Məhkəmə qərarları › İş №2-1(112)-5461/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5461/2020

04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5461/2020 04.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçı X5, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin X8 üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X12 cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 X8 İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 X8 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə Şamaxı rayonunda doğulmuşdur. O, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər M.Ə.Sabir adına Sovxozda fəhlə, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər «Sovxozüzümçülüktikinti» Trestinin 9 №-li X2 2-ci dərəcəli fəhlə işləmiş, xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilə qədər Şamaxı 119 №-li kənd orta texniki peşə məktəbində geniş profilli traktorçu-maşinist ixtisası üzrə 125-ci qrupada təhsil almış, təhsilini başa vurduqdan sonra xx.xx.1980-cı ildən xx.xx.1980-cı ilə qədər 21 №-li X1 1-ci dərəcəli fəhlə, xx.xx.1980-cı ildən xx.xx.1983-cü ilə qədər M.Ə.Sabir adına üzümçülük sovxozunda fəhlə, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər M.Ə.Sabir adına Sovxozda sürücü, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə qədər Kürdəmir şəhəri 1 №-li Səyyar Mexanikləşdirilmiş dəstədə fəhlə, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə qədər 2 №-li Mexanizasiya İdarəsində sürücü, xx.xx.1986-cı ildən xx.xx.1987-cı ilə qədər M.Ə.Sabir adına Sovxozda avtoparkda çilingər və sürücü, xx.xx.1987-cı ildən xx.xx.1988-ci ilə qədər həmin Sovxozda sürücü, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər 1 №-li «Xüsusiaqrosənayetikinti» Trestinin 5 №-li X1 sürücü və fəhlə, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər Aqrokimyəvi xidmət üzrə Reespublika Stansiiyasında fəhlə, xx.xx.1989-cu ildən xx.xx.2005-ci ilə qədər Şamaxı rayon Mexanikləşdirilmə Müəssisəsində (sonradan həmin müəssisənin bazasında «Aqrotexservis» ATSC yaradılmışdır) akkumulyatorçu vəzifəsində işləmişdir. 1990-2005-ci illərdə işlədiyi dövrlər üzrə aldığı əmək haqqı barədə Şamaxı rayon Dövlət arxivi tərəfindən müvafiq arxiv arayışlarını əldə etmişdir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 2 №-li Siyahı üzrə 57 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan xx.xx.2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, xx.xx.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 26 il 9 ay 10 gün ümumi iş stajı, 15 il 9 ay 7 gün zərərli iş stajını tamamlamışdır. Nəhayət 57 yaşı tamam olan tarixdən, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin DSMF-nin X8 İdarəsi xx.xx.2020-ci il tarixli, **********1 №-li imtina məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 189 №-li qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında» Əsasnamənin 3-cü hissəsinin 2-ci cümləsi; xx.xx.1989-cu ildən xx.xx.1997-cı ilə qədər işlədiyim müəssisə tərəfindən DSMFnin Şamaxı rayon Şöbəsinə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi; Əmək haqlarına dair əmr kitablarının Dövlət X11 təqdim edilməməsi; Mexanikləşdirmə Müəssisəsinin Dövlət X11 və DSMF-nin Şamaxı rayon Şöbəsinə təqdim etdiyi əmək haqqı cədvəllərində və hesabatlarda uyğunsuzluqların aşkar edilməsi, həmin cədvəlləri təsdiq edən möhürlə əmək kitabçasındakı möhurlərin fərqli olması göstərilmişdir. Həqiqətən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 189 №-li qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında» Əsasnamənin 3-cü hissəsinin 2-ci cümləsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinəti) almaq hüququ yoxdur. Lakin həmin müddəadan da göründüyü kimi burada istisnalar mövcuddur. Belə ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi qanunvericiliklə həmin müəssisələr də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. İşlədiyi müəssisə tərəfindən MDSS haqqları ödənilməmiş olsa da yuxarıda qeyd olunan Qanuna əsasən həmin borclar silinmişdir. Bu hal isə pensiya hüququnun təmin olunmasına şərait yaradır. Ona görə xx.xx.2006-cı ilə qədər işlədiyi dövrlər pensiya təyin olunan zaman ümumi və güzəştli iş stajına hesablanmalı idi. Cavabdeh inzibati orqanın «möhürlərin fərqli olması» mövqeyinə dair onu qeyd edilməlidir ki, o həmin müəssisədə xx.xx.1989-cu ildən xx.xx.2005-ci ilə qədər işləmişdir. Həmin müddət ərzində ölkə müstəqilliyini bərpa etmiş və keçmiş sovet üsulunda yaradılmış möhürlər yeni tipli möhürlərlə əvəz edilmiş, bundan başqa müəssisə işlədiyi dövrdə hüquqi şəxs kimi yenidən təşkil olunmuşdur. Odur ki, həmin arqumenti əsassız hesab edir. Güzəştli iş stajına dair isə onu qeyd etmək istəyir ki, işlədiyi «akkumulyatorçu» peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının «Ümumi peşələr» adlanan 35-ci Bölməsinin «akkumulyatorçular» peşəsinə uyğunlaşdırılmalıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi xx.xx.1994-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunmuşdur ki, o, xx.xx.1989-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Şamaxı rayonu “Mexanikləşdirimə müəssisəsi”ndə akkumulyatorçu vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının həmin dövrə aid ümumi və güzəştli iş stajının İdarə tərəfindən dəqiqləşdirilməsi məqsədi ilə aparılan araşdırma zamanı xx.xx.1989 - xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisə tərəfindən DSMF-nin Şamaxı rayon Şöbəsinə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi və əmək haqlarına dair əmr kitablarının Dövlət X11 təqdim edilmədiyi məlum olmuşdur. Eyni zamanda, müəssisə tərəfindən Dövlət X11 və DSMF-nin Şamaxı rayon Şöbəsinə təqdim etdiyi əmək haqqı cədvəllərində və hesabatlarında uyğunsuzluqlar aşkar edilmiş, həmin əmək haqqı cədvəllərini təsdiq edən möhürlə iddiaçıya məxsus əmək kitabçasındakı möhürlərin fərqli olması müəyyən olunmuşdur. Göstərilən səbəblərdən həmin dövrləri iddiaçının əmək stajına daxil etmək mümkün olmadığı üçün onun ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X12 və onun vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etriazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1958-ci ildə Şamaxı rayonunda doğulmuşdur. - X7 məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - X7 məxsus əmək kitabçalarının notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər M.Ə.Sabir adına Sovxozda fəhlə, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər «Sovxozüzümçülüktikinti» Trestinin 9 №-li X2 2-ci dərəcəli fəhlə işləmiş, xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilə qədər Şamaxı 119 №-li kənd orta texniki peşə məktəbində geniş profilli traktorçu-maşinist ixtisası üzrə 125-ci qrupada təhsil almış, təhsilini başa vurduqdan sonra xx.xx.1980-cı ildən xx.xx.1980-cı ilə qədər 21 №-li X1 1-ci dərəcəli fəhlə, xx.xx.1980-cı ildən xx.xx.1983-cü ilə qədər M.Ə.Sabir adına üzümçülük sovxozunda fəhlə, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər M.Ə.Sabir adına Sovxozda sürücü, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə qədər Kürdəmir şəhəri 1 №-li Səyyar Mexanikləşdirilmiş dəstədə fəhlə, xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə qədər 2 №-li Mexanizasiya İdarəsində sürücü, xx.xx.1986-cı ildən xx.xx.1987-cı ilə qədər M.Ə.Sabir adına Sovxozda avtoparkda çilingər və sürücü, xx.xx.1987-cı ildən xx.xx.1988-ci ilə qədər həmin Sovxozda sürücü, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər 1 №-li «Xüsusiaqrosənayetikinti» Trestinin 5 №-li X1 sürücü və fəhlə, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə qədər Aqrokimyəvi xidmət üzrə Reespublika Stansiiyasında fəhlə, xx.xx.1989-cu ildən xx.xx.2005-ci ilə qədər Şamaxı rayon Mexanikləşdirilmə Müəssisəsində (sonradan həmin müəssisənin bazasında «Aqrotexservis» ATSC yaradılmışdır) akkumulyatorçu vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X9 927 №-li, xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı X5 1990-2005-ci illərdə aldığı əmək haqqı barədə məlumatlar mövcuddur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X9 927 №-li, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Dövlət Arxivi Şamaxı filialında saxlanılan MTT-MTS-in əmək haqqı cədvəllərinin Arxivə təhvil verilməsinə baxmayaraq şəxsi heyət üzrə əmr kitabları onlara təhvil verilməmişdir. -Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 X8 İdarəsinin iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli, **********1 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 189 №-li qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında» Əsasnamənin 3-cü hissəsinin 2-ci cümləsi; xx.xx.1989-cu ildən xx.xx.1997-cı ilə qədər işlədiyi müəssisə tərəfindən DSMF-nin Şamaxı rayon Şöbəsinə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi; Əmək haqlarına dair əmr kitablarının Dövlət X11 təqdim edilməməsi; Mexanikləşdirmə Müəssisəsinin Dövlət X11 və DSMF-nin Şamaxı rayon Şöbəsinə təqdim etdiyi əmək haqqı cədvəllərində və hesabatlarda uyğunsuzluqların aşkar edilməsi, həmin cədvəlləri təsdiq edən möhürlə əmək kitabçasındakı möhurlərin fərqli olması səbəbindən ona pensiya təyin olunmasından imtina edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. xx.xx.1956-cı ildə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1ci maddəsinin “V” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyan dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 1044 saylı, xx xxxxxx 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Şamaxı 119 №-li kənd orta texniki peşə məktəbində təhsil aldığı müddət iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər -istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar -50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının işlədiyi «akkumulyatorçu» peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının «Ümumi peşələr» adlanan 35-ci Bölməsinin «akkumulyatorçular» peşəsinə uyğun olmaqla xx.xx.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 26 il 9 ay 10 gün ümumi və 15 il 9 ay 7 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Məhkəmə cavabdehin imtinasında və iddia ərizəsinə yazılı etirazında qeyd olunan hallarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 №-li qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında» Əsasnamənin 3-cü hissəsinin 2-ci cümləsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinəti) almaq hüququ yoxdur. Lakin həmin müddəadan da göründüyü kimi burada istisnalar mövcuddur. Belə ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi qanunvericiliklə həmin müəssisələr də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. İddiaçının işlədiyi müəssisə tərəfindən MDSS haqqları ödənilməmiş olsa da yuxarıda qeyd olunan Qanuna əsasən həmin borclar silinmişdir. Bu hal isə pensiya hüququnun təmin olunmasına şərait yaradır. Ona görə də iddiaçının xx.xx.2006-cı ilə qədər işlədiyi dövrlər pensiya təyin olunan zaman ümumi və güzəştli iş stajına hesablanmalı idi. Cavabdeh inzibati orqanın «möhürlərin fərqli olması» mövqeyinə dair onu qeyd edilməlidir ki, iddiaçı həmin müəssisədə xx.xx.1989-cu ildən xx.xx.2005-ci ilə qədər işləmişdir. Həmin müddət ərzində ölkə müstəqilliyini bərpa etmiş və keçmiş sovet üsulunda yaradılmış möhürlər yeni tipli möhürlərlə əvəz edilmiş, bundan başqa müəssisə işlədiyi dövrdə hüquqi şəxs kimi yenidən təşkil olunmuşdur. Odur ki, həmin arqumenti əsaslı hesab etmək olmaz. Bundan əlavə cavabdeh inzibati orqan həm iddia ərizəsinə yazılı etirazda, həmdə imtina məktubunda iddiaçının işlədiyi dövrü qəbul etməsə də bunun əksini sübut edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və X7 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. X7 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X10 X8 üzrə Mərkəz Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar