Məhkəmə qərarları › İş №2-1(112)-5449/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5449/2020

02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5449/2020 02.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “xxxxxxxxxxx” Mənzil- Tikinti Kooperativinə qarşı «sənədlərin götürülməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh “xxxxxxxxxxx” MTK-ya qarşı «sənədlərin götürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdərəsinin “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli **********200075 nömrəli qərarı ilə “xxxxxxxxxxx” MTK-da növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. AR Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada xx xxx 2020-ci il tarixli **********200210 nömrəli Tələbnamə təqdim edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən dövrdə tələb edilən aşağıdakı sənədlər: x xxxxx 2017-ci il tarixdən (illik bəyannamələr üzrə x xxxxxx 2017-ci il tarixdən) xx xxxx 2020-ci il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədləri, mənzillərin qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqısatqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), yük gömrük bəyannamələri, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, əmək haqqı hesablama cədvəlləri, əmək müqavilələri, icarə müqavilələri, göstərilən kommunal xidmətləri təsdiq edən siyahıların və müqavilərin surətləri, torpağın ayrılması və tikintinin aparılması barədə müvafiq sərəncam, eskiz və işçi layihələr, beton sınaq nəticələri, nəqliyyat, qaz, su, işıq və digər xərc sənədləri, nağd dövriyyələrin və ödənişlərin açıqlaması ilə birlikdə kassa əməliyyatları və nağd vəsaitlərin hərəkəti (kassa mədaxil, məxaric orderləri və digər ilkin sənədlər) barədə elektron və kağız formatda məlumat, hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə birlikdə bank əməliyyatları (bank çıxarışları, ödəniş tapşırıqları və digər ilkin sənədlər), xarici bank hesablarından Azərbaycanla bağlı aparılmış əməliyyatlar barədə kağız və elektron formatda məlumat, alıcılar üzrə (satılmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları, satıcılar üzrə (alınmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları, yoxlamanın əvvəlinə və sonuna məbləğ göstərilməklə debitorların və kreditorların kağız və elektron formatda siyahısı, alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti, tarixi göstərilməklə (anbarın hərəkəti) siyahısı, əsas vəsaitlərin hərəkəti cədvəli (İlkin qalıq, dövriyyə və son qalıq göstərilməklə), rezident və qeyri-rezident şəxslər tərfindən görülmüş iş və göstərilmiş xidmətlər üzrə müqavilələr, təvil-təslim aktları, forma -2, invoyslar, ödəniş sənədləri və sair ilkin sənədlərin surətləri, banklarda və ya kredit təşkilatlarında qüvvədə olan əmanətləri və cəlb etdiyi resurslar (kreditlər) barədə məlumat cədvəli və digər ilkin sənədlər, baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirlər üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı və yoxlamanın keçirilməsi üçün tələb olunan digər ilkin sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, invoyslar və s) barədə məlumat, proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatın təyinatı və digər hallar göstərilməklə), tenderlərdə iştirak barədə sənədlər, istifadə edilən (edilmiş) obyektlərə aid müqavilələr və vergilərin hesablanması üçün digər zəruri olan sənədlərin yoxlamanı keçirən Baş İdarənin vəzifəli şəxslərinə təqdim edilməsindən imtina edildiyindən, yoxlamanın keçirilməsi mümkün olmamışdır. Lakin tələbnamə üzrə sənədlər yoxlamaya təqdim edilmədiyindən, xx xxxx 2020-ci il tarixli “Sənədlərin yoxlamaya təqdim edilməməsi haqqında” akt tərtib edilmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən, AR Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx xxxx 2020-ci il tarixli **********137483 nömrəli qərar çıxarılmışdır. Qeyd edilən qərar üzrə Baş İdarənin vəzifəli şəxslərinə təqdim edilməsindən imtina edildiyi üçün “Sənədlərin təqdim olunmasından imtina barədə” xx xxxx 2020-ci il tarixli akt tərtib edilmişdir. Göstərilənlərə və AR Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsaslanaraq, “xxxxxxxxxxx” MTK-da səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan və yoxlama ilə əhatə edilən x xxxxx 2017-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək dövrə aid sənədlərin – illik bəyannamələr üzrə x xxxxxx 2017-ci il tarixdən ilkin mühasibat sənədləri, mənzillərin qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), yük gömrük bəyannamələri, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, əmək haqqı hesablama cədvəlləri, əmək müqavilələri, icarə müqavilələri, göstərilən kommunal xidmətləri təsdiq edən siyahıların və müqavilərin surətləri, torpağın ayrılması və tikintinin aparılması barədə müvafiq sərəncam, eskiz və işçi layihələr, beton sınaq nəticələri, nəqliyyat, qaz, su, işıq və digər xərc sənədləri, nağd dövriyyələrin və ödənişlərin açıqlaması ilə birlikdə kassa əməliyyatları və nağd vəsaitlərin hərəkəti (kassa mədaxil, məxaric orderləri və digər ilkin sənədlər) barədə elektron və kağız formatda məlumat, hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə birlikdə bank əməliyyatları (bank çıxarışları, ödəniş tapşırıqları və digər ilkin sənədlər), xarici bank hesablarından Azərbaycanla bağlı aparılmış əməliyyatlar barədə kağız və elektron formatda məlumat, alıcılar üzrə (satılmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları, satıcılar üzrə (alınmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları, yoxlamanın əvvəlinə və sonuna məbləğ göstərilməklə debitorların və kreditorların kağız və elektron formatda siyahısı, alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti, tarixi göstərilməklə (anbarın hərəkəti) siyahısı, əsas vəsaitlərin hərəkəti cədvəli (İlkin qalıq, dövriyyə və son qalıq göstərilməklə), rezident və qeyri-rezident şəxslər tərəfindən görülmüş iş və göstərilmiş xidmətlər üzrə müqavilələr, təvil-təslim aktları, forma- 2, invoyslar, ödəniş sənədləri və sair ilkin sənədlərin surətləri, banklarda və ya kredit təşkilatlarında qüvvədə olan əmanətləri və cəlb etdiyi resurslar (kreditlər) barədə məlumat cədvəli və digər ilkin sənədlər, baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirlər üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı və yoxlamanın keçirilməsi üçün tələb olunan digər ilkin sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, invoyslar və s) barədə məlumat, proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatın təyinatı və digər hallar göstərilməklə), tenderlərdə iştirak barədə sənədlər, istifadə edilən (edilmiş) obyektlərə aid müqavilələr və vergilərin hesablanması üçün digər zəruri olan sənədlərin götürülməsinə dair qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün cavabdehə göndərilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə iş materiallarına əsaslanaraq və İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, inzibati işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını arşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqları sırasındadır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 42.1-ci maddəsinə görə səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 42.2-ci maddəsinə görə səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Həmin Məcəllənin 42.3-cü maddəsinə görə səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürülür. Həmin Məcəllənin 43.4-cü maddəsinə görə sənədlər və nümunə kimi əşyalar vergi ödəyicisinin iş vaxtı (faktiki iş vaxtı) ərzində götürülür. Həmin Məcəllənin 43.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Həmin Məcəllənin 43.6-cı maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxəssis dəvət oluna bilər. Həmin Məcəllənin 43.7-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi sənədlərin və nümunə kimi əşyaların götürülməsinə qədər götürülmə barədə vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarını təqdim edir və iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir. Həmin Məcəllənin 43.8-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. Həmin Məcəllənin 43.11-ci madddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı madəssinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İşdə olan sənədlər əsasında aparılmış məhkəmə araşdırılması ilə müəyyən edilir ki, vergi orqanının qərarı ilə vergi ödəyicisi olan hazırkı cavabdeh “xxxxxxxxxxx” Mənzil-Tikinti Kooperativində x xxxxx 2017-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama zamanı tələb edilən sənədlər vergi orqanına tam təqdim edilmədiyindən, yoxlamanın keçirilməsi mümkün olmamışdır. MTK-ya Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada xx xxx 2020-ci il tarixli tələbnamə verilmişdir. Lakin tələbnamə üzrə tələb olunan sənədlər vergi orqanına tam təqdim edilməmişdir. AR Vergi Məcəlləsinin 23 və 43-cü maddələrinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. Bundan sonra hazırkı iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh “xxxxxxxxxxx” MTK-dan sənədlərin götürülməsi tələbi ilə hazırkı iddianı qaldırmışdır. Məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qanunla müəyyən edilmiş qaydada cavabdehdən tələb edilsə də, cavabdeh tərəfindən vergi orqanına təqdim edilməmişdir. Məhkəmə işin faktiki hallarını sadalanan qanunvericilik normalarına tətbiq edərək, eləcə də vergi orqanı tərəfindən həyata keçirilən müvafiq səyyar vergi yoxlamasının tam, hərtərəfli və obyektiv apaarılması zəruriliyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh “xxxxxxxxxxx” MTK-da səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan və yoxlama ilə əhatə edilən x xxxxx 2017-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək dövrə aid sənədlərin – illik bəyannamələr üzrə x xxxxxx 2017-ci il tarixdən ilkin mühasibat sənədləri, mənzillərin qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), yük gömrük bəyannamələri, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, əmək haqqı hesablama cədvəlləri, əmək müqavilələri, icarə müqavilələri, göstərilən kommunal xidmətləri təsdiq edən siyahıların və müqavilərin surətləri, torpağın ayrılması və tikintinin aparılması barədə müvafiq sərəncam, eskiz və işçi layihələr, beton sınaq nəticələri, nəqliyyat, qaz, su, işıq və digər xərc sənədləri, nağd dövriyyələrin və ödənişlərin açıqlaması ilə birlikdə kassa əməliyyatları və nağd vəsaitlərin hərəkəti (kassa mədaxil, məxaric orderləri və digər ilkin sənədlər) barədə elektron və kağız formatda məlumat, hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə birlikdə bank əməliyyatları (bank çıxarışları, ödəniş tapşırıqları və digər ilkin sənədlər), xarici bank hesablarından Azərbaycanla bağlı aparılmış əməliyyatlar barədə kağız və elektron formatda məlumat, alıcılar üzrə (satılmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları, satıcılar üzrə (alınmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları, yoxlamanın əvvəlinə və sonuna məbləğ göstərilməklə debitorların və kreditorların kağız və elektron formatda siyahısı, alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti, tarixi göstərilməklə (anbarın hərəkəti) siyahısı, əsas vəsaitlərin hərəkəti cədvəli (İlkin qalıq, dövriyyə və son qalıq göstərilməklə), rezident və qeyri-rezident şəxslər tərəfindən görülmüş iş və göstərilmiş xidmətlər üzrə müqavilələr, təvil-təslim aktları, forma-2, invoyslar, ödəniş sənədləri və sair ilkin sənədlərin surətləri, banklarda və ya kredit təşkilatlarında qüvvədə olan əmanətləri və cəlb etdiyi resurslar (kreditlər) barədə məlumat cədvəli və digər ilkin sənədlər, baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirlər üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı və yoxlamanın keçirilməsi üçün tələb olunan digər ilkin sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, invoyslar və s) barədə məlumat, proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatın təyinatı və digər hallar göstərilməklə), tenderlərdə iştirak barədə sənədlər, istifadə edilən (edilmiş) obyektlərə aid müqavilələr və vergilərin hesablanması üçün digər zəruri olan sənədlər həmin qurumdan götürülməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh “xxxxxxxxxxx” MTK-da səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan və yoxlama ilə əhatə edilən x xxxxx 2017-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək dövrə aid sənədlərin – illik bəyannamələr üzrə x xxxxxx 2017-ci il tarixdən ilkin mühasibat sənədləri, mənzillərin qeyri-yaşayış sahələrinin, qarajların, mansardların alqı-satqı müqavilələri (alqı-satqı sənədləri), müvafiq fəaliyyət üzrə lisenziya(lar), yük gömrük bəyannamələri, satılmış mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları, əmək haqqı hesablama cədvəlləri, əmək müqavilələri, icarə müqavilələri, göstərilən kommunal xidmətləri təsdiq edən siyahıların və müqavilərin surətləri, torpağın ayrılması və tikintinin aparılması barədə müvafiq sərəncam, eskiz və işçi layihələr, beton sınaq nəticələri, nəqliyyat, qaz, su, işıq və digər xərc sənədləri, nağd dövriyyələrin və ödənişlərin açıqlaması ilə birlikdə kassa əməliyyatları və nağd vəsaitlərin hərəkəti (kassa mədaxil, məxaric orderləri və digər ilkin sənədlər) barədə elektron və kağız formatda məlumat, hesablaşma hesabları üzrə dövriyyələr və qalıqların açıqlaması ilə birlikdə bank əməliyyatları (bank çıxarışları, ödəniş tapşırıqları və digər ilkin sənədlər), xarici bank hesablarından Azərbaycanla bağlı aparılmış əməliyyatlar barədə kağız və elektron formatda məlumat, alıcılar üzrə (satılmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda satış əməliyyatları, satıcılar üzrə (alınmış mal və xidmətlər üzrə) açıqlama göstərilməklə kağız və elektron formatda alış əməliyyatları, yoxlamanın əvvəlinə və sonuna məbləğ göstərilməklə debitorların və kreditorların kağız və elektron formatda siyahısı, alınmış və satılmış malların (işlərin, xidmətlərin) adı, sayı, qiyməti, tarixi göstərilməklə (anbarın hərəkəti) siyahısı, əsas vəsaitlərin hərəkəti cədvəli (İlkin qalıq, dövriyyə və son qalıq göstərilməklə), rezident və qeyri-rezident şəxslər tərəfindən görülmüş iş və göstərilmiş xidmətlər üzrə müqavilələr, təvil-təslim aktları, forma-2, invoyslar, ödəniş sənədləri və sair ilkin sənədlərin surətləri, banklarda və ya kredit təşkilatlarında qüvvədə olan əmanətləri və cəlb etdiyi resurslar (kreditlər) barədə məlumat cədvəli və digər ilkin sənədlər, baş kitab (balans), dövriyyə cədvəlləri, analitik uçotun aparılması üçün cədvəllər, mənfəət vergisi bəyannaməsinin sətirlər üzrə açıqlaması, nəzarət kitabçası, verilmiş mühasibat müxabirləşmələri, kənar audit rəyləri, mənfəət və zərər hesabatı və yoxlamanın keçirilməsi üçün tələb olunan digər ilkin sənədlər (müqavilələr, ödəniş sənədləri, təqdim edilmiş və ya əldə edilmiş qaimə və elektron vergi hesab fakturaları, invoyslar və s) barədə məlumat, proqram təminatında aparılmış əməliyyatların tam elektron formatda çıxarışı (əməliyyat tarixi, hər bir hesab üzrə mühasibat müxabirləşmələri, əməliyyat məbləği, əməliyyatın təyinatı və digər hallar göstərilməklə), tenderlərdə iştirak barədə sənədlər, istifadə edilən (edilmiş) obyektlərə aid müqavilələr və vergilərin hesablanması üçün digər zəruri olan sənədlər həmin qurumdan götürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar