Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5463/2021 09.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Bakı “Asan xidmət” X1 qarşı “akt qeydinin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 1 saylı “Asan xidmət” X2rşı adının dəyişdirilməsi haqqında 01.12.2020-ci il tarixli 99 saylı akt qeydinin ləğv edilməsi vəzifəsinin icra olunmasını cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, doğum akt qeydiyyat kitabında adının Ayladan Sahibə adına dəyişdirməklə, yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Doğularkən valideyni tərəfindən ona nənəsinin adı olan “Sahibə” qoyulmuşdur. Lakin bu ad "köhnəlmiş" hesab olunduğundan, iddiaçı öz adından məmnun olmadığından həmin adı dəyişmək qərarına gəlmişdir, ərizəsinə əsasən 01.12.2020-ci il tarixli №99 saylı akt qeydi ilə "Sahibə" adı “Ayla" adına dəyişdirilmişdir və bu barədə AZ-İ№029246 saylı 01.12.2020-ci il tarixli "adın, ata adının və soyadın dəyişdirilməsi haqqında" şəhadətnamə verilmişdir. Lakin bundan sonra iddiaçı müəyyən problemlər yaşamışdır. Belə ki, nənəsinin adından imtina etdiyi üçün valideyni ilə münasibətləri kəskin pisləşmişdir, habelə digər sənədlərin də dəyişdirilməsində çətinliklər yaranmışdır. Buna görə də iddiaçı adının dəyişdirilməsi barədə akt qeydinin ləğv edilməsi üçün Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin, 1 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi 28.02.2021-ci il imtina məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı qeyd edir ki, həmin imtina məktubu iddiaçıya 02.03.2021-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh orqan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 nömrəli Qərarına istinad edərək imtinanı bununla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən adın dəyişdirilməsinə yalnlz 1 dəfə yol verilir. Yəni, cavabdehin qənaətinə görə iddiaçı adı Sahibədən Aylaya dəyişdirməklə bu hüququndan istifadə etmişdir, adını Ayladan Sahibəyə dəyişmək isə ikinci dəfə sayılır. İddiaçı hesab edir ki, hazırda o qəbul edilmiş aktın ləğvini tələb edir, adın təkrar dəyişdirilməsi üçün müraciət etmir, adının dəyişdirilməsinə səbəb olmuş aktın ləğv edilməsini tələb edir. Bu səbəbdən iddiaçı təkrar iddia qaldıraraq adının Ayladan Sahibəyə dəyişdirməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə 30 aprel 2021-ci il tarixli məktub ünvanlayaraq, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, iddiaçının izahaını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan qeyd edilir ki, İddiaçı xx xxxx 1986-cı il tarixində Bakıda anadan olmuş və 10 mart 2003-cü il tarixindən Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 1986-cı ildə Bakıda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 1986-cı ilin avqust ayının 14 günündə 2782 nömrə ilə qeyd edilmişdir. Valideynləri qismində X6 və X5 qeyd olunmuş və 11 dekabr 2020-ci il tarixli AZ-İV 535716 nömrəsi ilə verilmişdir. 14.08.1986-cı il tarixli 2782 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, 30.07.1986-cı il təvəllüdlü X3 adı 11.12.2020-ci il tarixində dəyişdirilmişdir. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında AZ-İ 029246 nömrəli şəhadətnamədən görünür ki, vətəndaş X3 adı “Sahibə”dən “Ayla”ya dəyişdirmiş və bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 2020 ilin dekabr ayının 01 günündə 99 nömrə ilə qeyd edilmişdir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı Musa qızı Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Onun əvvəlki adı Sahibə olmuş və “Ayla” adına dəyişdirmişdir. İddiaçı yenidən adının “Ayla”dan “Sahibə”yə dəyişdirilməsi ilə bağlı Bakı şəhəri 1 saylı “ASAN Xidmət” X1 müraciət etmiş, inzibati orqan isə 18.02.2021-ci il tarixli, 05/Q-187/15 saylı imtina məktubunda Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»na istinad etməklə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmədiyini bildirmiş və iddiaçı cavabdeh inzibati orqanın imtinasını qanunsuz hesab edərək məhkəmə qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6-cı madəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Həmin Qaydaların 6.25-ci bəndinə görə atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirirsə, onun yetkinlik yaşna çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Həmin Qaydaların 6.27-ci bəndnə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atasının adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə görə valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istorsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»ndan göründüyü kimi 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə olmaqla adın dəyişdirilməsi hüququ tanınmış, iddiaçı həmin hüququndan bir dəfə istifadə etdiyindən onun yenidən adının dəyişdirilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın imtinası əsaslıdır və İddiaçı hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh 1 saylı Bakı “Asan xidmət” X1 qarşı «adın dəyişdirilməsi » tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5463/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5463/2021
09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver