Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-545/2022 08.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik statusunun verilməsi və əlillik dərəcəsinin müəyyən olunması, ona əlillik pensiyasının müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti olmaqla ona əlillik statusunun verilməsi və əlillik dərəcəsinin müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun diaqnozu işemik xəstəliyi, gərginlik stenokardiyası İİİ-İV FS, aorta koronar şuntlanma əməliyyatından sonrakı vəziyyət (U5.10.2018), qan dövranı çatışmamazlığı İİ FS, hipertoniya xəstəliyi İİ В mərhələsi. O, ayağından şikəstdir və operasiya olmuşdur, varikozu var. Hətta elektron sistemdə qeyd olunan sənədləri silinib yoxa çıxarıblar, dəfələrlə müraciət etmişdir. Lakin artıq yorulmuş və məhkəməyə müraciət etməyə məcbur qalmışdır ki, hansı əsasla imtina verilir, onun ürəyi və ayaqları ən əsas da ürəyi tam sağalası deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti Balakən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0228003AAG01 saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX gərginlik stenokardiyası lll-İV f.s. aorto koronor suntlma əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşmış müalicə davam etdirilsin, əsas diaqnozun ağırlaşmalarını (üç) təsdiq edən instrumental müayinələrin nəticələri və TSEK-ə göndərilən zaman x-n vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Daha sonra həmin Poliklinikanın xx.xx.2019-cu il tarixli 0228003AAHH0 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, UİX gərginlik stenokardiyası İİİ -İVf.s. Ağırlaşma İ50 Ürək çatmamazlığı, İİ d; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: İxtisaslaşmış müalicə müəsissəsində müayinə və müalicə davamı məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Həmin Poliklinikanın xx.xx.2020-ci il tarixli 0228003AAH82 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => 121 - Miokard infarktı => 121.9 - Dəqiqləşdirilməmiş kəskin miokard infarktı; Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, hər iki ayaq ətrafın varikoz xəstəliyi. sağ BDV nin birincili varikoz genişlənməsi, sağ aşağı ətrafda İİİ dərəcəli XVC liq.xx.xx.2020 spinal anesteziya altında sağ aşağı ətrafın venoektomiya əməliyyatı icra olunmuşdur. aorto koronor suntlama əməliyyatından sonrakı vəziyyət.(xx.xx.2018). Ürək çatmamazlığı, İİİ f.s; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: müalicə günləri azdır. İxtisaslaşmış müalicə müəsissəsində müayinə və müalicə davamı məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair iş üzrə iddia geri götürülmüş sayılmaqla inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1141/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-545/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1959-cu il təvəllüdlü Muradov X3 rayonu, Qazma kəndi ünvanında qeydiyyatdadır. İş materiallarından müəyyən olunur ki, İddiaçı əlillik vəziyyətinə Balakən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0228003AAG01 saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə baxılmış və X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8-Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX gərginlik stenokardiyası lll-İV f.s. aorto koronor suntlma əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşmış müalicə davam etdirilsin, əsas diaqnozun ağırlaşmalarını (üç) təsdiq edən instrumental müayinələrin nəticələri və TSEK-ə göndərilən zaman x-n vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Balakən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0228003AAHH0 saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, UİX gərginlik stenokardiyası İİİ-İVf.s. Ağırlaşma İ50 Ürək çatmamazlığı, İİ d; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə müəsissəsində müayinə və müalicə davamı məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə Balakən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0228003AAH82 saylı göndərişi əsasında xx.xx.2020-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => 121 - Miokard infarktı => 121.9 - Dəqiqləşdirilməmiş kəskin miokard infarktı; Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, hər iki ayağı ətrafin varikoz xəstəliyi. sağ BDV-nin birincili varikoz genişlənməsi.sağ asağı ətrafda İİİ dərəcəli XVC liq.xx.xx.2020 spinal anesteziya altında sağ aşağı ətrafin venoektomiya əməliyyatı icra olunmuşdur. aorto koronor suntlama əməliyyatından sonrakı vəziyyət. (xx.xx.2018). Ürək çatmamazlığı, İİİ f.s; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: müalicə günləri azdır. İxtisaslaşmış müalicə müəsissəsində müayinə və müalicə davamı məsləhət görülür” səbəbi ilə imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3470/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı əsasında iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Məhkəmə Tibbi- Ekspertiza və X4 tərəfindən verilmiş 418/KEŞ nömrəli xx.xx.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, İddiaçı məhkəmə-tibbi ekspertizası zamanı və “Akademik C.Abdullayev adına ET Kardiologiya İnstitutu”nda aparılmış funksional diaqnostik müayinələrinin cavablarına, həmçinin profil üzrə mütəxəssislərin obyektiv baxışlarına əsasən, onda hal-hazırda “Ürəyin işemik xəstəliyi; Gərginlik stenokardiyası İİ fs. Postinfarkt kardioskleroz (2018). AKŞ-dan sonrakı vəziyyət (2018). Hipertoniya xəstəliyi İİ dərəcə. Xroniki ürək çatmamazlığı İ (bir) AF 50%. Tənəffüs çatmamazlığı-İ; MÇ-1. Sağ ayağın varikoz genəlmə əməliyyatından sonrakı vəziyyət (2020)” kimi xəstəliklərinin olduğu müəyyən edildi. İddiaçı əmək qabiliyyətinin məhdudlaşması və ya itirilməsi, həmçinin əlillik dərəcəsinin təyini haqqında qərar müayinə və müalicədən sonra müvafiq komissiya tərəfindən təyin oluna bilər. İddiaçı adına tərtib edilmiş 0228003AAH82 nömrəli göndərişdə qeyd olunan əsas diaqnoz məhkəmə-tibbi ekspertizası zamanı öz təsdiqini tapmışdır. İddiaçının sonuncu dəfə əlillik vəziyyətinə Zaqatala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0256003AAP8V göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => 120 – Stenokardiya (döş inağı) => İ20.8-Stenokardiyanın digər formaları., Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası İİ fs, Ağırlaşma İ25.2 əvvəllər keçirilən miokard infarktı, Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ-dən sonrakı hal 2018, Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, XÜÇ İ dərəcə AF 50% TÇ İƏ MÇ İ dərəcə, yanaşı xəstəliklər İ11.0 Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, İİd yüksək risk qrupu, Yanaşı xəstəliklər İ83.1 Ağaı ətraf venalarının iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi, sağ ayağın varikoz genəlmə əməliyyatından sonrakı hal 2020. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması-səbəb ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür. Beləliklə, işin hallarından görünür ki, iddiaçı barəsində Balakən və sonuncu dəfə Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən tibbi göndərişlər göndərilmiş, cavabdeh ixtisaslaşmış müalicənin davam etdirilməsi əsası ilə əlillik dərəcəsinin təyinatından imtina etmişdir. Hazırkı iddiasında iddiaçı əllillik dərəcəsinin təyin olunmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İş materiallarından müəyyən olunur ki, 2018-ci ildə miokard infarktı keçirmişdir. X2 anju olunmuş, bu zaman açıq cərrahiyyə əməliyyatının aparılmasının vacib olduğu bildirilmişdir. xx.xx.2018-ci ildə ECM açıq ürək cərrahiyyə əməliyyatı keçirmişdir. Məhkəmə ekspertizası zamanı İddiaçı xx.xx.2021-ci il tarixdə “Akademik C.Abdullayev adına ET Kardiologiya İnstitutu”ndan müayinəsi keçirilmiş müayinə zamanı şikayətləri sinədə yandırıcı ağrılar, təngənəfəslik, üds artması, qarnında köp, halsızlıqdandır. Obyektiv müayinədə: Huşu aydın, vəziyyəti kafidir. A/T-160/100 mm.cv.st. Nəbz 77 vurğu, ritmikdir. Prekardial nahiyədə əməliyyatdan sonrakı çapıq izlənir. Ürək tonları bir qədər kafidir. Ağciyərlərində sərt tənəffüs eşidilir. EKQ-də: Sinus ritmi. Sol mədəciyin hipertrofiyası. Arxa divarda çapıq izlənir və koronar qan təchizatın pozulması. ExoKQ-də: AKŞ əməliyyatından sonrakı vəziyyət. Sol mədəciyin sistola-diastolik ölçüləri və sistolik funksiyası normal (EF-50%). Sağ boşluqlar böyüməmişdir. Sol mədəciyin konsentrik hipertrofiyası qeyd edilir. Diastolik funksiya relaksativ tipdə pozulmuşdur. Ulmonar arteriya təzyiqi normaldır. Seqmentar divar hərəkət qüsuru (inferiorun bazah hipokinetik, septum disenergik) qeyd edilir. Perikard boşluğu təmizdir. Rəngli doppler exokardioqrafiyasında: ݰTÇ, 1°MÇ. Diaqnoz: “ÜİX: Gərginlik stenokardiyası İİ fs. Postinfarkt kardioskleroz (2018). AKŞ-dan sonrakı vəziyyət (2018). Hipertoniya xəstəliyi İİ dərəcə. XÜÇ İ (bir) AF 50%. TÇ-İ; MÇ-İ. Sağ ayağın varikoz genəlmə əməliyyatından sonrakı vəziyyət (2020) müəyyən edilmişdir. Beləliklə, İddiaçı tibbi sənədlərinə, məhkəmə-tibbi ekspertizası zamanı və “Akademik C.Abdullayev adına ET Kardiologiya İnstitutu”nda aparılmış funksional diaqnostik müayinələrinin cavablarına əsasən onda hal-hazırda “Ürəyin işemik xəstəliyi; Gərginlik stenokardiyası İİ fs. Postinfarkt kardioskleroz (2018). AKŞ-dan sonrakı vəziyyət (2018). Hipertoniya xəstəliyi İİ dərəcə. Xroniki ürək çatmamazlığı İ (bir) AF 50%. Tənəffüs çatmamazlığı-İ; MÇ-1. Sağ ayağın varikoz genəlmə əməliyyatından sonrakı vəziyyət (2020)” kimi xəstəliklərinin olduğu müəyyən edilmişdir. İddiaçı adına Balakən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0228003AAH82 saylı göndərişi göndərişdə qeyd olunan əsas diaqnoz məhkəmə-tibbi ekspertizası zamanı öz təsdiqini tapdığı müəyyən olunmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məhkəmə icraatı gedişində Zaqatala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0256003AAP8V göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirmə zamanı da qoyulmuş əsas diaqnozun bundan əvvəlki xx.xx.2020-ci il tarixli 0228003AAH82 saylı göndərişdə qoyulmuş (əvvəllər keçirilən miokard infarktı, Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ-dən sonrakı hal 2018, Ağırlaşma İ50.0 ürək çatmamazlığı) diaqnozu ilə eyni olmuşdur. Məhkəmə xx.xx.2020-ci il tarixli 0228003AAH82 saylı göndərişdə qeyd olunan əsas diaqnozun iddiaçının sağlamlıq vəziyyətinə uyğun olduğunu, ekspert tədqiqatı nəticəsində onda “Ürəyin işemik xəstəliyi; Gərginlik stenokardiyası İİ fs. Postinfarkt kardioskleroz (2018). AKŞ-dan sonrakı vəziyyət (2018). Hipertoniya xəstəliyi İİ dərəcə. Xroniki ürək çatmamazlığı İ (bir) AF 50%. Tənəffüs çatmamazlığı-İ; MÇ-1. Sağ ayağın varikoz genəlmə əməliyyatından sonrakı vəziyyət (2020)” xəstəliklərin müəyyən olunduğunu, xx.xx.2022-ci il tarixli 0256003AAP8V göndərişində göstərilən əsas diaqnozun İ20.8 Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası İİ fs, Ağırlaşma İ25.2 əvvəllər keçirilən miokard infarktı, Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ-dən sonrakı hal 2018, Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, XÜÇ İ dərəcə AF 50% TÇ İƏ MÇ İ dərəcə olmasını nəzərə alaraq hesab edir ki, iddiaçıda aşkar olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: -2.2.1-ci bəndinə görə ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01- İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33). Beləliklə, iddiaçıya qoyulmuş əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası İİ fs, ağırlaşma İ25.2 əvvəllər keçirilən miokard infarktı qeyd edilən Meyarların 2.2.1-ci bəndinə əsasən ikinci dərəcə əlillik dərəcəsi təyinatına uyğun gəlir. Məhkəmə eyni zamanda cavabdehin əlillik təyinatı üçün müalicə müddətinin az olması dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə Tibbi-Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinin (şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması) tələbləri nəzərə alınmalıdır. Göndərişin tərtib olunması zamanı bu müddəanın tələbləri nəzərə alınmadığı üçün ona əlillik dərəcəsi təyin edilməsinə əsas vermir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: -1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; -1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); -1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; -1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; -1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. İddiaçıya aid tibbi sənədlərdən görünür ki, iddiaçı xx.xx.2018-xx.xx.2018-ci il tarixdə Bakı Akad. M.Topçubaşov adına X5, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə Balakən rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə Bakı Akad. M.Topçubaşov adına X5, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Bakı Akademik C.M.Abdullayev adına ET Kardiologiya İnstitutunda, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Balakən rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Bakı Mərkəzi Klinikasında, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Balakən rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olmuşdur. İddiaçı barəsində ümumilikdə ardıcıl olaraq 4 dəfə tərtib edilmiş tibbi göndərişlərdə onun əsas diaqnozunun stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenokardiyası, əvvəllər keçirilən miokard infarktı, ürək çatmamazlığı olduğu göstərilmişdir. Tibbi göndərişlərdə əsas diaqnoz dəyişməmiş, hətta iddiaçıya qoyulmuş diaqnoz sonuncu dəfə məhkəmə ekspertizası zamanı da öz təsdiqini tapmışdır. Cavabdehin tibbi göndərişlərdə imtinanın əsası kimi müddətə deyil, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina edildiyi, iddiaçı barəsində tərtib edilmiş sonrakı bütün tibbi göndərişlərdə iddiaçının diaqnozunun dəyişmədiyi, sağlamlıq vəziyyətinin ilkin tibbi göndərişlərdə olduğu kimi qalması nəzərə alındıqda məhkəmə hesab edir ki, müddətlə bağlı dəlilə istinad etməklə əlillik təyinatından imtina əsaslı hesab edilə bilməz. Başqa sözlə, iddiaçının xəstəliyi dəyişməmiş, qoyulmuş diaqnoz ona aid tibbi sənədlər, ekspert rəyi ilə öz təsdiqini tapmış, cavabdeh isə eyni diaqnozlu tibbi göndərişlərə hər dəfə əlavə müalicəyə ehtiyacı var dəlili ilə eyni məzmunlu, əsassız imtinalar vermişdir. Bu halda məhkəmə hesab edir ki, Qaydanın 1.5.1-ci bəndinə əsasən son bir ildə iddiaçı barəsində ambulator və ya stasionar müalicə müddətlərinə dair tələb iddiaçının ziyanına təfsir və tətbiq oluna bilməz. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasdan iddia tələbi təmin edilməli, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-545/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-545/2022
08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver