Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5449/2022 28.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinə “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əsassız olaraq hesablanmış 28000 (iyirmi səkkiz min) manat məbləğində maliyyə sanksiyasının silinməsi məqsədilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3552 və **********3548 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-də (VOEN: **********) xx.xx.2021-ci ildə Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Yaşar Əliyev küçəsi 6 və Qaraçuxur ŞTQ, Yaşar Əliyev küçəsi 1C ünvanında yerləşən "xxxx" Tədris və X46 operativ vergi nəzarəti tədbiri keçirilmiş, nəticəsi xx.xx.2021-ci il tarixli DVX seriyalı 004083 nömrəli və xx.xx.2021-ci il tarixli DVX seriyalı 004082 nömrəli aktlarla rəsmiləşdirlmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X51 üzrə Baş idarəsinin (bundan sonra - Baş İdarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1721 nömrəli qərarına əsasən Cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanda yerləşən “Tərəqqi” tədris mərkəzində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 6 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004082 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmiş, həmçinin Baş İdarənin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1722 nömrəli qərarına əsasən Cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən "xxxx" dillər kursunda həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 8 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004083 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220 10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Həmin aktlar əsas götürülərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3552 və **********3548 nömrəli qərarlar qəbul olunmuşdur. Həmin qərarlarla İddiaçı MMC-yə (VÖEN: **********) 14 nəfər fiziki şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər bir fiziki şəxs üzrə 2000 (iki min) manat olmaqla, ümumilikdə 28000 (iyirmi səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərarlardan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət verilmiş, lakin Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli “İnzibatı şikayətin təmin edilməməsi haqqında” **********401100 nömrəli qərarı ilə inzibatı şikayəti təmin edilməmişdir. Halbuki, bilindiyi kimi, ümumtəhsil müəssisələrində, universitetlərdə dərslər sentyabr ayının sonlarından etibarən başlamışdır. Cəmiyyət də həmin müddətdən başlayaraq, fəaliyyət göstərmək üçün ilkin zəruri addımlar atmış və bir sıra müəllimləri həm kursa tələbə (müştəri) cəlb etmələri, həm də ödənişsiz sınaq dərsləri (təlimlər) keçmələri üçün kursa dəvət etmişdir. Həmin müəllimlərlə 1 aylıq (sınaq müddəti olaraq) xidmət müqaviləsi bağlanmış və özlərini doğruldacaqları təqdirdə, onlarla əmək müqaviləsi (kontraktı) bağlanacağı qeyd olunmuşdur. Xidmət müqaviləsi müəllimlərlə iddiaçı arasında iradə ifadəsinə uyğun olaraq və məhz ilkin əməkdaşlıq əqdi kimi bağlanılmışdır. İsmayılova Leyli Cəmiyyətə qonaq kimi gəlmiş, Şirəliyeva Azadə, Əhmədova Xatirə və Dilbər adlı şəxslər Cəmiyyətdə ümumiyyətlə fəaliyyət göstərməmiş, həmin gün işlə bağlı Cəmiyyətə müraciət etmək üçün gəlmişlər. Qərarlarda sübut kimi təqdim edilmiş müəllimlərin yazılı izahatları ilə bağlı qeyd edilir ki, onlar həmin vaxt psixoloji gərginlik və stress keçirmiş və öz iradə ifadələrini sərbəst şəkildə izah edə bilməmişlər. Sadəcə cərimə olunmaqdan qorxduqları üçün avtomatik olaraq, vergi orqanının səlahiyyətli nümayəndəsinin dediklərini qeyd etmişlər. Bundan əlavə, operativ vergi nəzarəti zamanı, İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinə onun xx.xx.2021-ci il tarixli DVX seriyalı 004083 nömrəli və xx.xx.2021-ci il tarixli DVX seriyalı 004082 nömrəli aktları imzalamaqdan imtina etmək hüququnun olması izah edilməyərək, həmin aktın onun tərəfindən imza olunmasının zəruri olduğu bildirilərək, aktlara imza atdırmışlar. Bununla da, Vergi Məcəlləsinin 15.1.1ci, 24.0.3-cü və 39.1-ci maddələrinin tələbini kobud surətdə pozmuşlar. Bundan başqa, operativ vergi nəzarəti zamanı “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamələr təqdim edilərək, 1 iş günü müddətində sənədlərin təqdim olunması tələb olunmuş, lakin vergi orqanının əməkdaşları tərəfindən 1 iş günü gözlənilmədən, saat 15:00-15:15 radələrində vergi ödəyicisinin hüquqları kobud surətdə pozularaq, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004083 nömrəli və xx.xx.2021-ci il tarixli DVX seriyalı 004082 nömrəli aktları tərtib edilmişdir. Həmçinin Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanının yoxlamaların keçirilməsi zamanı yalnız vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən izahat almaq hüququ olduğu halda, qeyd olunan maddənin tələbləri pozularaq, vergi ödəyicisi ilə xidmət müqaviləsi əsasında münasibətləri formalaşan şəxslərdən izahatlar alınmışdır. Operativ vergi nəzarətinin keçirilməsinə əsas vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar olmuşdur (Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi). Ancaq həmin məlumatların hansı mənbədən və şəxslərdən əldə olunması ilə bağlı hər hansı bir sənəd qərara əlavə edilməmişdir. Yoxlama qərarının əsası olmadığına görə bu hal, yoxlamanın keçirilməsinin belə qanunsuz olduğundan xəbər verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X51 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1721 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən hüquqi şəxs İddiaçı (VOEN: **********) fəaliyyət göstərdiyi ünvan 4 "xxxx" tədris mərkəzində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 6 (altı) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş və nəticədə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 004082 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair” akt tərtib edilərək, tərtib edilmiş akt hüquqi şəxsin rəhbəri tərəfindən imzalanmışdır. Vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 6 (altı) nəfər fiziki şəxsin yazılı izahatı alınmış, həmin şəxslər işəgötürənlə aralarında əmək və ya xidmət müqavilənin bağlanmadığını etiraf etmişlər. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********3548 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 12000 (on iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamənin vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 12:08:42-də oxunduğu müəyyən edilmişdir. O cümlədən araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X51 üzrə Baş İdarəsinin 01 10.2021-ci il tarixli **********1722 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən hüquqi şəxs İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən digər filialı - "xxxx" tədris mərkəzində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 (səkkiz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş və nəticədə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 004083 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair” akt tərtib edilmiş, tərtib edilmiş akt hüquqi şəxsin rəhbəri tərəfindən imzalanmışdır. Vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 8 (səkkiz) nəfər fiziki şəxsin yazılı izahatı alınmış, həmin şəxslər işəgötürənlə aralarında əmək və ya xidmət müqavilənin bağlanmadığını etiraf etmişlər. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********3552 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 16000 (on altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamənin vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 12:00-da oxunduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Bildirilir ki, qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Göründüyü kimi, iddiaçı ümümi ifadələrdən istifadə etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddia ərizəsini əsaslandırmağa çalışmışdır. İddia ərizəsinə etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış müəssisənin direktoru X10 xx.xx.2021-ci il tarixli izahatına əsasən o, ünvan 3 ünvanda yerləşən "xxxx" tədris mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Obyektdə işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə cəlb edilmiş səkkiz nəfər işçi ilə əmək müqaviləsi bağlanmamışdır. İşçilərlə müqavilələrin günün sonuna kimi bağlanacağını bildirmişdir. İşçi X4 Rəfail Mehman oğlu tərəfindən xx.xx.2021-ci il tarixdən işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 08:30-18:00-dək olduğunu, əmək haqqının aylıq 250 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X6 Rəfail Mehman oğlu tərəfindən xx.xx.2021-ci il tarixdən “məktəbəqədər hazırlıq müəllimi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00-18:00-dək olduğunu, əmək haqqının aylıq 250 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X5 Rəfail Mehman oğlu tərəfindən 1 aydır ki, “müəllimə” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 08:30-18:00-dək olduğunu bildirmişdir. Digər bir işçi X2 Rəfail Mehman oğlu tərəfindən 1 aydır ki, “müəllimə” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 08:00-19:00-dək olduğunu bildirmişdir. Digər bir işçi X11 xx.xx.2021-ci il tarixdən X22 tərəfindən “ibtidai sinif müəlliməsi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00-18:00-dək olduğunu bildirmişdir. Digər bir işçi X32 xx.xx.2021-ci il tarixdən X22 tərəfindən “1-3 yaşlı uşaqlara dayə” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının aylıq 250 manat təşkil etdiyini, iş vaxtının saat 08:00-18:00-dək olduğunu bildirmişdir. Digər bir işçi X13 xx.xx.2021-ci il tarixdən X22 tərəfindən “aşpaz” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının aylıq 200 manat təşkil etdiyini, iş vaxtının saat 08:00-18:00-dək olduğunu bildirmişdir. Digər bir işçi X17 xx.xx.2021-ci il tarixdən X22 tərəfindən rus bölməsinə “ingilis dili müəlliməsi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının aylıq 250 manat təşkil etdiyini, iş vaxtının saat 08:30-16:00-dək olduğunu bildirmişdir. X1 fəaliyyətini həyata keçirdiyi digər ünvanda - ünvan 4 "xxxx" tədris mərkəzində aşkar edilmiş 6 nəfər işçinin hər biri etirafedici izahat vermişlər. X3 izahatına əsasən, o, sentyabr ayından etibarən sınaq müddətində işlədiyini, xx.xx.2021-ci il tarixdən X22 tərəfindən “azərbaycan dili və ədəbiyyatı müəlliməsi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq alınmış məbləğin müəyyən hissəsini təşkil etdiyini, iş vaxtının saat 15:00-18:00-dək olduğunu bildirmişdir. Digər işçi X23 izahatına əsasən, o, xx.xx.2021-ci il tarixdən X22 tərəfindən “fizika müəlliməsi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının şagirdlər tərəfindən edilmiş ödənişlərin 30 faiz hissəsini təşkil etdiyini, iş vaxtının saat 15:00-17:00-dək olduğunu bildirmişdir. Digər işçi X19 izahatına əsasən, o, xx.xx.2021-ci il tarixdən X22 tərəfindən “ingilis dili müəlliməsi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 15:00-16:00-dək olduğunu bildirmişdir. Digər işçi X20 izahatına əsasən, o, xx.xx.2021-ci il tarixdən X22 tərəfindən “ingilis dili müəlliməsi” vəzifəsinə İşə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 15:00-16:00-dək olduğunu bildirmişdir. Digər işçi X7 izahatına əsasən, o, xx.xx.2021-ci il tarixdən X22 tərəfindən “riyaziyyat müəlliməsi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının şagirdlər tərəfindən edilmiş ödənişlərin 30 faiz hissəsini təşkil etdiyini, iş vaxtının saat 15:00-18:00-dək olduğunu bildirmişdir. Digər işçi X28 izahatına əsasən, o, xx.xx.2021-ci il tarixdən X22 tərəfindən “Azərbaycan dili müəlliməsi” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının uşaq sayından asılı olaraq dəyişdiyini, iş vaxtının saat 14:00-16:00-dək olduğunu bildirmişdir. Müəssisənin direktoru X10 xx.xx.2021-ci il tarixli etirafedici izahatına əsasən obyektdə aşkar edilmiş 9 işçidən 6 nəfəri ilə əmək və ya xidməti müqavilənin bağlanmadığını, lakin qısa müddətdə bağlanacağının təmin ediləcəyini bildirmişdir. Göründüyü kimi operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X33 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2014-cü il tarixli **********711000 nömrəli çıxarışda göstərilmişdir ki, qurumun adı: İddiaçı, qeydiyyata alındığı tarix: xx.xx.2009, dövlət qeydiyyatı № (VÖEN) **********, təşkilati-hüquqi forması: Məhdud Məsuliyyətli Cəmiyyət, maliyyə ili: 1 yanvar-31 dekabr, hüquqi ünvanı: AZ5615, Şamaxı rayonu, Göylər, qanuni təmsilçi (hazırkı): X14r. İ. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1721 nömrəli qərarına əsasən İddiaçınə (VÖEN **********) məxsus olan obyektdə (ünvanı: AZ1048, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Yaşar Əliyev (Qaraçuxur qəsəbəsi) 1C, obyektin adı: Tərəqqi tədris mərkəzi (**********- 19002), fəaliyyət növü: Hazırlıq kurslarının fəaliyyəti) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021 il tarixdən xx.xx.2021 il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Qeyd: Operativ vergi nəzarətinin keçirilməsi tapşırılmış vəzifəli şəxslər vergi ödəyicisinin ərazisinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmağa, habelə sənədlərinə və əşyalarına baxış keçirmək səlahiyyətinə malikdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli KY211653524 nömrəli çıxarışa əsasən yoxlayıcı orqanın adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: İddiaçı; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i: **********; yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2021-xx.xx.2021; yoxlanılan dövr: cari fəaliyyət; yoxlamanın predmeti və hüquqi əsasları: Azərbaycan Rcspublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. (“Azərbaycan Respublikasının Vergi Məcəlləsi”, Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi, xx.xx.2000. Maddə 50.1.7); yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: 19002 Tərəqqi tədris mərkəzi, AZ1048, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Yaşar Əliyev (Qaraçuxur qəsəbəsi), ev 1C, Hazırlıq kurslarının fəaliyyəti; yoxlamanın növü: operativ vergi nəzarəti; yoxlamanın tipi: plandankənar (növbədənkənar); plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2 göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1725 nömrəli “Operativ vergi nəzarətinin keçiriliməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnaməsi ilə İddiaçındə operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq aşağıdakı zəruri sənədləri təqdim etməsi tələb edilmişdir: “Nəzarət kitabçası”, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər və məlumatlar, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatlar və sənədlər. Tələbnamədə göstərilmişdir ki, sənədlər 1 iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X51 üzrə Baş İdarəsi AZ1108, Bakı şəhəri, Binəqədi rayonu ünvanında təqdim olunmalıdır. Operativ vergi nəzarətinin keçirilməsi zamanı sənədlərin təqdim edilməsindən imtina edilməsi və ya bu tələbnamə ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsi Azərbaycan Respublikasının İnzibati Xatalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri təqdim olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 377 və 380-ci maddələrinə əsasən sənədlərin verilməsi barədə tələb yönəldilən şəxs tərəfindən həmin sənədlərin göstərilən müddətdə təqdim edilməsi tarixindən operativ vergi nəzarəti müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Tələb edilən sənədlər təqdim edildikdə operativ vergi nəzarətinin müddəti bərpa edilir. xx.xx.2021-ci il tarixli DVX seriyalı 004082 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akta əsasən operativ vergi nəzarəti nəticəsində İddiaçınə məxsus ünvan 7 ünvanda yerləşən Tərəqqi tədris mərkəzində direktor X10 iştirakı ilə xx.xx.2021-ci il tarixdə saat 15:15-də təqdim edilmiş işçilərin şəxsiyyət vəsiqələrinin surətləri və izahatlarına əsasən tədris fəaliyyəti üzrə xidmətlər göstərilməsinə cəlb olunmuş 09 (doqquz) nəfər fiziki şəxsdən 06 (altı) nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən obyektdə yerinə yetirilən işlərin və ya göstərilən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 06 (altı) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və 0 (sıfır) nəfəri fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə İddiaçınə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunur. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinə (rəhbərə) işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş şəxslərlə əmək müqaviləsi və ya xidməti müqavilə bağlaması tövsiyə olundu. Nəzarət kitabçası təqdim olunmadı. Akt İddiaçı MMC-nin direktoru X22 tərəfindən imza edilmişdir. xx.xx.2021-ci il tarixli DVX seriyalı 004082 nömrəli akta əlavə edilmiş İddiaçınə məxsus tədris mərkəzində aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 06 nəfər fiziki şəxsin siyahısı aşağıdakılardan ibarət olmuşdur:
1. X34 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA2702708, qeydiyyat ünvanı: Tovuz rayonu, Çeşməli ərazi dairəsi, Çeşməli kəndi;
2. X42 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE 16429671, qeydiyyat ünvanı: Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, yat/na, ev 81A;
3. X45 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE 09940034, qeydiyyat ünvanı: Bakı şəhəri, Qara-Çuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 15, mənzil 82;
4. X35 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA1125909, qeydiyyat ünvanı: Kürdəmir rayonu, Karrar ərazi dairəsi, Karrar kəndi;
5. X36 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE 15568041, qeydiyyat ünvanı: ünvan 12
6. X15 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA0340144, qeydiyyat ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Novruz küçəsi, ev 33. X34 (şəxsiyyət vəsiqəsi seriya/№ AA2702708) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, İddiaçı MMC-nin rəhbəri X22 tərəfindən xx.xx.2021-ci il tarixdən Azərbaycan dili və ədəbiyyatı müəllimliyi vəzifəsinə işə qəbul edilmişəm. Sentyabr ayı ərzində sınaq müddətində olmuşam. Mənimlə işəgötürən arasında əmək və ya xidməti müqavilə bağlanmamışdır. Əmək müqaviləsinin bildirişinin surəti mənə təqdim edilməmişdir. Hələ əmək haqqı almamışam. Əmək haqqı uşaq sayından asılı olaraq alınmış məbləğin müəyyən faizi miqdarında formalaşacaq. İş vaxtı saat 15:00-18:00, nahar fasiləsi olmur, gündəlik 3 saat iş rejimi var, həftəlik 18 saat iş rejimi var. Hələ məzuniyyətdə olmamışam. İngilis dili müəlliməsi Aytac, riyaziyyat müəlliməsi Zülfiyyə tədris kursunda işləyir. Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçməmişəm, sabit qəbz ödəyicisi olmamışam. Öz hüquq və vəzifələrim barədə məlumatlıyam, əlavəm yoxdur. İzahatı özüm yazdım, imzamla təsdiqləyirəm. X42 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE ********) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, İddiaçı MMC-nin (VÖEN **********) rəhbəri X22 tərəfindən xx.xx.2021-ci il tarixindən ingilis dili müəllimi vəzifəsinə İsabət tədris mərkəzinə işə götürülmüşəm. İşəgötürənlə mənim aramızda əmək və ya xidməti müqavilə bağlanılmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti təqdim edilməyib. Əmək haqqının şirkətin rəhbəri X22 tərəfindən şifahi qaydada sövdələşmə əsasında nağd şəkildə veriləcəyi müəyyən edilib. Əmək haqqı şagirdlər üzrə edilmiş ödənişlərin 30 faizi miqdarında ödənilir. İş vaxtı saat 15:00-17:00, nahar fasiləsinə ehtiyac duyulmur, gündəlik iş rejimi 3 saat, həftəlik iş rejimi 18 saat təşkil edir. Məzuniyyətə hələ çıxmamışam. Mikayılov Rəfail, Kazımova Aidə adlı şəxsləri tanıyıram. Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçməmişəm və sabit qəbz almamışam. Öz hüquq və vəzifələrim barədə məlumatlıyam. İzahatı özüm yazdım, heç bir əlavəm yoxdur və düzgünlüyünü imzamla təsdiq edirəm. X45 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE ********) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdən Azərbaycan dili müəllimi vəzifəsinə X22 tərəfindən qəbul olunmuşam. Mənimlə işəgötürən arasında əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanmayıb. Mənə əmək müqaviləsi bildirişinin surəti təqdim olunmayıb. Əmək haqqım uşaq sayından asılı olaraq dəyişir. Əmək haqqı hələ almamışam. İş vaxtı saat 14:00-16:00, nahar fasiləsi yoxdur, gündəlik 2 saat, həftəlik 4 saat iş rejimi var. Məzuniyyətə çıxmamışam. Heçkimi tanımıram. X44 tanıyıram. Vergi orqanında qeydiyyatda olmamışam. Sabit qəbz ödəyicisi olmamışam. Öz hüquq və vəzifələrim barədə məlumatlıyam, əlavəm yoxdur. Özüm yazdım. X35 (şəxsiyyət vəsiqəsi seriya/№ AA1125909) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixindən fizika müəllimi olaraq işə götürülmüşəm. Müdiriyyətlə aramızda əmək və ya xidməti müqavilə bağlanmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti təqdim edilməyib. Əmək haqqı ödənişin müəyyən edilmiş faizidir. Dərsə yeni başladığım üçün hələ ki əmək haqqı almamışam. İş vaxtı saat 15:00- 16:00, nahar fasiləsində iştirak etmirəm, gündəlik iş rejimi 1 saat, həftəlik iş rejimi 6 gün və hər gün 1 saat təşkil edir. Məzuniyyət müəyyən olunmayıb. Qeydiyyat şöbəsindən Aidə xanım, ingilis dili müəllimi Xatirə xanım - bu şəxsləri tanıyıram. Vergi orqanında qeydiyyatdan keçməmişəm. Sabit qəbz ödəyicisi deyiləm. İzahatı özüm yazdım. Əlavəm yoxdur. Doğruluğunu öz imzamla təsdiq edirəm. X36 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE ********) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixindən ingilis dili müəllimi olaraq işə sınaq müddətinə götürülmüşəm. Müdiriyyətlə aramızda əmək və ya xidməti müqavilə bağlanmamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti təqdim edilməyib. Sınaq müddətində olduğum üçün əmək haqqı barədə məlumatım yoxdur. İş vaxtı saat 15:00- 16:00, nahar fasiləsinə qalmıram, gündəlik iş rejimi 1 saat, həftəlik iş rejimi 6 gün və hər gün 1 saatdır. Məzuniyyət müəyyən olunmayıb. Əmək haqqı təyin olunmayıb. Qeydiyyat şöbəsindən Aidə xanım, fizika müəlliməsi Ramiyə müəllimə - bu şəxsləri tanıyıram. Vergi orqanında qeydiyyatdan keçməmişəm. Sabit qəbz ödəyicisi deyiləm. İzahatı özüm yazdım. Əlavəm yoxdur. Doğruluğunu öz imzam ilə təsdiq edirəm. X15 (şəxsiyyət vəsiqəsi seriya/№ AA0340144) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, İddiaçı MMC-nin direktoru X22 tərəfindən xx.xx.2021-ci il tarixdən İsabət tədris mərkəzinə riyaziyyat müəllimi vəzifəsinə işə götürülmüşəm. Hələ ki əmək və ya xidməti müqavilə bağlanmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti təqdim edilməyib. Əmək haqqı şagirdlərin aylıq ödənişinin 30 faizi miqdarındadır. İş vaxtı saat 15:00-18:00, gündəlik iş rejimi 3 saat, həftəlik iş rejimi 18 saatdır. Məzuniyyətə hələ çıxmamışam. Rəfail müəllim və Aidə xanımı tanıyıram. Vergi orqanında qeydiyyatım yoxdur. Sabit qəbz almamışam. İzahatı özüm yazdım, doğruluğunu imzamla təsdiq edirəm. X22 xx.xx.2021-ci il tarixli izahatında qeyd etmişdir ki, mən, İddiaçı MMC-nin (VÖEN: **********) rəhbəri X22 mənə şifahi qaydada verilən suallara cavab olaraq bildirirəm ki, 2019-cu il tarixli icarə müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev 1C ünvanda yerləşən "xxxx" tədris mərkəzi obyektini işlədirəm. Rəhbəri olduğum şirkətin əsas fəaliyyəti təhsil sahəsində tədris xidmətlərinin göstərilməsindən ibarətdir. Yuxarıda qeyd olunan ünvandan başqa Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev 6 ünvanda yerləşən Cəmiyyətə məxsus digər tədris mərkəzi mövcuddur. Cəmiyyətə məxsus **********-19002 kodu obyektin yerləşdiyi ünvan üzrə tədris mərkəzində ümumilikdə mənimlə birgə 9 (doqquz) nəfər fiziki şəxs işləyir. Həmin 9 nəfər işçidən 3 nəfər üçün, mən daxil olmaqla rəsmi qaydada əmək müqaviləsi mövcuddur və hüquqi qüvvəyə malikdir. Digər adları aşağıa qeyd olunan 6 (altı) nəfər fiziki şəxsin tərəfimdən yeni olaraq işə cəlb olunması səbəbindən hələ ki əmək və ya xidməti müqavilə bağlanmamış, lakin qısa bir zamanda onlarla da əmək müqavilələrinin bağlanması şirkət tərəfindən təmin ediləcəkdir. Həmin şəxslər də aşağıdakılardır: 1. X45, 2. X15, 3. X36, 4. X35, 5. X42, 6. X34. İşçilərə əmək haqqı nağd şəkildə şirkətin rəhbəri olaraq təqdim olunacaq. Təqdim olunacaq əmək haqqı aylıq uşaqlar üzrə edilən ödənişlərin 30-40 faizi civarında olan hissəsini və ya keçilən dərsin hər bir saatına 56 AZN olmaqla ödəniləcəkdir. İzahatı özüm yazdım, heç bir əlavəm yoxdur və düzgünlüyünü imzamla təsdiq edirəm. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********3548 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçı barəsində (Ünvanı: AZ5615, Şamaxı rayonu, Göylər, VÖEN: **********) keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021 tarixli 004083 №-li akt(İar)ına, eləcə də vergi nəzarət tədbiri zamanı toplanmış materiallara baxıb müəyyən edildi: Hüquqi şəxs İddiaçınə (VÖEN: **********) Bakı şəhəri X51 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1721 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən operativ vergi nəzarəti tədbiri təyin olunmuşdur. Vergi nəzarət tədbiri zamanı hüquqi şəxs İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi ünvan 7 ünvanda yerləşən "xxxx" tədris mərkəzində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 6 (altı) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt hüquqi şəxsin rəhbəri tərəfindən imzalanmışdır. Vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş şəxslərdən 6 (altı) nəfər fiziki şəxsin yazılı izahatı alınmış, həmin şəxslər işəgötürənlə arasında əmək və ya xidmət müqaviləsi bağlanmadığını etiraf etmişdir. Bununla da fərdi sahibkar Vergi Məcəlləsinin 58.10-cu maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000,00 manat, ikinci dəfə yol verdikdə 4000,00 manat, üç və daha çox dəfə yol verdikdə 6000,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələri əsas tutularaq İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 6 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 12000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021-ci il tarixədək 12000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İİ.İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1722 nömrəli qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X49 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrini əsas tutaraq İddiaçınə (VÖEN **********) məxsus olan obyektdə (ünvanı: AZ1048, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Yaşar Əliyev (Qaraçuxur qəsəbəsi) 6, obyektin adı: "xxxx" dillər kursu (**********-19001), fəaliyyət növü: Hazırlıq kurslarının fəaliyyəti) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021 il tarixdən xx.xx.2021 il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Qeyd: Operativ vergi nəzarətinin keçirilməsi tapşırılmış vəzifəli şəxslər vergi ödəyicisinin ərazisinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmağa, habelə sənədlərinə və əşyalarına baxış keçirmək səlahiyyətinə malikdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli KY211653523 nömrəli çıxarışa əsasən yoxlayıcı orqanın adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: İddiaçı; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i: **********; yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2021-xx.xx.2021; yoxlanılan dövr: cari fəaliyyət; yoxlamanın predmeti və hüquqi əsasları: Azərbaycan Rcspublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. (“Azərbaycan Respublikasının Vergi Məcəlləsi”, Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi, xx.xx.2000. Maddə 50.1.7); yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: 19001 "xxxx" dillər kursu, AZ1048, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Yaşar Əliyev (Qaraçuxur qəsəbəsi), ev 6, Hazırlıq kurslarının fəaliyyəti; yoxlamanın növü: operativ vergi nəzarəti; yoxlamanın tipi: plandankənar (növbədənkənar); plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2 göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1727 nömrəli “Operativ vergi nəzarətinin keçiriliməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnaməsi ilə İddiaçındə operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq aşağıdakı zəruri sənədləri təqdim etməsi tələb edilmişdir: “Nəzarət kitabçası”, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər və məlumatlar, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatlar və sənədlər. Tələbnamədə göstərilmişdir ki, sənədlər 1 iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X51 üzrə Baş İdarəsi AZ1108, Bakı şəhəri, Binəqədi rayonu ünvanında təqdim olunmalıdır. Operativ vergi nəzarətinin keçirilməsi zamanı sənədlərin təqdim edilməsindən imtina edilməsi və ya bu tələbnamə ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsi Azərbaycan Respublikasının İnzibati Xatalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri təqdim olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 377 və 380-ci maddələrinə əsasən sənədlərin verilməsi barədə tələb yönəldilən şəxs tərəfindən həmin sənədlərin göstərilən müddətdə təqdim edilməsi tarixindən operativ vergi nəzarəti müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Tələb edilən sənədlər təqdim edildikdə operativ vergi nəzarətinin müddəti bərpa edilir. xx.xx.2021-ci il tarixli DVX seriyalı 004083 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akta əsasən operativ vergi nəzarəti nəticəsində İddiaçınə məxsus ünvan 3 ünvanda yerləşən "xxxx" X46 Cəmiyyətin rəhbəri X10 iştirakı ilə xx.xx.2021-ci il tarixdə saat 15:00-da təqdim edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinə və digər sənədlərə əsasən məktəbəqədər və ibtidai sinif uşaqlarının tədris mərkəzləri tərəfindən hazırlanması ilə bağlı xidmətlər göstərilməsinə cəlb olunmuş 09 (doqquz) nəfər fiziki şəxsdən 08 (səkkiz) nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən obyektdə yerinə yetirilən işlərin və ya göstərilən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 08 (səkkiz) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və 0 (sıfır) nəfəri fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə İddiaçınə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunur. İşlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə qanunla müəyyən edilmiş qaydada əmək müqaviləsinin bağlanılması və ƏƏSMN elektron məlumat bazasına daxil edilməsi tövsiyə edildi. Nəzarət kitabçası təqdim edilmədi. Akt İddiaçı MMC-nin rəhbəri R.M.Mikayılov tərəfindən imza edilmişdir. xx.xx.2021-ci il tarixli DVX seriyalı 004083 nömrəli akta əlavə edilmiş İddiaçınə məxsus "xxxx" X46 aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 08 nəfər fiziki şəxsin siyahısı aşağıdakılardan ibarət olmuşdur:
1. X26 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA1284527, qeydiyyat ünvanı: Ağcabədi rayonu, Şənlik ərazi dairəsi, Şənlik kəndi;
2. X9 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA3156522, qeydiyyat ünvanı: Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 155, mənzil 11;
3. X27 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE 15266523, qeydiyyat ünvanı: Cəbrayıl rayonu, Mərzə kəndi;
4. X12 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE 17930645, qeydiyyat ünvanı: Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 58, mənzil 7;
5. X11 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA0906397, qeydiyyat ünvanı: Ağdam rayonu, Boyəhmədli ərazi dairəsi, Mollalar kəndi;
6. X32 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA1154746, qeydiyyat ünvanı: Göyçay rayonu, İnçə ərazi dairəsi, İnçə kəndi;
7. X16 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE 15076730, qeydiyyat ünvanı: ünvan 22. X17 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi DYİ 0026304, qeydiyyat ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, ev 207, mənzil 109. X26 (şəxsiyyət vəsiqəsi seriya/№ AA1284527) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, Rəfail Mikayılov tərəfindən 7 fevral 2021-ci ildə işə qəbul olunmuşam. Əmək və ya xidmət müqaviləsi bağlanmayıb. Əmək haqqım 250 AZN-dir, sənədsiz formada Rəfail Mikayılov tərəfindən ödənilir. İş vaxtı saat 08:30- 18:00, nahar fasiləsi 13:00-14:00, gündəlik iş saatı 8 saat, həftədə 3 gün işləyirəm - 24 saat. 1 ildə 15 günlük məzuniyyət hüququndan istifadə edirəm. Təranə müəllimə, Elmira müəllimə, Solmaz müəllimə, Nərmin müəllimə, Aynur müəllimə, Azadə müəlliməni tanıyıram. Vergi orqanında qeydiyyatda deyiləm, VÖEN almamışam. Öz hüquq və vəzifələrim barədə məlumatlıyam, heç bir əlavəm yoxdur. X9 (şəxsiyyət vəsiqəsi seriya/№ AA3156522) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdən Mikayılov Rəfail tərəfindən məktəbəqədər hazırlıq müəlliməsi "xxxx" kursuna işə götürülmüşəm. Əmək və ya xidməti müqavilə bağlanmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti təqdim edilməyib. Əmək haqqım 250 manat müəyyən edilib, Rəfail müəllim tərəfindən nəğd ödənilməsi nəzərdə tutulmuşdur, hal-hazırda sınaq müddətindəyəm. İş vaxtı saat 09:00-18:00, nahar fasiləsi 13:00-13:30, gündəlik iş saatı 8 saat, həftədə 6 - 48 saat. Məzuniyyət hüququ yaranmayıb. Bu obyektdə çalışan Leyli müəllimə, Aytən müəlliməni tanıyıram. Vergi orqanında qeydiyyatım yoxdur. İzahatı özüm yazdım, əlavəm yoxdur. İzahatın doğruluğunu imzamla təsdiq edirəm. X27 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE ********) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, X22 tərəfindən 1 aydır ki, müəllimə vəzifəsinə sınaq müddətinə işə qəbul olunmuşam. Bu gündən əsas fəaliyyətə başlayıram. Hələ ki əmək və ya xidmət müqaviləsi bağlanmayıb. Əmək haqqı razılaşdırılacaq. İş vaxtı saat 08:30-18:00, nahar fasiləsi 13:00-14:00. Ülviyyə, Aytən, Solmaz, Elmira, Leylini tanıyıram. VÖEN almamışam, sabit qəbzim yoxdur. Əlavəm yoxdur. İmzamla təsdiq edirəm. X12 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE ********) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, X22 tərəfindən 1 aydır ki, sınaq müddətinə işə qəbul olunmuşam. Hələ ki əmək müqaviləsi bağlamamışam. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti təqdim edilməyib. Əmək haqqı razılaşdırılacaq. İş vaxtı saat 08:00-19:00, nahar fasiləsi 13:00-14:00. Nərmin xanım, Ülviyyə xanım, Solmaz xanımı tanıyıram. VÖEN almamışam, sabit qəbzim yoxdur. Əlavəm yoxdur, imzamla təsdiq edirəm. X11 (şəxsiyyət vəsiqəsi seriya/№ AA0906397) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdən Suraxanı rayonu, Yaşar Əliyev 6-da yerləşən İsabət tədris mərkəzinə X22 tərəfindən i-s müəllimi v. işə götürülmüşəm. Direktorla aramızda əmək və xidmət müqaviləsi bağlanmamışdır. Əmək müqaviləsi bağlanmadığı üçün heç bir əmək müqaviləsi surəti təqdim edilməmişdir. Əmək haqqım hələ razılaşdırılmayıb. İş vaxtı saat 09:00-18:00, nahar fasiləsi 13:00-14:00, gündəlik iş saatı 8 saat, həftəlik iş saatı 40 saat. Əmək məzuniyyətində olmamışam. Məmmədli Nərmin, Leyli İsmayılova, Mikayılov Rəfaili tanıyıram. Vergi orqanında qeydiyyatda deyiləm, sabit qəbz üzrə vergi ödəmirəm. İzahatı özüm yazdım. Düzdür, imzamla təsdiq edirəm. X32 (şəxsiyyət vəsiqəsi seriya/№ AA1154746) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, X22 tərəfindən xx.xx.2021-ci ildən 1-3 yaşlı uşaqlara dayə vəzifəsinə götürütmüşəm. Mənimlə əmək müqaviləsi praktikada olduğum üçün hələ bağlanmayıb. Mənə hələ müqavilənin surəti təqdim edilməyib. Əmək haqqım 250 manatdır. Praktikada olduğum üçün hələ əmək haqqı almamışam və ona görə də heç bir sənədi imzalamamışam. İş vaxtı saat 08:00-18:00, nahar fasiləsi 13:00-13:30, gündəlik iş saatı 10 saat, həftədə 6 gün 60 saat. Məzuniyyət hüququm yaranmayıb. Bu obyektdə çalışan İsmayılova Leylini tanıyıram. xx.xx.2021-ci il tarixdən müəllimə vəzifəsində işləyir. Vergi orqanında qeydiyyatım yoxdur. Öz hüquq və vəzifələrim barədə məlumatım var. İzahatı özüm yazdım. Əlavəm yoxdur. X16 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE ********) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, X22 tərəfindən xx.xx.2021-ci il tarixindən aşpaz vəzifəsinə işə qəbul olunmuşam. Hələ ki əmək və ya xidmət müqaviləsi bağlanmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti təqdim olunmayıb. İlkin olaraq 200 AZN əmək haqqı razılaşdırılıb. İş vaxtı saat 08:00-18:00, nahar fasiləsi 13:00-14:00. Nərmin, Solmaz, Aytən, Leylini tanıyıram. VÖEN almamışam, sabit qəbz almamışam. Eynəksiz yazı yazmağa çətinlik çəkdiyim üçün izahat iş yoldaşım tərəfindən yazıldı. Ucadan oxundu. Mənim sözlərimlə eynidir. İmzamla təsdiq edirəm. X17 (şəxsiyyət vəsiqəsi seriya/№ DYİ 0026304) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdən Rəfail Mikayılov tərəfindən rus bölməsinə ingilis dili müəlliməsi vəzifəsinə sınaq müddətinə təyin olunmuşam. Əmək və ya xidmət müqaviləsi bağlamamışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti təqdim edilməyib. Əmək haqqı Rəfail müəllim tərəfindən nağd şəkildə aylıq 250 manat verilməsi nəzərdə tutulmuşdur. İş vaxtı saat 08:30-16:00, nahar fasiləsi 13:00-14:00, gündəlik iş saatı 8 saat, həftədə 48 saat. İşə yeni götürüldüyümə görə məzuniyyət hüququm yaranmamışdır. Bu obyektdə çalışan Elmira müəllimə, Leyli müəllimə, Nərmin müəlliməni tanıyıram. Vergi orqanında qeydiyyatım yoxdur. İzahatı özüm yazdım, əlavəm yoxdur. İzahatım doğru olduğundan imzamla təsdiq edirəm. X22 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE ********) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, mənə verilən suallara cavab olaraq bildirirəm ki, İddiaçı MMC ********** Qaraçuxur ŞTQ, Yaşar Əliyev 6 ünvanında yerləşən "xxxx" tədris kursu obyektində sahibkarlıq fəaliyyəti göstərir. MMC tərəfindən qeyd olunan obyektdə işlərə cəlb olunmuş 8 nəfər ilə əmək və xidməti müqaviləsi bağlanılmamışdır. Bu işçilərlə tədris prosesi hələ yeni başladığından, yəni əsas fəaliyyət bu gündən (xx.xx.2021 tarixdən) başladığına görə müqavilələr də bu günün sonuna kimi bağlanması təmin ediləcəkdir. X17 yoxlama prosesindədir, uşaq qruppası yaranarsa, daimi işdə qalacaq. X12, X11, X32 (təcrübə yığmaq məqsədi ilə ödəniş əsasında təhsil alırıq). X37, X16, X27, X26 (tələbəlik təhsili online olsa idi, işləyəcəkdik). İşdə qalıb daimi işləyəcək işçilər ilə əmək müqaviləsi bağlanması ən qısa zamanda təmin ediləcəkdir və işçilərə əmək haqqı tərəfimdən nəğd şəkildə ödəniləcəkdir. İzahatı özüm yazdım, imzamla təsdiq edirəm. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********3552 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X51 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X49 tərəfindən İddiaçı barəsində (Ünvanı: AZ5615, Şamaxı rayonu, Göylər, VÖEN: **********) keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021 tarixli 004083 №-li akt(İar)ına, eləcə də vergi nəzarət tədbiri zamanı toplanmış materiallara baxıb müəyyən edildi: Hüquqi şəxs İddiaçınə (VÖEN: **********) Bakı şəhəri X51 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1722 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən operativ vergi nəzarəti tədbiri təyin olunmuşdur. Vergi nəzarət tədbiri zamanı hüquqi şəxs İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi ünvan 24 ünvanda yerləşən "xxxx" tədris mərkəzində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 (səkkiz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt hüquqi şəxsin rəhbəri tərəfindən imzalanmışdır. Vergi ödəyicisi tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərdən 8 (səkkiz) nəfər fiziki şəxsin yazılı izahatı alınmış, həmin şəxslər işəgötürənlə arasında əmək və ya xidmət müqaviləsi bağlanmadığını etiraf etmişdir. Bununla da fərdi sahibkar Vergi Məcəlləsinin 58.10-cu maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000,00 manat, ikinci dəfə yol verdikdə 4000,00 manat, üç və daha çox dəfə yol verdikdə 6000,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələri əsas tutularaq İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021-ci il tarixədək 16000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Beləliklə, işin sadalanan hallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1721 nömrəli qərarına əsasən İddiaçınə (VÖEN **********) məxsus olan obyektdə AZ1048, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Yaşar Əliyev (Qaraçuxur qəsəbəsi) 1C, ünvanında yerləşən Tərəqqi tədris mərkəzində (**********- 19002) operativ vergi nəzarəti tədbiri zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 6 (altı) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş, “operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli DVX seriyalı 004082 nömrəli akt tərtib edilmiş, tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli, **********3548 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 12000 manat (on iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1722 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən Tərəqqi-RD” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) fəaliyyət göstərdiyi ünvan 24 ünvanda yerləşən "xxxx" tədris mərkəzində (**********-19001) operativ vergi nəzarəti tədbiri zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 (səkkiz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş, “operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021 tarixli 004083 nömrəli akt tərtib edilmiş, tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli, **********3552 nömrəli nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 16000 manat (on altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı iddia üzrə iddiaçı vergi orqanının qeyd edilən xx.xx.2021-ci il tarixli, **********3548 nömrəli və **********3552 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin sözügedən qərarlarından inzibati qaydada şikayət vermiş, inzibati şikayətə baxılanadək iddiaçının icraatın yekunlaşmasına dair gözlənti hüququ mövcud olmuşdur. İddiaçı cavabdehin izniabti şikayətin təmin edilməməsi barədə xx.xx.2021-ci il tarixli **********401100 nömrəli qərarından sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. -1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. -1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. -2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. -2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. -10-cu bənd Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: -10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. -10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. -10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. -10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. -10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat 22 subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. -10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı qanunazidd hesab oluna bilməz. Əvvəla ona görə ki, mübahisələndirilən inzibati aktın qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Belə ki, işin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi rəhbər tutulmaqla vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar əsasındaİddiaçınə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Yaşar Əliyev (Qaraçuxur qəsəbəsi) 1C, ünvanında yerləşən Tərəqqi tədris mərkəzində və İsabət” tədris mərkəzində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi barədə qərarlar qəbul edilmişdir. Qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarlarla MMC-nin qanuni təmsilçisi X22 xx.xx.2021-ci il tarixdə tanış olmuş və imzalamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə KY211653523 və KY211653524 nömrələri ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışlardan görünür ki, X22 xx.xx.2021-ci il tarixdə çıxarışlarla tanış olmuş və imzalamışdır. Operativ vergi nəzarətinin keçirilməsinin nəticəsi barədə xx.xx.2021-ci il tarixli DVX 004082 nömrəli və 004083 nömrəli aktlardan görünür ki, aktlarda vergi qanunvericiliyinin pozulması halları göstərilmiş, pozuntunun xarakteri açıqlanmış, akt X22 tərəfindən imzalanmışdır. Vergi ödəyicisi olan qanuni təmsilçi həmin aktlarda yoxlama ilə bağlı öz qeydlərini etməmişdir. xx.xx.2021-ci il tarixli DVX 004082 nömrəli və 004083 nömrəli operativ vergi nəzarətinin nəticələrinə dair aktlara əsasən vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu hallar aşkar edilərək həmin fiziki şəxslərin şəxsiyyət vəsiqələri məlumatları əldə edilmiş və siyahıları tərtib edilərək aktlara əlavə edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı təqdim olunmuş icraat materiallarına iddiaçı tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 6 və 8 nəfər fiziki şəxsdən alınmış izahatlar əlavə edilmişdir. Həmin izahatlardan müyyən olunur ki, izahatları alınmış fiziki şəxslər hər biri müxtəlif xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il və s. tarixlərdən olmaqla sözügedən iddiaçıya məxsus tədris mərkəzlərində işlədiklərini, lakin onlarla yazılı əmək müqaviləsi və ya hər hansı bir xidmət müqaviləsinin bağlanmadıqlarını bildirmişlər. Qeyd edilməlidir ki, adları çəkilən fiziki şəxslər verdikləri izahatlarında adıçəkilən tədris mərkəzlərində vəzifələri, iş saatları, iş rejimləri, aldıqları əmək haqları, işəgötürənin X22 olduğunu bildirməklə yanaşı, tədris mərkəzlərində onlarla birlikdə çalışan digər şəxslərin adlarını bildirmişlər ki, bu məlumatlar yalnız həmin mərkəzlərdə işləyən şəxslərin malik ola biləcəkləri informasiyalardır. X22 xx.xx.2021-ci il tarixli izahatlarında hər iki tədris mərkəzində müvafiq olaraq 6 (altı) nəfər və 8 nəfər fiziki şəxsin yeni olaraq işə cəlb olunması səbəbindən əmək və ya xidməti müqavilə bağlanmadığını etiraf etmiş, lakin qısa bir zamanda onlarla əmək müqavilələrinin bağlanmasının təmin ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci maddəsinə görə əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydaların: -3.1-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. -3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. -3.4-cü bəndinə görə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. -3.5-ci bəndinə görə işəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. Sadalanan normalardan görünür ki, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, tədris prosesinin yeni başlaması, fiziki şəxslərin hansı müddətdə həmin müəssisədə işlədiyinin müəyyən edilməsi hazırkı vergi hüquq pozuntusunun mahiyyətinə təsir edə bilən məqam deyildir. Belə ki, yuxarıda qeyd edilən normalardan da görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VMin 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, sözügedən maddədə təsvir olunan vergi hüquq pozuntusu üçün hər hansı bir maddi nəticənin baş verməsi ilə şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Başqa sözlə, vergi ödəyicisi sözügedən maddədə təsvir edilən əməli törətməklə artıq işçinin gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olur və bu əməlinə görə 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə məruz qalır. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsində göstərilən əmələ görə tətbiq olunan maliyyə sanksiyasının məbləği dəqiqdir, dəyişilməzdir, aşağı və ya yuxarı həddi qanunla müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X51 üzrə Baş İdarəsinə ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3552 və **********3548 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova