-N999-cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Binəqədi və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, 2000- 202N-ci illərdə isə X4, Zaqatala, Şəki, Binəqədi rayonlarında yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə, o cümlədən feldyeger, bölüyün başçavuşu, taqım komandiri-müəllim və yeməkxana rəisi vəzifələrində xidmət etmiş, xidmət etdiyi müddət ərzində XN2, XN2nin müavini-daxili qoşunların komandanı və hərbi hissə komandiri tərəfindən 60-dan çox mükafa layiq görülmüş, xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidenti adından “Qüsursuz xidmətlərə görə” birinci, ikinci və üçüncü dərəcəli, Silahlı Qüvvələrin yaranmasının N0 illiyi və 90 illiyi yubley medalları ilə təltif olunmuş, N996-202N-ci illərdə xidmət müddətində heç bir intizam cəzası olmamışdır. Həmçinin, iddiaçı ərizəsində qeyd etmişdir ki, xx.xx.202N-ci il tarixdə xidmət müddətinin başa çatmasına 3 ay qalmış Silahlı Qüvvələrdən xidməti uyğunsuzluğa görə qanunsuz olaraq ehtiyata buraxılmış, komanda üzrə öz arzusu ilə Silahlı Qüvvələrə ehtiyata buraxılması haqqında yazdığı raporta əsasən vəzifəli şəxslər tərəfindən lazımi tədbirlər görülməmiş, İntizam Nizamnaməsinin və Şərəf Məhkəməsinin tələblərinə zidd olaraq bir həftə ərzində bir nöqsana görə iki cəza verilmiş, intizam cəzası verilən zaman xidməti və mükafatları nəzərə alınmamış, intizam cəzalarının verilmə ardıcıllığına riayət edilməmiş, ailə vəziyyəti nəzərə alınmamış, ehtiyata buraxılarkən onunla fərdi söhbət aparılmamış, Şərəf Məhkəməsində işə düzgün baxılmamış və düzgün qərar verilməmiş, qərarın surəti ona verilməmiş, xidmət etdiyi müddət ərzində evlə təmin olunmadığına görə kirayə pulundan məhrum olunmuş, himayəsində tələbə və azyaşlı övladlarının, anası, həyat yoldaşı və əlil bacısının olmasını rəhbərlik nəzərə almamışdır. İddiaçı göstərilənləri nəzərə alaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinin ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Yuxanda göstərilənlər üzrə iddiaçı tərəfindən göstərilən faktları əsassız hesab edirəm və iddia təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan baş gizir İddiaçı Daxili Qoşunlarda müddətli və həqiqi hərbi xidmət keçməsi faktlarım Daxili Qoşunların arxivindən verilmiş NN3 №-li, xx.xx.2023-cü il arayışla təsdiq edilir. XN2nin müavini-daxili qoşunların komandanının xx.xx.20N8-ci il tarixli 44 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissədə təminat taborunda təminat bölüyünün N-ci təminat taqımında yeməkxana rəisi vəzifəsindən azad edilib, təminat bölüyünün təminat taqımında yeməkxana rəisi vəzifəsinə təyin edilmişdir. O, xidmət etdiyi dövrdə xx.xx.202N -ci il tarixdə “Yeməkxanada səliqəsəhmanın zəif olduğuna, qabların yuyulma texnologiyasına düzgün nəzarət etmədiyinə və tutulan iradlardan düzgün nəticə çıxartmadığına görə” hərbi hissə komandiri tərəfindən “Şiddətli töhmət” elan edilərək intizam qaydasında cəzalandırılmış, görülən bütün tədbirlərə baxmayaraq öz üzərində dönüş yaratmamış, mənfi xasiyyətnamə ilə xarakterizə olunmuşdur. Onunla aparılmış kollektiv və fərdi tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzasından nəticə çıxartmayaraq xidməti fəaliyyətində dönüş yaratmadığı üçün N saylı hərbi hissə komandirinin xx.xx.202N-ci il tarixli 463 №-li əmri ilə hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb edilmiş, şərəf məhkəməsinin iclası zamanı o, hərbi xidmətin çətinliklərinə dözə bilmədiyini, üzərinə düşən vəzifə borclarının öhdəsindən gəlməyi bacarmadığını bildirmiş, yol verdiyi nöqsanları başa düşdüyünü və məhkəmə iclasında deyilənlərin həqiqətə uyğun olduğunu, hərbi qulluqçunun şərəfinə xələl gətirdiyini bildirmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar N saylı hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinin qərarına əsasən onun Daxili İşlər Nazirliyinin Q58-00N-N5 nömrəli xx.xx.20N5-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Daxili İşlər Nazirliyinin X7 məhkəmələri haqqında Əsasnamə”nin 5.N.6-cı maddəsinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. XN2nin müavini - daxili qoşunların komandanının xx.xx.202N-ci il tarixli 204 №-li ş/h üzrə əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsini “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq N saylı hərbi hissənin təminat bölüyünün təminat taqımının yeməkxana rəisi vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Yuxanda qeyd olunanlara əsasən hesab edirik ki, İddiaçı xidmət müddətində onunla apanlmış fərdi və kollektiv tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzasından nəticə çıxartmadığından hissənin gizir və MAXE hərbi qulluqçuların şərəf məhkəməsinin qərarına əsasən onun “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üzrə qeyd olunan əsasnamənin və digər qanunvericiliyin tələbləri pozulmamışdır. Həmçinin, iddiaçı hazırki iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.N -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 73.N-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 3.3-cü maddəsinə görə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin N65-ci maddəsinə görə ehtiyata və istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.N-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərdən məlum olur ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan baş gizir İddiaçı iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən iddiaçıya ünvanlanmış 0N4-30024/4İ-3222 xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Daxili Qoşunlarda xidmət etdiyi müddətdə yol verdiyi nöqsanlarla əlaqədar hərbi hissənin gizir və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçularının şərəf məhkəməsinin qərarı və hərbi hissə komandirinin vəsatəti ilə XN2nin müavini-daxili qoşunların komandanının müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmçinin, izahat verərək, elan olunmuş intizam cəzasının haqlı olduğunu və xidmət etdiyi hərbi hissədə heç kimdən şikayətinin olmadığını bildirmişdir. Ehtiyata buraxılmağına dair müvafiq əmrin ləğv olunması mümkün deyil. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi tərəfindən təqdim edilmiş NN3 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən X3:

1. N saylı hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 255 №-li əmrilə Hacıqabul RHK-dan gəlmiş hesab edilərək “sıravi” hərbi rütbəsi verilməklə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, tədris taborunda atıcı vəzifəsinə təyin edilmişdir;

2. Daxili qoşunların komandanının xx.xx.N996-cı il tarixli N52 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 297 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə keçirilmişdir;

3. N saylı hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 279 №-li əmrilə N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, 6-cı patrul bölüyünün N-ci taqımının 2-ci bölməsində atıcı vəzifəsinə təyin edilmişdir;

4. Daxili qoşunların komandanının xx.xx.N996-cı il tarixli 7N3 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 299 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq 23 dekabr N996-cı il tarixdən kiçik komandirlər kursunda təhsil almaq üçün N saylı hərbi hissə komandirinin sərəncamına getmiş hesab edilmişdir;

5. N saylı hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 304 №-li əmrilə kiçik komandirlər kursunu keçmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməklə xüsusi motorlaşdırılmış polis hissələri üçün bölmə komandirləri hazırlayan tədris bölüyündə müdavim vəzifəsinə təyin edilmişdir;

6. Daxili qoşunların komandanının xx.xx.N997-ci il tarixli N7 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli NN №-li əmrilə kiçik komandirlər kursunu bitirmiş hesab edilərək Daxili qoşunların komandanının xx.xx.N997-ci il tarixli 24 №-li əmrilə “kiçik çavuş” hərbi rütbəsi verilməklə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, N saylı hərbi hissəyə ezam edilmişdir;

7. Daxili qoşunların komandanının xx.xx.N997-ci il tarixli N7 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli NN №-li əmrilə N saylı hərbi hissənin hərbi qulluqçusu kimi N saylı hərbi hissədə kiçik komandirlər məktəbini bitirmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir;

8. N saylı hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 62 №-li əmrilə N saylı hərbi hissədən ezam olunmuş əsgərlərin siyahısında hissənin qazan təminatından çıxarılaraq N saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir;

9. N saylı hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 32 №-li əmrilə 6-cı patrul bölüyünün 3-cü taqımının N-ci bölməsində bölmə komandiri vəzifəsinə təyin edilmişdir;

10. N saylı hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 234 №-li əmrilə 6-cı patrul bölüyündə 3-cü taqım komandirinin müavini vəzifəsinə təyin edilmişdir;

11. N saylı hərbi hissə komandirinin xx.xx.N998-ci il tarixli 204 №-li əmrilə 6-cı patrul bölüyündə 2-ci taqım komandirinin müavini vəzifəsinə təyin edilmişdir;

12. Azərbaycan Respublikası Prezidentinin xx.xx.N999-cu il tarixli NN9 №-li Fərmanına, Müdafiə Nazirliyinin xx.xx.N999-cu il tarixli 7N №-li əmrinə və Daxili qoşunların komandanının xx.xx.N999-cu il tarixli 89 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N999-cu il tarixli N04 №-li əmrilə xidmət müddəti başa çatdığına görə 05 may N999-cu il tarixdə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, Silahlı Qüvvələrə ehtiyata buraxılaraq qeydiyyata alınmaq üçün Hacıqabul RHK-ya göndərilmişdir;

13. Daxili qoşunların komandanının xx.xx.2000-ci il tarixli 38 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli N24 №-li əmrilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq Hacıqabul RHK-dan ehtiyatdan gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, feldyeger vəzifəsinə təyin edilmişdir;

14. Daxili qoşunların komandanının xx.xx.N997-ci il tarixli N7 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli NN №-li əmrilə kiçik komandirlər kursunu bitirmiş hesab edilərək Daxili qoşunların komandanının xx.xx.N997-ci il tarixli 24 №-li əmrilə “kiçik çavuş” hərbi rütbəsi verilməklə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, N saylı hərbi hissəyə ezam edilmişdir;

15. Daxili qoşunların komandanının xx.xx.N997-ci il tarixli N7 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli NN №-li əmrilə N saylı hərbi hissənin hərbi qulluqçusu kimi N saylı hərbi hissədə kiçik komandirlər məktəbini bitirmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir;

16. N saylı hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 62 №-li əmrilə N saylı hərbi hissədən ezam olunmuş əsgərlərin siyahısında hissənin qazan təminatından çıxarılaraq N saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir;

17. N saylı hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 32 №-li əmrilə 6-cı patrul bölüyünün 3-cü taqımının N-ci bölməsində bölmə komandiri vəzifəsinə təyin edilmişdir;

18. N saylı hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 234 №-li əmrilə 6-cı patrul bölüyündə 3-cü taqım komandirinin müavini vəzifəsinə təyin edilmişdir;

19. N saylı hərbi hissə komandirinin xx.xx.N998-ci il tarixli 204 №-li əmrilə 6-cı patrul bölüyündə 2-ci taqım komandirinin müavini vəzifəsinə təyin edilmişdir;

20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.N999-cu il tarixli NN9 №-li Fərmanına, Müdafiə Nazirliyinin xx.xx.N999-cu il tarixli 7N №-li əmrinə və Daxili qoşunların komandanının xx.xx.N999-cu il tarixli 89 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N999-cu il tarixli N04 №-li əmrilə xidmət müddəti başa çatdığına görə 05 may N999-cu il tarixdə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, Silahlı Qüvvələrə ehtiyata buraxılaraq qeydiyyata alınmaq üçün Hacıqabul RHK-ya göndərilmişdir;

21. Daxili qoşunların komandanının xx.xx.2000-ci il tarixli 38 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli N24 №-li əmrilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq Hacıqabul RHK-dan ehtiyatdan gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, feldyeger vəzifəsinə təyin edilmişdir;

22. Daxili qoşunların komandanının xx.xx.2002-ci il tarixli 24 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2002-ci il tarixli 73 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün N7074 hissəyə keçirilmişdir;

23. N saylı hərbi hissə komandirinin xx.xx.2002-ci il tarixli 8N №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməklə 2-ci əməliyyat taborunda 4-cü əməliyyat bölüyünün baş çavuşu vəzifəsinə təyin edilmişdir;

24. N saylı hərbi hissə komandirinin xx.xx.2002-ci il tarixli 247 №-li əmrilə gizir hazırlığı kursunda təhsil almaq üçün Qala tədris mərkəzinə getmiş hesab edibmişdir;

25. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2003cü il tarixli N2 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2002-ci il tarixli 67 №-li əmrilə gizir hazırlığı kursunu bitirmiş hesab edilərək növbəti “gizir” hərbi rütbəsi verilmişdir;

26. Daxili işlər nazirinin müavini - daxili qoşunlarınkomandanının xx.xx.2003-cü

27. Daxili işlər nazirinin müavini - daxili qoşunlarınkomandanının xx.xx.2003-cü

28. N saylı hərbi hissə komandirinin xx.xx.2003-cü il tarixli 30N №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, ayrı yerləşən tədris taborunda tədris prossesinin təminatı bölüyünün təminat taqımında yeməkxana rəisi vəzifəsinə təyin edilmişdir;

29. XN2nin müavini - daxili qoşunların komandanının xx.xx.2006-cı il tarixli N2 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2006-cı il tarixli NN0 №-li əmrilə ayrı yerləşən tədris taborunda tədris prosessinin təminatı bölüyünün təminat taqımında yeməkxana rəisi vəzifəsindən azad edilib, ayrı yerləşən tədris taborunun kiçik mütəxəssislər hazırlayan tədris bölüyündə aşpazlar hazırlayan tədris taqımının komandiri-müəllim vəzifəsinə təyin edilmişdir;

30. Daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının xx.xx.2008-ci il tarixli 7 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2008-ci il tarixli 98 №-li əmrilə növbəti “baş gizir” hərbi rütbəsi verilmişdir;

31. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.20NN-ci il tarixli 3 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.20NN -ci il tarixli N №-li əmrilə hərbi hissələrin yenilənmiş təşkilati - ştat strukturlarının təsdiq edilməsi ilə əlaqədar olaraq, ayrı yerləşən tədris taborunun kiçik mütəxəssislər hazırlayan tədris bölüyündə aşpazlar hazırlayan tədris taqımının komandiri-müəllim vəzifəsi ixtisar olunduğu üçün həmin vəzifədən azad edilib, 3-cü tədris bölüyünün başçavuşu vəzifəsinə təyin edilmişdir;

32. XN2nin müavini - daxili qoşunların komandanının xx.xx.20N2-ci il tarixli N5 №-li n/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.20N2-ci il tarixli 42 №-li əmrilə xidməti zərurətlə əlaqədar olaraq vakant vəzifənin icrası, ayrı yerləşən tədris taborunun kiçik mütəxəssislər hazırlayan tədris bölüyündə aşpazlar hazırlayan tədris taqımının komandiri-müəllim vəzifəsi həvalə edilmişdir;

33. XN2nin müavini - daxili qoşunların komandanının xx.xx.20N5-ci il tarixli N3 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.20N5-ci il tarixli 39 №-li əmri lə aparılmış ştat dəyişiklikləri ilə əlaqədar olaraq N saylı hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə N saylı hərbi hissədə 3-cü tədris bölüyünün başçavuşu vəzifəsindən azad edilib, N saylı hərbi hissənin təminat bölüyündə 2-ci təminat taqımının komandiri vəzifəsinə təyin edilmişdir (N5 yanvar 20N5-ci il tarixdən NN fevral 20N5-ci il tarixədək N saylı hərbi hissə komandirinin sərəncamında olmuş hesab edilsin);

34. XN2nin müavini – daxili qoşunların komandanının xx.xx.20N5-ci il tarixli 37 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.20N5-ci il tarixli N №-liəmrilə təminat bölüyündə 2-ci təm

35. XN2nin müavini – daxili qoşunların komandanının xx.xx.20N6-cı il tarixli 42 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.20N6-cı il tarixli NN5 №-liəmrilə təminat bölüyünün N -ci

36. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.20N7-ci il tarixli 44 №-li ş/h üzrə əmrilə N saylı hərbi hissədə təminat bölüyünün N-ci təminat taqımında yeməkxana rəisi vəzifəsindən azad edilib, N saylı hərbi hissədə təminat taborunda təminat bölüyünün N-ci təminat taqımında yeməkxana rəisi vəzifəsinə təyin edilmişdir;

37. Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.20N8-ci il tarixli 44 №-li ş/h üzrə əmrilə N saylı hərbi hissədə təminat taborunda təminat bölüyünün N-ci təminat taqımında yeməkxana rəisi vəzifəsindən azad edilib, təminat bölüyünün təminat taqımında yeməkxana rəisi vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.202N-ci il tarixli əmrinə əsasən təminat bölüyünün təminat taqımında yeməkxana rəisi baş gizir İddiaçı vəzifə borclarının icrasına düzgün münasibət bəsləmədiyinə, xidmət dəfələrlə təlimatlandırılmasına baxmayaraq əsgər yeməkxanasında səliqə səhmanın zəif olduğuna, qabların yuyulma texnologiyasına düzgün nəzarət etmədiyinə, həmçinin onunla aparılmış söhbətlərdən və verilmiş intizam cəzalarından nəticə çıxartmadığına görə hərbi hissənin gizir və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçuların şərəf məhkəməsində dinlənilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.202N-ci il tarixli əmrinə əsasən vəzifə borclarının icrasına düzgün münasibət bəsləmədiyinə, əsgər yeməkxanasında mülki işçilərə, həmçinin qabların yuyulma texnologiyasına zəif nəzarət etdiyinə, yeməkxanada yoxlamalar müddətində səliqə-səhmanın zəif olduğuna, həmçinin onunla aparılmış söhbətlərdən və verilmiş intizam cəzasından nəticə çıxartmadığına, bununla da bölmənin şəxsi heyətinə mənfi təsir göstərdiyinə görə təminat bölüyünün təminat taqımında yeməkxana rəisi baş gizir İddiaçı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Q58-00N-N5 nömrəli xx.xx.20N5-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Daxili İşlər Nazirliyinin X7 məhkəmələri haqqında Əsasnamə'nin 5.N.6. maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən tərxis olunması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 204 ş/h saylı xx.xx.202N-ci il tarixli əmrinə əsasən X3 N saylı hərbi hissənin təminat bölüyünün təminat taqımının yeməkxana rəisi vəzifəsindən azad edilərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N saylı hərbi hissə komandirinin N saylı xx.xx.202N-ci il tarixli əmrinə əsasən İddiaçı: N. 202N-ci il üçün növbəti məzuniyyətindən istifadə etmişdir. 2. 0N yanvar 202N-ci il tarixdən N5 noyabr 202N-ci il tarixədək döyüş hazırlığının saxlanılması, vəzifə borclarının yerinə yetirilməsi üzərində intizam cəzası olduğuna görə birdəfəlik pul mükafatının verilməsinə layiq deyil . Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N3-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək xidməti yaşayış yeri barədə məlumatın və təsdiqedici sənədlərin məhkəməyə təqdim edilməsi və ya ərazi aidiyyət məsələsi ilə bağlı münasibətini məhkəməyə bildirməsi təklif edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə iddia tələbi “ehtiyata buraxılmağı barədə xx.xx.202N-ci il tarixli əmrdə barəsində tətbiq olunan xidməti uyğunsuzluğa və barəsində tətbiq olunmuş Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı barədə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinin həmin maddənin “a” bəndi ilə dəyişdirilməsi” kimi dəyişdirilmişdir. Məhkəmə iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, xidməti yaşayış yeri və olduğu yerin, eləcə də yeməkxana rəisi vəzifəsində xidmət göstərdiyi hərbi hissənin ünvanının Bakı şəhərində yerləşməsini nəzərə alaraq məhkəmədən hazırki işin aidiyyəti üzrə göndərilməməsini və Bakı İnzibati Məhkəməsində baxılmasını xahiş edir. O, müqaviləsinin müddətinin bitməsinə dörd aya yaxın vaxt qaldığı müddətdə bütün növ təminatlardan məhrum edilmişdir. Bu barədə 2022-ci ilin mart ayında DOST mərkəzinə müraciəti zamanı məlumatı olmuşdur. İddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsini və məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.20N5-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (N.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (N.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.N) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsindən: 38.N. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. 35.3. Məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 73.2-ci maddəsinə əsasən İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, iddiaçı xx.xx.202N-ci il tarixli əmrlə ehtiyata buraxılmış, həmin vaxtdan bir ildən artıq müddət keçdikdən sonra (09.0N4.2023-cü il tarixdə) müvafiq əmrin ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının buraxılmış müddətin üzürlü hesab edilməsi barədə, onun əmrdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə, xidməti uyğunsuzluğa görə azad edilməsi barədə məlumatının olmaması, bu barədə yalnız 2022-ci ilin mart ayında DOST mərkəzinə müraciət etdikdən sonra məlumat əldə etməsi barədə dəlilini inandırıcı hesab etmir və məhkəmə qeyd edir ki, hətta həmin vaxt məlumatlı olması nəzərə alınarsa belə, inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N3-cü maddəsinə əsasən iddiaçıya buraxılmış prosessual müddətin bərpası ilə bağlı əsaslandırılmış ərizənin təqdim edilməsi barədə hüquqi yardım göstərilməsini zəruri hesab etmir. Yuxarıda qeyd edildiyi kimi məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan N0 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar