Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5448/2023 02.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Mirabbas oğlunun nümayəndəsi (qardaşı) X7 iştirakı ilə İddiaçı Mirabbas oğlunun cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə qarşı “qərarın ləğv olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Mirabbas oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli 270651/2022-25-004 nömrəli qərarının ləğv edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 15/90 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu İddiaçı Mirabbas oğluna məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri, Sabunçu rayon İcra çöbəsinin icra məmuru Murad Abdullayevin təqdimatı ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(008)-843/2022 saylı qərardadı ilə borclu İddiaçı Mirabbas oğlunun mülkiyyətində olan ** XD *** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı mink avtomobilinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Murad Abdullayevin borclu İddiaçı Mirabbas oğluna poç vasitəsi ilə göndərdiyi xx.xx.2022-ci il tarixli, 27065/2022-4-25-004 nömrəli tələbin könüllü icrası haqqında bildirişi borclu İddiaçı Mirabbas oğlu 28 dekabr 2022-ci il tarixdə almışdır. xx.xx.2022-ci il tarixli , 27065/2022-4-25-004 nömrəli tələbin könüllü icrası haqqında bildiriş borclu İddiaçı təqdim olunmadan (Sabunçu rayon Poçt Şöbələrinin heç biriniə daxil olmayan bildiriş) Maştağa Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 15/90 №li icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Murad Abdullayev tərəfindən Sabunçu rayon Məhkəməsinə təqdimat verilmiş və bildirişin borclu İddiaçı təqdim olunmasına dair heç bir sübut olmadan məhkəmə xx.xx.2022-ci il tarixdə , ci il tarixdə, borclu İddiaçı mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı, 99XD094 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair 8(008)-843/2022 saylı qərardad qəbul etmişdir. İddiaçı qeyd etmişdir ki, Sabunçu rayon İcra şöbəsinin icra məmuru Murad Abdullayevin təqdimatı təmin edildikdən sonra, o borclu İddiaçı poçt vasitəsi ilə göndərdiyi tələbin könüllü icrası haqqında bildiriş zərfinin göndərildiyi günü təsdiq edən "ştamp"ın üzərinə markaları yapışdıraraq məsuliyyəti öz üstündən atmaq istəyib. Lakin, zərfin arxasına vurulmuş AZ 1039 saylı Poçtun "ştamp'ından sübut olunur ki, “tələbin könüllü icrası haqqında bildiriş” xx.xx.2022-ci il tarixdə borclu İddiaçı təqdim olunmamışdır. Beləliklə, işin faktiki halları ondadır ki, tələbkar Sabunçu rayonu, Maştağa Bələdiyyəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun xx.xx.2006-ci il tarixli 94№li “ Torpaq sahələri üzərində fiziki şəxslərin hüquqlarına xitam verilməsi barədə” sərəncamına əsasən 1 və daha çox il əvvəl bağ salmaq məqsədi ilə torpaq sahələri götürmüş lakin, indiyədək üzürlü səbəb olmadan istifadələrindəki sahələrdə heç bir əməli iş görməyən vətəndaşları müəyyənləşdirib akt tərtib edərək, həmin vətəndaşların istifadə hüquqlarına xitam verilməsi ilə əlaqədar komissiya yaradıldı və 02 may 2006-cı il tarixdə Sabunçu RİH Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəsi Y.Orucov, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin sədri S.İbrahimov, X4 "Ləhiş" ərazisi üzrə böyük mühəndisi M.Ağakişiyev, sahə mühəndisləri F.Rzayev və T.Ələkbərovun iştirakilə akt tərtib edərək bağ sahələrinin gələcəkdə zibilxanaya çevrilərək antisanitariyanın qarşısını almaq məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun xx.xx.2006-cı il tarixli 94 №li sərəncamını və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 2-ci, 4- cü, 8-ci abzaslarını əsas tutaraq vətəndaşlara verilmiş orderlərin ləğv olunaraq X4 boş bağlar balansına keçirilməsini məqsədəuyğun hesab edildi. Həmin ildə Sabunçu rayonu, Maştağa Bələdiyyəsi borclu İddiaçı ilə 0.24 ha ərazisi olan bağ sahəsinin “torpaq icarəsinə” dair , bağ sahəsinin nömrəsini qeyd etmədən 12 may 2006-ci il tarixdə 15 illik icarə müqaviləsi bağlayaraq, zibilliyə çevrilmiş bağ sahəsini borcluya təhvil verilib. X1 icarəsinə verilmiş 0.24 ha bağ sahəsini abadlaşdırmağa başlamış, bağa su çəkmiş, meyvə və bəzək ağacları əkmişdir. 2007-ci ildə isə icarəyə verilmiş həmin bağın və digər qonşu bağların yerləşdiyi ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar “SEE BREEZE" şirkəti həmin ərazidə yerləşən bütün bağ sahələrinin onlara məxsus olmasını iddia edərək borclu İddiaçı icarəsində olan bağ sahəsini müqaviləyə xitam verdirmədən zəbt etmiş, icarəçiyə kompensasiya ödəməmişdir. xx.xx.2007-ci il tarixdə borclu İddiaçı bağ sahəsindən istifadə edə bilməməsi barədə Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin sədri X10 Seyidİslam oğluna məlumat vermiş və babasına məxsus olmuş 3078 – 3078”A” saylı bağa dair yeni müqavilənin bağlanmasını xahiş etmişdir. Lakin, Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri X10 Seyidİslam oğlunun həbsi ilə bağlı bu mövzu unudulmuşdur. Tələbkar Sabunçu rayonu, Maştağa bələdiyyəsinin borclu İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 129№ xəbərdarlığa əsasən icraçının 2570.0 manat əsas vergi borcu yaranmışdır. Həmin xəbərdarlığın 1.1-ci bəndində həyətyanı və bağ msahələrinin torpaqları üçün fiziki şəxslərin torpaq vergisi 10000m2-dək olduqda illik vergi dərəcəsi 100 m2 üçün 0.6 manat qeyd olunmuşdur. Borclunun icarəsində olan 2400 m2 sagənin illik vergi dərəcəsi 14.40 manat təşkil etdiyi halda, tələbkar borclunun istifadəsində olmayan torpaq sahəsi üçün 2570 manat borc hesablamışdır. xx.xx.2022-ci il tarixdə onun adına bağlammış “torpaq icarəsi”nə dair 15 illik müqaviləyə əsasən ayrılmış torpaq sahəsinin “SEE BREEZE” şirkətinə aid olması səbəbindən heç vaxt istifadə etməməsini, həmin torpaq sahələri barədə Sabunçu rayonu, Maştağa bələdiyyəsinin keçmiş rəhbərliyinə məlumat verməsini bildirmiş və onun adına bağlanmış, lakin müddəti bitmiş müqaviləyə yenidən baxılaraq boş qalmış hər-hansı bir bağ sahəsinə dair yeni müqavilənin bağlanmasını xahiş etmişdir. Tələbkar Sabunçu rayonu, Maştağa bələdiyyəsinin borcluya ünvanladığı xx.xx.2022-ci il tarixli, 178 №li məktubunda 12 may 2006-ci il tarixli icarə müqaviləsinin əslini Sabunçu rayonu, Maştağa bələdiyyəsinə təqdim etməsinin vacibliyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə borclu İddiaçı tələbkar Sabunçu rayonu, Maştağa bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 178 №li məktubuna cavab olaraq 3078 – 3078”A” saylı bağların uzun müddət baxımsız qalaraq yararsız hala düşdüyü, bağ sahəsinin babasına məxsus olması və həmin bağa dair yeni müqavilənin bağlanması barədə müraciət etmişdir. Tələbkar Sabunçu rayonu, , Maştağa bələdiyyəsinin borcluya ünvanladığı xx.xx.2022-ci il tarixli, 205 №li məktubunda 3078 saylı bağın Mirzəbala İbrahim oğlunun və 3078”A” saylı bağın X2 adına qeydiyyatda olmalarının aşkar edildiyini və hansısa etirazının və ya iddiasının olduğu təqdirdə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuş və borclu İddiaçı tələbkar Sabunçu rayonu, Maştağa bələdiyyəsinə qarşı “öhdəliyin icra olunması”na dair Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Sabunçu rayon İcra şöbəsinin icra məmuru Murad Abdullayev yuxarıda qeyd olunan halları araşdırmadan “icraata baçlamaq haqqında” e-270651/2022-4-25 nömrəli qərar qəbul etmiş və borclu İddiaçı mülkiyyətində olan 99XD094 dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı minik avtomobilinin üzərinə həbs qoyulması barədə Sabunçu Rayon Məhkəməsinə təqdimat verilmişdir.
3. Maştağa bələdiyyəsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli xəbərdarlıq göndərilərək isitifadəsində olan torpağa görə 2570 manat əmlak vergisinin ödənməsi tələb olunmuşdur.
4. Sabunçu rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 15/90 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul etmiş və tələbin könüllü icrası haqqında bildirilş göndərmişdir. İcraata başlama haqqında qərardan görünür ki, borclu İddiaçı Mirabbas oğlundan 2570 manat məbləğində pul vəsaiti tutularaq Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinin xeyrinə ödənmələdir. İddiaçı həmin icraata başlama haqqında qərarı mübahisələndirir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 (nümayəndə iddiaçının qardaşıdır) iddia tələbinin məzmununa uyğun izahat verdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
II. İddianın mümkünlüyü
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
9. İnzibati icraat haqqında Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
10. Məhkəmə qeyd edir ki, icra məmurunun icraata başlama haqqında qərarı özlüyündə iddiaçı üçün müəyyən hüquqi nəticələr yaratmadığından inzibati akt deyil və məhkəmə iddiasının predmeti ola bilməz.
11. İddiaçının hüquqi marağı bələdiyyə qərarının ləğv edilməsi və yekun məqsədi həmin qərarla tutulması nəzərdə tutulan pul vəsaitinin ödənilməməsidir. Odur ki, iddiaçı hüquqi marağına uyğun həmin məqsədə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi Maştağa bələdiyyəsinin xx.xx.2022-ci il tarixli qərarının mübahisələndirilməsidir.
12. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
14. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva