Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-546/2023 30.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs 2 nömrəli Şəhər Poliklinikası) “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs 2 nömrəli Şəhər Poliklinikası) “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, TSERAS-ın müraciətə cavabının etibarsız hesab edilməsini və ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1997-ci ildən etibarən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində gizir qismində müddətdən artıq həqiqi hərbi xidmətdə, xx.xx.2004-cü ildən isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində gizir qismində həqiqi hərbi xidmətdə olmuşdur. 2008-ci ildə Ls-Sı diskin yırtığına görə cərrahi əməliyyat keçirmişdir. Əməliyyatdan sonra həmin nahiyədə residivli yırtıq aşkar olunmuşdur (2010-cu ildə). Dəfələrlə ambulator və stasionar müayinə və müalicə olunmasına baxmayaraq, onurğanın Lı-Sı səviyyəsində və nevroloji statusda mənfi dinamika qeyd olunmuşdur. xx.xx.2015-ci ildən ona xəstəlik səbəbindən ikinci dərəcəli əlillik (hərbi xidmət dövrü ilə əlaqədar əlillik) təyin olunmuşdur. Qoşmada bu ərizəyə əlavə edilmiş sənədlər də bunu sübut edir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində "Şmorle düyünləri. Bel fəqərəətrafınöqtələr kəskin ağrılı, valle nöqtələri ağrılıdır, sağ pəncənin parezi qeyd olunur, əzələtonusu və gücü sağ aşağı ətrafda enib, diz refleksi D böyükdür S enib, aşıl sağda alınmır" qeyd olunmuşdur. Əlilliyin müəyyən olunması meyarı - "fəqərəarası disklərin zədələnməsi zamanı sinir"dir. Daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlillik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. xx.xx.2021-ci il tarixli Həkim Məsləhət Komissiyasının 0019003AAB8R Neli Bildirişi və TQS N 088, 0019003AAB8R N-li Tibbi Sosial Ekspert Komissiyasına göndərişdən göründüyü kimi, yenidən bütün zəruri müayinələrdən keçmişdir. Sənədlərlə birlikdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (TSEK-ə) müraciət etmişdir. Tibbi-Sosial Ekspertiza və X5 (TSERAS) müraciətinə cavab olaraq daxil olmuş mesajda qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edimişdir. Qoşmada bu ərizəyə əlavə edilmiş iş materiallarına nəzər yetirdikdə ona təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi üçün hər hansı bir halın mövcud olmadığı aydın görünür. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə 2 nömrəli Şəhər Poliklinikası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və iş ekspert rəyinin verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6”nə göndərilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının prosessual iştirakına xitam verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M91-M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.8 - ...: Diaqnozun mətni: Onurğanın osteoxondrozu,L5-S1 f/arası disk yırtığına görə aparılmış əməliyyatdan s/v; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi : Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 0019003AABE8 saylı göndərişi əsasında baxılmış və "Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatıyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Şmorle düyünləri.Bel fəqərə ətrafı nöqtələr kəskin ağrılı,valle nöqtələri ağrılıdır,sağ pəncənin parezi qeyd olunur,əzələtonusu və gücü sağ aşağı ətrafda enib,diz refleksi D böyükdür S enib,aşıl sağda alınmır: Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və bel.sağ aşağı ətrafda zəiflik” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar: X2: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Şmorle düyünləri.Bel fəqərəətrafınöqtələr kəskin ağrılı.valle nöqtələri ağrılıdır,sağ pəncənin parezi qeyd olunur,əzələtonusu və gücü sağ aşağı ətrafda enib,diz refleksi D böyükdür S enib,aşıl sağda alınmır; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və bel,sağ aşağı ətrafda zəiflik” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021 -ci il tarixli 0019003AAB8R saylı göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr,..: Diaqnozun mətni: Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri, L5-S1 fəqərəarası disk yırtığının cərrahi müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu.(2008ci il).Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L5-S1 disk yırtığının cərrahi müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi : Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir" səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-cı il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarr’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmaniara davamlı vərəm formalarının. İV mərhələ onkoloji xəstəliklərin. V mərhələ xroniki böyrək xəstəliyinin oirnası (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.1966-cı il təvəllüdlü İddiaçı AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın surəti. - 2 nömrəli Şəhər Poliklinikası tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli 276 nömrəli məktub və ona əlavə edilmiş sənədlərin surəti. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Alt sistemdən çıxarış. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6”nin T 142/2022 nömrəli Ekspert Rəyi. - Cavabdeh tərəfindən məhkəmə qərardadının icrası ilə bağlı təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktub. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspet komissiyasının xx.xx.2022ci il tarixli və xx.xx.2023-cü il tarixli Qərarlarının surəti. - Medistyle Hospital və X8 Center tərəfindən iddiaçı barəsində aparılmış müayinənin sənədlərinin surətləri. ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının ünvan 1 ünvanda qeydiyyatda olduğunu nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M91-M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.8 - ...: Diaqnozun mətni: Onurğanın osteoxondrozu,L5-S1 f/arası disk yırtığına görə aparılmış əməliyyatdan s/v; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi : Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 0019003AABE8 saylı göndərişi əsasında baxılmış və "Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Şmorle düyünlerı.Bel fəqərəətrafınöqtələr kəskin ağrılı,valle nöqtələri ağrılıdır,sağ pəncənin parezi qeyd olunur,əzələtonusu və gücü sağ aşağı ətrafda enib,diz refleksi D böyükdür S enib,aşıl sağda alınmır: Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və bel.sağ aşağı ətrafda zəiflik” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar: X2: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Şmorle düyünleri. Bel fəqərəətrafınöqtələr kəskin ağrılı, valle nöqtələri ağrılıdır, sağ pəncənin parezi qeyd olunur,əzələtonusu və gücü sağ aşağı ətrafda enib,diz refleksi D böyükdür S enib,aşıl sağda alınmır; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və bel, sağ aşağı ətrafda zəiflik” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0019003AAB8R saylı göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr,.. Diaqnozun mətni: Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri, L5-S1 fəqərəarası disk yırtığının cərrahi müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu.(2008ci il).Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L5-S1 disk yırtığının cərrahi müdaxiləsindən sonrakı kəskin və davamlı kökcük sindromu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi : Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir" səbəbi ilə imtina verilmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardadın icrası ilə bağlı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktub təqdim edilmişdir. Həmin məktubdan görünür ki, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspet komissiyasının xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir: “Bakı şəhər sakini xx.xx.1977-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0019003AAB8R nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********6). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçıa Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 224 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Funksiyaların mülayim dərəcədə pozulması ilə müşayiət olunan L5-S1 diskogen S1 sağtərəfli radikulit, residivli qedisli, xroniki davamlı ağrı sindromu, hərəki və hissi pozulmaları ilə. L5-S1 diskin yırtığına görə xx.xx.2008-ci il tarixdə aparılmış “L5 fəqərəsinin sapdan hissəvi hemilaminoektomiyası. L5-S1 fəqərəarası disk yırtığının xaric edilməsi” əməliyyatının uzaq qalıq əlamətləri. Onurğanın statik funksiyasının mülayim dərəcədə pozulması ilə onurğanın yayılmış osteoxondrozu. L5-S1 diskin residivli, sağ kökcük dəliyini kəskin daraldan, yırtığı (8.5 mm). C2-C3. C3-C4, C4- C5. C5-C6 disklərin protruziyası. Funksiyaların mülayim dərəcədə pozulması ilə diafraqmanın qida borusu dəliyi yırtığı. Qaraciyərin piy distrofiyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əllərində və ayaqlarında keyimədən və ağrılardan şikayətlənmişdir. Nevroloii müayinə zamanı hər iki yuxarı və aşağı ətraflarda reflekslər çağrılmamıs, D=S, əzələ gücü və tonusu dəyişiksiz, hərəkətlər sərbəst müəyyən edilmiş, parez, atrofiya müşahidə olunmamış, hərəki məhdudiyyət qeyd olunmamışdır. Anamnezində şəkərli diabet xəstəsi olduğu ifadə olunsa da, bununla bağlı ekspertizaya heç bir müavinə və müalicə sənədi təqdim olunmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ ayağında, qolunda ağrı, keyimə və qıcolmadan, son zamanlar yaddaşsızlıqdan şikayət etmişdir. Müayinə zamanı aşağı və yuxarı ətraflarda əzələləri simmetrik, vətər refleksləri fizioloji zəif alınmış, hipotrofiya, atrofiya, iflic parez aşkar edilməmiş, əlillik təyinatına əsas verən nevrolojı defisit qeyd edilməmişdir. Spero Hospitalın xx.xx.2021-ci il tarixli Bel-oma fəqərələrin KT müayinəsinin nəticəsi “Bel osteoxondrozu. L5-S1 diskin yırtığı” kimi qeyd edilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinəni nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntu müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspet komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir: “Bakı şəhər sakini xx.xx.1977-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0019003AAB8R nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********6). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçıa Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 224 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Funksiyaların mülayim dərəcədə pozulması ilə müşayiət olunan L5-S1 diskogen S1 sağtərəfli radikulit, residivli gedişli, xroniki davamlı ağrı sindromu, hərəki və hissi pozulmaları ilə. L5-S1 diskin yırtığına görə xx.xx.2008-ci il tarixdə aparılmış “L5 fəqərəsinin sapdan hissəvi hemilaminoektomiyası. L5-S1 fəqərəarası disk yırtığının xaric edilməsi” əməliyyatının uzaq qalıq əlamətləri. Onurğanın statik funksiyasının mülayim dərəcədə pozulması ilə onurğanın yayılmış osteoxondrozu. L5-S1 diskin residivli, sağ kökcük dəliyini kəskin daraldan, yırtığı (8.5 mm). C2-C3. C3-C4, C4- C5. C5-C6 disklərin protruziyası. Funksiyaların mülayim dərəcədə pozulması ilə diafraqmanın qida borusu dəliyi yırtığı. Qaraciyərin piy distrofiyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əllərində və ayaqlarında keyimədən və ağrılardan şikayətlənmişdir. Nevroloii müayinə zamanı hər iki yuxarı və aşağı ətraflarda reflekslər çağrılmamıs, D=S, əzələ gücü və tonusu dəyişiksiz, hərəkətlər sərbəst müəyyən edilmiş, parez, atrofiya müşahidə olunmamış, hərəki məhdudiyyət qeyd olunmamışdır. Anamnezində şəkərli diabet xəstəsi olduğu ifadə olunsa da, bununla bağlı ekspertizaya heç bir müavinə və müalicə sənədi təqdim olunmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ ayağında, qolunda ağrı, keyimə və qıcolmadan, son zamanlar yaddaşsızlıqdan şikayət etmişdir. Müayinə zamanı aşağı və yuxarı ətraflarda əzələləri simmetrik, vətər refleksləri fizioloji zəif alınmış, hipotrofiya, atrofiya, iflic parez aşkar edilməmiş, əlillik təyinatına əsas verən nevrolojı defisit qeyd edilməmişdir. Spero Hospitalın xx.xx.2021-ci il tarixli Bel-oma fəqərələrin KT müayinəsinin nəticəsi “Bel osteoxondrozu. L5-S1 diskin yırtığı” kimi qeyd edilmişdir. X8 Centerin xx.xx.2023-cü il tarixli MR müayinəsinin nəticəsi "L5-S1 intervertebral diskin deqenerativ dəyişiklikləri və arxa sağ tərəfli paramedian yırtığı” kimi müəyyənləşdirilmişdir. Medistyle Hospitalın 21,02.2023-cü il tarixli EMG müayinə nəticəsi “Bu müayinə zamanı əldə olunan elektrofizioloji göstəricilər sağ ayaqda L5, S1 ifadəli olmaqla L4, L5, S1, sol ayaqda əsasən L5 innervasiyalı əzələlərdə xroniki dövr poliradikulopatiyaya işarət edir” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən inkar edilməmişdir. Digər tərəfdən, müayinə tarixində qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2-ci bəndinə əsasən iddiaçı 2 nömrəli Şəhər Poliklinikası, həmçinin Medistyle Hospital və X8 Center tərəfindən müayinə olunmuş və onda xəstəlik təkrarlanmış, ağırlaşma və yanaşı xəstəlikləri nəinki azalmış əksinə artmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2021-ci il tarixədək eyni diaqnozla ardıcıl olaraq 2 dəfə müxtəlif vaxtlarda (2015 və 2016-cı illərdə) qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 2-ci dərəcə əlillik təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 12.2-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində xx.xx.2022-ci il tarixli 2750003AAF8F nömrəli göndəriş (forma 88) tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” qüvvədə olmuşdur. Məhkəmə hesab edir ki, əlilliyin müəyyən olunması üçün əsasnamədə olan meyarlardan hər hansı biri mövcud olmadığından, lakin yeni meyarlarda olan hal mövcud olduğundan hazırda işə baxılarkən əlilliyin müəyyən olunması ilə bağlı hazırda qüvvədə olan meyarlar tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci madəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. İşin məhkəmə araşdırılması zamanı iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0019003AAB8R nömrəli göndərişdə sonuncunun kifayət qədər müayinə və müalicələrdə olmasının qeyd edilməsi, həmçinin iddiaçıya təyin edilmiş diaqnozun ona müvafiq əlillik təyin edilməsi üçün meyarlara uyğun olması müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli Qərarında iddiaçıya qoyulmuş diaqnozun həm Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlillik əlaməti təyin etməməsi ilə bağlı qeyd edir ki, 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0019003AAB8R nömrəli göndərişində göstərilmiş əsas diaqnoz və digər xəstəliklər Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na uyğun olaraq əlilliyin təyininə əsas verir. Belə ki, 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0019003AAB8R nömrəli göndərişində əsas diaqnoz: (M51) Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri, L5-S1 fəqərəarası disk yırtığının cərrahı müdaxiləsindən sonrası kəskin və davamlı sökcək sindromu. (2008ci il); Ağırlaşmalar: (G83.1) Aşağı ətrafların monoplegıyası, Sağ aşağı ətrafın (oəncənin) parezi; (M51.1) Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatıya ilə, L5-S1 disk yırtığının cərrahi müdaxiləsindən sonrası kəskin və davamlı kökcük sindromu.(2008); (R26) Hərəkətin və yerişin pozulmaları, Hərəki funksiyanın məhdudlaşması; (R33) Sidik ifrazının ləngiməsi; Yanaşı xəstəliklər: (İ10) Essonsial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ mərhələ; (E66) Piylənmə, alimentar piylənmə İV dərəcə (125kq); (G63.2) Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə), Diabetik polineyropatiya; (M42) Onurğanın osteoxondrozu, Onurğa sütununun yayılmış osteoxondrozu bel fəqərələrinin üstünlüyü ilə; (H35.0) Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU-diabetik retinopatiya. (İ25.1) Ürəyin aterosklerotik xəstəliyi, ÜİX Aterozklerotik kardioskleroz. (E11) İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip İİ orta-ağır forma.5 ildir şəkərli diabet xəstəsidir qeyd edilmişdir. Həmin xəstəliklər Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda müvafiq əlilliyin təyininə əsas verir. 2022-ci il iyulun 1-dən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 13.5.1-ci bəndinə əsasən digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri (M51); osteoxondroz (М42); 13.5.1.1-ci bəndinə əsasən - aşağı ətraf hərəkətliliyinin mülayim pozuntusu: mülayim paraparez, təzahür edən distal və ya mülayim proksimal paraparez, təzahür edən və əhəmiyyətli təzahür edən proksimal monoparez, proksimal monoplegiya, təzahür edən, əhəmiyyətli təzahür edən monoparez, aşağı ətraf monoplegiyası sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərinə; 2.1-ci bəndinə əsasən Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər (İ10 - İ15.0) qan dövranı sisteminin xəstəliklərinə; 6.8-ci bəndinə əsasən Polinevropatiyalar (G63*) Sinir sistemi xəstəliklərinə; 11.2.1-ci bəndinə əsasən insulindən asılı olmayan şəkərli diabet (E11), Piylənmə və artıq qidalanmanın digər növləri (E65-E68) endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları xəstəliklərinə aid edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X2na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.1.2-ci bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.1.3-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifəsidir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasında qeydiyyatda olması, stasionar və ambulator müalicə alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, eyni zamanda, müvafiq diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də təsdiq edildiyindən və əlilliyin təyin olunmasına əsas olan diaqnoz normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) təsbit edildiyindən, həmçinin iddiaçıya əvvəllər müxtəlif vaxtlarda eyni diaqnozla cavabdeh inzibati orqan tərəfindən əlillik dərəcəsi təyin olunduğundan hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdən əliliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən əliliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev