Məhkəmə qərarları › İş №2-1(112)-546/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-546/2024

31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-546/2024 31.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs Dövlət Neft Şirkətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: Dövlət Neft Şirkəti, "xxxx" Əməliyyat Şirkəti) qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 2-ci massivdə yerləşən 600 kv.m. torpaq sahəsinə mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 2-ci massivdə yerləşən 600 kv.m. torpaq sahəsinin mülkiyyət hüququ Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyətinin 193 saylı, xx.xx.1993-cü il tarixli sərəncamı əsasında İddiaçı məxsusdur. İddiaçı həmin torpaqda özünə ev tikmiş və orada yaşamışdır. İddiaçı hal-hazırda öz torpaq sahəsinə çıxarış almaq niyyətindədir. Buna görə də cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 2-ci massivdə yerləşən 600 kv.m. torpaq sahəsinin mülkiyyət hüquqlarına dair çıxarış verilməsi xahiş olunmuşdur. Lakin, cavabdeh orqan xx.xx.2022-ci il tarixində həmin torpaqların Dövlət Neft Şirkətinin istifadəsinə verildiyi üçün imtina məktubu vermişdir. İddiaçı buna görə də Dövlət Neft Şirkətinə müraciət etmişdir. Orada torpaq sahəsinin koordinatları tələb olunduğu üçün iddiaçı cavabdeh orqandan xx.xx.2022-ci il tarixli koordinatları da alıb Dövlət Neft Şirkətinə təqdim etmişdir, lakin oradan da xx.xx.2022-ci il tarixli imtina məktubu verilmişdir. Qeyd edilmiş ünvanda təkcə iddiaçı deyil çox sayda ailə yaşayır, hətta yaxınlıqda hündürmərtəbəli bina da tikilir. İddiaçının evinin hər tərəfi evdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3814/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3814/2023 saylı qərardadı ilə "xxxx" Əməliyyat Şirkəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçülər göstərilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********748 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Üçüncü şəxs Dövlət Neft Şirkəti xx.xx.2023-cü il tarixli məktubunda iddiaya yazılı münasibət bildirərək göstərilmişdir ki, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və "xxxx" şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. İddiaçı iddia etdiyi Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 2-ci massivdə yerləşən 600 kv.metr torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahəsidir. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin 21 may 2003-cü il tarixli 1230 nömrəli sərəncamı ilə təs diq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə Pirsaat neft yatağının və bitişik ərazilərin daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın aay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Çin Xalq Respublikasının X7 Ltd şirkəti arasında bağlanmış" Sazişə əsasən "xxxx" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. İddiaçı iddia etdiyi torpaq sahəsinə dair Daşmmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qsyd edilmiş kordninatlarmdan da görünür ki, həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ayrılmış ərazilərdi və "Petro-Hong Kong - X6" şirkətinin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. "Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə Pirsaat neft yatağının və bitişik ərazilərin daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatm pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Çin Xalq Respublikasının X7 Ltd şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməs nə icazə verilməsi barədə Azərbaycan Respublikasının 02 dekabr 2003-cü il tarixli 522-İQ nömrəli Qanununun 4-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa ha lar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müd lət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləzək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrir in) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə oldılğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsi ndə neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun va aid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqlarm kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq era hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti ü :ün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarma və layihə texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. "Torpaq islahatı haqqında qanunun" 6-cı maddəsinə əsasən, "Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazmtı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dö /lət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstasna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər." "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasmm xx.xx.1999-cıı il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Göründüyü kimi, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzə də tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış tər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin iddiaçının iddia etdiyi Qaradağ rayon İcra Hakimiyyətinin 193 saylı 16 fevral 1993-cü il tarixli sərəncamı da bu qaydada artıq qüvvədən düşmüşdür. Torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsi nəticəsində, həmin torpaq sahəsində tərəfindən neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradılır, "xxxx" Şirkəti tərəfindən Saziş üzrə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradır. Bu da öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi halların ayrı-ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyət [əri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması, nəticə etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüqiuqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasma xüsusi diqqət yetirilməlidir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 08 dekabr 2022-ci il tarixli, BA-07995-2022 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 193 nömrəli sərəncamına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin “Həyətyanı torpaq sahələrinin nizamlanması” barəsindəki xx.xx.1987-ci il tarixli 301 nömrəli Qətnaməsi və Bakı şəhəri icraiyyə komitəsinin “Bakı və Bakı ətrafı ərazilərdə yaşayış evlərinin tikintisinin nizamlanması” barəsindəki, xx.xx.1982-ci il tarixli 45/686 Ne-li qərarını və XDS icraiyyə komitəsinin “Fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin nizamlanması haqqında” xx.xx.1989-cu il tarixli 13/713 nömrəli qərarını əsas tutaraq Ələt qəsəbəsi, 1587-ci keçid, 15 N°-li ev, 14 N°-li mənzil sakini İddiaçı fərdi yaşayış evi tikdirməsi üçün Ələt qəsəbəsi, ikinci massivdən 600 kv.m. ölçüdə torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********18 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin koordinatları:

1. X- 363274.3450, Y- 4422784.0840

2. X- 363259.3545, Y- 4422759.2283

3. X- 363241.8204, Y- 4422769.3803

4. X- 363250.5830, Y- 4422784.0464

5. X- 363250.4114, Y- 4422784.1490

6. X- 363257.1180, Y- 447043.0592 Torpağın sənəd üzrə sahəsi: 0.06 ha. İnzibati icraat materialları ilə göndərilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyətini əks etdirən müayinə (baxış) aktına əsasən Ələt qəsəbəsi, 2-ci massivdə yerləşən torpağ sahəsi ilə bağlı bildirilmişdir ki, torpağ hüquqmüəyyənedici sənəd üzrə 0.06 ha, faktiki olaraq 0.0643 ha yəni 0.0043 ha artıq təşkil edir; torpağ sahəsinin sərhədləri mişar daşları ilə hasarlanmışdır, bir tərəfdən yol, üç tərəfdən qonşu sahələrlə əhatə olunmuşdur; torpaq sahəsi üzərində bir mərtəbəli fərdi yaşayış evi və köməkçi həyət tikililəri var; torpaq sahəsinin üzərindən və yaxınlığından yerüstü kommunikasiya xəttləri keçmir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004cü il tarixli, 186 nömrəli sərəncamına əsasən torpaq sahəsinin müvəqqəti istifadəyə verilməsi haqqında çıxarışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2004-cü il tarixli, 03-28/380 saylı məktubu nəzərə alınaraq, Qaradağ rayonu, Ələt qəsəbəsinin cənub hissəsində, Pirsaat neft yatağının ərazisində, neft-qaz əməliyyatlarının aparılması üçün, 840 ha torpaq sahəsi 30 il müddətinə həmin şirkətin istifadəsinə verilsin. 3.1.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2004-cü il tarixli, 03-28/597 saylı məktubu nəzərə alınaraq, Qaradağ rayonu, Daşgil neft yatağı ərazisində 92 (QƏŞ) saylı istismar quyusunun qazılması üçün 1,5 ha torpaq sahəsi 25 il müddətinə həmin şirkətin istifadəsinə verilsin. 3.2.Neft-qaz əməliyyatı işləri qurtardıqdan sonra, ərazi tikili və qurğulardan azad olunsun və torpaq rekultivasiya edilərək, Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilsin. 3.3.Ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə nəzarət, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görmək rayon icra hakimiyyətinin başçısına tapşırılsın. -Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli, Sİ-686 nömrəli məktubunda qeyd etmişdir ki, 11 iyul 2007-ci il tarixli 195/01-07 nömrəli məktubunuza cavab olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“ARDNŞ”), bununla da, aşağıda qeyd olunan sənədləri qəbul etdiyini təsdiq edir: •26 may 2007-ci il tarixindən Əsas Ana şirkətin Təzminatı; •25 may 2006-cı il tarixindən keçid haqqında Saziş ARDNŞ həmçinin, X8 Şenqda Qrup Şirkətinin Pirsaat HPBS-də iştirak payının əlli faizinin (50%) Petro-Honqkonq Limited şirkətinə ötürülməsini Pirsaat HPBS-nin qaydalarına və şərtlərinə uyğun həyata keçirilməsini təsdiq edir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli, 14-2/2-1330/2023 nömrəli məktubunda bildirmişdir ki, İddiaçı iddiasına dair tələb olunan məlumatların və sənədlərin məhkəməyə təqdim olunması barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığınız məktubunuza baxılmış, qoşmada olan koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi "Azərbaycan Respublikasında Pirsaat neft yatağı və ona bitişik sahələrin daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq "xxxx" Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrıayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, SOCAR**********30490075X00648 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi “Azərbaycan Respublikasında Pirsaat neft yatağı və ona bitişik sahələr daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə (“Saziş") əsasən Neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq "xxxx" şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir, bu səbəbdən də, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir və həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, tərəfinizdən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Eləcə də təqdim edilmiş yerləşmə cigzisində perimetrik ölçülər göstərilməmişdir. “Torpaq islahatı haqqında” Qanunun 6.2-ci maddsinə və Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətinə aid olan torpaqlardır. Qeyd olunanlar nzəərə alınaraq “Daçınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. «İnzibati Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 193 nömrəli sərəncamına əsasən İddiaçı fərdi yaşayış evi tikdirməsi üçün Ələt qəsəbəsi, ikinci massivdən 600 kv.m. ölçüdə torpaq sahəsi ayrılmışdır. İddiaçı istifadəsində olan 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh orqan iddiaçının istinad etdiyi yerləşmə cizgisində perimetrik ölçülərin göstrilmədiyinə və torpaq sahəsinin DNŞ-nin istifadəsinə veilmiş ərazidə yerləşdiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə ilk növbədə iddiaçının təqdim etdiyi torpağın ayrılması barədə hüquqmüəyyənedici sənədə münasibətdə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçıya Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 193 nömrəli sərəncamına əsasən Ələt qəsəbəsi, ikinci massivdən 600 kv.m. ölçüdə torpaq sahəsi ayrılmışdır. İddiaçıya torpaq ayrılarkən qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (9 noyabr 1991-ci il tarixdə qəbul edilmiş) 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 08 avqust 1999-cu ildə dərc edilərək qüvvəsini almış Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyinə görə torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayırma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayırma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməklə hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. Başqa sözlə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Yəni şəxsin hər hansı bir hüquqmüəyyənedici sənədinin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz həmin əmlaka münasibətdə tanınmalıdır. İşdən görünür ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi- torpaqayırma barədə Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 193 nömrəli sərəncamınnı təqdim etsə də ayrılmış torpaq sahəsinin naturada ayrılmasını göstərən və yerini müəyyən etməyə imkan verən həmin dövrdə tərtib edilmiş yerləşmə cizgisini təqdim etməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi yerləşmə cizgisi adlanan sənəddə torpaq sahəsinin kofiqurasiyası, perimetrik ölçüləri qeyd edilməmiş, yalnız GOOGLE Map proqramından əldə edilmiş məlumata əsasən iddiaçı tərəfindən naturada göstərilmiş faktiki torpaq sahəsinin coğrafi koordinatı, ərazinin peykdən fotoşəkili əks olunmuşdur. Eyni zamanda Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993cü il tarixli, 193 nömrəli sərəncamına əsasən vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin, iddiaçıya torpaq ayrılması zamanı və yerləşmə cizgisi tərtib edilən zaman qüvvədə olan qanunvericilik tələblərinə uyğun olaraq rayon təəsrrüfat müdiri, rayon memarlıq xidməti, rayon icra hakimiyyətinin nümayəndəliyi tərəfindən tərtib edilərək sonda cizginin icra hakimiyyəti tərəfindən təsdiq edilməli olduğu halda həmin peykdən görüntü Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi (mühəndis) Q.Abdullayev tərəfindən imzalanmış və Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyətinin “sənədlər üçün” möhürü ilə təsdiqlənmişdir. Beləliklə, iddiaçı iddia etdiyi torpaq sahəsinin naturada ayrılmasını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edən, torpaqayırma barədə sənədin tərkib hissəsi olan yerləşmə cizgisi sənədini təqdim etməmişdir. Bununla yanaşı məhkəmə yuxarıda qeyd edilən imtina əsaslarından həm də torpaq sahəsinin kateqoriyası, hüquqi rejiminə diqqəti çəkir. Belə ki, cavabdeh iddiaçı tərəfindən faktiki göstərilən koordinatları müəyyən edilmiş torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğunu bildirmişdir. Bununla əlaqədar iddia olunan sahənin cavabdeh tərəfindən müəyyən edilmiş coğrafi koordinatları Dövlət Neft Şirkəti və "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndələyinə göndərilərək həmin sahənin həmin şirkətlərin istifadəsinə verilmiş torpaq sahələri olub-olmaması, neft quyularının mühafizə zonasında yerləşibyerləşməməsi barədə məlumatın verilməsi tələb olunmşdur. Dövlət Neft Şirkətinin sorğuya cavabında həmin koordinatlarda yerləşən torpaq sahəsinin “Azərbaycan Respublikasında Pirsaat neft yatağı və ona bitişik sahələr daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə (“Saziş") əsasən Neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq "xxxx" şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyi, bu səbəbdən də, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna biləcəyi qeyd edilmişdir. Eyni zamanda üçüncü şəxs DNŞ tərəfindən Azərbaycan Respublikasında Pirsaat neft yatağı və ona bitişik sahələr daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə (“Saziş") əsasən Pirsaat neft yatağı daxil olduğu blok sahəsinin xəritə və coğrafi koordinatları məhkəməyə təqdim edilmiş, həmin xəritədə İddiaçı iddia etdiyi sahənin blokun sərhədləri daxilində yerləşdiyi müəyyən olunmuşdur. Bundan əlavə "xxxx" Əməliyyat Şirkətinin xx.xx.2024-cü il tarilxi sorğuya cavabında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında Pirsaat neft yatağı və ona bitişik sahələr daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X4 Qrup kompani və ARDNŞ-nin Ortaq Neft şirkəti arasında sazişin 2-ci əlavəsinə uyğun olaraq aşağıdakı koordinat nöqtələrinin diapazonu şirkətin istismar etdiyi neft yataqlarının əhatə dairəsinə aiddir. Şimal istiqaməti Şərq istiqaməti 4424512,8 359712,3 4426331,9 363188,6 4417019,5 366326,1 4414125,0 367773,8 4413174,0 365687,9 Aydındır ki, xx.xx.2022-ci il tarixli **********99 saylı əlavənizdəki (məhkəmənin sorğu ilə təqdim etdiyi koordinatlar) koordinatları bu sahəyə aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 22.2-ci maddəsinə görə əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci bəndinə görə əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Qanuna edilmiş Əlavə 1-də neft-kimya, neft emalı və qaz təchizatı sahələri təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aid edilmişdir (bənd 9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin Siyahısı”na görə bu Siyahı «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununa və «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli 269 nömrəli Fərmanına əsasən hazırlanmışdır və əhali və ətraf mühit üçün təhlükə yaradan radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, partlayış-yanğın və zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektləri müəyyən edir. Siyahının 9-cu bəndinə görə neft-kimya, neft emalı və qaz təchizatı sahələri təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərə aiddir. Beləliklə, iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgsi təqdim edilməməklə bərabər, naturada göstərilən faktiki torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş, sənaye təyinatlı torpaq sahəsi olmaqla Azərbaycan Respublikasında Pirsaat neft yatağı və ona bitişik sahələr daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə (“Saziş") əsasən "xxxx" Əməliyyat Şirkətinin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində yerləşdiyi məlum olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, cavabdehin iddia olunan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar