Məhkəmə qərarları › İş №2-1(112)-545/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-545/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-545/2021 01.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkili Vəkil Baloğlan oğlunun (Bakı şəhərində qeydiyyatdadır, vəkil), cavabdehin nümayəndəsi Baloğlanov Hacı Baloğlan oğlunun (Sumqayıt şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq idarəsində böyük hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı Sənaye Ticarət Assosiasiyasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin 20 dekabr 2019-cu il tarixli, **********195063 nömrəli və 25.12.2019-cu il tarixli, **********195270 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarlarının ləğv edilməsi” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sənaye Ticarət Assosiasiyası cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdehin 20 dekabr 2019-cu il tarixli, **********195063 nömrəli və 25.12.2019-cu il tarixli, **********195270 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarlarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı Sənaye Ticarət Assosiasiyası iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qəbul olunmuş 20.12.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195063 nömrəli qərarla İddiaçı Sənaye-Ticarət Assosiyasiyasının 452337,01 manat məbləğində vergi borcunun yaranması müəyyən edilərək 226168,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 25.12.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195270 nömrəli qərarla “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195063 nömrəli qərara düzəliş edilərək 452337,01 manat məbləğində vergi borcunun yaranması müəyyən edilərək 211947,09 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Qərarların qəbul olunması əsası kimi cavabdeh tərəfindən aparılmış səyyar vergi yoxlamasının nəticəsi olaraq 2016-cı il üçün mənfəət vergisinin 11320,63 manat, ƏDV-nin 29237,12 manat, aksiz vergisinin 21778,04 manat; 2017-ci il üçün mənfəət vergisinin 14917,25 manat, ƏDV-nin 78470,62 manat, aksiz vergisinn 117372,95 manat; 2018-ci il üçün mənfəət vergisinin ƏDV 113365,40 manat, aksiz vergisinin 65875 manat vergidən yayınma faktlarının olmasının müəyyən olunduğu qeyd olunmuşdur. Belə ki, cavabdeh tərəfindən keçirilmiş səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib olunmuş 14.11.2019-cu il tarixli aktda yoxlama dövrünün 2016-2018-ci illəri əhatə etdiyi göstərilir və hansı səbəbdən vergi qanunvericiliyinin tələblərinin pozulması və hesablanmış vergi borcunun hansı səbəbdən yaranmasına açıqlama verilir. Səyyar vergi yoxlanılmasının keçirilməsi barədə qərar 16.10.2018-ci il tarixdə qəbul edilmiş və yoxlamanın nəticəsi barədə akt isə 14.11.2019-cu il tarixdə yoxlamanın başlanmasından 13 ay sonra tərtib olunmuşdur. Mübahisələndirilən qərarların isə 20 və 25 dekabr 2019-cu il tarixlərdə qəbul olunmaları nəzərə alınsa akt tərtib olunduqdan 36 və 41 gündən sonra qəbul olunmuşlar. Səyyar vergi yoxlamasına dair tərtib olunmuş aktda yoxlamanın 9 dəfə dayandırıldığı və 2 dəfə müddətinin uzadılması qeyd olunmuşdur. Səyyar vergi yoxlaması 9 aydan çox olmayaraq dayandırıla bilər, yoxlama 14.11.2018-ci il tarixdə dayandırılmış və 20.08.2019cu il tarixdə bərpa edilmişdir ki, ümumilikdə dayandırılma müddəti 283 gün təşkil edir, bu da 9 aydan artıq müddət edir. Cavabdeh tərəfindən qəbul olunmuş 10.10.2018-ci il tarixli qərara əsasən müəssisənin ərazisində nəzarət postu yaradılmış və 0,25 litr həcmində alkoqollu içkilərin istehsal edildiyi müəyyən olunmuşdur. Yoxlama zamanı təqdim olunmuş ******* ədəd 0,05 litr həcmində, 9000 ədəd 0,10 litr həcmində, 168220 ədəd 0,20 litr həcmində alkoqollu ickilər 0,25 litr həcmində alkoqollu içkilərə çevrilərək hesablamalar aparılaraq 2016-ci il üçün müəssisənin gəlirinin 419113,3 manat olduğu, mənfəətin birbaşa hesablanması mümkün olmadığından mənfəətinin 69852,22 manat olduğu və bunun müqabilində mənfəət vergisinin 13970,44 manat olduğu və 2017-ci il üçün müəssisənin gəlirinin 747738,5 manat olduğu, mənfəətinin 124623,08 manat olduğu müəyyən olunmuşdur. Təqdim olunmuş qaimə-fakturalarda göstərilən 0,5 litr həcmində, 0,10 litr həcmində, 0,20 litr həcmində alkoqollu içkilər 0,25 litr içkilərə çevirilərək hesablamalar aparılaraq yoxlama dövründə 269154,74 manat ƏDV-nin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı müəyyən edilmişdir. Təqdim olunmuş qaimə-fakturalarda göstərilən 0,05 litr həcmində, 0,10 litr həcmində, 0,20 litr həcmində alkoqollu içkiləri 0,25 litr içkilərə çevirərək hesablamalar aparılaraq yoxlama dövründə ümumilikdə 201025,99 manat aksiz vergisinin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi kimi ümumilikdə 513075,79 manat vəsaitin azaldılması müəyyən edilmişdir və azaldılmanın səbəbi kimi təqdim olunmuş qaimə-fakturada göstərilən 0,05 litr həcmində, 0,10 litr həcmində, 0,20 litr həcmində alkoqollu içkiləli 0,25 litr içkilərə çevirilərək hesablamalar aparılması göstərilmişdir. Lakin nə səbəbdən daha kiçik tutumlardakı alkoqollu işçilərin qanunvericiliyin hansı normalarına istinad edilərək 0,25 litr həcmində olan alkoqollu içkilərə çevirilməsi əsası göstərilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 16.10.2018-ci il tarixli, **********165968 nömrəli qərara əsasən İddiaçı STA-da 01.09.2016-cı il tarixdən 31.08.2018-ci il tarixədək olan dövr əhatə edilməklə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 14.11.2019-cu il tarixli **********166009 nömrəli aktla rəsmiləşdirilmişdir. Akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20.12.2019-cu il tarixli **********195063 nömrəli qərar qəbul edilmişdir. “Nəzarət postunun yaradılması haqqında” 10.10.2018-ci il tarixli,**********71778 nömrəli qərara əsasən müəssisədə nəzarət postu yaradılmışdır. Keçirilən operativ vergi nəzarət tədbiri zamanı vergi ödəyicisinin 0,25 litr həcmində alkoqollu içkilər istehsal etdiyi aşkar edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindəın təqdim olunmuş qaimə-fakturada göstərilən ******* ədəd 0,05 litr, 9000 ədəd 0,10 litr həcmində, 168220 ədəd 0,20 litr həcmində alkoqollu içkilər 0,25 litr həcmində alkoqollu işçkilərə çevirilərək hesablamalar aparılmışdır. Yoxlama zamanı gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri təqdim olunmadığı üçün 2016-cı və 2017-ci illər üzrə müəssisənin mənfəətini birbaşa müəyyən etmək mümkün olmamış və vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirə əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək 26237,88 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama zamanı qeyd edilənlər nəzərə alınmış və yoxlama dövründə ümumilikdə 221073,14 manat ƏDV-nin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı müəyyən edilmişdir. Yoxlanılan dövr üzrə vergi ödəyicisi: 2016-cı ilin sentyabr ayı üzrə 1628,20 manat, oktyabr ayı üzrə 1901,20 manat, noyabr ayı üzrə 6710,40 manat, dekabr ayı üzrə 11538,24 manat, 2017-ci ilin fevral ayı üzrə 22756,0 manat, mart ayı üzrə 4914,50 manat, aprel ayı üzrə 12252,40 manat, may ayı üzrə 21100,0 manat, iyun ayı üzrə 18200 manat, iyul ayı üzrə 14400 manat, avqust ayı üzrə 13300 manat, sentyabr ayı üzrə 0,05 manat, oktyabr ayı üzrə 5450 manat, noyabr ayı üzrə 2000 manat, dekabr ayı üzrə 2000 manat, 2018-ci ilin yanvar ayı üzrə 4750 manat, fevral ayı üzrə 10425 manat, mart ayı üzrə 11600 manat, aprel ayı üzrə 7800 manat, may ayı üzrə 12600 manat, iyun ayı üzrə 3100 manat, avqust ayı üzrə 4000 manat, ümumilikdə 205025,99 manat aksiz vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır və bununla da vergi məbləğinin 50% miqdarında, 102512,99 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcələsində nəzərdə tutulmuş cinayət xüsusiyyətli faktlar aşkar olunduğundan, toplanmış materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və həmin materiallar əsasında külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə cinayət işi başlanmışdır.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi, vəkili Vəkil Baloğlan oğlu iddia tələbində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Baloğlanov Hacı Baloğlan oğlu iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini, vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********165968 nömrəli, 16.10.2018-ci il tarixli qərarına əsasən iddiaçıda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə sentyabr 2016-avqust 2018-ci il dövrü üzrə növbədənkənar vergi yoxlaması təyin edilmişdir. **********166009 nömrəli, 14.11.2019-cu il tarixli “Səyyar vergi yoxlaması aktı”na əsasən iddiaçıda aparılan səyyar vergi yoxlaması 17.10.2018-ci ildə başlanmış, 14.11.2019-cu ildə başa çatmışdır, yoxlama 9 dəfə cəmi 273 gün müddətinə müvəqqəti dayandırılmış və iki dəfə də 60 gün müddətinə uzadılmışdır, həmin aktın 2-cu bölməsində qeyd edilənlərə əsasən cavabdehin 10.10.2018-ci il tarixli qərarı ilə müəssisədə nəzarət postu yaradılmışdır.Keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin 0.25 litr həcmində alkoqollu içkilər istehsal etdiyi aşkarlanmışdır.Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş qaimə fakturalarda göstərilən ******* ədəd 0,05 litr həcmində, 74000 ədəd 0,10 litr həcmində, 173220 ədəd 0,20 litr həcmində, alkoqollu içkiləri aparılan nəzarət postu zamanı istehsal olunmuş 0.25 litr həcmində alkoqollu içkilərə çevirərək hesablamalar aparılmışdır ki, bunun da nəticəsində cəmi 269154,74 manat ƏDV-nin dövlət büdcəsinə ödəməkdən yayınması müəyyən edilmiş və 134577,37 manat maliyyə sanksiyası hesablanmışdır, həmçinin ******* ədəd 0,05 litr həcmində, 74000 ədəd 0,10 mlitr həcmində, 173220 ədəd 0,20 litr həcmində alkoqollu içkiləri aparılan nəzarət postu zamanı istehsal olunmuş 0.25 litr həcmində alkoqollu içkilərə çevirilərək hesablamalar aparılmışdır ki, həmin hesablamalar nəticəsində iddiaçının yoxlanılan dövrdə cəmi 205025,99 manat aksiz vergisinin azaldılması müəyyən edilmiş,102512,99 manat maliyyə sanksiyası hesablanmışdır. Eyni zamanda iddiaçının ******* ədəd 0,05 litr həcmində, 9000 ədəd 0,10 litr həcmində, 168220 ədəd 0,20 litr həcmində alkoqollu içkiləri 0.25 litr həcmində alkoqollu içkilərə çevirməklə aparılan hesablamalar nəticəsində iddiaçıya 2016-cı ildə 13970,44 manat mənfəət vergisi, 2017-ci ildə 24924,62 manat əlavə mənfəət vergisi hesablanmışdır. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195063 nömrəli, 20.12.2019-cu il tarixli qərarına əsasən İddiaçı Sənaye Ticarət Assosiasiyası üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 14.11.2019-cu il tarixli, **********166009 nömrəli akta və 19.12.2019-cu il tarixli, **********465000 nömrəli sənədə əsasən iddiaçıya mənfəət vergisi 2016-cı ildə 11320,63 manat əlavə hesablanmış, 5660.32 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-cı ildə 14917,25 manat əlavə hesablanmış, 7458,63 manat maliyyə sanksiyası tətbiq eilmişdir, ƏDV 2016-cı ildə 29237,12 manat əlavə hesablanmış, 14618,56 manat maliyyə sanksiyası tətbiq eilmişdir, 2017-cı ildə 78470,62 manat əlavə hesablanmış, 39235,31 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2018-ci ildə 113365,40 manat əlavə hesablanmış, 56682,70 manat maliyyə sanksiyası tətbiq edilmişdir,aksiz vergisi 2016-cı ildə 21778,04 manat əlavə hesablanmış, 10889,02 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-ci ildə 117372,95 manat əlavə hesablanmış, 58686,48 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2018-ci ildə 452337,01 manat əlavə hesablanmış, 226168,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir, cəmi 452337,01 manat əlavə vergi hesablanmış, 226168,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********195270 nömrəli, 25.12.2019-cu il tarixli qərarına əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195063 nömrəli, 20.12.2019-cu il tarixli qərarına düzəliş edilərək iddiaçıya mənfəət vergisi 2016-cı ildə 11320,63 manat əlavə hesablanmış, 5660.32 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-cı ildə 14917,25 manat əlavə hesablanmış, 7458,63 manat maliyyə sanksiyası tətbiq edilmişdir, ƏDV 2016-cı ildə 29237,12 manat əlavə hesablanmış, 14618,56 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-cı ildə 78470,62 manat əlavə hesablanmış, 39235,31 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2018-ci ildə 113365,40 manat əlavə hesablanmış, 56682,70 manat maliyyə sanksiyası tətbiq edilmişdir,aksiz vergisi 2016-cı ildə 21778,04 manat əlavə hesablanmış, 5769,12 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-ci ildə 117372,95 manat əlavə hesablanmış, 58686,48 manat maliyyə sanksiyası tətbiq edilmişdir,2018-ci ildə 65875,0 manat əlavə hesablanmış, 32937,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir, cəmi 452337,01 manat əlavə vergi hesablanmış, 211947,09 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının təqdim etdiyi qaimələrə əsasən 026577 nömrəli, 11.12.2017-ci il tarixli qaimə ilə 0,05 litr tutumlu 10000 ədəd, 24.10.2017-ci il tarixli və 25.10.2017-ci il tarixli qaimələrə əsasən 0,250 litr, 0,05 litr tutumlu,026606 nömrəli, 16.02.2017-ci il tarixli qaimə fakturaya əsasən 0,005 litr tutumlu, 026593 nömrəli, 23.01.2018-ci il tarixli qaimə fakturaya əsasən 0,100 litr və 0,05 litr tutumlu,026563 nömrəli, 25.10.2017-ci il tarixli qaimə-fakturaya əsasən 0,05 litr və 0,250 litr, 026556 nömrəli, 16.10.2017-ci il tarixli qaimə-fakturaya əsasən 0,200 litr, 026551 nömrəli, 09.10.2017-ci il tarixli qaimə-fakturaya əsasən 0,05 litr və 0,200 litr, 026557 nömrəli, 17.10.2017-ci il tarixli qaimə-fakturaya əsasən 0,500 litr,026642 nömrəli, 02.07.2018-ci il tarixli qaimə fakturaya əsasən 0,05 litr,0,5000 litr,0,250 litr, 026596 nömrəli, 25.01.2018-ci il tarixli qaimə-fakturaya əsasən 0.05 litr, 0,10 litr və digər belə ölçülü tutumlarda alkoqollu içkilər iddiaçı tərəfindən yoxlanılan dövrdə tədarük edilmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, iddiaçıda sentyabr 2016-avqust 2018-ci il dövrü üzrə növbədənkənar vergi yoxlaması təyin edilmişdir. Həmin yoxlama keçirilən dövrdə cavabdehin 10.10.2018-ci il tarixli qərarı ilə iddiaçıda nəzarət postu yaradılmışdır və keçirilən operativ vergi nəzarətinin nəticələrinə görə vergi ödəyicisinin 0.25 litr həcmində alkoqollu içkilər istehsal etməsi əsası ilə vergi ödəyicisi tərəfindən təqdim edilmiş qaimə fakturalarda göstərilən 0,05 litr, 0,10 litr, 0,20 litr həcmində, alkoqollu içkiləri cavabdeh 0.25 litr həcmində alkoqollu içkilərə çevirərək hesablamalar aparmışdır ki, bunun da nəticəsində iddiaçıya cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195063 nömrəli, 20.12.2019-cu il tarixli qərarına əsasən 2016-cı ildə 11320,63 manat mənfəət vergisi əlavə hesablanmış, 5660.32 manat maliyyə sanksiyası tətbiq eilmişdir, 2017-cı ildə 14917,25 manat mənfəət vergisi əlavə hesablanmış, 7458,63 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2016-cı ildə 29237,12 manat ƏDV əlavə hesablanmış, 14618,56 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-cı ildə 78470,62 manat ƏDV əlavə hesablanmış, 39235,31 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2018-ci ildə 113365,40 manat ƏDV əlavə hesablanmış, 56682,70 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2016-cı ildə 21778,04 manat aksiz vergisi əlavə hesablanmış, 10889,02 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-ci ildə 117372,95 manat aksiz vergisi əlavə hesablanmış, 58686,48 manat maliyyə sanksiyası tətbiq edilmişdir,2018-ci ildə 452337,01 manat aksiz vergisi əlavə hesablanmış, 226168,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir, cəmi 452337,01 manat əlavə vergi hesablanmış, 226168,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir, sonradan cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********195270 nömrəli, 25.12.2019-cu il tarixli qərara əsasən iddiaçıya 2016-cı ildə 11320,63 manat mənfəət vergisi əlavə hesablanmış, 5660.32 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-cı ildə 14917,25 manat mənfəət vergisi əlavə hesablanmış, 7458,63 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2016-cı ildə 29237,12 manat ƏDV əlavə hesablanmış, 14618,56 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-cı ildə 78470,62 manat ƏDV əlavə hesablanmış, 39235,31 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2018ci ildə 113365,40 manat ƏDV əlavə hesablanmış, 56682,70 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2016-cı ildə 21778,04 manat aksiz vergisi əlavə hesablanmış, 5769,12 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-ci ildə 117372,95 manat ƏDV əlavə hesablanmış, 58686,48 manat maliyyə sanksiyası tətbiq edilmişdir,2018-ci ildə 65875,0 manat əlavə hesablanmış, 32937,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir, cəmi 452337,01 manat əlavə vergi hesablanmış, 211947,09 manat maliyyə sanksiyası tətbiq edilmişdir.İddiaçı onun istehsal etdiyi 0,05 litr, 0,10 litr, 0,20 litr həcmində alkoqollu içkiləri 0.25 litr həcmində alkoqollu içkilərə çevirərək hesablamalar yolu ilə yuxarıda qeyd edilən vergilərin hesablanmasını və maliyyə sanksiyalarının tətbiq edilməsini qanunsuz hesab edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. Həmin Məcəllənin 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət elmək vergi ödəyicisinin hüququdur. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İşin faktiki hallarına əsasən hazırda iddiaçının mübahisələndirdiyi inzibati aktlar olan cavabdehin 20 dekabr 2019-cu il tarixli, **********195063 nömrəli və 25.12.2019-cu il tarixli, **********195270 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarları ilə iddiaçıya əlavə vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi iddiaçının istehsal etdiyi 0,05 litr, 0,10 litr, 0,20 litr həcmində alkoqollu içkiləri 0.25 litr həcmində alkoqollu içkilərə çevirərək hesablamalar nəticəsində həyata keçirilmişdir.Halbuki iddiaçının təqdim etdiyi qaimə fakturalara baxış keçirilən zaman iddiaçının həm 0,05 litr, həm 0,10 litr, həm 0,20 litr həcmində, həm də 0.25 litr tutumlu qablarda alkoqollu içkilər istehsal edərək tədarük etməsi müəyyən olunmuşdur.Yəni iddiaçının 0,25 litr tutumlu qablarda istehsal etdiyi məhsulu daha kiçik tutumlu qablarda istehsal olunan alkoqollu içki kimi tədarük etməsi (göstərməsi) faktı müəyyən edilməmiş, buna dair sübutlar məhkəməyə təqdim edilməmiş, belə sübutlar barədə məhkəməyə məlumat verilməmişdir. Belə olan halda cavabdehin hansı əsasla iddiaçının istehsal etdiyi 0,05 litr, həm 0,10 litr, həm 0,20 litr həcmində tutumlarda olan məhsulu 0,25 litr tutumunda olan məhsul kimi qəbul edərək hesablamalar aparmasının hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.1-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır:83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata;83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata;83.2.3. vergi yoxlaması materiallarına;83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Göründüyü kimi vergi qanunvericiliyində vergilərin hesablanması qaydası dəqiq müəyyən edilmişdir və heç bir halda vergi ödəyicisinin istehsal etdiyi məhsulu başqa bir məhsul kimi qəbul edərək əlavə vergi hesblanmasını nəzərdə tutmamışdır. Bundan başqa Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Lakin iddiaçıda aparılan səyyar vergi yoxlamasının keçirilməsi müddəti 17.10.2018-ci ildə başlanmış, 14.11.2019-cu ildə başa çatmışdır, yoxlama 9 dəfə cəmi 273 gün müddətinə müvəqqəti dayandırılmış və iki dəfə də 60 gün müddətinə uzadılmışdır. Cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsində səyyar vergi yoxlamasının dayandırılmasının qanunda göstərilən əsasları məhkəməyə təqdim etməmişdir ki, bu da səyyar vergi yoxlamasının Vergi Məcəlləsində nəzərdə tutulan normalar pozulmaqla aparılmasını göstərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20 dekabr 2019-cu il tarixli, **********195063 nömrəli və 25.12.2019cu il tarixli, **********195270 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarları ləğv edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20 dekabr 2019-cu il tarixli, **********195063 nömrəli və 25.12.2019-cu il tarixli, **********195270 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar