Məhkəmə qərarları › İş №2-1(112)-5455/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5455/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5455/2022 27.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlu, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan, iddiaçının vəkili məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə əsl olmayan cavabdeh Azərbaycan respublikası Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 31.01.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin təmin edildiyini və buna görə də iddia tələbindən imtina etdiyini, odur ki, məhkəmə iclasının onun və nümayəndəsinin iştirakı olmadan keçirilməklə iddia tələbindən imtinanın qəbul edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddiadan imtina edilməsi və inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İPM-nin 55.4-cü maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçının iddia tələbini irəli sürməkdə əsas məqsədi Ukrayna Respublikası Milli Mülki Müdafiə Universiteti tərəfindən onun adına verilmiş bakalavr diplomu üzrə ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi təşkil edir ki, o, bu hüquqa nail olmuş və onun bakalavr diplomu üzrə kvalifikasiyası tanınaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin şəhadətnaməsi ilə rəsmiləşdirilmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə öz həllini tapdığından, iddiaçının ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddianın geri götürülmüş hesab edilməsi səbəbi ilə iş üzrə icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, iddiadan imtina edilməsi barədə qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4 və 55.5-cı maddələrinə əsasən məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçının iddiadan imtinası qəbul edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçının iddiadan imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanının istisna edilməsinin hüquqi nəticələri izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar